Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

bəsinin  müdiri,  sonra  elmi  iş  üzrə  direktor  m üavini,
1990-cı  ilin  martından  isə  Respublika  Onkoloji  E lm i 
Mərkəzinin  direktorudur.
Professor  C.Əliyev  Azərbaycanın  tanınmış  cərrah­
larından  sayılır.  İndiyə  qədər  45  min  cərrahi  əm əliy­
yat  aparmışdır.
Professor  C.Ə.Əliyev  kliniki  onkologiya  sahəsində 
aparıcı  mütəxəssis  sayılır,  öz  elmi  araşdırmaları  ilə  
həm  respublikada,  həm  də  xaricdə  tanınır.
O, 
Azərbaycanın  tibb  elmi  və  səhiyyəsində həm  d ə  
bacarıqlı  təşkilatçı  kimi  tanınmışdır.  Professor  C.Ə li­
yev  8  monoqrafiyanın  (biri  ingiliscə  nəşr  edilib), 
Azərbaycanda  və  xaricdə  çap  edilmiş  150-dən çox  e l­
mi  məqalənin,  4  kəşfin  və  çoxlu  yeniliyin  müəllifidir.
«Dəridə  bədxassəli  şişlərin  plastik  cərrahiyyəsi» 
əsərinə  görə  SSRİ  EA-nın  N.N.Petrov  mükafatına 
layiq  görülüb.
C.Əliyev  bir  çox  beynəlxalq  elmi  konfranslarda  iş­
tirak  edib.  Onkoloqların  VI  Avropa  konfransında,  XV 
Beynəlxalq  xərçəng  konqresində,  Kardioloqların  Bey­
nəlxalq  qurultayında  məruzələrlə  çıxışlar  edib.
Son  illərdə  onun  rəhbərliyi  altında  respublikada  və 
MDB  ölkələrinin  onkoloji  birliklərində  nəzəri  əhə­
miyyət  kəsb  edən  böyük  elmi  işlər  aparılmışdır.
Bu  elmi  araşdırmaların  çoxu  Azərbaycanda  daha 
çox  rast  gəlinən  süd  vəzilərinin  xərçəngi,  dəri,  qırt- 
laq  və  yumşaq  toxumalarda  bədxassəli  şiş  xəstəliklə­
rinə  həsr  edilib.
Əbülfəz  Bərəkət  (Qasımov)
2 5 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
1980-85-ci  illərdə  professor  C.Əliyev  süd  vəziləri 
üzrə  müalicənin  Sovet-Amerika  birgə  proqramının 
rəhbərlərindən  biri  olmuşdur.
Son  illər  C.Əliyevin  rəhbərliyi  altında  ilkin  mərhə­
lədə  yeni  yaranan  bədxassəli  şişlərin  tədqiqi  sahəsin­
də  böyük  işlər  görülüb.  Görülən  təsirli  tədbirlərin  və 
elmi  nailiyyətlərin  sayəsində  Azərbaycanda  şiş  xəstə­
liklərinin  və  ölüm  hallarının  xeyli  azalması  müşayiət 
olunur.
Professor  C.Əliyev  Azərbaycanda  kliniki  onkologi­
yanın  elmi  məktəbini  yaratmış,  bədxassəli  şişlərin  di­
aqnostika  və  müalicəsində  böyük  nailiyyətlər  əldə  et­
mişdir.  Onun  rəhbərliyi  altında  15  nəfər  namizədlik, 
2  nəfər  isə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.
Professor  C.Əliyev  onkologiya  sahəsində  nüfuzlu 
mütəxəssis  kimi  tanınır.  O,  Respublika  Elmi  Tibb- 
Onkoloji  Cəmiyyətinin,  Respublika  Səhiyyə  Nazir­
liyinin  Attestasiya  Komissiyasının  sədridir.
C.Əliyev  «Azərbaycan  tibb  jumalı»nın  redaksiya 
şurasının  fəal  üzvlərindəndir.  Alimin  elmi  ixtiraları 
bəşəri  əhəmiyyət  kəsb  edir.
251


Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  İSMAYIL  HACIYEV
İsmayıl  Hacıyev  Culfa rayonunun Xanağa kəndində 
ziyalı  ailəsində  dünyaya  göz  açıb.  Bu  kənddə  Muxtar 
Hacıyevin  adı  çox  ehtiramla  çəkilir,  çünki  o,  40  ildən 
artıq  ayrı-ayrı  kənd  məktəblərində  vətən  övladlannm 
savadlanması  kimi  xeyirxah  bir  iş  dalında  olub,  öm­
rünün  sonunadək  şərəfli  müəllim  peşəsini  yerinə  yeti­
rib.  O  həm  də  gözəl  ailə  başçısı  kimi  övladlarının  sa­
vadlanmasına,  tərbiyəsinə  ömrünü  sərf  edib.  Muxtar 
müəllim  6  gözəl  tərbiyəli  övlad  böyüdüb  ki,  onlarla 
da  həmişə  fəxr edib.  Övladları  da  ona  həmişə  başuca­
lığı  gətiriblər.  Sevincini,  kədərini  el-oba  ilə  bölüşmə­
yi  bacaran  Muxtar  müəllim  həm  də  ömrünü  başa  vur­
duqdan  sonra  həyat  yoldaşı  Xədicə  xanıma  həvalə 
edib.  Xədicə  xanım  Muxtar  müəllimi  itirəndən  sonra 
bütün  ağırlığı  öz  çiyninə  götürüb.  O  bir valideyn  kimi 
övladlarının  savadlanması  üçün  əlindən  gələni  edib.
İsmayıl  Hacıyev  1951-ci  ildə  anadan  olub.  Elə  ilk 
təhsilini  doğulub  boya-başa  çatdığı  Xanağa  kənd  mək­
təbində  almış,  sonra  isə  Göydərə  kəndində  orta  mək­
təbi  bitirmişdir.  1974-cü  ildə  Bakıda  ADPU-nun  tarix 
fakültəsini  fərqlənmə  diplomu  ilə bitirmişdir.  İlk müəl­
limliyini  Culfa  rayonunun  Xoşkeşin  kəndində  etmiş­
dir.  1978-ci  ildə  onu  Naxçıvan  Dövlət  Universitetinə 
müəllim  təyin  etmişlər.
2 5 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
253


Əbülfəz  Bərəkət  (Qasımov)
1986-cı  ildən  AEA  Tarix  İnstitutunun  dissertantı 
olmuşdur.  1992-ci  ildə  namizədlik  dissertasiyasını 
müdafiə  etmişdir.  NDU-da  işlədiyi  dövrlərdə  fakültə 
dekanı,  dekan  müavini,  elmi  işlər  üzrə  prorektor,  təd­
ris  işləri  üzrə  prorektor vəzifəsini  icra  etmişdir.  1999- 
cu  ildə  NDU-nun  nəzdində  İxtisaslaşdırılmış  Müdafiə 
Şurasında  tarix  emləri  doktoru  adma  layiq  görülmüş­
dür.
İsmayıl  Hacıyev  öz  mövzusunda  məsuliyyətli  elmi 
çıxışını  məntiqi  mühakimələrlə,  tədqiqat obyektinin  ge­
niş  təhlilini  vermişdir.  “Naxçıvan  MR  Azərbaycanın 
milli  dövlətçilik  tarixində”  adlı  doktorluq  dissertasiya­
sı  İsmayıl  Hacıyevin  Naxçıvanda  milli  dövlətçiliyin 
tarixinə  və  bu  gününə,  ilk  növbədə,  tarixçilərin  də­
rindən  və  hərtərəfli  diqqət  yetirmələri  xüsusi  aktual­
lığa  malikdir.
Vətənə  sevgi,  torpağa  sevgi  hissi  İsmayıl  Hacıyevin 
həyat  idealıdır.  Bu  elm  fədaisində  sevgi  payı  taleyin 
ona  bəxş  etdiyi  ən  böyük  mənəvi  sərvətidir.  Bu  sevgi­
nin  çırağında  neçə-neçə  kitablarda  sətirlərə,  sevgi  şa­
mının  işığı  süzülmüşdür.  Ulu öndərimiz H.Əliyev alim­
lərimiz  qarşısında  şərəfli  bir vəzifə  qoymuşdur:  “Azər­
baycanın  bir  hissəsi  olan  Naxçıvanın  tarixi  ilə  bağlı 
gərək  çox  fundamental  əsərlər  yaradaq,  bu  əsərlə  də 
təkcə  iddiaçılara  cavab  vermək  yox,  bütün  dünyaya 
Azərbaycanın  zəngin  tarixini,  mədəniyyətini  göstə­
rək”.
2 5 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
İsmayıl  Hacıyev  bir  alim  kimi  Naxçıvanın  yeri  və 
roluna  dair  fundamental  elmi  tədqiqatların  daha  əsaslı 
və  məqsədyönlü  aparılmasını  bütün  ciddiliyi  ilə  qar­
şıya  qoyur.  Bu  baxımdan  İ.Hacıyevin  dissertasiyası 
böyük  elmi  əhəmiyyətə  malikdir.
Apardığı  tədqiqat  işinin  nəticəsində  İ.Hacıyev  haqlı 
olaraq  bu  qənaətə  gəlmişdir  ki,  Naxçıvan  MR  Azər­
baycanın  milli  dövlətçilik  tarixində  daim  özünəməx­
sus  yer tutmuşdur.  Keşməkeşli  gərgin  siyasi  hərbi  du­
rumla  səciyyələnən  kəskin  təzadlı  zaman  kəsiklərini 
əhatə  edən  dövr  ərzində  Naxçıvan  bölgəsi  Azərbay­
canın  ayrılmaz  tərkib  hissəsi  kimi  tarixi  müqəddəra­
tını  həll  etmiş  və  özünün  əzəli,  əbədi  yolunu  davam 
etdirmək  imkanları  qazanmışdır.
İ.Hacıyev  indiyədək  18  kitabın,  200  elmi  məqalə­
nin  müəllifi,  9  aspirant  və  dissertantın  elmi  rəhbəri,  2 
aspirantın  rəsmi  opponenti  olmuşdır.  Alim  bir  sıra 
beynəlxalq  səviyyəli  konqres  və  simpoziumda  maraq­
lı  məruzələrlə  çıxış  etmişdir  (Qazaxıstan,  Ankara,  İş- 
raz,  Van,  Qars,  Ərzurum,  İran,  Roma).  O  Azərbaycan 
Milli  Ensiklopediyası  redaksiya  şurasının  üzvü,  Res­
publika  elmi  tədqiqatların  təşkili  və  əlaqələndirilməsi 
şurasının  üzvü,  NDU-da  4  ixtisas  üzrə  Dissertasiya 
Şurasının  sədr  müavinidir.
Onun  elmi  əsərləri  İkinci  Dünya  müharibəsi  illə­
rində  respublika  qadınlarının  ictimai-siyasi  və  mədəni 
həyatda  iştirakına,  istehsalın  idarə  edilməsindəki  fəa­
liyyətinə,  Naxçıvanın  Azərbaycanın  milli-dövlətçilik
2 5 5


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə