Əbülfəz Bərəkət (Qasımov)
AKADEMİK RƏHİM RƏHİMOV
Akademik, əməkdar elm xadimi, tibb elmləri dokto
ru, professor Rəhimov Rəhim Nurməmməd oğlu 18
mart 1923-cü ildə Ordubad şəhərində anadan olmuşdur.
1941-ci ildə Pedaqoji Texnikumu bitirdikdən sonra,
Ordubad rayon məktəblərində müəllimlik etmişdir.
1945-ci ildə R.Rəhimov Azərbaycan Tibb İnstitu
tuna daxil olur. 1950-ci ildə Tibb İnstitutunun müa
licə-profilaktika fakültəsini bitirdikdən sonra əvvəlcə
Şahbuz rayonunda cərrah, sonra isə Ordubad şəhər
xəstəxanasında rentgenoloq işləyir.
1953-cü ildə hazırkı Milli Onkoloji Mərkəzin aspiran
turasına daxil olmuşdu. 1957-ci ildə «Mədə xərçəngi və
mədə xorasının diaqnostikası» mövzusunda namizədlik,
1968-ci ildə isə «Yoğun bağırsaq xəstəliklərinin diaqno
stikası üzrə materiallar (kliniki-rentgenoloji tədqiqatlar)»
mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi.
Akademik R.Rəhimov yüksək rentgenoloq, elm və
səhiyyə sahəsində gözəl təşkilatçıdır. Onun böyük
köməyi sayəsində biokimya, endoskopiya, sitologiya,
patomorfologiya, radio-izotop, qastroenterologiya,
dərmanla müalicə, poliklinika, şüa-müalicə şöbələri
yaradılmış və müasir avadanlıqlarla təchiz edilmişdir.
Akademik R.Rəhimov ömrünün 45 ilini rentgeno-
morfoloji tədqiqatlar sahəsində həzm orqanlarının xəs
təlikləri ilə bağlı əsaslı tədqiqatların aparılmasına həsr
etmişdir. Onun «Yoğun bağırsağın divarlarını üçlü
2 2 2
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
konstrastlaşdırma» metodu iki elmin - rentgenologi-
yanın və onkologiyanın inkişafına böyük töhfədir. Bu
sahədə çalışan alimlər onu yüksək qiymətləndirmişlər.
Bu görkəmli alim 115 elmi əsərin, iki kəşfin müəl
lifidir. Onun əsərləri Yaponiya, Almaniya, İtaliya, Tür
kiyə və digər ölkələrdə nəşr edilmişdi.
Akademik R.Rəhimov respublikada rentgenoloqlar
məktəbinin banisidir. Onun yetişdirdiyi elmi kadrlar,
təkcə respublikamızda deyil, Almaniya, İsrail, Rusiya və
digər xarici ölkələrin tibb mərkəzlərində də çalışırlar.
Uzun illər namizədlik və doktorluq dissertasiyaları
nın müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın, Respub
lika Rentgenologiya və Radiologiya Elmi Cəmiyyəti
nin sədri, SSRİ Rentgenoloqlann, Radioloqların və On-
koloqların Elmi Cəmiyyətinin Plenum üzvü olmuşdur.
«Rentgenologiya və radiologiya xəbərləri» (Moskva)
və «Onkologiya məsələləri» (Rusiya, Sankt-Peterburq)
jurnalları redaksiya heyətinin üzvüdür.
1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-
cu ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. Sə
mərəli fəaliyyətinə görə, «Azərbaycan Respublikasının
əməkdar elm xadimi» fəxri adma layiq görülmüşdür.
Elm sahəsində qazandığı nailiyyətlərə görə, Ameri
ka Bioqrafiya İnstitutu tərəfindən «1997-ci ilin adamı»
kimi yüksək ada layiq görülmüş, 1998-ci ildə isə hə
min institutun qızıl medalı ilə təltif edilmişdir. Fərəhli
hal həm də budur ki, dünya şöhrətli bu akademik öz
ailəsində də çox görkəmli alimlər yetişdirmişdir.
2 2 3
Əbiilfəz Bərəkət (Qasımov)
2 2 4
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK ƏHMƏD MAHMUDOV
Akademik Əhməd Ələkbər oğlu Mahmudov 1923-
cü ildə mayın 25-də Şərur rayonunun Şahtaxtı kəndin
də anadan olmuşdur. Orta təhsilini kənd məktəbində
almışdır. 1942-1945-ci illərdə hərbi xidmətdə olmuş
dur.
1946-1950-ci illərdə K.Marks adına Azərbaycan
Dövlət Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almış
dır.
1950-1954-cü illərdə Azərbaycan Elmlər Akade
miyasının İqtisadiyyat bölməsinin aspirantı olmuş,
Moskvada SSRİ EA İqtisadiyyat İnstitutuna ezam
edilmişdir. Burada 1955-ci ildə namizədlik disserta
siyasını müdafiə etmişdir.
1955-1956-cı illərdə Azərbaycan Elmlər Akade
miyasının İqtisadiyyat bölməsində kiçik elmi işçi, baş
elmi işçi, şöbə müdiri və 1958-1964-cü illərdə İqtisa
diyyat İnstitutunun direktor müavini, 1964-cii ildən
ömrünün axırınadək bu institutun direktoru vəzifəsin
də işləmişdir.
İşlədiyi müddət ərzində bir sıra elmi şuraların səd
ri olmuşdur. Onun rəhbərliyi altında çoxlu namizəd
lik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
1989-cu ildə mayın 8-də dünyasını dəyişmişdir.
22 5
Əbülfəz Bərəkət (Qasımov)
AKADEMİK HƏBİBULLA ŞAHTAXTİNSKİ
Akademik Şahtaxtinski Həbibulla Baxşəli oğlu 1900-
cü il sentyabrın 9-da Şərur rayonunun Şahtaxtı k ə n
dində anadan olmuşdur.
1920-ci ildə Bakıda gimnaziyanı bitirmişdir. 1926-
cı ildə BDU-nun tibb fakültəsini, 1930-cu ildə isə in
diki ADNA-nm kimya-texnologiya fakültəsini b itir
mişdir.
1923-30-cu illərdə eyni zamanda orta məktəbdə,
fəhlə fakültəsində, texnikumda müəllimlik etmişdir.
1924-59-cu illərdə ADNA-da «Analitik kimya» kafed
rasında laborant vəzifəsindən kafedra müdiri vəzifə
sinə qədər yüksəlmişdir.
1940-cı ildə namizədlik, 1949-cu ildə isə doktorluq
dissertasiyasını müdafiə etmişdir. 1950-ci ildə ona
professor adı verilmişdir. 1967-ci ildə isə Azərbaycan
EA-nın həqiqi üzvü seçilmişdir.
1969-cu ildən ömrünün axırına kimi Azərbaycan
EA QÜFKİ-də «Mineral maddələr texnologiyası» la
boratoriyasının rəhbəri olmuşdur.
H.B.Şahtaxtinski 380-dən çox elmi əsərin, o cümlə
dən 7 monoqrafiyanın müəllifidir. «Miqdari kimyəvi
analiz» kitabı ən qiymətli dərslikdir. Onun rəhbərliyi
ilə 3 elmlər doktoru, 35 elmlər namizədi yetişmişdir.
Əməkdar elm xadimidir. Çoxlu orden və medalları
vardır. H.B.Şahtaxtinski 1986-cı ildə vəfat etmişdir.
2 2 6
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK ASƏF NADİROV
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, iqtisad elmləri doktoru, professor, Azərbaycan
Respublikasının əməkdar elm xadimi A. A. Nadiro
vun əmək fəaliyyətinin 50 ildən artığı fasiləsiz olaraq
akademiyanın həyatı ilə bağlıdır. SSRİ Elmlər Aka
demiyasında 1956-cı ildə vaxtından əvvəl namizədlik
dissertasiyasını uğurla müdafiə edən gənc alim özü
nün sonrakı tədqiqat maraqlarında Azərbaycanın sosi
al-iqtisadi inkişafının ən köklü və önəmli problemlə
ri ilə məşğul olmağı elmi araşdırmalarının əsas məq
sədi kimi müəyyən etdi. Azərbaycan iqtisadiyyatının
ixtisaslaşması və kompleksi sahəsində A.Nadirovun
hazırladığı mükəmməl konsepsiyanın mahiyyətində
zəngin yerli sərvətlərdən və başqa əlverişli imkanlar
dan səmərəli istifadə edilməsi əsasında zəruri sahələ
rin qarşılıqlı əlaqəli inkişaf yolu ilə respublikada
məhsuldar qüvvələrin böyük yüksəlişinin, onun regi
onlarında ərazi-istehsal komplekslərinin təşəkkülü
nün, səmərəli şəhərlər sisteminin əm ələ gəlməsinin
və onların sırasında məhəlli mədəni-iqtisadi mərkəz
lərinin yaranmasının, əhalinin məskunlaşmasının, tək
milləşməsinin mühüm sosial-iqtisadi üstünlüklərinin
elmi cəhətdən dərin əsaslandırılması məsələləri əsas
yer tutur. Uzun müddət respublika iqtisadiyyatında
hökm sürən birtərəfli inkişaf meyillərinə son qoymaq
2 2 7
Dostları ilə paylaş: |