Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
truktiv  hidroizomerizasiya  prosesinin  yaradılmasına 
həsr  olunmuşdur  ki,  bunların  vasitəsilə  neft  emalının 
dərinləşməsi  və  yüksək  oktanlı  avtomobil  benzinlə­
rinin  alınması  mümkündür.
Tədqiqatların  bir  qismi  neft  emalı  nəticəsində  alı­
nan  məhsulların  keyfiyyətlərinin  yaxşılaşdırılmasına 
və  ekoloji  cəhətdən  təmiz  olan  texnologiyaların  yara­
dılmasına  yönəldilmişdir.
Akademik  M.İ.Rüstəmovun  birbaşa  rəhbərliyi  ilə 
respublikamızda perspektiv tələbatlara cavab  verən  tər­
kibində  qurğuşun  birləşmələri  olmayan  ekoloji  təmiz 
Aİ-93,  Aİ-95  markalı  benzin,  çox  az  kükürdlü  yüksək 
keyfiyyətli  reaktiv  və  dizel  yanacaqları  növləri  yara­
dılmışdır.  Onun  elmi  işlərinin  bir  qismi  katalitik  kre- 
kinq  prosesinin  nəzəri  əsaslarının  araşdırılmasına, 
prosesin  kinetik  tənliklərinin  və  riyazi  modelinin  ya­
radılmasına  həsr  edilmişdir.
Onun  rəhbərliyi  altında  respublikamızda  hidrogen 
energetikası  üzrə  tədqiqat  işlərinin  əsası  qoyulmuş­
dur.  İzoquruluşlu  olefınlərin  alınması  məqsədilə  yeni 
destmktiv  izomerləşmə  prosesi  yaradılmışdır;  biratom- 
lu  spirtlərin  və  katalitik  krekinq  və  destruktiv  izo­
merləşmə  proseslərindən  alman  benzin  fraksiyalarının 
aşağı  temperaturda  qarşılıqlı  təsiri  nəticəsində  oksi­
gen  tərkibli  yüksək  oktanlı  (oktan  ədədi  110-115)  bir­
ləşmələrin  (efirlərin)  alınma  prosesi  işlənib  hazırlan­
mışdır.  O,  alkanların  C-C,  C-H  rabitələrinin aşağı  tem­
peraturda  fotokimyəvi  aktivləşməsi  reaksiyasını  ilk
2 4 0
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
dəfə  tədqiq  edənlərdən  biridir.  Akademik  M.İ.Rüstə­
movun  ən  vacib  elmi  istiqamətlərindən  biri  də  Azər­
baycan  neft  emalı  və  neft-kimya  sənayesinin  komp­
leks  inkişaf  sxemlərinin  işlənib  hazırlanmasıdır.  Onun 
rəhbərliyi  ilə  təkrar olunan  və  təkrar olunmayan  ener­
ji  daşıyıcılarının  respublikamızda  gələcək  istifadəsi 
konsepsiyası  hazırlanır.
Akademik  M.İ.Rüstəmov  respublikada  ilk  dəfə  ola­
raq  atom  neft  emalı  və  atom-neft-kimya  kompleksləri­
nin  yaradılması  təkliflərini  və  həmin  komplekslərin 
sxemlərini  təklif etmişdir.  Onun  bu  sahədəki  elmi  ax­
tarışları  “Атомно-водородная  энергетика  и  техноло­
гия” jurnalında  çap  edilmişdir.
Onun  neft  kimyası,  kimyəvi  kinetika  və  kataliz,  ya­
nacaq və  qazın  kimyəvi  texnologiyası,  kimyəvi  texno­
logiyanın  proses  və  aparatları  sahəsində  apardığı  çox­
cəhətli  elmi  tədqiqatlarının  nəticələri  480-dən  artıq 
elmi  əsərdə,  o  cümlədən  1  monoqrafiyada  öz  əksini 
tapmışdır.  100-dən  artıq  müəlliflik  şəhadətnaməsi  və 
xarici  ölkələrin  patentini  almışdır.  Əsərlərinin  230-u 
respublikada,  200-ü  keçmiş  SSRİ-də  və  50-si  xarici 
ölkələrdə  çap  olunmuşdur.
Elmi  kadrların  yetişməsinə  xüsusi  diqqət  yetirən 
M.İ.Rüstəmov  8  elmlər doktoru  və  43  elmlər namizə­
di  hazırlamışdır.
Akademik  M.İ.  Rüstəmov  Şərqi  Avropa  ölkələri 
akademiyalarının  neft  kimyası  problemi  üzrə  birgə  iş­
lənilən  katalitik  krekinq  və  destruktiv  izomerləşmə
241


Əbülfəz  Bərəkət  (Qasımov)
mövzusunun  rəhbəri  olmuşdur.  Ümumdünya  hidrogen 
energetikası  üzrə  Assosiasiyanın  üzvü  və  1976-82-ci 
illərdə  keçmiş  SSRİ  EA  Rəyasət  Heyətinin  hidrogen 
energetikası  üzrə  komissiyasının  büro  üzvü  olmuşdur. 
O,  keçmiş  SSRİ-də  keçirilmiş  30-dan  artıq  və  xaricdə 
15  mötəbər  simpozium  və  konfranslarda  iştirak  et­
mişdir.  O,  1994,  1996,  1998,  2000  və  2002-ci  illərdə 
keçirilən  Beynəlxalq  Bakı  neft-kimya  konfranslannın 
təşkilatçısı  olmuşdur.
Akademik  M.İ.  Rüstəmov  Rusiya  EA-nın  kataliz  v ə 
neft  kimyasına  dair  bir  sıra  Elmi  Tədqiqat  İnstitutları 
ilə  yanaşı,  Türkiyənin  Egey  Universiteti,  Yüksək  Tex­
noloji  Universiteti  (İzmir),  Ankara  Universiteti,  Orta 
Doğu  Universiteti,  ABŞ-ın  Günəş  Enerjisinin  Çevril­
məsi  İnstitutu  (Florida)  və  Mayami  Universitetinin 
Təmiz  Enerji  İnstitutu  ilə  birgə  elmi  tədqiqatlar apara­
raq  daimi  əlaqələri  davam  etdirir.
M.İ.  Rüstəmov  Azərbaycan  Respublikası  Dövlət Neft 
Şirkəti  Prezidenti  yanında  yaradılmış  Neft  Emalı  üzrə 
Elmi-Texniki  Şuranın  sədri  kimi  xarici  şirkətlərin 
respublikanın  neft emalı  sənayesinin  yeniləşdirilməsinə 
yönəldilmiş  təkliflərinin  ekspertizasına  rəhbərlik 
etmişdir.  Onun  rəhbərlik  etdiyi  Neft  Kimya  Prosesləri 
İnstitutu  bir  çox  xarici  şirkətlərlə  (ABŞ-ın  Mobil, 
Şevron;  Yaponiyanın  Mitsui,  İtoçi,  Toyo;  İngiltərənin 
BP,  İsveçrənin  ABB  şirkətləri  ilə)  sıx  əlaqə  saxlayır.
O,  əldə  etdiyi  nailiyyətlərinə  və  elmi  kadrlann  ha­
zırlanmasında  olan  əməyinə  görə  1979-cu  ildə  Azər-
2 4 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
baycan  SSR  əməkdar  elm  xadimi,  1982-ci  ildə  isə 
“İkimərhələli  katalitik  krekinq  prosesi”nin  yaradılması­
na  görə  Azərbaycan  SSR  Dövlət  mükafatı  laureatı  ad­
larına  layiq  görülmüşdür.
2002-ci  ildə  İstanbul  şəhərində  İqtisadi  Əməkdaş­
lıq  Təşkilatının  (İƏT)  Zirvə  Toplantısında  ona  həmin 
təşkilatın  “Elm  və  Texnologiya  “  üzrə  mükafatı  veril­
mişdir.  2004-cü  ildə  Azərbaycan  Respublikası  Prezi­
dentinin  Fərmanı  ilə  “Şöhrət”  ordeni  ilə  təltif  edil­
mişdir.
Akademik  M.İ.  Rüstəmov  “Neft  kimyası  və  neft 
emalı  prosesləri”  jurnalının  yaradıcısı  və  baş  redak­
torudur.  “Azərbaycan  kimya  jurnalf’mn  redaksiya 
heyətinin  üzvü,  AMEA  KEB  nəzdində  yaradılmış 
Neft  Emalı  və  Neft  Kimyası  üzrə  Problem  Şurasının, 
Elmi  Dərəcələrin  Verilməsi  üzrə  İxtisaslaşdırılmış 
Şuranın  və  NKPİ  Elmi  Şurasının  sədridir.
2 4 3


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə