Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
tarixində  yerinə,  Naxçıvan  bölgəsinin  ərazi  taleyinə, 
sosial-iqtisadi  və  tarixi  məsələlərinə,  tarixi  memarlıq 
abidələrinə,  mədəniyyətinə,  görkəmli  şəxsiyyətlərin 
fəaliyyətinə  həsr  edilmişdir.
İsmayıl  Hacıyev  professor alim  kimi  Amerika  b io q ­
rafiya  İnstitutunun  “İlin  adamı”  (2001)  fəxri  adma  la ­
yiq  görülmüş,  Nyu-York  Elmlər  Akademiyasının  h ə ­
qiqi  üzvü  olmuş  (2002),  Naxçıvan  MR  Ali  M əclisinə 
deputat  seçilmişdir  (2000-ci  il).
15  yanvar  2003-cü  ildə  Azərbaycan  MEA  Rəyasət 
Heyətinin  iclası  keçirilmişdir.  İclasda  Azərbaycan  R es­
publikasının  Prezidenti  ulu  öndərimiz  Heydər  Ə liye­
vin  7  avqust  2002-ci  il  tarixli  “Azərbaycan  MEA  N ax­
çıvan  Bölməsinin  təsis  edilməsi  haqqında”  sərənca­
mına  uyğun  olaraq  tarix  elmləri  doktoru  İsmayıl  M ux­
tar  oğlu  Hacıyev  AMEA  Naxçıvan  Bölməsinin  sədri 
vəzifəsinin  icraçısı  təyin  olunması  barədə  qərar qəbul 
edilmişdir.  Qərara  əsasən  İ.M.Hacıyevə  AMEA  Rəya­
sət  Heyətinin  üzvü  səlahiyyəti  də  verilmişdir.  İ.M.  Ha­
cıyev  bundan  sonra  AMEA-nın  vitse-prezidenti  statusu­
nu  da  daşıyır.
Naxçıvan  Bölməsi  Muxtar  Respublikada  elmi  tə d ­
qiqat  qurumlarının  fəaliyyətinin  gücləndirilməsi,  möv­
cud  elmi  potensialdan  istifadə  olunmasının  səm ərə­
liliyinin  artırılması,  Naxçıvanın  tarixi,  arxeologiyası, 
etnoqrafiyası  və  təbii  sərvətlərinin  öyrənilməsi  üçün 
əlverişli  şəraitin  yaradılması  məqsədilə  təsis  olun­
muş  Tarix,  Etnoqrafiya,  Arxeologiya  İnstitutu,  Təbii
25 6
Ehtiyatlar  İnstitutu,  Bioresurslar  İnstitutu,  Əlyazmalar 
Fondunu,  Batabat  Astrofizika  Rəsədxanasını  əhatə 
edir.
İsmayıl  Hacıyevin  əməyi  dövlətimiz  tərəfindən  la­
yiqincə  qiymətləndirilmişdir.  O,  bir  medalla  və  Azər­
baycan  Respublikasının  təhsil  nazirinin  fəxri  fərmanları 
ilə  dəfələrlə  təltif olunmuşdur.
Bəli,  naxçıvanlılar  haqlı  olaraq  Əlincə  qalasının  di­
varından  tutub  elm  yolunda  ucalmış  İsmayıl  Hacıyev­
lə  fəxr edirlər.  O,  hələ  nə  qədər  açılmamış  səhifələri, 
sirli  tarixləri  bizə  çatdıracaq.  Biz  buna  tam  əminik. 
Elmin  yüksəliş  yollarında  biz  böyük  alim  İ.Hacıyevə 
uğurlar  diləyirik.
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
2 5 7


Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  İSA  HƏBİBBƏYLİ
Həbibbəyli  İsa  Əkbər  oğlu  16  oktyabr  1949-cu  il­
də  Naxçıvan  MR-in  Şərur  rayonunun  Danzik  kəndin­
də  müəllim  ailəsində  anadan  olmuşdur.
1971-ci  ildə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutu­
nun  Naxçıvan  filialını  Azərbaycan  dili  və  ədəbiyyatı 
ixtisası  üzrə  fərqlənmə  diplomu  ilə  bitirmişdir.
«XX  əsr  Azərbaycan  romantik  lirikası»  mövzusun­
da  namizədlik  (1980),  «Cəlil  Məmmədquluzadə:  m ü­
hiti  və  müasirləri»  mövzusunda  doktorluq  dissertasiya­
sını  (1996)  müdafiə  etmişdir.
2001-ci  ildə  Azərbaycan  Milli  Elmlər  Akademiya­
sının  müxbir  üzvü,  2003-cü  ildə  həqiqi  üzvü  seçilmiş­
dir.  Nyu-York  Elmlər Akademiyasının həqiqi üzvüdür.
Naxçıvan  Dövlət  Universitetində  Tələbə  Elmi  C ə­
miyyətinin  sədri  (1976-1990)  və elmi  işlər üzrə prorek­
tor  (1991-1996)  vəzifələrində  işləmişdir.  Hazırda  Nax­
çıvan  Dövlət  Universitetinin  rektorudur  (1996-cı  ildən).
Elmi  əsərləri  XX  əsr  Azərbaycan  ədəbiyyatının  gör­
kəmli  yaradıcılarının  həyatı  və  fəaliyyətinin,  milli  tən­
qidi  realizm  və  romantizmin  inkişafı  məsələlərinin  öy­
rənilməsinə həsr olunmuşdur.  Görkəmli Azərbaycan ya­
zıçısı  Cəlil  Məmmədquluzadənin  (1869-1932)  çoxsay­
lı  (300-dən  çox)  şeir,  felyeton  və  məqalələrini,  dram 
əsərləri  və  tərcümələrini,  məktublarını,  habelə  M ə­
həmməd  Tağı  Sidqinin  elmi-bədii  və  pedaqoji  əsərlə-
2 5 8
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
2 5 9


Əbülfəz  Bərəkət  (Qasımov)
rini  üzə  çıxarıb  ilk  dəfə  çap  etdirmişdir.  Cəlil  M əm ­
mədquluzadənin  taleyi  yarım  əsrdən  çox  naməlum  q a­
lan  və  dünyanın  müxtəlif ölkələrində  yaşayan  nəslinin 
davamçılarını  üzə  çıxarmış  və  onlarla  görüşmüşdür.
Əsərləri  Azərbaycandan  başqa,  Türkiyə,  Rusiya, 
Fransa,  Belçika,  İran,  Bolqarıstan,  İraq  və  Gürcüstan­
da  da  çap  olunmuşdur.  ABŞ,  İngiltərə,  Fransa,  Alma­
niya,  İspaniya,  Türkiyə,  Belçika,  İran,  Şimali  K ipr 
Respublikası,  Başqırdıstan  və  Qırğızıstanda  keçirilmiş 
yüksək  səviyyəli  beynəlxalq  elmi  tədbirlərdə  iştirak 
və  çıxış  etmişdir.
«Naxçıvan»  və  «Cəlil  Məmmədquluzadə»  ensiklo­
pediyalarının,  AMEA-nm  «Xəbərlər» jurnalının,  «Dia­
loq-Avrasiya»,  «Elm  və  həyat»  jurnallarının,  «Ədə­
biyyat  qəzeti»  və  «Tələbə-press»  qəzetinin  redaksiya 
heyətinin  üzvüdür.
“Əməkdar  elm  xadimi”  fəxri  adma  layiq  görül­
müşdür  (1999).
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  de­
putatıdır  (1997-ci  ildən).
Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  Birliklərinin 
üzvüdür.
59  monoqrafik  əsərin,  metodik  ədəbiyyatın,  biblio­
qrafiyanın,  tərtib  edilmiş  kitabın,  370-dən  çox elmi  mə­
qalənin  müəllifidir.
Akademik  İsa  Həbibbəyliyə  elmi  tədqiqat  və  yara­
dıcılıq  yollarında  böyük  uğurlar  və  möhkəm  cansağ­
lığı  diləyirik.
2 6 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  SİDDİQƏ  MƏMMƏDOVA
Milli  Elmlər Akademiyasının  həqiqi  üzvü,  əməkdar 
elm  xadimi,  biologiya  elmləri  doktoru,  Azərbaycan 
Elmi-Tədqiqat  Bitki  Mühafizəsi  İnstitutunun  direkto­
ru,  bir  sıra  orden  və  medalların,  o  cümlədən  müstəqil 
respublikamızın  «Şöhrət»  ordeninin  laureatıdır.
Gözəl  təşkilatçıdır.  Düz  42  ildir  ki,  54  yaşlı  Bitki 
Mühafizəsi  İnstitutuna  rəhbərlik  edir.  Əslində  Azər­
baycan  kimi  aqrar respublika  üçün  çox  vacib  olan  belə 
bir elm  ocağı  Siddiqə  xanımın  səyi  ilə  dirçəlib,  forma­
laşıb,  ölkənin  aparıcı  elm  mərkəzlərindən  birinə  çev­
rilib.  Tarixin  müxtəlif dönəmlərində,  ən  çətin  günlər­
də  institut  öz  təmkinini,  tarazlığını  saxlayıb;  keçmiş 
sovet  məkanındakı  həmkarları  ilə  əlbir  fəaliyyət  gös­
tərərək  dərin  axtarışlar  aparıb,  dəqiq  tövsiyələr  verib. 
Həmişə  həyatın  önündə  olub.
Hazırda  ölkəmizdə  tətbiq  edilən  çoxsaylı  bitki  mü­
hafizə  tədbirləri  sisteminin,  demək  olar  ki,  hamısı 
məhz  bu  işgüzar  kollektivin  yaradıcı  fəaliyyətinin  bəh­
rəsidir.  İnstitutda  pambığın  vilt  və  hommoz  xəstəlik­
lərinə,  pambıq  sovkasına,  alma,  meyvə  yeyəninə,  gə- 
nələrə,  şəkər  çuğundurunun,  taxıl,  tərəvəz  bitkiləri­
nin,  çəltiyin  zərərvericilərinə,  habelə  təhlükəli  karan- 
tin  zərərvericiləri  sayılan  Amerika  ağ  kəpənəyinə  qar­
şı  əlaqəli  mübarizə  tədbirləri  işlənib  hazırlanmış, 
kartofun  qənimi  olan  Kolorado  böcəyinə  qarşı  müx­
261


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə