Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

Əbülfəz Bərəkət  (Qasımov)
ma  daxil  edilmişdir.  O,  həmçinin  2000-ci  illərdə 
Azərbaycanda  məhsuldar  qüvvələrin  yerləşdirilməsi- 
nin  inkişaf sxeminin  işlənib  tərtib  olunmasının  müəl­
liflərindən  biri  olmuşdur.
Aqil  Əliyev  yarım  əsrdir  ki,  Azərbaycan  Dövlət 
Tibb  Universitetində  gələcək  həkimlərə  iqtisadi  nə­
zəriyyə  fənnini  aşılayır.
Beləliklə,  o,  gələcək  tibb  işçilərinin  dünyagörü­
şünün  formalaşmasında,  ixtisasından  asılı  olmayaraq, 
hər  bir  Azərbaycan  vətəndaşının  milli-mənəvi  dəyər­
lərə  sadiq  qalmasında,  dünyada  gedən  bir  çox  obyek­
tiv  prosesləri  nəzərə  almaqla  milli  mənafelərin  qo­
runmasının  zəruriliyini  də  çox  cəsarətlə  vurğulamış- 
dır.  Aqil  Əliyev  yaradıcı  pedaqoq  kimi  həmişə  fərq­
lənmişdir.  Onun  mühazirələrində  daim  real  həyat, 
xalqımızın  sosial-iqtisadi  həyatı  ilə  bağlı  faktlar,  ümu- 
miləşdirmələr  xüsusi  yer  tutmuşdur.
A.Əliyev  50  ildən  çoxdur  ki,  elmi-pedaqoji  sahədə 
geniş  fəaliyyət  göstərir.  Azərbaycanda  ilk  dəfə  olaraq 
«Şəxsi  istehlakın  iqtisadiyyatı»,  «Aqrar  iqtisadiyyatın 
aktual  problemləri»,  «Tibbin  iqtisadiyyatı»,  «Xalq  is­
tehlakı»  və  digər  sanballı  monoqrafıyalann  müəllifidir.
Bir  sıra  əsərləri  Moskvada,  Sankt-Peterburqda,  Çe­
xiyada  və  digər  xarici  ölkələrdə  çap  olunmuşdur. 
A.Əliyev  ölkəmizdə  ötən  illər  ərzində  həyata  keçiri­
lən  demokratik  proseslərə  ictimai  xadim,  əsl  ziyalı  və 
vətəndaş  məsuliyyəti  ilə  öz  münasibətini  bildirmiş  və
2 0 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
həmin  proseslərin  fəal  iştirakçısı  olmuşdur.  Bu,  təkcə 
onun  oxuduğu  mühazirələrdə,  mətbuat  səhifələrində­
ki  məqalələrdə  deyil,  sanballı  monoqrafiyalarında  da 
özünün  parlaq  əksini  tapmışdır.  Yalnız  respublikamı­
zın  bazar  iqtisadiyyatına  keçid  şəraitində  Aqil  Əliye­
vin  bu  problemlərə  həsr  olunmuş  65  elmi  əsəri  və 
məqaləsi  çap  olunmuşdur.
Orijinallığı  və  faydalılığı  ilə  böyük  maraq  doğuran 
«Azərbaycanın  sosial  inkişafında  islahatların  rolu» 
(Bakı,  ABU  nəşriyyatı,  1998)  Azərbaycan  Respubli­
kasının  Təhsil  Nazirliyi  tərəfindən  dəyərli  bir  dərs 
vəsaiti  kimi  təsdiq  edilmişdir.  Eyni  sözləri  həmin  il­
də  onun  nəşr  etdirdiyi  «Azərbaycanda  bazar  münasi­
bətləri  şəraitində  əhalinin  sosial  problemləri»  əsəri 
barədə  də  demək  olar.
Son  dövr  ərzində  yazdığı  və  geniş  əks-səda  doğur­
muş  kitablarından  olan  «Azərbaycanın  sosial-iqtisadi 
inkişafında  islahatların  rolu»  adlı  monoqrafiyası  çox 
dəyərlidir.  Heydər  Əliyevin  dərin  zəkası  sayəsində 
həyata  keçirilən  islahatların  verdiyi  bəhrələr  ümumi­
ləşdirilmiş  və  elmi-praktik  əhəmiyyətli  nəticələr  çı­
xarılmışdır.  Belə  bir  sanballı  monoqrafiya  dərin  iqti­
sadi  təfəkkürdən  və  böyük  novatorluqdan  xəbər verir. 
Digər  bir  dəyərli  monoqrafiya  «İpək  yolunun  bərpası 
-   bəşəriyyətin  tərəqqi  yoludur»  (1999-cu  il)  mövzu­
suna  həsr edilmişdir.  Monoqrafiyada  müəllif şərqdən- 
qərbə,  qərbdən-şərqə  axışan  maddi  və  mənəvi  dəyər­
2 0 3


Əbülfəz  Bərəkət  (Qasımov)
lərimizi  aşkarlayır,  onun  beynəlxalq  əhəmiyyətini  vurğu- 
layır.  Obrazlı  desək,  Çindən  başlayan  bu  qədim  tari­
xi  yola  ipək  çəkir,  onun  işığında  bu  yolun  siyasi,  iq­
tisadi,  sosial  və  bəşəri  əhəmiyyətini  açıqlayır.  Alim 
bu  çətin  və  şərəfli  tədqiqatın  öhdəsindən  layiqincə 
gəlmişdir.  Bu  dəyərli  əsər  bir  çox jurnal  və  qəzetlər­
də  yüksək  qiymət  almışdır.
Oxucuların  stolüstü  kitabına  çevrilən  ikicildli  «Nax­
çıvan  Muxtar  Respublikası  -   nailiyyətlər  və  problem­
lər»  (2001-ci  il)  adlı  Naxçıvana  həsr  edilmiş  ensiklo­
pedik  əsər  mətbuat  səhifələrində  dönə-dönə  dəyərli 
bir  tədqiqat  kimi  qiymətləndirilmiş  və  müəllifə  tə­
şəkkürlər  bildirilmişdir.  Bu  kitabı  yazmaq  üçün  müəl­
lif  Naxçıvan  diyarının  tarixini,  coğrafiyasını,  iqtisa­
diyyatını,  sosial  həyatını,  mədəni  məişətini,  səhiyyə­
sini,  maarifini,  mədəniyyətini  hərtərəfli  öyrənmişdir. 
Burada  dünyaya  göz  açmış  şairlərin,  yazıçıların,  ədib­
lərin,  generalların,  admiralların,  ictimai-siyasi  və  döv­
lət  xadimlərinin,  akademiklərin,  saysız-hesabsız  incə­
sənət  işçilərinin  həyat  və  fəaliyyətini  öyrənmişdir.  Bu 
isə  tədqiqatçıdan  çox  böyük  səbir,  akademik mədəniy­
yəti,  böyük  səriştə  və  qüdrətli  qələm  tələb  edir.  İcti­
maiyyətin  rəyinə  əsaslanaraq  deyə  bilərik  ki,  A.Əliyev 
bu  nəhəng  işin  öhdəsindən  layiqincə  gəlmiş  və  də­
yərli  bir  ensiklopedik  əsəri  oxuculara  təqdim  etmişdir. 
Monumental  əsər  oxucunu  riqqətə  gətirir,  onu  fərəh­
ləndirir,  sabaha,  işıqlı  gələcəyə  ümidlərini  artırır.
2 0 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Alimin  «Azərbaycanda  əhalinin  həyat  səviyyəsinin 
yüksəldilməsinin  aktual  problemləri»  (2000-ci  il)  adlı 
monoqrafiyası  da  çox  mənalı  və  zəngindir.  AMEA-nın 
müxbir  üzvü  kimi  də  müəllifin  yazdığı  bir  sıra  mono­
qrafiyalar  diqqəti  cəlb  edir.  Onun  qələmindən  çıxan 
digər  əsərləri  çoxdur.  Bunlardan  aşağıdakıları  göstər­
mək  olar:  «Azərbaycanın  bazar  iqtisadiyyatına  keçid 
şəraitində  vergi  sistemi»  (Bakı,  SBS,  2002);  «Bələ­
diyyələrə  elmi-metodik  kömək»  (Bakı,  BDU,  2002); 
«Bazar  iqtisadiyyatına  keçid:  dövlətin  iqtisadi  siyasə­
ti»  (Bakı,  İqtisad  Universiteti,  2002);  «Фармацевтиче­
ский  маркетинг»  (Bakı,  «Elm»,  2002);  «Dünya  iqti­
sadiyyatı:  müasir  dövrün  problemləri»  (Bakı,  İqtisad 
Universiteti,  2003);  «Müstəqil  Azərbaycan  iqtisadiy­
yatının  aktual  problemləri»  (Bakı,  «Ozan»,  2003); 
«Менеджмент  развития.  Вопросы  теории  и  практи­
ки  управления  в  странах  с  переходной  экономи­
кой»  (Москва,  «Экономика»,  2003).
Alimin  Moskvada  nəşr  edilmiş  bu  tədqiqat  əsəri  iq­
tisad  elminə  dəyərli  töhfədir.  Monoqrafiyanın  əsas 
qayəsi  budur  ki,  təbii-iqtisadi  sərvətə  malik  olmaq  az­
dır.  Ən  başlıcası  həm  də  budur  ki,  həmin  sərvətdən 
məqsədyönlü,  səmərəli  istifadə  etməyi  gərək  bacara­
san.  Misal  üçün  götürək  Azərbaycanın  neft  sərvətini. 
Bu  sərvət  tarixən  respublikamızda  var  idi.  Lakin  onu 
necə  istifadə  etmək,  kimləri  bu  işin  reallaşdırılmasına 
dəvət  etmək,  müxtəlif ölkələri,  həmin  ölkələrin  sahib­
2 0 5


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə