Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
zidir.  Mən  hələ  neçə  il  bundan  əvvəl  məsələ  qaldır­
mışam  ki,  burada  Kənd  Təsərrüfatı  Elmləri  Akade­
miyası  yaradılsın.  O  vaxt  deyəsən,  Nazirlər  Soveti 
xüsusi  qərar  da  qəbul  etmişdir.  Lakin  doxsanıncı  illə­
rin  əvvəllərindəki  burulğanda  bu  mühüm  məsələ yad­
dan  çıxdı.  Azərbaycan  kimi  zəngin  aqrar  ölkədə  kənd 
təsərrüfatı  sahəsində  xüsusi  elmlər  akademiyasının 
olmasını  mən  zəruri  hesab  edirəm».
Siddiqə  Məmmədova  gözəl  ailə  sahibidir.  Həyat 
yoldaşı  Bəhman  Xəlilov  tanınan  alimdir,  professor, 
əməkdar  elm  xadimi,  görkəmli  entimoloq,  Azərbaycan 
Kənd  Təsərrüfatı  Akademiyasında  çalışır.
26 6
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  MƏHƏRRƏM  MƏMMƏDYAROV
Məmmədyarov  Məhərrəm  Əli  oğlu  1924-cü  ilin  okt­
yabr  ayının  17-də  Culfa  rayonunun  Yayçı  kəndində 
anadan  olmuşdur.  1938-ci  ildə  7  illik  Yaycı  kənd 
məktəbini  bitirdikdən  sonra,  Naxçıvan  Pedaqoji  Tex­
nikumuna  daxil  olmuşdur.  Texnikumda  təhsilini  başa 
vurub,  Culfa  rayonunun  məktəblərində  müəllimlik  et­
mişdir.  1943-cü  ildə  ordu  sıralarına  çağrılan  M.Məm­
mədyarov  məşhur  Kursk  «qurşağında»  gedən  döyüş­
lərdə  iştirak  etmiş,  həmin  ilin  avqust  ayında  Xarkov 
ətrafında  gedən  döyüşlərdə  ağır  yaralanıb  uzun  müd­
dət  hospitalda  müalicədən  sonra  1944-cü  ilin  yanvar 
ayında  ordu  sıralarından  tərxis  olunmuşdur.
1944-cü  ildə  o,  Bakı  Dövlət  Universitetinə  daxil 
olmuş,  1949-cu  ildə  universiteti  bitirdikdən  sonra  Le­
ninqrad  Kimya-Texnologiya  İnstitutunun  aspirantura­
sında  oxumuşdur.  1953-cü  ildə  dissertasiya  müdafiə 
edib  elmlər  namizədi  alimlik  dərəcəsi  almışdır.  Gənc 
alim  Azərbaycan  Elmlər  Akademiyasının  Kimya  İns­
titutunda  elmi  katib  və  baş  elmi  işçi  vəzifələrində  ça­
lışmışdır.  Sonra  o,  Moskvaya,  SSRİ  EA-nın  N.Zelin- 
ski  adına  Üzvi  Kimya  İnstitutuna  uzunmüddətli  elmi 
ezamiyyətə  göndərilmişdir.  Orada  SSRİ  EA-nın 
müxbir  üzvü  M.F.Şostakovskinin  rəhbərliyi  altında 
vinil  efirlərinin  sintezi  və  çevrilməsi  sahəsində  elmi 
tədqiqatlar  aparmışdır.
2 6 7


Əbülfəz  Bərəkət  (Qasımov)
268


1959-cu  ildə  M.Məmmədyarov  Bakıya  qayıtmış  və 
Azərbaycan  EA-nın  Neft-Kimya  Prosesləri  İnstitutun­
da  akademik  Y.H.Məmmədəliyevin  rəhbərlik  etdiyi 
laboratoriyada  baş  elmi  işçi  vəzifəsində  çalışmış,
1969-cu  ildən  isə  həmin  institutda  sintetik  yağlar  la­
boratoriyasına  rəhbərlik  edir.  1970-ci  ildə  «Neft- 
kimya»  ixtisası  üzrə  elmlər  doktoru  elmi  dərəcəsini,
1971-ci  ildə  isə  professor  elmi  adını  almışdır.  1989- 
cu  ildə  Azərbaycan  EA-nın  müxbir  üzvü,  2001-ci  il­
də  isə  Azərbaycan  MEA-nın  həqiqi  üzvü  seçilmişdir.
1995-ci  ildə  isə  akademik  Məmmədəliyev  adma  mü­
kafata  layiq  görülmüşdür.
Professor  M.Məmmədyarov  1973-1979-cu  illərdə 
Naxçıvan  Elm  Mərkəzinin  təşkilatçısı,  ilk  rəhbəri  ol­
muşdur.  Bu  illər  ərzində  Muxtar  Respublikanın  təbii 
sərvətlərindən  istifadə  yollarını  müəyyən  etmək  sahə­
sində  ciddi  axtarışlar  aparılmışdır.  Naxçıvanda  xına  və 
basma  bitkilərinin  texnologiyası,  Sirab  və  Darıdağ  ye­
raltı  su  mənbələrindən  çıxan  təbii  karbon  qazının  is­
tehsalı,  Darıdağ  termal  suyundan  alınmış  quru  maddə­
nin  təbabətdə  tətbiqi  və  s.  kimi  tədqiqatlar  aparılmış­
dır.
Termal  su mənbələrinin təbii  karbon qazından istifadə­
sinin  sənaye  texnologiyası  işlənib  hazırlanmışdır.  Bunun­
la  əlaqədar olaraq,  bir qrup  alim,  o  cümlədən  M.  Məm­
mədyarov  Dövlət  mükafatına  layiq  görülmüşdür.
Naxçıvan  Elmi  Mərkəzində  aparılan  elmi  işlərin 
səviyyəsi  və  region  üçün  praktiki  əhəmiyyəti  1980-ci
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
2 6 9


Əbülfəz  Bərəkət  (Qasımov)
ildə  Muxtar  Respublikada  Milli  Akademiyanın  filialı­
nın  yaranmasına  əsas  verdi.
Professor  M.Məmmədyarovun  rəhbərliyi  altında 
fundamental  tədqiqatlar  aparılmış  və  nəticədə  müasir 
və  perspektiv  texnika üçün  ekstremal  şəraitdə  işləmək 
xassələrinə  malik  olan  yeni  sintetik  yağların  sintezi­
nin  elmi  əsasları  işlənib  hazırlanmış,  onların  istismar 
xassələri  öyrənilmiş  və  ekstremal  temperatur  şəraiti­
nə  davam  gətirən  yeni  tipli  sintetik  yağ  kimi  aviasiya­
da  işlənməsi  tövsiyə  edilmişdir.
Səksəninci  illərin  əvvəllərində  biotexnologiya  el­
minin  intensiv  inkişafını  və  onun  üzvi  kimya  ilə  bila­
vasitə  əlaqəsini  nəzərə  alaraq,  Azərbaycan  EA  Rəy­
asət  Heyətinin  qərarı  ilə  1981-ci  ildə  M.Məmmədya­
rov  Akademiyanın  Mikrobiologiya  bölməsinə  (hazırkı 
institutuna)  rəhbər  təyin  edilir.  Bu  illər  ərzində  Neft 
mikrobiologiyası  və  biotexnologiyası,  mikrob  mənşə­
li  səthi-aktiv  maddələrin  alınması,  mikrob  fermentlə- 
rinin  sintezi  sahəsində  bir  çox  mühüm  nəticələr  əldə 
edilmişdir.  Xüsusən  1985-ci  ildə  Çexoslovakiyada  ke­
çirilən  Beynəlxalq  «Aqrokompleks-85»  sərgisində  in­
stitutun  hazırladığı  tullantısız  biotexnologiya  qızıl  me­
dala  layiq  görülmüşdür.  Neft  hasilatının  biotexnolo­
giya  üsulu  ilə  artırılma  prosesi  Abşeronun  bir  sıra 
neftçıxarma  sahələrində  tətbiq  olunmuşdur.
Mikrobiologiya  İnstitutunun  əldə  etdiyi  nailiyyətlə­
ri,  xüsusən  də  respublikanın  xalq  təsərrüfatına verdiyi 
dəyərli  tövsiyələrin  əhəmiyyətini  nəzərə  alaraq,
2 7 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
1994-cü  ildə  Nazirlər  Kabinetinin  qərarı  ilə  bölməyə 
institut  statusu  verilmişdir.  Həmin  ildə  müsabiqə  yo­
lu  ilə  M.  Məmmədyarov  institutun  ilk  direktoru  seçil­
mişdir.
Alim  elmi  tədqiqatla  yanaşı,  pedaqoji  sahədə  də 
böyük  fəaliyyət  göstərmişdir.  1967-1969-cu  illərdə 
Azərbaycan  Dövlət  Politexnik  İnstitutunda,  1975- 
1978-ci  illərdə  isə  Naxçıvan  Dövlət  Pedaqoji  Univer­
sitetində  üzvi  kimyadan  dərs  demişdir.
Alimin  apardığı  tədqiqatların  nəticələri  respublika­
mızda  və  xarici  ölkələrdə  nəşr  edilmiş  üç  sanballı 
monoqrafiyada,  240-dan  çox  elmi  məqalədə  və  40  ix­
tirada  öz  əksini  tapmışdır.  Onun  rəhbərliyi  ilə  14  elm­
lər doktom  və  elmlər namizədi  hazırlanmışdır.  M.Məm­
mədyarov  Rumıniyada,  Meksikada,  Misir,  Türkiyə  və 
digər xarici  ölkələrdə  elmi  ezamiyyətdə  olmuş,  dəyər­
li  çıxışlar  etmişdir.
271


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə