Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   49   50   51   52   53   54   55   56   57

Əbülfəz  Bərəkət  (Qasımov)
ƏMƏK  QƏHRƏMANLARI
Müharibə  meydanında  olduğu  kimi,  əmək  cəbhə­
sində  də  qəhrəmanlar  yetişmişdir.  Naxçıvan  diyarı­
nın  adlı-sanlı  əmək  qəhrəmanlarından  bir  neçəsinin 
adını  çəkmək  istərdik:  Abbasov  Cəfərxan  Abbas  oğ­
lu,  Abbasov  Qurban  Abbasqulu  oğlu,  neftçi,  Vəliyeva 
Xasa  Cahangir  qızı,  Ələsgərova  Şamama  Məmməd- 
kərim  qızı,  Əsgərov  Məmməd  Həsən  oğlu,  Əsgəro- 
va  Münəvvər  Mehbalı  qızı,  Əhmədov  Şükür  Əli  oğ­
lu,  Əliyeva  Tamam  Əziz  qızı,  İsmayılov  Əli  Qurba- 
nəli  oğlu,  İsmayılov  Yusif,  İsmayılov  Rza  Paşa  oğlu, 
İsmayılov  Əli  Qurbanəli  oğlu,  Hacıyeva  Sürəyya  Xə­
lil  qızı  istehsal  qabaqcılı,  SSRİ  Dövlət  Mükafatı  Lau­
reatı  Hacıyev  Əsgər  Bayram  oğlu,  inşaatçı,  Quliyeva 
Nan  Əbülfəz  qızı,  Qazıyeva  Zəhra  Kərim  qızı  və  baş­
qaları  Naxçıvan  diyarının  əməksevərliyini  dünyanın 
gözü  önündə  nümayiş  etdirmişlər.
Müəllifin  düşüncələri
Naxçıvan  diyarının  şan-şöhrətli  generalları,  admi- 
ralları,  müharibə,  milli  və  əmək  qəhrəmanları  barədə 
söhbətimizi  yekunlaşdırsaq  da,  bizə  hakim  kəsilən 
iki,  bir-birinin  tam  əksi  olan,  düşüncələrdən  əsla  ay­
rıla  bilmədik.
28 8
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Birincisi  budur ki,  qədim  diyarın dünya  şöhrətli  ge­
neralları,  admiralları,  müharibə,  milli  və  əmək  qəhrə­
manlarının  keçdikləri  həyat  yolu,  göstərdikləri  cəsur­
luq  bizə  çox  böyük  mənəvi  ruh,  sevinc  və  iftixar  his­
si  bəxş  etdi.
İkincisi  isə  budur  ki,  bir sıra  vətən  oğullarının  həya­
tının  faciəli  qurtarması  bizi  çox  sarsıdır,  kədərləndi­
rir,  həyəcanlandırır.
Görünür  ki,  nüfuzla  fəlakət,  xoşbəxtliklə  bədbəxt­
lik  arasında  məsafə  çox  qısadır.  Fəlakətlər,  faciələr 
dahiləri,  nüfuzluları,  cəsarətliləri  daima  izləyir.  Bu, 
həyatın  yazılmamış  qanunudur.  Bu  qanunların  hök­
münə  yalnız  qalib  gələ  bilən  insanlar  həyatda  yüksək 
zirvələr  fəth  edə  bilirlər.
Bütün  bunlarla  yanaşı,  istər-istəməz  düşünürsən  ki, 
nəyə  görə  bəşər  dünyasına  bir  neçə  yüksək  hərbi 
rütbəli  şəxsiyyət,  general  bəxş  edən  ailənin  taleyi  gə­
rək  faciə  ilə  qurtaraydı?  Onun  məzan  belə  tapılmayay- 
dı?  Qısqanclığı  vicdanına  üstün  gələn  qatilləri  tarix 
heç  zaman  bağışlamayacaqdır.  Azərbaycan  xalqının 
qəhrəman  oğullarını,  dünya şöhrətli  generallarını  edam 
edən,  güllələyən  və  ya  onları  mənəvi  sarsıntılara  mə­
ruz  qoyan,  xainliyi  vicdanına  hökm  edən  canilər  dai­
ma  müqəssir  kimi  tanınacaqlar.
Əminik  ki,  xalqımızın  tarixinə  şanlı  səhifələr  yaz­
mış  Vətən  oğulları  heç  zaman  unudulmayacaqdır. 
Dünya  şöhrətli  generallarımızın,  admirallarımızın  və 
hərbi  xadimlərimizin,  milli  qəhrəmanlarımızın  həyat
28 9


Əbülfəz Bərəkət  (Qasımov)
və  fəaliyyəti  daha  dərindən  tədqiq  ediləcək,  onların 
fədakarlığını,  şücaətini  əks  etdirən  əsərlər  yazılacaq, 
çoxseriyalı  sənədli  filmlər çəkiləcəkdir.  Onların  şərə­
finə  abidə  kompleksləri  ucaldılacaqdır.  Qoy,  hamı 
bilsin  ki,  qəhrəmanlar,  hərbi  sərkərdələr,  generallar, 
admirallar,  hərbi  xadimlər,  qəhrəmanlar  heç  bir  za­
man  unudulmur,  xalqın  qəlbində  daim  yaşayır.
29 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
MİLLİ  QƏHRƏMAN  MƏHƏRRƏM  SEYİDOV
1952-ci  ildə  Şərur  rayonunun  Alışar  kəndində  ana­
dan  olub.  1959-1969-cu  illərdə  Şərur  rayonundakı 
Nərimanov  adma  orta  məktəbdə  təhsil  alıb.
Xerson  şəhərindəki  hərbi  xidmət  illərindən  sonra 
Daxili  İşlər  orqanlarında  fəaliyyətə  başlayıb.  1980-ci 
ildə  Moskva  Olimpiadasında  ictimai  asayişin  mühafi­
zəsində  fərqləndiyinə  görə  mükafatlandırılıb.  N.Ri- 
zayev  adına  Bakı  Xüsusi  Orta  Milis  Məktəbini  bitir­
mişdir.  Şərur  RDİŞ  yanında  Mühafizə  şöbəsində  baş 
inspcktor  vəzifəsində  işləyirdi.  Milis  kapitanı  idi.
Naxçıvan  Muxtar  Respublikası  Ali  Sovetinin  Fəxri 
Fərmanına layiq  görülmüşdür.  Sədərək  rayonunda  onun 
adına  məktəb,  Şərurda  isə  küçə  vardır.  Ölümündən 
sonra  “Qızıl  Ulduz”  medalına  layiq  görülüb.  Şərur şə­
hərində  tuncdan  büstü  qoyulmuşdur.  (Bax:  Hikmət 
Cəmilzadə  «Azərbaycanın  ilk  milli  qəhrəmanları», 
Bakı,  1993).  Beləliklə,  Naxçıvan  Muxtar  Respublika­
sının  Milli  Qəhrəmanları  da  bu  diyarın  generalları  ki­
mi  tariximizə  qızıl  hərflərlə  yazılmış  şanlı  səhifələr 
açmışlar.
291


Əbülfəz  Bərəkət  (Qasımov)
MİLLİ  QƏHRƏMAN  RİYAD  ƏHMƏDOV
20  dekabr  1956-cı  ildə  anadan  olmuşdur.  O,  çalış­
dığı  Milli  Təhlükəsizlik  Nazirliyində  öz  səmimiliyi 
və  həssaslığı  ilə  kollektivin  hüsn-rəğbətini  qazanmış­
dır.
Qəribə  də  olsa  hər  ailənin  öz  taleyi,  öz  sevinci,  öz 
kədəri  vardır.  Fikrət  Əhmədovun  gözünün  ağı-qarası 
Riyad  adlı  bir  oğlu  var  idi.  O,  cavan  yaşında  polkov­
nik  rütbəsinə  çatmışdı.  Azərbaycanın  bütövlüyünə  na­
il  olmaq,  erməni  qəsbkarlarının  işğal  etdikləri  torpaq­
larımızı  geri  qaytarmaq  naminə  silaha  sarılıb  cəbhəyə 
getdi.  Qarabağ  döyüşləri  zamanı  itkin  düşdü.  Bu  gü­
nə  qədər,  necə  deyərlər,  nə  öldüyü  bəllidir,  nə  qal­
dığı.  Anası  Bahar  xanım  gecələr  hansı  arzularla  başı­
nı  yastığa  qoyur,  gündüzlər  hansı  hisslər  ona  hakim 
kəsilir,  onu  bir  Allah  bilir,  bir  də  özü.  Qızı  Mehriba­
nın  bəstələdiyi  «Ana»  mahnısını  radio  və  televiziya­
dan  eşidəndə  Bahar  xanımın  bir  gözündən  Milli  Q əh­
rəman  Riyad  oğlunun  hicran  yaşı,  bir  gözündən  isə 
«Ana»  mahnısının  sevinc  yaşı  axır.  Ürəyinin  parasını 
itirmiş  ananın  gözündən  axan  kədər  yaşı  şair  M əm­
məd  Arazı  sarsıldır,  coşdurur,  hiddətləndirir.  Şair,  ba­
la  həsrəti  ilə  çırpınan  ana  qəlbinə  toxtaxlıq  verir,  onu 
əyilməzliyə,  dözümlü  olmağa,  fəlakətə  sinə  gərməyə 
səsləyir:
292
Pəncərəni  kiilək  döyüb  ağlasa,
Eyvanına  qıışlar  qonub  ağlasa,
Ürəyini  nalə yonub  ağlasa,
İçində yan,  ağı  deyib,  ağlama!
Ağlamağın  yeri  deyil,  ağlama!
Əyilməkdir  ağlamağın  tərs  üzü 
Dərdi  dartıb,  üzməyəni  dərd  üzür,
Ağlayanı  tez  də  tapır  dərd-hüzür,
Bəlkə  Tanrı,  belə yazıb,  ağlama!
Səsini  boğ,  millət  qızı,  ağlama!
Riyad  Əhmədov  Vətənə,  xalqa  sədaqət  rəmzidir. 
O,  torpaqlarımız  uğrunda  vuruşmalarda  itkin  düşmüş­
dür.  Gün  o  gün  olsun ki,  Əhmədovlar ailəsinin  sevim­
li  oğlu,  Azərbaycanın  Milli  Qəhrəmanı  Riyad  Fikrət 
oğlu  çiyinlərində  parlayan  paqonları  qapıdan  içəri  gir­
sin,  onu  tanıyanları,  qohum  və  dostları  qəlbən  sevin­
dirsin.  Anası  Bahar  xanımın,  həyat  yoldaşı  alim  Elmi­
ra  xanımın,  bacısı  Mehriban  xanımın  gözlərindən  se­
vinc  yaşı,  üzlərindən  təbəssüm  axsın.  Haqq-ədalət, 
sülh  və  əmin-amanlıq  qalib  gəlsin.
________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
2 9 3


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə