Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   49   50   51   52   53   54   55   56   57

Əbülfəz  Bərəkət  (Qasımov)
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Keçən  illərdə  onun  “Azərbaycan-ABŞ:  anlaşılmaz 
münasibətlərdən  strateji  tərəfdaşlığa  doğru”,  “Azərbay­
can-ATƏT:  Ermənistan-Azərbaycan  münaqişəsi  və 
Dağlıq  Qarabağ  problemi  ümumavropa  təhlükəsizliyi 
fonunda”,  “Azərbaycanın  xarici  siyasəti,  Avropa  dövlət­
ləri və ABŞ”,  “Azərbaycanın ABŞ  və  Avropa  dövlətləri 
ilə  münasibətləri”,  “Azərbaycan  və  dünya  siyasəti”, 
“Yeni  Azərbaycan  Partiyası”,  “Süleyman  Dəmirəl”, 
“Müasir  beynəlxalq  münasibətlər,  milli  maraq  və  milli 
təhlükəsizlik”,  “Demokratiya və  mətbuat”  və  s.  kitabları 
çap  olunmuşdur.
Bundan  başqa,  Ə.  Həsənov  onlarla  elmi-siyasi  və 
publisistik  kitabların  elmi  redaktoru  olmuş,  yerli  və 
beynəlxalq  mətbuatda,  xarici  jurnallarda  yüzlərlə  el­
mi,  siyasi  məqalə  dərc  etdirmiş,  beynəlxalq  forum  və 
seminarlarda  məruzə  ilə  çıxış  etmişdir.
Ə.Həsənov  fəal  elmi-siyasi  fəaliyyətinə  görə  1998-ci 
ildə YUNESKO-nun  Beynəlxalq  Kadr Akademiyasının, 
1999-cu  ildə  isə  Nyu-York  Akademiyasnın  həqiqi  üzvü 
seçilmişdir.  London  Bioqrafiya  Akademiyası  2000-ci 
ildə  Ə.Həsənovu  dünyanın  ən  fəal  200  siyasətçisi,  elmi 
və  siyasi  xadimi  sırasına  daxil  etmiş,  müvafiq  olaraq 
Akademiyanın  həqiqi  üzvü  seçmişdir.
Ə.Həsənov  Yeni  Azərbaycan  Partiyasının  yaradıcı­
larından  biri  olmuş,  1992-ci  ildən  onun  Siyasi  Şurası­
nın,  1998-ci  ildən  isə  İdarə  Heyətinin  üzvüdür.
Biz  gənc,  enerjili,  dərin  psixoloji  düşüncəyə  malik, 
görkəmli  elmi  və  siyasi  xadim  cənab  Əli  Həsənova 
böyük  uğurlar  və  möhkəm  cansağlığı  arzu  edirik.
301


Əbiilfəz  Bərəkət  (Qasımov)
NOVRUZ  MƏMMƏDOV
1947-ci  ildə  Babək rayonunun  Şıxmahmud kəndində 
anadan  olmuşdur.  1964-ci  ildə  orta  məktəbi  bitirərək 
Azərbaycan  Pedaqoji  Xarici  Dillər  İnstitutunun  Avropa 
dilləri  fakültəsinin  fransız  dili  şöbəsinə  daxil  olmuşdur. 
1970-ci  ildə  həmin  fakültəni  fərqlənmə  diplomu  ilə 
bitirmiş  və  Azərbaycan  Respublikasının  Təhsil  Nazir­
liyinin  qəran  ilə  institutda  müəllim  vəzifəsində  saxla­
nılmışdır.
1967-1968-ci  illərdə  Əlcəzairdə,  1971-1973-cü  il­
lərdə  Qvineyada,  1978-1981-ci  illərdə  Əlcəzairdə  tər­
cüməçi,  baş  tərcüməçi  işləmişdir.
1991- 
ci  ildə  dissertasiya  müdafiə  edərək  filologiya 
elmləri  namizədi  elmi  dərəcəsi  almışdır.
1992- 
1993-cü  illərdə  ADDİ-nin  hazırlıq,  1993-1997- 
ci  illərdə  isə  fransız  dili  fakültəsinin  dekanı  olmuşdur.
1995-1997-ci  illərdə  Azərbaycan  Respublikası  Pre­
zidentinin  fransız  dili  üzrə  tərcüməçisi  olmuş  və  də­
fələrlə  onu  Fransaya,  Avropa  Şurasına  səfərlərdə  mü­
şayiət  etmişdir.
1997-ci  ilin  aprel  ayından  Azərbaycan  Respublikası 
Prezidentinin  İcra  Aparatının  Beynəlxalq  əlaqələr  şö­
bəsinin  müdiridir.
İyirmidən  çox  elmi  məqalənin  və  bir  neçə  kitabın 
müəllifidir.  Onlardan  IX  sinif üçün  fransız  dili  dərsliyi 
“Le  Français”;  “Fransız  dilinin  praktik  fonetikası”;
3 0 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI


ƏbiHfəz  Bərəkət  (Qasımov)
“Terror  haqqında  həqiqət”  (Erməni  ekstremizmi:  mən­
bəyi  və  səbəbləri)  və  başqalarını  göstərmək  olar. 
Sonuncu  kitab  fransız  dilindən  rus  dilinə  tərcümədir. 
Siyasi  və  ictimai-siyasi  mövzuya  həsr  olunmuş  200- 
dən  artıq  məqalə  yazmışdır.
1998-ci  ildə  Azərbaycan-Fransa  dostluq  münasibət­
lərinin  möhkəmlənməsində  xidmətlərinə  görə  Prezi­
dent Jak  Şirak  tərəfindən  Fransanın  “Fəxri  legion”  or­
deni  ilə  təltif olunmuşdur.
2002- 
ci  ilin  yanvarında  Azərbaycan  Respublikası 
Prezidentinin  Fərmanı  ilə  ona  Fövqəladə  və  Səlahiy­
yətli  Səfir  rütbəsi  verilmişdir.
2003- 
cü  ilin  mayından  Azərbaycan  Dövlət  Dillər 
Universitetində  fransız  dilinin  leksikologiyası  və  üslu- 
biyyəti  kafedrasının  müdiridir.  Novruz  Məmmədova 
böyük  yaradıcılıq  uğurları  arzulayırıq  və  dövlətçili­
yimizə  göstərdiyi  sədaqətdən  iftixar  hissi  duyur  və 
möhkəm  cansağlığı  arzu  edirik.
30 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
ZİYAFƏT  ABBAS  OĞLU  ƏSGƏROV
./* • 4jf
Əsgərov  Ziyafət  Abbas  oğlu  1963-cü  il  oktyabrın 
24-də  Naxçıvan  MR-in  Naxçıvan  rayonunun  (indiki 
Babək  rayonunun)  Aşağı  Uzunoba  kəndində  anadan 
olmuşdur.  1971-1981-ci  illərdə  orta  məktəbdə  oxu­
muş,  1981 -ci  ildə  orta  məktəbi  əla  qiymətlərlə  bitir­
mişdir.  1982-1984-cü  illərdə  ordu  sıralarında  xidmət 
etmişdir.
1985-ci  ildə  Bakı  Dövlət  Universitetinin  hüquq  fa­
kültəsinə  daxil  olmuş,  1990-cı  ildə  həmin  universiteti 
fərqlənmə  diplomu  ilə  bitirmişdir.  1990-cı  ildə  uni­
versitetin  Konstitusiya  hüququ  kafedrasına  müəllim 
kimi  işə  qəbul  edilmiş  və  1991 -ci  ildə  həmin  kafedra 
üzrə  aspiranturaya  daxil  olmuşdur.  1994-cü  ildə  na­
mizədlik  dissertasiyası  müdafiə  etmişdir.
60-a  yaxın  elmi  məqalənin,  o  cümlədən,  “Hüquqi 
dövlətin  qurulmasında  Konstitusiyanın  rolu”,  “Kons­
titusiya  hüquq  normaları” ,  “Konstitusiya  hüquq  elmi­
nin  mənbələrinin  anlayışı  və  təsnifatı”,  “Konstitusi­
yanın  mahiyyəti  haqqında”  və  s.  kimi  məqalələrin,  ba­
kalavr  və  magistr  təhsili  pillələri  üçün  proqramların, 
eyni  zamanda  “Naxçıvan  MR-in  Konstitusiya  statusu” 
adlı  monoqrafiyanın,  “Konstitusiya  hüququ”,  “Azərbay­
canın dövlət  və  hüququnun  əsaslan”,  “Azərbaycan  Res­
publikasının  Konstitusiyası  və  hüququnun  əsaslan”  və 
s.  dərsliklərin  və  dərs  vəsaitlərinin  müəllifidir.
3 0 5


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə