Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   49   50   51   52   53   54   55   56   57

Əbülfəz  Bərəkət  (Qasımov)
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Hazırda  Konstitusiya  hüququ  kafedrasının  profes­
sorudur.
Məhz  yüksəkixtisaslı  kadrlann  hazırlanmasında  və 
səmərəli  elmi-pedaqoji  fəaliyyətinə  görə  hüquq  elm­
ləri namizədi,  dosent Z.A.Əsgərov  10  fevral  2000-ci  il­
də  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  “Fəx­
ri  fərmanı”  ilə  təltif edilmişdir.
Ziyafət  Abbas  oğlu  Əsgərov  1995-ci  ildə  Azərbay­
canın  ilk  milli  Konstitusiyasını  işləyib  hazırlayan  Ko­
missiyanın  işçi  qrupunun  üzvü  olmuşdur.
1995-ci  ildə  seçilmiş  I  çağırış  Azərbaycan  Respub­
likası  Milli  Məclisinin  üzvü  olmuş  və  həmin  çağırış 
Milli  Məclisin  “Hüquq  siyasəti  və  dövlət  quruculuğu 
məsələləri”  daimi  komissiyasının  sədr  müavini  seçil­
mişdir.
2000-ci  il  noyabrın  5-də  II  çağırış  Azərbaycan  Res­
publikası  Milli  Məclisinin  deputatı  seçilmişdir.  2000- 
ci  il  noyabrın  24-də  Milli  Məclisin  sədr müavini,  son­
ra  isə  “Təhlükəsizlik  və  müdafiə  məsələləri”  daimi 
komissiyasının  sədri  seçilmişdir.
2005-ci  il  noyabrın  6-da  III  çağırış  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  deputatı  seçilmişdir. 
Həmin  il  dekabr  ayının  2-də  Milli  Məclis  sədrinin  bi­
rinci  müavini  və  “Təhlükəsizlik  və  müdafiə  məsələ­
ləri”  daimi  komissiyasının  sədri  seçilmişdir.
Z.A.Əsgərov  Azərbaycan  Respublikası  Milli  Məc­
lisinin  NATO  Parlament  Assambleyasındakı  nüma-
3 0 7


Əbülfəz  Bərəkət  (Qasımov)
yəndə  heyətinin  rəhbəri  kimi  müvəffəqiyyətlə  fəaliy­
yət  göstərərək,  Azərbaycanı  ləyaqətlə  təmsil  edir.
Z.A.Əsgərov  “Azərbaycan  Respublikasının  Dövlət 
Qulluğunun  İdarəetmə  Şurası  yanında  Korrupsiyaya 
qarşı  mübarizə  üzrə  komissiya”nm  üzvü  kimi  də 
uğurla  fəaliyyət  göstərir.
1993-cü  ilin  fevralından  Yeni  Azərbaycan  Partiya­
sının  üzvüdür.  Yeni  Azərbaycan  Partiyası  Siyasi  Şu­
rasının  üzvüdür.
Evlidir,  iki  övladı  var.
308
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
SƏTTAR  SULİDDİN  OĞLU  MEHBALIYEV
Səttar  Suliddin  oğlu  Mehbalıyev  1955-ci  il  28  okt­
yabr tarixində  Naxçıvan  Muxtar  Respublikasının  Şərur 
rayonunun  Qıvraq  kəndində  fəhlə  ailəsində  anadan  ol­
muşdur.  1962-ci  ildə  Qıvraq  kənd  orta  məktəbinin  bi­
rinci  sinfinə  getmiş,  1972-ci  ildə  orta  məktəbi  bitirmiş­
dir.  1972-ci  ildə  D.Bünyadzadə  adma  Azərbaycan 
Xalq  Təsərrüfatı  İnstitutuna  daxil  olmuş,  1979-cu  ildə 
mühasibat  uçotu  ixtisası  üzrə  həmin  institutu  bitirmiş­
dir.  1974-cü  ildən  1976-cı  ilə  kimi  ordu xidmətində  ol­
muşdur.  1973-cü  ildə  Sənaye  Tikinti  Nazirliyinin  4 
saylı  dəmir-beton  məmulatları  zavodunda  2-ci  dərəcə­
li  qəlibçi  vəzifəsində  işləmişdir.  1976-cı  ildən  Əli- 
Bayramov  adma  Bakı  İstehsalat  Tikiş  Birliyinə  fəhlə 
vəzifəsinə  qəbul  olunmuş,  1977-ci  ildə  əmtəəşünas 
vəzifəsinə  keçirilmiş,  1978-ci  ildən  qiymətqoyma  üzrə 
mühəndis-iqtisadçı  vəzifəsinə  keçirilmişdir.  Həmin  il­
də  baş  mühasibin  müavini,  səlahiyyətli  böyük  mühasib 
vəzifəsində  işləmişdir.  1980-cı  ildən  1993-cü  ilə  qədər 
Avtonəqliyyat  və  Şosse  Yolları  İşçiləri  Həmkarlar  İtti­
faqı  Respublika  Komitəsində  çalışmışdır.  Həmin  komi­
tədə  müfəttiş-təlimatçı,  maliyyə  şöbəsinin  müdiri  vəzi­
fəsində  işləmiş,  1991-ci  ildən  1993-cü  ilə  kimi  həmin 
komitənin  sədri  vəzifəsinə  seçilmişdir.  1993-cü  il  6  fev­
ral  tarixdən  Azərbaycan  Həmkarlar  İttifaqları  Konfe­
derasiyasının  sədri  seçilmişdir.  Sonradan  AHİK-in  I  və
3 0 9


Əbülfəz  Bərəkət  (Qasımov)
3 1 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
II  qurultaylarında  yenidən  bu  vəzifəyə  seçilmiş  və  bu 
günə kimi  həmin  vəzifədə  çalışır.  Bu  vəzifədə  işlədiyi 
müddətdə  Səttar Mehbalıyev yüksək  fəallıq  göstərərək 
işçilərin  sosial-iqtisadi,  hüquqi  müdafiəsinə,  Gender 
siyasəti  və  gənclərin  müdafiəsi  üzrə  proqramların  hə­
yata  keçirilməsinə,  əməyin  mühafizəsi  məsələlərinin 
bütün  istehsalat  müəssisələrində  həyata  keçirilməsinə 
xüsusi diqqətlə yanaşmışdır.  Həmkarlar ittifaqları  kadr­
larının  hazırlığı  onun  əmək  fəaliyyətində  ümdə  yerlər­
dən  birini  tutur.  Əmək  və  Sosial  Münasibətlər  Akade­
miyasında  dərs  dediyi  müddət  ərzində  daima  bu  məsələ 
ətrafında  mühazirələr  oxuyur,  savadlı  və  geniş  intellektə 
malik  həmkarlar  ittifaqı  kadrlarının  yetişdirilməsi  üçün 
mütəmadi  olaraq  seminarların  və  kurslann  keçirilməsini 
diqqət  mərkəzində  saxlayır,  həmkarlar  ittifaqlan  fəalları 
üçün bələdçi  rolunu  oynaya biləcək kitab və broşüralann 
hazırlanması  və  nəşrində  müstəsna  rol  oynayır.  İqtisadi 
islahatlar  şəraitində  əhalinin  sosial  müdafiəsi  problemlə­
ri  və  bu  problemlərin  tənzimlənmə  mexanizmi  barədə 
«Əmək  bazarı»,  «İşsizlik  və  əhalinin  sosial  müdafiəsi», 
«Məşğulluq», «Qloballaşma»,  «Beynəlxalq Əmək Təşkila­
tı:  tarixi,  strukturu  və  Azərbaycanla  əlaqələr»,  «Азер­
байджан  сегодня:  проблема  занятости  и  социального 
партнерства»  kimi  əsərləri  çap  edilmişdir.
AHİK-in  sədri,  Millət  vəkili  Səttar  Mehbalıyev  bir 
alim  kimi  elmi  fəaliyyətini  genişləndirərək  2004-cü 
ildə  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.
Bir  sıra  elmi  məqalələrin  müəllifidir.
311


Əbülfəz  Bərəkət  (Qasımov)
AHİK-in sədri,  millət vəkili  Səttar Mehbalıyev Azər­
baycan  Həmkarlar  İttifaqlarının  beynəlxalq  arenada 
özünə  layiq yer tutması  üçün həmkarlar ittifaqlarının  fə­
al  kadrlannı  öz ətrafına  toplayaraq Azərbaycanda dünya 
standartlarına uyğun həmkarlar ittifaqları yaratmaq  üçün 
əməli  işlər  görür,  xarici  həmkarlar  ittifaqları  təşkilatla­
rı  ilə  sıx  əlaqələr  yaradır.  S.Mehbalıyev  bir  neçə  bey­
nəlxalq  təşkilatın  fəal  üzvlərindən  biridir.  O,  çalışdığı 
hər  təşkilatda  Azərbaycan  Həmkarlar  İttifaqlarını  la­
yiqlə  təmsil  edərək,  yüksək  kürsülərdən  Azərbaycanın 
problemlərini  dünya  ictimaiyyətinə  çatdırmağa  çalışır.
Azərbaycan  Respublikasının  ictimai-siyasi  həyatında 
fəal  iştirak  edir,  respublikada  aparılan  islahatlarla  bağ­
lı  yaradılmış  bir  sıra  dövlət  komissiyalarının  üzvüdür.
Xalqın  etimadını  qazanmış  AHİK  sədri  Səttar Meh­
balıyev  Milli  Məclisin  deputatıdır.
AHİK  sədri,  Millət  vəkili  Səttar  Mehbalıyev  MM-in 
iqtisadi  siyasət  daimi  komissiyasının  üzvü  kimi  fəal 
çalışaraq,  öz  seçicilərinə  daim  diqqət  və  qayğı  ilə  ya­
naşmış,  onların  problemlərini  özününkü  bilərək  əlin­
dən  gələni  əsirgəməmiş,  iqtisadi  çətinliklərlə  dolu 
olan  müasir  dövrümüzdə  insanların  güzəranını  müəy­
yən  qədər  yüngülləşdirmək  üçün  yorulmadan  çalışır.
Qardaşı  Mehbalıyev  Əhməd  Suliddin  oğlu  1994-cü 
ildə  Qarabağ  döyüşlərində  şəhid  olmuş  və  Qarabağ 
döyüşlərində  göstərdiyi  şücaətlərə  görə  ümummilli  li­
derimiz  tərəfindən  “Azərbaycan  bayrağı”  ordeni  ilə 
təltif olunmuşdur.
3 1 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AĞABƏY  MƏMMƏD  OĞLU  ƏSGƏROV
Ağabəy  Məmməd  oğlu  Əsgərov  1956-cı  ilin  yanvar 
ayının  18-də  Bakı  şəhərində  anadan  olmuşdur.  1973-cü 
ildə  Bakı  şəhərindəki  6  saylı  orta  məktəbi  bitirmişdir. 
Həmin  il  Azərbaycan  Dövlət  Universitetinin  şərqşü­
naslıq  fakültəsinin  ərəb  dili  bölməsinə  daxil  olmuş  və
1978-  ci  ildə  təhsilini  bu  ali  məktəbdə  başa  vurmuşdur.
1978-1992-ci  illərdə  Azərbaycan  Elmlər  Akademi­
yası  Əlyazmalar  İnstitutunda  elmi  işçi,  eyni  zamanda
1979-  1981-ci  illərdə  İraq  Respublikasında  tərcüməçi 
kimi  işləmişdir.  Sonralar  o,  “Molodyoj  Azerbaydjana” 
qəzetində  müxbir,  “Elm”  qəzetində  redaktor  müavini 
olmuşdur.
1992-2005-ci  illərdə  “Səs”  qəzetinin  baş  redaktoru 
vəzifəsində  çalışmışdır.  Filologiya  elmləri  namizədidir.
1992-ci  ilin  noyabr  ayında  Naxçıvan  şəhərində 
ümummilli  liderimiz  Heydər  Əliyevin  rəhbərliyi  ilə 
keçirilən  Yeni  Azərbaycan  Partiyasının  təsis  konfran­
sında  partiyanın  Siyasi  Şurasının  üzvü  seçilmişdir.
O, 
1992-ci  ildə  ümummilli  liderimiz  Heydər  Əliyevə 
müraciət  etmiş  məşhur  “91-lər”dən  biridir.
YAP-ın  I  (1999-cu  il),  II  (2001-ci  il)  və  III  (2005-ci 
il)  qurultaylarında  yenidən  partiyanın  Siyasi  Şurasının 
üzvü  seçilmişdir.
1996-2005-cı  illərdə  YAP-ın  İcra  Katibliyinin  Bey­
nəlxalq  əlaqələr  və  siyasi  partiyalarla  iş  şöbəsinin,
3 1 3


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə