Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
2 2 8
üçün  müxtəlif yerli  xammal  sərvətlərinin  ilkin  emal­
la  məhdudlaşan  mərhələlərindən  onlardan  geniş  çe­
şidli  hazır  məhsullar  hasil  edilməsinin  bütün  sonrakı 
emal  proseslərinin  yaradılmasının  respublikanın  ümu­
mi-sosial  iqtisadi  tərəqqisində  və  istehsalın  səmərəli­
liyinin  əsaslı  şəkildə  artırılmasında  müstəsna  əhə­
miyyəti  onun  tədqiqatlarında  hərtərəfli  əsaslandırıl­
mışdır.  A.Nadirovun  çoxşaxəli  araşdırmaları  ilə  isbat 
edilmişdir ki,  Azərbaycan  iqtisadiyyatının  bütün  dövr­
lərdə  inkişaf  səviyyəsi  müxtəlif  dərəcədə  nə  onun 
zəngin  yerli  sərvətlərindən  daha  məqsədəuyğun  isti­
fadə  edilməsinə,  nə  respublikanın  tələbatının  əhatəli 
ödənilməsinə,  nə  də  istehsalın  səmərəli  təşkili  vəzi­
fələrinə  cavab  verməməlidir.  Halbuki  o,  öz  tədqiqatla­
rında  isbat  edir  ki,  Azərbaycan  demək  olar  ki,  tam 
müstəqil  halda  geniş  təyinatlı  iqtisadiyyatın  hərtə­
rəfli  kompleks  inkişafı  üçün  bütün  zəruri  imkan  və 
şəraitə  malikdir.  Bu  istiqamətdə  A.Nadirov  mütəma- 
di  olaraq  Azərbaycan  iqtisadiyyatın  yüksəlişindən 
ötrü  çox  vacib  olan  bütün  əsas  istehsal  sahələrinin  ge­
niş  miqyasda  və  səmərəli  inkişafını  müəyyən  edən 
dərin  tədqiqatlar  aparmış,  alman  nəticələrdən  irəli 
gələn  əməli  tövsiyələr  dövlət  orqanlarına  təqdim 
edilmiş,  əlamətdardır  ki,  onların  da  əksəri  həyatda  öz 
tətbiqini  tapmışdır.  İlk  dəfə  A.Nadirov  tərəfindən  res­
publikanın  ümumi  sosial-iqtisadi  inkişafı  ilə  onun  ta­
razlı  ərazi  nisbətlərinin  təşəkkülünün  qarşılıqlı  əlaqə­
si  müəyyən  edilmişdir.  Bu  səpgidə  aparılan  tədqiqat-
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
2 2 9


Əbülfəz  Bərəkət  (Qasımov)
lar nəticəsində Azərbaycanın  regionları  arasında  m ə h ­
suldar  qüvvələrin  ümumi  inkişaf  səviyyəsinə  g ö r ə  
kəskin  fərqlərin  mövcud  olması  üzə  çıxarılmış  və  b u  
vəziyyətin  respublikanın  sosial-iqtisadi  h əy atın d a 
uzun  dövr  ərzində  yaratdığı  ağır  nəticələrinin  m a ­
hiyyəti  qiymətləndirilmişdir.  Alimin  bu  istiqam ətdə 
apardığı  tədqiqatların  nəticələri  respublikadan  k ə n a r ­
larda  da  layiqincə  dəyərləndirilərək  iqtisadi  təd q iq at­
ların  mühüm  istiqamətlərindən  birini  təşkil  etm işdir. 
A.Nadirov  respublikada  regionla  tədqiqatlar  üzrə  ç o x  
nüfuzlu  elmi  məktəb  yaratmışdır.
Dövlət  müstəqilliyini  əldə  etdikdən  sonra  A zərbay­
can  iqtisadiyyatının  milli  mənafelərə  cavab  verən  is ti­
qamətdə  yenidən  qurulması  və  inkişaf etdirilməsi,  ö l­
kədə  səmərəli  iqtisadi  islahatların  aparılması  və  bazar- 
istehsal  münasibətlərinin  bərqərar olması  sahəsində  a li­
min  apardığı  geniş  tədqiqatlann  respublikanın  yüksək 
tərəqqisində  öz  müsbət  rolunu  oynamış  və  bu  istiqa­
mətdə  onun  səmərəli  fəaliyyəti  indi  də  davam  edir.
Akademik  A.Nadirovun  çoxşaxəli  tədqiqatlarının 
nəticələri  respublikamızda  və  bir  sıra  xarici  ölkələrdə 
çap  olunmuş  500-ə  qədər  monoqrafiya,  dərslik,  elm i- 
kütləvi  kitablar  və  məqalələrdə  öz  əksini  tapmışdır. 
Alim  onlarla  monoqrafiyanın  redaktoru  olmuş,  çoxlu 
nüfuzlu  jurnal  və  qəzetlərin,  o  cümlədən  beynəlxalq 
«Общество  и  экономика» jurnalının  redaksiya  h ey ə­
tinin  üzvüdür,  «AMEA-nın  xəbərləri»,  “İqtisadiyyat 
seriyası” jurnalının  baş  redaktorlarındandır.
2 3 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Akademik  A.  Nadirovun  yüksəkixtisaslı  elmi  kadr­
ların  hazırlanmasında  da  böyük  xidmətləri  vardır. 
Onun  rəhbərliyi  ilə  37  elmlər  namizədi  və  3  elmlər 
doktoru  müdafiə  etmiş  və  bu  sahədə  alimin  səmərəli 
fəaliyyəti  uğurla  davam  edir.  O,  hazırda  Azərbaycan 
Respublikası  Prezidenti  yanında  AAK-ın  Rəyasət  He­
yətinin  üzvü  kimi  elmi  kadrların  hazırlanması  işində 
fəal  iştirak  edir.
Akademik  A.  Nadirov  respublikada  elmi-tədqiqatla­
rın  təşkilində  və  idarə  olunmasında  da  səmərəli  fəa­
liyyət  göstərmişdir.  O,  AMEA-nın  İqtisadiyyat  İnstitu­
tunda  şöbə  müdiri  (1958-1964),  elmi-işlər  üzrə  direk­
tor  müavini  (1964-1981),  AMEA-nın  Rəyasət  Heyəti­
nin  Baş  elmi  katibi  və  akademik-katib  (1981-1997) 
vəzifələrində  çalışmış,  hazırda  isə  Rəyasət  Heyətinin 
üzvü  vəzifəsini  icra  edir.  Alim  həmişə  Azərbaycan  el­
mini  beynəlxalq  səviyyədə  təmsil  etmişdir.  O,  Alma­
niya,  Fransa,  ÇXR,  Türkiyə,  Hindistan,  Yunanıstan, 
Yuqoslaviya,  İran  İslam  Respublikası,  Bolqarıstan  və 
s.  ölkələrdə,  habelə  keçmiş  SSRİ  məkanında  keçirilən 
Ümumittifaq  əhəmiyyətli  konfrans  və  simpoziumlarda 
məruzələr  etmiş,  bir  çox  hallarda  isə  iclaslarda  həm­
sədr  kimi  fəaliyyət  göstərmişdir.
Alimin  fəaliyyətində  apardığı  ictimai  işlər  də  geniş 
yer  tutur.  O,  uzun  müddət  keçmiş  SSRİ  EA-nın  Regi­
onal  iqtisadi  problemlər və  elmi  tədqiqat  işlərinin  əla­
qələndirilməsi  üzrə  şuraların  üzvü,  Ümumittifaq  “Bi­
lik”  cəmiyyəti  idarə  heyətinin,  Sovet  Sülhü  Müdafiə
231


Əbülfəz  Bərəkət  (Qasımov)
Komitəsinin,  Azərbaycan  Dövlət  Mükafatları  Komi­
təsinin  üzvü,  doktorluq  müdafiə  şuralarının  sədr müa­
vinləri  və  sədri  kimi  məsul  ictimai  vəzifələri  apar­
mışdır.
Akademik  A.Nadirovun  elm  qarşısında  böyük  xid­
mətləri  layiqincə  qiymətləndirilərək,  o,  müstəqil  res­
publikanın  yüksək  mükafatı  olan  “Şöhrət”  ordeni,  ha­
belə  başqa  orden  və  medallarla,  Azərbaycan  SSR  Ali 
Soveti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanı,  bir  çox 
nüfuzlu  elm  mərkəzlərinin,  o  cümlədən  xarici  ölkələ­
rin  Fəxri  diplomları  və  fərmanları  ilə  təltif olunmuş­
dur.
2 3 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  ƏLİ  ABBASOV
Əli  Məmməd  oğlu  Abbasov  1953-cü  ildə  Naxçıvan 
mahalında  anadan  olmuşdur.  1969-cu  ildə  avtomatika 
və  telemexanika  ixtisası  üzrə  Azərbaycan  Neft  və 
Kimya  İnstitutuna  daxil  olmuşdur.
1972-ci  ildə  təhsilini  davam  etdirmək  üçün  Moskva 
Energetika  İnstitutuna  (MEİ)  köçürülmüş  və  1976-cı 
ildə  MEİ-ni  avtomatika  və  telemexanika  ixtisası  üzrə 
bitirmişdir.
1977-1981-ci  illərdə  Ukrayna  Elmlər  Akademiya­
sında  məqsədli  aspiranturada  təhsilini  davam  etdirmiş 
və  1981-ci  ildə  mikroelektronika  sahəsində  disser­
tasiya  müdafiə  edərək,  texnika  elmləri  namizədi  elmi 
dərəcəsini  almışdır.
1982-1992-ci  illərdə  Azərbaycan  Elmlər  Akademi­
yasında  kompüter  şəbəkələrinin  işlənib  hazırlanması 
və  tətbiqi  üzrə  elmi-tədqiqat  və  praktiki  işlər  apar­
mışdır.
1992-ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasının 
İnformasiya  və  Telekommunikasiya  Elmi  Mərkəzinə 
(indiki  İnformasiya  Texnologiyaları  İnstitutu)  direktor 
vəzifəsinə  təyin  olunmuş  və  bu  vəzifədə  2000-ci  ilə 
qədər  çalışmışdır.  Bu  müddət  ərzində  “Respublika 
avtomatlaşdırılmış  idarəetmə  sistemləri”  (RAİS-“Azər- 
baycan”)  layihəsinin  rəhbəri,  EARN  və  İNTERNET 
şəbəkələrinin  respublika  üzrə  koordinatoru,  NATO-
2 3 3


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə