Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
234
ŞƏRQ/N  QAPISI NAXÇIVAN DİYARI
nun  Elm  Komitəsində  informasiya  texnologiyaları 
sahəsində  Azərbaycan  üzrə  əlaqələndirici  və  milli 
əhəmiyyətli  bir  neçə  xüsusi  təyinatlı  kompüter  və 
informasiya  sistemlərinin  icraçısı  və  rəhbəri  olmuşdur. 
Respublikamızı  Avropa  Elm  və  Təhsil  İNTERNET 
Assosiasiyasında  (TERENA)  təmsil  etmişdir.
1993-cü  ildə  “İnformasiya  emalı  və  idarəetmə  sis­
temləri”  ixtisası  üzrə  dissertasiya  müdafiə  etmiş  və 
texnika  elmləri  doktoru  elmi  dərəcəsinə  layiq  görül­
müşdür.
1996-cı  ildə  İnformatika  sahəsində  professor  elmi 
adını  almışdır.  2000-2004-cü  illərdə  Azərbaycan  Döv­
lət  İqtisad  Universitetinin  rektoru  olmuş  və  eyni  za­
manda  “Dünya  iqtisadiyyatında  informasiya  texnolo­
giyaları”  kafedrasına  rəhbərlik  etmişdir.  Bu  müddət 
ərzində  Azərbaycan  Elm  və  Təhsil  üzrə  kompüter  şə­
bəkələri  Assosiasiyasının  (AZRENA)  prezidenti  kimi 
fəaliyyət  göstənniş,  “Elm  və  təhsil  İNTERNET  şəbə­
kəsinin  inkişafı”,  “Respublikada  məsafədən  (distant) 
təhsil  sisteminin  yaradılması”,  “Virtual  İpək  yolu” 
(Böyük  İpək  yolu  dövlətləri  üzərindən  peyk  infor­
masiya  magistralının  salınması)  və  digər  layihələrə  rəh­
bərlik  etmişdir.
Kembric  bioqrafiya  mərkəzi  Ə.Abbasovu  1996-cı 
ildə  texnika  və  texnologiya  üzrə  “İlin  beynəlxalq  ada­
mı”  elan  etmişdir.  1994-cü  ildən  UNESCO-nun  infor­
masiya  və  telekommunikasiya  üzrə  eksperti,  1998-ci 
ildən  Beynəlxalq  İnformatizasiya  Akademiyasının  hə-
235


Əbülfəz  Bərəkət  (Qasımov)
qiqi  üzvü  (Moskva  bölməsi  üzrə),  2000-ci  ildən  Bey­
nəlxalq  Elmlər  Akademiyasının  həqiqi  üzvü  (Azər­
baycan  bölməsi),  2001-ci  ildən  isə  Azərbaycan  Milli 
Elmlər Akademiyasının  həqiqi  üzvüdür.  2000-ci  ildən 
Azərbaycan  Milli  Məclisinin,  2001-ci  ildən  isə Avropa 
Şurasının  Parlament  Assambleyasının  üzvüdür.  2004- 
cü  il  fevralın  20-dən  Azərbaycan  Respublikasının 
rabitə  və  informasiya  texnologiyaları  naziridir.
120-dən  çox  (əsasən  xarici  ölkələrdə)  elmi-texniki 
əsərin,  o  cümlədən  6  monoqrafiyanın  müəllifidir.  On­
larla  beynəlxalq  konfrans  və  forumların  iştirakçısıdır. 
İngilis  və  rus  dillərini  bilir.
2 3 6
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  MUSA  RÜSTƏMOV
Musa  İsmayıl  oğlu  Rüstəmov  1930-cu  il  mayın  8-də 
Ordubad  şəhərində  qulluqçu  ailəsində  anadan  olmuş­
dur.  1937-ci  ildə  Ordubad  şəhərinin  1  saylı  orta  məktə­
binin  birinci  sinfinə  daxil  olmuş  və  oranı  1947-ci  ildə 
gümüş  medalla  qurtarmışdır.  Həmin  ildə  Azərbaycan 
Sənaye  İnstitutunun  kimya-texnologiyası  fakültəsinə 
qəbul  olmuş  və  1952-ci  ildə oranı  kimyaçı-texnoloq  ix­
tisası  üzrə  bitirmişdir.  İnstitutu  bitirdikdən  sonra  o, 
Azərbaycan  Elmi  Tədqiqat  Neft  Emalı  İnstitutunda 
mühəndis  kimi  elmi  fəaliyyətə  başlamışdır.  1959-cu  il­
dən  1988-ci  ilə  qədər Azərbaycan  Elmlər Akademiyası 
Y.Məmmədəliyev  adına  Neft-Kimya  Prosesləri  İnstitu­
tunda  kiçik  və  böyük  elmi  işçi,  laboratoriya  müdiri  və 
elmi  işlər üzrə  direktor müavini  vəzifələrində  çalışmış­
dır.  1988-ci  ildən  NKPİ-nin  direktorudur.
M.İ.Rüstəmov  1961-ci  ildə  “Kontakt-katalitik  hete- 
rogen  proseslərin  aparılması  üçün  kiçik  dispersli  mate­
rialların  birbaşa  axınının  tətbiqi  ilə  yeni  yüksək  səmə­
rəli  sistemlərin  işlənib  hazırlanması”  mövzusunda 
namizədlik,  1968-ci  ildə  isə  “Neft  xammalının  birbaşa 
axın  reaktorlarında  katalitik  krekinq  prosesinin  işlənib 
hazırlanması  və  tədqiqi”  mövzusunda  doktorluq  disser­
tasiyasını  müdafiə  edərək  texnika  elmləri  doktoru  də­
rəcəsini  almışdır.  1973-ci  ildə Neft  kimyası  ixtisası  üz­
rə  professor  adına  layiq  görülmüşdür.
2 3 7


Əbülfəz  Bərəkət  (Qasımov)
23 8
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Professor  M.İ.  Rüstəmov  1980-ci  ildə  Azərbaycan 
EA-nın  müxbir  üzvü,  1989-cu  ildə  isə  Azərbaycan 
EA-nın  həqiqi  üzvü  seçilmişdir.
Akademik  M.İ.  Rüstəmov  elmi-tədqiqat  işlərini  pe­
daqoji  fəaliyyəti  ilə  uzlaşdıran  alimdir.  1993-95-ci 
illərdə  o,  Azərbaycan  Dövlət  Neft  Akademiyası 
(ADNA)  kimya-texnologiyası  fakültəsinin  professoru 
kimi  neft  və  qazın  emalı  texnologiyasından  mühazirə­
lər  oxumuşdur.  1999-cu  ildən  indiyə  kimi  Bakı  Döv­
lət  Universitetinin  professorudur.  O,  1980-ci  ildə  Bol­
qarıstanın  Burqas  Neft-Kimya  İnstitutunun  dəvəti  ilə 
həmin  İnstitutun  məzunları  üçün  ixtisas  fənnindən 
mühazirələr  oxumuşdur.
Onun  elmi  işləri  əsasən  heterogen  kataliz  prosesləri 
texnologiyasının  tədqiqinə  həsr  olunubdur.  Onun  rəh­
bərliyi  altında  heterogen  kontakt-katalitik  prosesləri­
nin  aparılması  üçün  “lift  reaktor”  sistemlərinin  elmi 
əsasları  işlənib  hazırlanmış  və  nəticədə  katalitik  kre- 
kinq  sistemlərinin  yeni  nəsli  Q-43-107  sistemi  yara­
dılmışdır.  Bu  yüksək  səmərəli  sistem  keçmiş  SSRİ- 
nin  bir  sıra  zavodlarında  və  “Azəmeftyanacaq”  İB-də 
(İndiki  Heydər  Əliyev  adına  Neft  Emalı  zavodunda) 
tətbiq  olunmuşdur.  “Azəmeftyanacaq”  İstehsalat  Bir­
liyi  iqtisadçılarının  hesablamalarına  görə  bu  qurğunun 
işlədiyi  3  il  (1994-1997-ci  illər)  müddətində  dövlət 
büdcəsinə  müxtəlif  köçürmələr  yolu  ilə  750  milyard 
manat  vəsait  daxil  olmuşdur.  Tədqiqatların  böyük  bir 
hissəsi  hidrokrekinq  prosesinin  araşdırılmasına  və  des-
2 3 9


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə