Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   49   50   51   52   53   54   55   56   57

Əbiilfəz  Bərəkət  (Qasımov)
MƏMMƏD  HƏSƏN  OĞLU  ƏSGƏROV
Məmməd  Həsən  oğlu  Əsgərov  1918-ci  il  dekabrın 
25-də  Naxçıvan  Muxtar  Respublikasının  Culfa  rayo­
nunun  Yaycı  kəndində  anadan  olmuşdur.  1935-ci  ildə 
Naxçıvan  şəhərində  Kənd  Təsərrüfatı  Texnikumunu, 
1942-ci  ildə  Gəncədə  Azərbaycan  Kənd  Təsərrüfatı 
İnstitutunu  fərqlənmə  diplomu  ilə  bitirmişdir.
İnstitutda  təhsil  alarkən  Dövlət  təqaüdü  almışdır. 
Ali  təhsilini  başa  vurduqdan  sonra  bir  müddət  Qusar 
rayonunda  Torpaq  şöbəsinin  müdiri,  1942-ci  ildən  L a­
çın  Rayon  Torpaq  şöbəsinin  baş  aqronomu,  1943-cü 
ildən  Tovuz  rayonunda  MTS-də  baş  aqronom,  1944- 
cü  ildə  Cəbrayıl  rayonunda  MTS  direktoru,  1949-cu 
ildən  Bərdə  rayonunda  MTS  direktoru,  1954-cii  ildən 
Bərdə  rayon  Xalq  Deputatları  Sovetinin  İcraiyyə  K o­
mitəsinin  sədri,  1958-ci  ildən  Naxçıvan  MR  Nazirlər 
Soveti  sədrinin  birinci  müavini,  1959-cu  ildən  1964- 
cü  ilədək  Naxçıvan  MR  Nazirlər  Sovetinin  sədri  v ə­
zifəsində  işləmişdir.
Aqrar  sahədə  qazandığı  təcrübə,  yüksək  tələbkarlıq 
və  təşkilatçılıq  bacanğı  nəzərə  alınaraq,  1964-cü  ildən 
Ağdaş  rayonunda  ərazi  kolxoz-sovxoz  istehsalat  idarə­
sində  rəis,  1965-ci  ildən  Ağcabədi  Rayon  Partiya  Ko­
mitəsinin  birinci  katibi,  1968-ci  ildən  respublika yüngül 
sənaye  nazirinin  pambıqtəmizləmə  sənayesi  və  pambıq
2 9 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
295


Əbülfəz  Bərəkət  (Qasımov)
tədarükü  məsələləri  üzrə  müavini,  1970-ci  ildən  Azər­
baycan  KP  Şəmkir  rayon  Komitəsinin  birinci  katibi, 
1977-ci  ildən  1985-ci  ilədək  Azərbaycan  Respublikası 
kənd  təsərrüfatı  naziri  vəzifəsində  işləmişdir.
Aqrar  sahənin  inkişafındakı  xidmətlərinə  görə  So­
sialist  Əməyi  Qəhrəmanı  (1973),  dörd  dəfə  “Lenin” 
ordeni  (1966,  1971,  1973,  1976),  “Oktyabr  inqilabı” 
ordeni  (1981),  iki  “Qırmızı  Əmək  Bayrağı”  ordeni 
(1946,  1948),  “Qafqazın  müdafiəsinə  görə”  (1944)  və 
“Böyük  Vətən  müharibəsində  fədakar  əməyə  görə” 
(1945)  medalları  ilə  təltif  olunmuş,  iki  dəfə  Azər­
baycan  Respublikası  Ali  Sovetinin  Fəxri  fənnanına 
(1968,  1978),  “Respublikanın  əməkdar  aqronoırf’u 
(1981)  fəxri  adma  layiq  görülmüşdür.  Bununla  yana­
şı,  IV-XI  çağırış  (1955-1988)  Azərbaycan  Respubli­
kası  Ali  Sovetinin  və  6-cı  çağırış  (1962-1966)  SSRİ 
Ali  Sovetinin  deputatı  seçilmiş,  1960-1986-cı  illərdə 
Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  üzvü,  Azər­
baycan  KP  XXI-XXX  və  Sov.İKP  XXII-XXVI  qurul­
taylarının  nümayəndəsi  olmuşdur.
Dəfələrlə  SSRİ  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sər­
gisinin  qızıl  medallarına  layiq  görülmüş,  “Pobeda” 
markalı  minik  maşını  ilə  mükafatlandırılmış,  haqqın­
da  “Raykom  katibi”  poeması,  “Narahat  insan”  və  “Bi­
zim  qəhrəman”  povestləri  yazılmışdır.
1988-ci  ildə  Bakıda  vəfat  etmişdir.
4  övladı,  7  nəvəsi  var.
29 6
M.H.Əsgərovun  həyat  yoldaşı  Qönçə  Ağa  qızı  Qa­
sımova  1927-ci  ildə  anadan  olmuşdur.  1948-ci  ildə 
Azərbaycan  Dövlət  Universitetinin  şərqşünaslıq  fa­
kültəsinin  fars  dili  bölməsini  bitirib.  Hazırda  Bakının 
190  saylı  orta  məktəbində  fars  dili  müəlliməsi  işlə­
yir.
Böyük  oğlu  H əsən  Məmməd  oğlu  Əsgərov  1949- 
cu  ildə  anadan  olub.  1972-ci  ildə  Azərbaycan Neft  və 
Kimya  İnstitutunu  bitirib.  Fizika-riyaziyyat  elmləri 
namizədidir.  Azərbaycan  Milli  Elmlər  Akademiyası­
nın  Fizika  İnstitutunda  şöbə  müdiri  işləyir.  Evlidir,  2 
övladı  var.
M.H.Əsgərovun  qızı  Pərixanım  Məmməd  qızı  1951- 
ci  ildə  doğulub.  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun 
məzunudur.  O,  Zərifə  Əliyeva  adma  Respublika  Göz 
Xəstəlikləri  İnstitutunda  şöbə  müdiri  vəzifəsində  ça­
lışır.  Evlidir.  2  övladı  var.
Oğlu  Hüseyn  Məmməd  oğlu  Əsgərov  1953-cü  ildə 
anadan  olub.  İqtisad  elmləri  namizədidir.  1975-1991- 
ci  illər ərzində  Azərbaycan  MEA  sistemində  çalışmış, 
Rəyasət  Heyətində  elmi  katib  və  Azərbaycan  MEA 
Partiya  Komitəsinin  katibi  olmuşdur.  Son  illər  bank 
sistemində  işləyir.  Evlidir.  2  övladı  var.
Ağabəy  Məmməd  oğlu  Əsgərov  1956-cı  ildə  ana­
dan  olmuşdur.  1978-ci  ildə  Azərbaycan  Dövlət  Uni­
versitetinin  şərqşünaslıq  fakültəsinin  ərəb  dili  şöbəsi­
ni  bitirib.  1979-1981 -ci  illərdə  İraq  Respublikasında
________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
2 9 7


Əbülfəz  Bərəkət  (Qasımov)
tərcüməçi  kimi  çalışmışdır.  Sonralar  o,  Azərbaycan 
MEA  Əlyazmalar  İnstitutunda  elmi  işçi,  “Molodyoj 
Azerbaydjana”  qəzetində  müxbir,  “Elm”  qəzetində  re­
daktor  müavini  olmuşdur.  1992-2005-ci  illərdə  “Səs” 
qəzetinin  baş  redaktoru  olmuşdur.  Filologiya  elmləri 
namizədidir.  1995  və  2000-ci  illərdə  Azərbaycan  Res­
publikası  Milli  Məclisinin  deputatı  seçilmişdir.  Yeni 
Azərbaycan  Partiyasının  Siyasi  Şurasının  üzvüdür.
Ağabəy  Əsgərov  1992-ci  ildə  möhtərəm  Heydər 
Əliyev  cənablarına  müraciət  etmiş  məşhur  “91-lər”in 
sırasına  daxildir.  Evlidir.  1  övladı  var.
Hazırda  “Azərbaycan”  nəşriyyatının  baş  direktoru, 
eyni  zamanda  “Bakinski  raboçi”  qəzetinin  baş  redak­
torudur.
298
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
PROFESSOR  ƏLİ  HƏSƏNOV
Respublikamızda  tanınmış  elm və  siyasət xadimi  Əli 
Məhəmmədəli  oğlu  Həsənov  1960-cı  ildə  Naxçıvan 
Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kən­
dində  anadan  olmuşdur.
1982-ci  ildə  Bakı  Dövlət  Universitetinin  tarix  fakül­
təsinə  daxil  olmuş,  1985-ci  ildə  M.V.  Lomonosov  adı­
na  Moskva  Dövlət  universitetinə  göndərilmiş,  1988-ci 
ildə  həmin  Universiteti  fərqlənmə  diplomu  ilə  biti­
rərək  əyani  aspiranturada  saxlanılmışdır.
1991- 
ci  ildə  M.V.Lomonosov  adma  MDU-nun  tarix 
fakültəsinin  aspiranturasını  bitirmiş  və  “Zaqafqaziyada 
1917-1941-ci  illərdə  milli  münasibətlər”  mövzusunda 
namizədlik  dissertasiyası  müdafiə  etmişdir.
1992- 
1995-ci  illərdə  Naxçıvan  və  Bakıda  elmi-peda­
qoji  fəaliyyətlə məşğul  olmuş,  eyni  zamanda  Yeni Azər­
baycan  Partiyası  İdeologiya  şöbəsinin  müdiri  işləmişdir.
1995-ci  ildən  Azərbaycan  Respublikası  Prezidentinin 
İcra  Aparatının  İctimai-siyasi  şöbəsinin  müdiri  işləyir, 
birinci  dərəcəli  dövlət  müşaviridir.
Ə.Həsənov  geniş  elmi-pedaqoji  və  ictimai-siyasi  fə­
aliyyətlə  məşğul  olur.  2000-ci  ildə  “Azərbaycanın  xarici 
siyasəti,  Avropa dövlətləri  və ABŞ:  1991-1996-cı  illərdə” 
mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 
Hazırda  Azərbaycan  Respublikası  Prezidenti  yanında 
Dövlət  İdarəçiliyi  Akademiyasının  “Xarici  siyasət  və 
beynəlxalq  münasibətlər”  kafedrasının  müdiri  işləyir.
2 9 9


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə