Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
ski,  general-mayor  Vəzirov  Qambay  Məmməd  oğlu, 
general-mayor  Abbasov  Akim  Əli  oğlu,  general-mayor 
Hüseynov  Bahadur  Məmmədqulu  oğlu,  vitse-admiral 
Qasımbəyov  Həmid  Həbib  oğlu,  general  Əliyev  Mə­
hərrəm  Abış  oğlu,  general-mayor  İsayev  Mürsəl 
Məmmədhüseyn  oğlu,  general-mayor Mustafayev  Kə­
rəm  Nəriman  oğlu  və  s.
General  Həbib  bəy  Səlimov,  general-mayor Əli  Ka­
zımov,  Türkiyə  hərbi  xadimi  Kazım  Qarabəkir  Paşa, 
Türkiyənin  Naxçıvandakı  hərbi  hissəsinin  başçısı  və 
hərbi  müşaviri  Xəlil  bəy,  Naxçıvanın  fövqəladə  ko­
missarı  Vəlibəyov,  komissar  Heydər  Vəzirov,  Naxçı­
van  əsgəri  qüvvələrinin  komandanı  Yusif  xan,  İtali­
yada  partizan  hərəkatının  iştirakçısı  Babayev  Əli  Ba­
ba  oğlu,  Buhenvald  ölüm  düşərgəsində  antifaşist  təş­
kilatının  rəhbərlərindən  olan  Ağayev  Əkbər  Səttar 
oğlu  və  digər  belə  şəxsiyyətlər  Naxçıvan  diyarının 
hərbi  tarixinə  şanlı  səhifələr  yazmışlar.  Qəhrəmanlıq­
larını  bütün  dünyada  nümayiş  etdirmişlər.
Erməni  qəsbkarları  Azərbaycana  ədalətsiz  hücum­
lar  etdiyi  zamanda  da  bütün  xalqımız  kimi,  Naxçıvan 
Muxtar  Respublikasının  qəhrəman  övladları  silaha  sa­
rılaraq  torpaqlarımızı,  ərazi  bütövlüyümüzü,  insanları 
düşməndən  xilas  etmək  üçün  canlarını  əsirgəmədilər. 
Çoxlu  itkilər,  qurbanlar  verdik.  Milli  Qəhrəmanları­
mızın  şücaətləri  hər yerə  səs  saldı.  Belə  Milli  Qəhrə­
manlarımızdan  biri  Seyidov  Məhərrəm  Mirəziz  oğlu 
və  Əhmədov  Riyad  Fikrət  oğludur.  Bu  gənc  milli  qəh-
142
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
romanlarımız  barədə  bir  neçə  söz  deməyə  imkan  tap­
dıq.
Naxçıvan  diyarının  şan-şöhrətli  generallarının  keç­
dikləri  hərbi  həyat  yolunu,  onların  göstərdikləri  qəh­
rəmanlıqları  arayıb  öyrənərkən,  tədqiq  edərkən  biz 
çoxlu  mənbələrə,  arxiv  materiallarına  müraciət  etdik, 
dünyagörmüş  bir  sıra  generallarla  görüşüb  söhbətlər 
etdik.  Etiraf  edək  ki,  bu  sahədə  İ.Z.İsmayılovun, 
Ş.Nəzirlinin,  İ.B.Cəfərzadənin  apardıqları  tədqiqatla­
rın  bizə  xüsusilə  böyük  köməyi  oldu.  Həmin  tədqi­
qatçılara  və  bizə  dəyərli  m əsləhətlər  verən  generalla­
ra  dərin  minnətdarlığımızı  və  ehtiramımızı  bildiririk.
143


Əbülfəz  Bərəkət  (Qasımov)
GENERAL-MAYOR 
HEYDƏR  ƏLİRZA  OĞLU  ƏLİYEV
Dünya  şöhrətli  siyasi  xadim,  general-mayor Heydər 
Əliyev  öz  hərbi  qüdrəti,  biliyi  və  məharəti  ilə  təkcə 
doğulduğu  ana  vətəni  Naxçıvana  deyil,  bütünlükdə 
Azərbaycana,  bəşər  dünyasına  böyük  şan-şöhrət  gə­
tirmişdi.  O,  yeganə  Azərbaycan  generalıdır  ki,  Siyasi 
Büronun  üzvü  səviyyəsinə  qalxmış  və  öz  ürək  sözünü 
bütün  səviyyələrdə,  açıq  şəkildə,  böyük  cəsarətlə 
deyə  bilmişdi.
Nyu-Yorkda  fəaliyyət  göstərən  «Zaman  və  biz» 
nəşriyyatının  çap  etdiyi  «Kremldə  mübarizə»  adlı  ki­
tabda  yazılıb:  «Kremldə  Heydər  Əliyevdən  qorxurdu­
lar.  Onun  dünyagörüşü,  siyasi  fəaliyyəti  Azərbaycana 
sığmırdı.  Artıq  o,  əyalət  rəhbəri  kimi  yox,  İttifaq 
miqyaslı  xadim  kimi  tanınırdı».  Həqiqətən  də,  bu,  be­
lə  idi.
Generallarımızın  fəaliyyətini  öyrənərkən  biz  bir 
daha  əmin  olduq  ki,  onların  hər  birinin  özünəməxsus, 
bir-birinə  bənzəməyən,  həyat  yolu,  öz  taleyi  vardır.
General-mayor  Heydər  Əliyevin  həyat  yolu  daha 
çoxcəhətli,  mürəkkəb  və  məşəqqətlidir.  Elə  götürək 
onun  respublikamıza  rəhbərlik  etdiyi  dövrü,  həyat  fə­
aliyyətini,  üzərinə  düşən  vəzifələrin  çətinliyini  və 
rəngarəngliyini.  Etiraf olunmalıdır  ki,  heç  bir  general 
öz  üzərinə  düşən  missiyanı  bugünkü  qədər  mürəkkəb
144
BƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
ı'  i
145


Əbülfəz  Bərəkət  (Qasımov)
və  çətin  şəraitdə  həyata keçirməmişdir.  Bir anlığa  n ə ­
zər  salaq  yaşadığımız  regiona.  Bizi  əhatə  edən,  yaxın 
qonşu  ölkələrin  hansında  dinc  həyat tərzi  mövcuddur? 
Cəsarətlə  demək  olar  ki,  heç  birində.  Çeçenistanda, 
Dağıstanda,  Ermənistanda,  Gürcüstanda  sonu  görün­
məyən  münaqişələr  hökm  sürür.  Qanlı  müharibələrin 
qorxusu  insanların  yaşamaq  ümidlərini  qırır.  Qəribə 
də  olsa,  təbii  fəlakətlər  də  (zəlzələlər,  su  daşqınları, 
qasırğalar,  sirayətedici,  sağalması  mümkün  olmayan 
xəstəliklər  və  s.)  aman  vermir.  Vətəndaş  hüquqları­
nın  pozulması  adi  bir  hala  çevrilmişdir.  O  ki,  qaldı  bi­
zim  doğma  Vətənimiz  demokratik  Azərbaycan  Res­
publikasına,  burada  yaşayan  səkkiz  sakinin  biri  qaç­
qındır,  uzun  illərdir  ki,  çöldə-biyabanda,  soyuq  çadır­
larda  yaşayır,  vətən  torpaqlarının  beşdə  bir  hissəsi 
düşmən  tapdağı  altındadır.  Belə  bir  şəraitdə  ölkəmi­
zin  Silahlı  Qüvvələrinin  Ali  Baş  Komandanı,  general- 
mayor  Heydər  Əliyev  düşmən  qarşısında  mətin  da­
yanmaq  üçün  milli  ordu  yaradır,  onu  gündən-günə 
möhkəmləndirirdi.  Qardaş  Türkiyədə  ən  güclü,  Atatürk 
cəsarətli  hərbi  hissələrdə,  general  Cəmşid  Naxçıvanski 
adına  Bakı  Hərbi  Liseyində  zabitlər  tərbiyə  edib  yetiş­
dirməyə  böyük  əmək  və  zəka  sərf edirdi.  Təkcə  baş­
çılıq  etdiyi  Azərbaycanda  deyil,  bütövlükdə  beynəlxalq 
aləmdə  sülhü  bərqərar  edib,  əmin-amanlıq  yaratmaq 
üçün  gecə-gündüz  yorulmaq  bilmədən  çalışırdı.
Qəsbkarlığa  məruz  qalmış  torpaqlarımızı  sülh  yolu 
ilə  geri  qaytarmaq,  qaçqın,  köçkün  insanları  öz  yur­
146
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
duna,  ata-baba  ocağına  sahib  etmək,  ixtiyar  qocaların, 
kimsəsiz  körpələrin  və  bütünlükdə  əməksevər,  gü­
nahsız  insanların  dinc  və  firavan  yaşayışını  təmin  et­
mək  üçün  dünyanın  ən  yüksək  və  nüfuzlu  forumların­
da,  sammitlərində  nitqlər  söyləyir,  dövlət  başçıları  ilə 
görüşlər  keçirir,  terrorizmə,  qəsbkarlığa,  hər  cür  bə­
şəri  ədalətsizliyə  qarşı  amansız  olmağa,  ciddi  müba­
rizə  aparmağa  çağırırdı.  Buna  görə  də  dünya  miqya­
sında  general-mayor  Heydər Əlirza  oğlu  Əliyev  misil­
siz  hörmət  və  nüfuz  qazanmışdır.  Xalqlar  əmindirlər 
ki,  bu  böyük  sülh  carçısının  bəşəri  arzuları  çin  olacaq, 
haqq-ədalət  qalib  gələcəkdir.  Bu  böyük  sərkərdənin 
başçılıq  etmiş  olduğu  Azərbaycanın  bütövlüyü  təmin 
ediləcək,  onun  hər  bir  sakini  öz  doğma  el-obasında 
dinc  və  firavan  həyat  sürəcəkdir.  Çünki  onun  Heydər 
Əliyev  kimi  Beynəlxalq  Atatürk  Sülh  Mükafatı  almış 
generalı,  Ali  Baş  Komandanı  möhkəm  bünövrə  qo­
yubdur.  İndi  ölkəmizin  müdafiə  qüdrətini,  nizami  or­
dunu  möhkəmlətmək  xalqımızı  bütün  fəlakətlərdən 
qorumaq  missiyasını  sərkərdənin  siyasi  varisi,  respub­
likamızın  Prezidenti  cənab  İlham  Əliyev  davam  etdi­
rir.  Xalqımız  əmindir  ki,  dünya  şöhrətli  Prezidentimiz 
cənab  İlham  Əliyev  qarşısına  qoyduğu  bütün  məqsəd­
lərə  nail  olacaq,  ölkəmiz  daima  sülh  və  əmin-aman­
lıq  şəraitində  irəliyə  doğru  inkişaf edəcəkdir.
147


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə