Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Qatarda  ikən  yol  boyu  düşünürdüm.  Bu  böyük  və 
sadə  insan  məni  yaxından  tanımırdı,  lakin  onun  mə­
nə  göstərdiyi  bu  qayğıkeşlik  və  insanlıq  məni,  sözün 
həqiqi  mənasında,  ömürlük  ona  duaçı  etmişdir.  Səhər 
tezdən  gəlib  Bakıya  çatdım.  Yenidən  böyük  hörmət 
bəslədiyim  alimin  qəbuluna  getdim.  Həsən  Əliyev 
böyük  mehribanlıqla  məni  qəbul  edib  öz  tövsiyələri­
ni  mənə  söylədi.  O  dedi:  “Sən  gedirsən  Moskvaya. 
Gərək  özünü  hər  cəhətdən  nümunəvi  aparasan.  Kan- 
didat  minimumlarını  əla  qiymətlərlə  verəsən.  SSRİ 
Elmlər  Akademiyasına  biz  hər  adamı  göndərmirik. 
Mənə  elə  gəlir  ki,  sən  bu  etimadı  doğruldacaqsan.”
Arada  məni  diqqətlə  süzüb  soruşdu:  “Papiros-zad 
çəkmirsən  ki,  çəkmə!  İçki  içmirsən  ki,  içmə!  Qayıt 
gəl,  iqtisadçılara  böyük  ehtiyacımız  vardır.  Görürsüz, 
Akademiyada  İqtisad  İnstitutu  yaratmaq  üçün  alim  ça­
tışmır.  Bu  sektoru  da  çox  çətinliklə  yaratmışıq”.
Mən  ata  qayğıları  ilə  cilalanmış  bu  suallara  cavab 
verərkən  ayağa  qalxmaq  istədikdə,  dedi  əyləşin.  Ye­
nidən  telefon  dəstəyini  əlinə  götürüb  akademik  Top­
çubaşova  zəng  vurdu  və  xahiş  etdi  ki,  Ali  Sovetin 
xətti  ilə  mənə  “palto  pulu”  verilməsinə  kömək  etsin. 
Söhbətdən  başa  düşdüm  ki,  Topçubaşov  onun  xahişi­
nə  əməl  edəcəyinə  vəd  etdi.  Bax  beləcə,  bu  böyük 
insan,  alim,  xalq  adamı  mənim  şüurumda özünün  can­
lı  heykəlini  qoydu.  Onun  mənə  verdiyi  böyük  nəsi­
hət,  göstərdiyi  qayğıkeşlik,  adi  bir  aspiranta  göstər­
diyi  böyük  tələbkarlıq  məni  bu  xeyirxah  insana
186
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
ömürlük  borclu  etdi.  Mən,  sözün  həqiqi  mənasında, 
bir  şəxsiyyət  kimi,  məsuliyyətimi  başa  düşən  bir  as­
pirant  kimi  onu  tərk  etdim.
Moskvada  namizədlik  dissertasiyasını  müdafiə  edib 
Bakıya  gələn  kimi  mənə  böyük  qayğı  göstərmiş  Hə­
sən  müəllimin  yanma  getdim.  O,  məni  böyük  sevinc­
lə  qarşılayıb  təbrik  etdi.  Elmi  rəhbərimin  V.Venjer 
olduğunu  bildikdə  xatırlatdı  ki,  o,  çox  məşhur,  riskli 
alimdir.  Hər  adam  öz  həyat  yoldaşı  ilə  birlikdə  Sta­
linlə  mübahisəyə  girə  bilməz.  Stalinin  yazdığı  «SSRİ- 
də  sosializmin  iqtisadi  problemləri»  əsərində  V.  Vcn- 
jerə  və  onun  həyat  yoldaşı  Aleksandra  Vasilyevnaya 
böyük  qiymət  verilir.  Mən  çox  şad  oldum  ki,  Həsən 
müəllim  özü  iqtisadçı  olmasa  da  iqtisadçıları  yaxşı  ta­
nıyır.  Beləliklə,  mən  Moskvada  təhsilimi  müvəffə­
qiyyətlə  bitirib  vətənə  döndüm.
Bakıda  mən  Akademiyanın  iqtisadiyyat  sektorunda 
kiçik  elmi  işçi  vəzifəsində  çalışır  və  vaxtaşırı  Həsən 
müəllimlə  görüşür  və  məsləhətlər  alırdım.  Bir  vaxt 
bu  alimin  məsləhəti  ilə  Göyçə  mahalına  ezam  olun­
dum.  Mən  burada  Basarkcçər  RPK  birinci  katibi  Yu­
nus  Qəhrəmanovla,  ikinci  katib  Tapdıq  Əmiraslanov- 
la yaxından  tanış  oldum.  Bu  mahalda  torpağın  eroziyaya 
uğramasının  qarşısını  almaq  barədə  öz  mülahizələri­
mi  rayon  rəhbərlərinə  bildirdim.  O  vaxt  Yerevanda 
çıxan  «Sovet  Ermənistanı»  qəzetində,  radioda  geniş 
çıxışlar  etdim.  Torpağı  göz  bəbəyi  kimi  qoruyub  sax­
lamaq  barədə  öz  fikirlərimi  açıqladım.  Həmin  qəzet­
187


Əbülfəz  Bərəkət  (Qasımov)
lərdən  bir  nüsxə  də  Həsən  müəllimə  gətirib  verdim. 
Məqaləmdə  Nizamidən  belə  bir  misralar  verilmişdi:
Torpaq  cövhəridir  bıı  kainatın,
Torpaq  xəzinədir  cəvahiratın.
Dünyanın  beşiyi  olmuş  bu  torpaq,
Torpaqdan  doğulmuş  mənalar  ancaq.
Həsən  müəllim  bu  misraları  oxuyub  bir  qədər  xə­
yala  daldı  və  dedi:  Göyçəni  ziyarət  etməyə  getməyi­
nə  dəyərmiş.  «Məndən  el-obaya  salam  dedinmi?»  - 
Bəli!  -   dedim.  Yaz  aylarında  orda  idim.  Millətimizin 
nisgilləri  çoxdur...-  dedi.  Lakin  açıqlamadı.
İndi  bunları  düşündükcə  öz-özümə  deyirəm:  «Ey 
peyğəmbər  alim,  məzarın  nurla  dolsun.  Sən  keçmişi 
də  bilirdin,  gələcəyi  də.  Lakin  çox  şeyi  o  zaman  bizə 
açıqlamırdın.  Həyat  sənin  peyğəmbərliyini,  uzaqgö­
rənliyini  dönə-dönə  təsdiq  etdi».
Tapşırığı  yerinə  yetirib  Bakıya  gəldim.  Bu  görkəm­
li  alimə  gördüyüm  işlər  və  mənə  göstərilən  qonaq­
pərvərlik  barədə  geniş  məlumat  verdim.  Həsən  müəl­
lim  dedi:  «Oğlum,  torpaq,  meşə,  su  hansı  diyarda 
olursa-olsun,  o,  bəşəriyyətin  əvəzsiz  sərvətidir,  xalqa 
xidmət  edir.  İnsanlar  təbiətin  bu  nemətlərindən  məh­
rum  olsalar  məhv  olarlar.  Onu  da  yadında  saxla  ki, 
Göyçə  mahalı,  Zəngəzur  və  Ermənistanın  digər  yer­
ləri  vaxtilə  biz  azərbaycanlıların  olubdur.  O  torpaqlar
188
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Aşıq  Ələsgərin  gəzib-dolaşdığı  torpaqlardı.  Sərt  bir 
görkəm  alaraq  vurğuladı  ki,  sən  bir  gedib  baxdınmı  o 
tərəfdən  -  Kəlbəcərin  altından  bizim  qızıl  yataqları­
mıza  ermənilər  necə  müdaxilə  edirlər.  Dərindən 
köksünü  ötürərək  «vəzifələrimizin  çoxunda  da  elə  er­
mənilər  əyləşiblər».  «Bizim  millətimiz  çox  xeyirxah, 
üzüyola,  özünü  ac  qoyub  çörəyini  yadlara  yedirən 
millətdir».
Mən  bu  böyük  vətənpərvər,  dərin  elmli,  cəsarətli, 
uzaqgörən  alimi  dinlədikcə  cəsarətlənir  və  böyük  fə­
rəh  hissi  keçirirdim.
Sonralar  respublikamızı  addım-addım  gəzib  dolaş­
dıqca,  elmi  tədqiqatlar  apardıqca,  meşənin,  torpağın 
ətrini  duyur,  dönə-dönə  o  böyük  alimə  alqış  deyirdim.
O,  xarici  ölkələrdən  səfərdən  qayıdanda  gördüklə­
rini  şirin-şirin  mənə  danışar,  çəkdikləri  şəkilləri  gös­
tərərdi.  İnkişaf haqqında  mənim  təsəvvürlərimi  geniş­
ləndirərdi.
Heç  yadımdan  çıxmır,  mənim  borclu  olduğum  bu 
böyük  insan  dünyasını  dəyişəndə  onun  oğlu  istedadlı 
memar  Rasim  Əliyev  bir  ailə  başçısı  kimi,  nəvazişkar 
və  xeyirxah  ata  kimi,  onun  haqqında  ürək  dolusu  dəyər­
li  təəssüratlar  danışırdı.
İndi  mən  akademik  Həsən  Əliyevin  həyəcan  təbili 
doğuran  əsərlərini  dönə-dönə  oxuyur  və  ona  rəhmət 
diləyirəm.  Qoy  onun  məzarı  nurla  dolsun,  bütün  alim­
lər  onun  kimi  pak,  ülvi,  qayğıkeş,  xeyirxah,  açıq-sa­
çıq  və  əldən  tutan  olsunlar.
189


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə