Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
İQTİSADÇI  -  ALİM  VƏ  PEDAQOQ
Beynəlxalq  Menecment  Akademiyasının  akademi­
ki,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir 
üzvü,  əməkdar  elm  xadimi,  iqtisad  elmləri  doktoru, 
professor  Aqil  Əlirza  oğlu  Əliyev  1926-cı  il  dekabrın 
10-da  Naxçıvan  şəhərində  anadan  olmuşdur.
Aqil  Əliyev  orta  məktəbi  burada  bitirdikdən  sonra
1946-cı  ildə  Bakı  Dövlət  Universitetinə  daxil  olmuş 
və  1951-ci  ildə  oranı  bitirmişdir.  Sonra  1953-cü  ilə 
qədər Azərbaycan  EA  Tarix  İnstitutunda  elmi  işçi  v ə­
zifəsində  çalışmışdır.
İqtisad  elminə  böyük  marağı  olduğundan  1953-cü 
ilin  may  ayından  Azərbaycan  Dövlət  Tibb  Universite­
tinin  (ADTU)  «Siyasi-iqtisad»  kafedrasında  işləməyə 
başlamışdır.  Bu  günə  qədər,  yəni  51  ildir  ki,  həmin 
universitetdə  işləyir.
1970-ci  ildə  iqtisad  elmləri  namizədi,  1983-cü  ildə 
iqtisad  elmləri  doktoru  elmi  dərəcələrini  almış,  1973- 
cü  ildə  dosent,  1979-cu  ildə  isə  professor  elmi  adla­
rına  layiq  görülmüşdür.
A.Əliyev  yüksəkixtisaslı  tibb  kadrlarının  hazırlan­
masında  xidmətlərinə  görə  1982-ci  ildə  «Əməkdar 
elm  xadimi»  fəxri  adma  layiq  görülmüş,  bir  neçə  or­
den  və  medallarla,  SSRİ  Səhiyyə  Nazirliyinin  «Sə­
hiyyə  əlaçısı»  döş  nişanı  ilə  təltif olunmuşdur.
196
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
197


Əbülfəz  Bərəkət  (Qasımov)
A.Əliyevin  rəhbərliyi  altında  bu  illər  ərzində  kafed­
rada  görülən  işlər  sayəsində  böyük  inkişafın  təməli 
qoyulmuşdur.  ADTU-nun  «Siyasi  iqtisad»  kafedrası 
uzun  illər  «Ən  yaxşı  kafedra»  fəxri  adına  layiq 
görülmüş,  kollektivin  işi  əsl  nümunə  məktəbinə  çev­
rilmişdir.
Aqil  Əliyev  həyat  səviyyəsi,  şəxsi  istehlak,  sosial  sa­
hələrin  və  aqrar  iqtisadiyyatın  problemlərinə  dair  san­
ballı  elmi  araşdırmaları,  kitablan  ilə  tanınan,  uzun  illər 
respublikamızın  ali  təhsil  sistemində  məhsuldar  və  sə­
mərəli  fəaliyyət  göstərən  görkəmli  iqtisadçı  alimlər- 
dəndir.
A.Ə.Əliyev  1996-cı  ildə  Beynəlxalq  Enerji-İnfor­
masiya  Elmlər Akademiyasının  «Azərbaycan»  bölmə­
sinin  həqiqi  üzvü,  2001-ci  ildə  Milli  Elmlər  Akade­
miyasının  müxbir  üzvü,  2003-cü  ildə  isə  Beynəlxalq 
Menecment  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir.
,XX  əsrin  70-ci  illərində  keçmiş  SSRİ-də,  o  cümlə­
dən  Azərbaycanda  əhalinin  həyat  səviyyəsində  bir sı­
ra  köklü  dəyişikliklər  baş  verirdi.  Bu  dəyişikliklərin 
araşdırılmasına,  onu  müəyyən  edən  faktorların,  sosi­
al-iqtisadi  mühitin  obyektiv  qiymətləndirilməsinə 
b6yük  ehtiyac  var  idi.  Bu  məsələdə  səhv  baxışlara 
azacıq  meyil  etmək,  əhalinin  sosial  inkişafına  ciddi 
zərbə  vura  bilərdi.  Belə  bir  şəraitdə  Aqil  Əliyev  xalq 
istehlakınm  təkmilləşdirilməsini  -   yəni  məhsul  və 
xidmətlərin  keyfiyyətinin  yaxşılaşdırılmasını  öz  təd­
qiqatlarında  ön  plana  çəkir.
198
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Aqil  Əliyev  80-ci  illərin  əvvəllərində  ciddi  araşdır­
maların  nəticələrini  «İnkişaf etmiş  sosializm  şəraitin­
də  şəxsi  istehlak  problemləri»  kitabında  rus  dilində 
nəşr  etdirir.  Bu  monoqrafiya  həm  respublika,  həm  də 
İttifaq  elmi  ictimaiyyətində  böyük  maraq  doğurur.
Monoqrafiyada  istehlak  və  istehsalın  qarşılıqlı  əla­
qəsinin  siyasi,  iqtisadi  təhlili  verilir.  Maddi  nemətlər 
istehlakınm  dinamik  inkişafından  bəhs  edilir.  Struktu­
ru,  şəxsi  istehlakın  idarəedilmə  problemləri  sistemli 
şəkildə  tədqiq  olunur.
Dərin  nəzəri  təhlilə,  zəngin,  konkret  statistik  mate­
riallara  əsaslanan  müəllif,  böyük  bir  dövr  ərzində 
xalq  istehlakınm  dinamikasında  baş  verən  dəyişiklik­
ləri  açıqlayır.  Respublika  əhalisinin  həyat  səviyyəsi­
nin  yüksəldilməsi  imkanlarına  və  plan-maliyyə  işinin 
təkmilləşdirilməsi  işlərinə  diqqəti  cəlb  edir.
İnsan  kapitalı,  cəmiyyətin  tərəqqisində  onun  rolu­
nun  artması  dünyada  böyük  fəaliyyət  göstərən  bir 
amilə  çevrilir.
Ona  görə  də  alimin  tədqiqatlarında  qeyri-istehsal 
sferasının  iqtisadi  problemlərinin  araşdırılması  m əsə­
lələri  xüsusi  yer  tutur.  Alimin  uzun  illər  Azərbaycan 
Tibb  Universitetində  çalışması,  sosial  sahələrin  iqtisa­
diyyatı  ilə  bağlı  tədqiqatlarının  genişlənməsi  bu  isti­
qamətdə  tədris  işinin  təkmilləşdirilməsinə  başçılıq  et­
diyi  kafedranın  səhiyyənin  iqtisadiyyatının  nəzəri  və
199


Əbülfəz  Bərəkət  (Qasımov)
praktik  problemləri  üzrə  bir  baza  kimi  formalaşması­
na  səbəb  olmuşdur.
Aqil  Əliyev  keçmiş  SSRİ  məkanında,  o  cümlədən 
respublikamızda  səhiyyənin  iqtisadiyyatı  problemləri 
ilə  məşğul  olan  ilk  iqtisadçı  alimlərdəndir.  O,  apar­
dığı  tədqiqatlarda,  dərc  etdirdiyi  əsərlərdə  sübut  et­
mişdir  ki,  səhiyyənin  qeyri-istehsal  sferasına  aid  edil­
məsi  nisbi  xarakter  daşıyır,  burada  sərf edilən  əməyi 
qeyri-məhsuldar  əmək  adlandırmaq  olmaz.  Səhiyyə­
nin  inkişafı  ictimai  istehsalın  inkişafına,  onun  səmə­
rəliliyinə  bilavasitə  təsir  edir.  Aqil  Əliyevin  sosial  sa­
hələrin,  o  cümlədən  səhiyyənin  qalıq  prinsipi  əsasın­
da  maliyyələşdirilməsindən  imtina  edilməsinə  dair 
konkret  faktlarla  əsaslandırılmış  fikirləri  bu  gün 
müstəqil  respublikamızda  aparılan  islahatların  elmi 
bazasının  möhkəmləndirilməsi  üçün  mühüm  əhə­
miyyət  kəsb  edir.
Onun  tədqiqatlarında  insanın  sağlamlığı  üçün  zəru­
ri  olan  səhiyyənin  inkişafı  ilə  iqtisadi  inkişaf  arasın­
da  qarşılıqlı  əlaqə  m əsələləri  xüsusi  yer tutur.  Alimin 
səhiyyə  xidmətinin  planlaşdırılması,  ona  ayrılan  xərc­
lərin  dinamik  artımının  təmin  edilməsi,  demoqrafik 
inkişaf  göstəricilərinin  yaxşılaşdırılması  istiqamətləri 
barədə  tutarlı  elmi  araşdırmalarının  nəticələri  bu  gün 
üçün  də  öz  aktuallığını  saxlayır.
O,  sübut  edir  ki,  səhiyyə  xidmətləri  istehlakının  ar­
tımı  əhali  məskunlaşmasının  inkişafında  başlıca  amil­
2 0 0
dir:  şəxsi  istehlakın  sosial  nəticələrindən  ən  mühümü 
əhalinin  ölüm  səviyyəsinin  aşağı  düşməsi  və  orta  ya­
şayış  davamlılığının  artımıdır;  əhalinin  qocalması  cə­
miyyət  qarşısında  bir  çox  problemlər  yaradır;  huma­
nist  sosial  planlaşdırma  təkcə  qocalığa  maddi  təmina­
tın  zəruriliyini  deyil,  həm  də  tibbi  xidmətin  yaxşılaş­
masını  nəzərə  almalıdır.
Şəxsi  istehlakın  inkişaf  problemlərini  tədqiq  edən 
alim  qeyd  edir  ki,  cəmiyyətin  inkişafı  gedişində  şəx­
si  istehlakın  həcmi  və  strukturu  sabit  qalmır,  istehsa­
lın  və  şəxsi  istehlakın  inkişafı  arasında  qarşılıqlı  əla­
qə  və  asılılıq  var:  şəxsi  istehlak  idarəetmənin  və 
planlaşdırmanın  əsas  obyekti  ola  bilər  ki,  onun  da 
məqsədi  istehlak  məqsədli  inkişafın  güclənməsidir.
Aqil  Əliyev  iqtisadi  inkişaf  ilə  əhalinin  gəlirləri 
arasındakı  əlaqələri  təhlil  edərək,  elmi  və  əməli  əhə­
miyyət  kəsb  edən  digər  nəticələr  əldə  etmişdir  ki, 
bunlardan  da  müasir  dövrdə  sosial  sahələrin  inkişafı, 
istehlakın  artırılması,  onun  strukturunun  təkmilləşdi­
rilməsi  ilə  bağlı  məsələlərin  həlli  prosesində  istifadə 
edilə  bilər.
Aqil  Əlirza  oğlu  Əliyev  1986-2005-ci  illərdə  Azər­
baycanın  elmi-texniki  inkişafının  kompleks  proqramı­
nın  işlənməsində  yaxından  iştirak  etmiş,  «Əhalinin 
sağlamlığının  qorunması»  problem  komissiyasının  səd­
ri  olmuşdur.  Əhalinin  sağlamlığının  qorunması  böl­
məsi  onun  tərəfindən  tərtib  edilərək  kompleks  proqra­
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
201


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə