Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
təlif  xarici  firmalardan  gotirilən  preparatlardan  yerli 
şəraito  uyğun  istifadə  edilməsi  qaydaları  öyrənil­
mişdir.
Beynəlxalq  əlaqələr artdıqca  institutun  fəaliyyəti  də 
genişlənir.  Xarici  firmalarda  istehsal  olunan  müxtəlif 
dərmanlar  burada  sınaqdan  keçirilir,  onlann  bizim  şə­
raitdə  istifadə  imkanları  araşdırılır,  mənəvi  cəhətdən 
köhnələrin  yeniləri  ilə  əvəz  olunması  istiqamətində 
tədqiqat  işləri  davam  etdirilir.
Son  illərdə  respublikanın  Qərb  bölgəsində  üzüm 
bağları  sahəsinin  genişlənməsi  ilə  əlaqədar  qayğılar 
da  artır.  Müşahidələr göstərir ki,  bağlarda  tədricən  tə­
nəklərin  qurumasına  və  məhvinə  səbəb  olan  birsütun- 
cuqlu  qızıl  sarmaşıq  yayılır.  Bunu  nəzərə  alaraq  mü­
təxəssislərin  işləyib  hazırladıqları  sarmaşığa  qarşı  ye­
ni  mübarizə  sistemi,  üzümdə  salxım  yarpaqbükəninə, 
habelə  mildyu  və  oidium  xəstəliklərinə  qarşı  komp­
leks  mübarizə  tədbirləri  yerlərdə  uğurla  tətbiq  edilir. 
Bir  sözlə,  Bitki  Mühafizəsi  İnstitutu  bəlkə  də  yeganə 
elmitədqiqat  mərkəzidir  ki,  maliyyə  durumunun  bu 
gərgin  vaxtında  öz  mövqeyini,  nüfuzunu  qoruyub  sax­
layır.  Bu,  akademik  Siddiqə  Məmmədovanın  idarəet­
mə  səriştəsinin,  bacarıqlı  təşkilatçılığının  bəhrəsidir.
Bir  alim,  bir yaradıcı  insan  kimi  özü  də  daim  axta­
rışdadır.  Naxçıvanda  Şərur  rayonunun  Şəhriyar  kən­
dində  anadan  olub.  On  beş  yaşından  Gəncədə  yaşa­
yıb-yaradır.  Bütün  ömrünü  çox  vacib  bir  işə  -  bitkilə­
rin  zərərvericilərdən,  xəstəliklərdən  və  alaq  otların­
2 6 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
dan  mühafizə  sahəsində  effektli  və  ətraf  mühit  üçün 
təhlükəsiz  amillərə  dair axtarışlara  həsr  edib.  Respub­
likamızda  becərilən  subtropik  bitkilərin  zərərvericilə­
rinin  öyrənilməsinə  və  onlara  qarşı  mübarizə  tədbir­
ləri  sisteminin  işlənib  hazırlanmasına  dair  geniş  təd­
qiqat  işi  aparıb,  əldə  olunan  nəticələrə  görə  1971-ci 
ildə  biologiya  elmləri  doktoru  elmi  dərəcəsini  alıb. 
İki  ildən  sonra  ona  professor  adı  verildi.  Otuz  ildən 
sonra  isə  Siddiqə  Məmmədova  Milli  Elmlər  Akade­
miyasına  həqiqi  üzv  seçildi.
Akademik  Siddiqə  Məmmədova  çoxillik  yem  otla­
rının,  subtropik  bitkilərin,  meşə  və  meyvə  ağaclarının 
zərərverici  faunasının  meydana  çıxarılması,  onlann  zo- 
ocoğrafi  formalaşması  və  yayılması  qanunauyğunluq­
larının  müəyyənləşdirilməsi  sahəsində  fundamental 
elmi  tədqiqatların  müəllifidir.
Siddiqə  xanım  təkcə  Azərbaycanda  deyil,  ümumən 
Qafqaz  regionunda  bu  sahədə  müntəzəm  çalışan  və 
bu  mərtəbəyə  ucalan  yeganə  qadın  alimdir.  Akade­
mik  S.Məmmədova  180-dən  artıq  elmi  əsərin,  o  cüm­
lədən  “Kənd  təsərrüfatı  entomologiyası”,  “Azərbay­
canda  kənd  təsərrüfatı  bitkilərinin  ziyanvericiləri  və 
xəstəlikləri”,  “Meyvə  və  subtropik  bitkilərin  ziyan­
vericiləri  və  xəstəlikləri,  onlara  qarşı  mübarizə  təd­
birləri”  adlı  fundamental  əsərlərin,  bir  neçə  tədris  və­
saitinin  və  sorğu  kitabının,  beş  ixtiranın  müəllifidir. 
Onun  rəhbərliyi  ilə  institutda  beş  elmlər  doktoru  və 
68  elmlər  namizədi  hazırlanmışdır.
2 6 3


Akademik  S.Məmmədova  ictimai  xadim  kimi  g e n iş 
iş  aparır.  Uzun  illər  “Bilik”  Cəmiyyəti  Gəncə  ş ə h ə r  
təşkilatına  rəhbərlik  edib.  Respublika  Ali  Sovetinə 
deputat  seçilib,  Gəncə  Şəhər  Partiya  Komitəsi  B ü ro ­
sunun  üzvü  olub.  Ümumittifaq  Entimoloqlar  C əm iy­
yətində  onun  xüsusi  mövqeyi  var  idi.
Moskvada  keçirilən  VIII  Beynəlxalq  konqresin  B ö ­
yük  Medalına  və  mükafatına  layiq  görülüb.
1976-1988-ci  illərdə  Ümumittifaq  Kənd  T əsərrü­
fatı  Akademiyasında  Zaqafqaziya  şöbəsinin  bitki  m ü ­
hafizəsi  sektoruna  rəhbərlik  etmiş  və  rəyasət  h ey ə­
tinin  üzvü  olmuşdur.
1970-1980-ci  illərdə  respublikamızda  kənd  təsərrü­
fatının  coşqun  inkişafı  dövründə  akademik  Siddiqə 
Məmmədovanın  hər məsləhəti  ümumi  işə  xeyir verir­
di.  Hər  hansı  bölgədə  kənd  təsərrüfatı  bitkisinin  m ü­
hafizəsi  vəziyyəti  öyrəniləndə,  məhsuldarlıq  proqno­
zu  müəyyən  ediləndə  akademik  Siddiqə  Məmmədova 
mütəxəssis  kimi  dəyərli  sözünü  deyirdi.  Bununla  da, 
şübhələrə  son  qoyulur,  ən  ciddi  mübahisə  həll  olu­
nurdu.  Unudulmaz  rəhbər  Heydər  Əliyevin  təşəbbüsü 
ilə  keçirilən  zona  müşavirələrində  yerlərdə  məhsul­
darlığın  vəziyyəti  barədə  S.Məmmədovanın  və  onun 
başçılıq  etdiyi  kollektivin  rəyi  mühüm  rol  oynayırdı.
Akademik  o  coşqun  illəri  iftixarla  xatırlayır:
-  Mən  30  il  ulu  öndər  Heydər  Əliyevlə  işləmişəm. 
Ümummilli  liderimiz  hər  mütəxəssisin  rəyinə  xüsusi 
fikir  verirdi.  Torpağa,  təsərrüfata,  el-obaya  mü­
Əbülfəz  Bərəkət  (Qasımov)
2 6 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
nasibəti  Heydər  Əliyevdən  öyrənmişəm.  Görmüşəm 
ki,  o  dahi  insan  kənd  təsərrüfatının yüksəlişi  üçün,  ilk 
növbədə,  elmi  təfəkkürə  arxalanır,  elmin  inkişafına 
geniş  meydan  açırdı.  Mən  o  zaman  “Şərəf nişanı”  və 
Qırmızı  Əmək  Bayrağı  ordenlərini,  digər  mükafatları 
almışam.  Lakin  2000-ci  ildə  şəxsən  ulu  öndər  Heydər 
Əliyev  tərəfindən  mənə  müstəqil  ölkəmizin  ali  müka­
fatını  «Şöhrət»  ordeninin  təqdim  edilməsini  heç  za­
man  unuda  bilmərəm.  Ulu  öndər  mənə  dedi  ki,  indi 
bizə  aqrar  sektoru  inkişaf etdirmək  əvvəllər  olduğun­
dan  daha  vacibdir.  Bu  sahədə  elmi  tədqiqatlar  hərtə­
rəfli  kömək  etməlidir.
Siddiqə  xanım  obyektivdir,  ədalətlidir,  ötkəmdir, 
qətiyyətlidir.  Ötən  il  respublikada  taxıl  böcəyi  barədə 
yayılan  söz-söhbət,  yəqin  ki,  oxucuların  yadındadır. 
Kənd  Təsərrüfatı  Nazirliyinin  bəzi  strukturları  hay- 
küy  salır,  ata-babadan  bəlli  olan,  əslində  bitkiyə  o  qə­
dər  də  zərər  verə  bilməyən  bir  böcəyin  məhv  edil­
məsi  üçün  büdcədən  3  milyard  manat  almağa  çalışır­
dı.  Siddiqə  xanım  qətiyyətlə  bildirdi  ki,  bu,  heç  də 
deyilən  qədər qorxulu  böcək  deyildir.  O,  çox  olsa,  bə­
zi  sahələrdə  hər  hektardan  bir-iki  kiloqram  məhsul 
apara  bilər,  intensiv  xidmət  sahəsində  biçinə  kimi  onu 
da  bərpa  eləmək  mümkündür.
Bəzi  qüvvələrin  cidd-cəhdinə  baxmayaraq,  həyat 
göstərdi  ki,  akademik  Siddiqə  Məmmədova  haqlı 
imiş.  Alimin  digər  arzusu  da  öz  həllini  gözləyir.  Sid­
diqə  xanım  deyir:  «Qədim  Gəncə  aqrar  elmin  mərkə-
26 5


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə