Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  RAMİZ  RİZAYEV
Akademik  Rizayev  Ramiz  Həsənqulu  oğlu  1939-cu 
il  noyabrın  2-də  Naxçıvan  şəhərində  müəllim  ailəsin­
də  anadan  olmuşdur.  1957-ci  ildə  Naxçıvan  şəhərin­
də  orta  məktəbi  gümüş  medalla  bitirmişdir.
1957-62-ci  illərdə  Bakı  Dövlət  Universitetinin  kimya 
fakültəsində  oxumuş  və  universiteti  fərqlənmə  diplomu 
ilə  bitirmişdir.  Əmək  fəaliyyətinə  Ümumittifaq  Elmi- 
Tədqiqat  Olefınlər  İnstitutunda  (ADETOİ)  kiçik  elmi 
işçi  kimi  başlamışdır.  İstehsalatdan  aynlmamaqla  1962- 
ci  ildə  AEA Neft-Kimya  Prosesləri  İnstitutunda  (NKPİ) 
«Monomedlər  kimyası»  laboratoriyasında  aspiranturaya 
daxil  olmuş  və  həmin  laboratoriyada  baş  mühəndis,  ki­
çik  və  böyük  elmi  işçi  vəzifələrində  işləmişdir.
1973-85-ci  illərdə  NKPİ-də  «Sənaye  katalizatorla­
rının  kimyası  və  texnologiyası»  laboratoriyasının  mü­
diri  olmuşdur.  1985-ci  ildən  isə  AEA  Qeyri-Üzvi  və 
Fiziki  Kimya  İnstitutunun  direktorudur.
1993-2006-cı  illərdə  Azərbaycan  Respublikasının 
Rusiya  Federasiyasında  fövqəladə  və  səlahiyyətli  sə­
firi  olmuşdur.
1965-ci  ildə  namizədlik,  1974-cü  ildə  isə  doktorluq 
dissertasiyasını  müdafiə  etmişdir.  1978-ci  ildə  «Neft 
kimyası  və  neft  kimya  sintezi»  ixtisası  üzrə  professor 
adına layiq görülmüşdür.  1983-cü ildə Azərbaycan EA-nın 
müxbir  üzvü,  2001-ci  ildə  isə  həqiqi  üzvü  seçilmişdir.
2 7 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
SSRİ-də  ilk dəfə olaraq benzonitril,  tereftonitral və  fta- 
lonitrilin  alınma  texnologiyasını  işləyib  hazırlamış  və  sə­
naye  miqyasında  istehsal  edilmişdir.  R.H.Rizayev  ixtira­
larına ABŞ,  İngiltərə,  Yaponiya,  Fransa,  AFR,  Belçika və 
digər inkişaf etmiş ölkələrin 30-dan çox patentini  almışdır.
O, 
250-dən çox elmi  əsərin,  o  cümlədən  1  fundamen­
tal  monoqrafiyanın,  50  müəlliflik  şəhadətnaməsinin,  30- 
dan  çox  xarici  patentin  müəllifidir.  Onun  rəhbərliyi  ilə 
7  elmlər  doktoru,  26  elmlər  namizədi  hazırlanmışdır.
Kimya  sənayesində  əməkdaşlıq  üzrə  keçmiş  Sovet- 
Niderland  işçi  qrupunun  (1981-1991)  üzvü  olmuşdur. 
Dünyanın  ən  mötəbər  kimya  konserni  «AKZO»-nun 
Mançester  və  Amsterdamda  olan  elm  mərkəzləri  ilə, 
AFR-in  Leyspiq  Universiteti  və  Hindistanın  Heydər­
abad  Universiteti  ilə  əməkdaşlıq  etmişdir.
Professor  R.H.Rizayev  dəfələrlə  xarici  ölkələrdə  Ru­
mıniyada (1971),  AFR (1972),  Niderlandda (1976,  1981, 
1992),  İsveçrədə (1978)  elmi  məruzələrlə çıxış etmişdir.
R.H.  Rizayev  elmi  işləri  ilə  yanaşı,  ictimai  fəaliyyəti 
ilə  fərqlənən  alimlərdəndir.  O,  keçmiş  SSRİ  EA-nın 
«Kataliz»  Elmi  Şurasının  üzvü,  SSRİ  Nazirlər  Kabineti 
yanında  Ali  Attestasiya  Komissiyasının  (AAK)  üzvü  və 
neft-kimya üzrə  ekspert  şurasının  üzvü,  Azərbaycan  Re­
spublikası  yanında  AAK  Kimya  üzrə  Ekspert  Şurasının 
sədri  və  bir  sıra  ixtisaslaşmış  şuraların  üzvü  olmuşdur. 
«Neft-kimya»  jurnalının  redaksiya  heyətinin  üzvüdür. 
O,  Azərbaycan  SSR  Ali  Sovetinin  Fəxri  Fərmanı, 
«Əmək  rəşadətinə  görə»  medalı  ilə  təltif olunmuşdur.
2 7 3


Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  ƏHMƏD  ABDİNOV
Nyu-York  Elmlər  Akademiyasının  həqiqi  üzvü, 
“Respublika  komsomolu”  mükafatı  laureatı,  fizika-ri­
yaziyyat  elmləri  doktoru,  professor  Əhməd  Abdinov 
respublikamızın  elmi  ictimaiyyəti  arasında  öz  dəst- 
xətti  ilə  sayılıb,  ziyalılığı,  zəkası  ilə  təkcə  ölkəmizdə 
deyil,  onun  sərhədlərindən  kənarda da  tanınan alimlə- 
rimizdəndir.
Yüksək  elmi  potensiala  malik  olması  alimin  adını 
yüksəltmiş,  fizika-riyaziyyat  sahəsindəki  intellekt möv­
qeyi,  cəsarətli  axtarışları  və  təşəbbüsləri  dünyanın  on­
larca  institutlarında,  elm  mərkəzlərində,  akademiyala­
rında  rəğbətlə  qarşılanmış,  düzgün  və  layiqli  qiymə­
tini  almışdır.  Əhməd  Abdinov  təkcə  özünün zəhmətlə 
ərsəyə  gətirdiyi  axtarışları,  elmi  yenilikləri  ilə  deyil, 
həm  də  respublikanın  təhsil  sahəsində  gedən  islahat­
ların  aparılmasında  da  yaxından  iştirak  etmiş,  Azər­
baycanda  elmin  inkişafında  öz  mütəxəssis  köməyini 
əsirgəməmişdir.  Əhməd  Şahvələd  oğlu Abdinov  1945- 
ci  ildə  Ordubad  rayonunun  Behrud  kəndində  anadan 
olub.  Orta  təhsilini  doğulub  boya-başa  çatdığı  doğma 
kəndlərində  alan  Əhməd  1963-cü  ildə  Bakı  Dövlət 
Universitetinin  fizika  fakültəsinə  daxil  olub.  1968-ci 
ildə  həmin  təhsil  müəssisəsini  fərqlənmə  diplomu  ilə 
bitirən  Lenin  təqaüdçüsü  Ə.Abdinov  1969-1971-ci  il­
2 7 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
lərdə  SSRİ  EA-nın  A.F.İoffe  adına  Leninqrad  Fizika 
və  Texnika  İnstitutunun  aspirantı  olub.
1972-ci  ildə  BDU-da  namizədlik  dissertasiyası,
1979-cu  ildə  Azərbaycan  EA-nın  Fizika  İnstitutunda 
doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  1972-ci  il­
də  yenidən  doğma  universitetə  qayıdan  gənc  alim  el­
mi-pedaqoji  fəaliyyətə  başlayır.  Tələbələrin  elmi  sə­
viyyəsinin  yüksəlməsini  əsas  meyar  sayan  Əhməd 
Abdinov  onlara  təhsilin  aşılanmasında  yeni  metodlar­
dan  istifadə  edir.  Az  bir  vaxt  ərzində  fakültədə  hamı­
nın  dərin  hörmətini  qazanan  gənc  alim  ictimai  işlərdə 
yaxından  iştirak  edir.  1981-ci  ildən  professor  olan  Əh­
məd  Abdinov  Azərbaycan  EA-nın  Fizika  İnstitutunda 
kiçik  elmi  işçi,  BDU-da  assistent,  baş  müəllim,  do­
sent,  professor,  dekan  işləyir,  Azərbaycan  Respubli­
kası  təhsil  nazirinin müavini  və nazir vəzifəsini  icra edir. 
Harada  işləməsindən  asılı  olmayaraq  Azərbaycan  el­
minin  inkişafına  təkan  verən  hər  hansı  kiçicik  bir  ad­
dım  belə  nəzərindən  qaçmamışdır.  Gənc  alimlərin  ye­
tişməsində  yaxından  köməyini  əsirgəməyən  Ə.Abdi-1 
nov  yüzlərlə  aspirantın  elm  yoluna  işıq  saçmışdır.
Tədqiqatları  qismən  nizamsız  yarımkeçiric'i  sistem 
və  materiallarda  elektron  hadisələrinin  xüsusiyyətlə­
rinin  aşkar  edilməsinə,  belə  sistemlərdə  müxtəlif höv 
elektron  proseslərinin  mexanizmlərinin  müəyyənləş- 
dirilməsinə  aiddir.  220-dən  çox  elmi  əsərin  müəllifi­
dir,  bir  neçə  müəlliflik  şəhadətnaməsi  var.
2 7 5


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə