Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
hamıdan  uzağa  uça  bilən,  manevr  qabiliyyəti  güclü 
olan  təyyarələr  yaradıldı.
Obrazlı  desək,  Y.Məmmədəliyevin  elmi  tədqiqatla­
rı,  möcüzəli  kəşfləri  arxasında  mərmilərin  gurultusu 
eşidilir,  qələbə  alovları  parlayır,  düşmənə  qarşı  zəfər 
marşı  çalınırdı.
1943-cü  ildə  Y.Məmmədəliyev  kimya  elmləri  dok­
toru  adına  layiq  görülür.  Görkəmli  alim  A.Şuygin Yu­
sif Məmmədəliyevi  «Alkilləşmənin  Kralı»  adlandırır­
dı.
Təbii  qazın  birbaşa  xlorlaşdırılması  reaksiyası  nəti­
cəsində  qiymətli  kimyəvi  sintez  məhsulları  alınır.  Be­
lə  bir  kəşf dünyada  ilk  dəfə  Y.Məmmədəliyev  tərə­
findən  edilir.  Bir  əsr  öncə  fransız  alimi  Andre  Düma 
tərəfindən  tədqiq  edilən  belə  bir  reaksiya  güclü  part­
layışla  nəticələnmişdi.  Təhlükəli  olduğuna  görə  heç 
kəs  bu  problemlə  məşğul  olmağa  cəsarət  etməmişdi. 
Yusif  Məmmədəliyev  həmin  reaksiyanın  təhlükəsiz 
keçirilməsini  təmin  etməyə  və  sənaye  prosesini  işlə­
yib  hazırlamağa  müvəffəq  oldu.  Bu,  kimya  sənayesi­
nin  yeni  sahəsinin  üzvi  haloid  kimyasının  inkişafına 
təkan  verdi.
1957-ci  ildə  Yusif Məmmədəliyev  Parisdə  keçirilən 
özünün  həmsədr  olduğu  Beynəlxalq  Konqresdə  çıxış 
edərək  demişdi:  «Mən  burada,  Dümanın  Vətənində  bö­
yük  məmnuniyyətlə  sizlərə  çatdınram  ki,  Azərbaycan 
kimyaçıları,  nəhayət,  təbii  qazın  xlorlaşdırılması  reak­
siyasını  həyata  keçirməyə  nail  olmuşlar».
172
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Alimin  böyük  səyi  nəticəsində  polimer  materialların 
sənaye üsulu  ilə  istehsal  edilməsi  üçün  ABŞ-dan  zavod 
avadanlıqları  alınıb  gətirilmişdi.  Beləliklə,  Y.Məm­
mədəliyevin  neft-kimyasında  yeni  istiqamətlərin  yara­
dılması,  elm  tarixinin  araşdırılması,  Azərbaycanda 
kimyaçıların  nüfuzlu  məktəbinin  yaradılması,  elmi-təş- 
kilati  və  pedaqoji  sahədə  fəaliyyəti  misilsizdir,  təqdi­
rəlayiqdir.
1945-ci  ildə  Bakıya  gəlmiş  SSRİ  Elmlər  Akademiya­
sının  prezidenti  V.Komarov  demişdi:  «Təkcə  Məm­
mədəliyev  kimi  alimə  görə  Azərbaycanda  Elmlər Aka­
demiyası  yaratmaq  lazımdır».  O,  polimerlərin  əhəmiy­
yətini  əvvəlcədən  hiss  edərək  polimerlər  kimyasının 
işlənib  hazırlanmasına  qoşulur  və  Azərbaycanda  poli­
merlər  kimyasının  banisi  olur.
Azərbaycan  elminin  və  dövlətçiliyinin  inkişafında 
akademik  Yusif  Məmmədəliyevin  böyük  xidmətləri 
daim  yad  edilir.  Akademik  Yusif  Məmmədəliyevin 
elmi  və  təşkilatçılıq  fəaliyyətinə  ən  yüksək  qiyməti 
ümummilli  liderimiz  Heydər  Əliyev  verib.
Yusif  Məmmədəliyevin  anadan  olmasının  90  illi­
yinə  həsr  edilmiş  yubiley  mərasimində  keçmiş  prezi­
dentimizin  dediyi  dərin  mənalı  kəlamlar  buna  canlı 
sübutdur:  «Yusif  Məmmədəliyev  xalqımızın  tarixinə 
böyük  alim,  maarifçi,  təşkilatçı,  görkəmli  ictimai-siya­
si  xadim  kimi  daxil  olubdur.  O,  öz  elmi  fəaliyyəti,  el­
mi  əsərləri,  ixtiraları  ilə  Azərbaycan  elminin  inkişafı­
173


Əbülfəz  Bərəkət  (Qasımov)
na  böyük  təkan  verib  və  dünya  elminə,  xüsusən 
dünya  neft-kimyası  elminə  görkəmli  töhfələr veribdir. 
Yusif Məmmədəliyevin  elmi  fəaliyyəti,  alimliyi  həm 
geniş  nəzəri  xarakter,  eyni  zamanda  çox  əməli,  tətbi­
qi  xarakter  daşıyır.  Hər  bir  alim  qiymətlidir.  Hər  bir 
alimin  yaratdığı  elmi  əsərlər  özünəməxsus  qiymət 
alır.  Ancaq  nəzəriyyəni  təcrübə  ilə  birləşdirən,  nəzə­
ri  fikirlərini  tətbiq  edə  bilən  və  onlardan  əməli  nəticə 
götürə  bilən,  cəmiyyətə,  ölkəyə,  xalqa  konkret  fayda 
gətirən  insanlar  alimlərin  sırasında  xüsusi  yer  tutur. 
Yusif Məmmədəliyev  məhz  belə  alim  olmuşdur.  Yu­
sif  Məmmədəliyevin  ixtiraları,  elmi  tapıntıları,  fikir­
ləri  Azərbaycanın  neft-kimyası  sənayesində  böyük  in­
qilab  yaratmışdır.  O,  təkcə  Azərbaycanın  yox,  Sovet­
lər  İttifaqı  adlanan  böyük  ölkənin  neft-kimyası  səna­
yesində  böyük  inqilab  yaratmış,  hadisəyə  çevrilmiş 
və  bütün  bunlar neftdən  yeni  yüksək  keyfiyyətli  məh­
sulların  istehsal  olunub,  ölkənin  istifadəsinə  verilmə­
si  kimi  əməli  nəticəyə  gətirib  çıxarmışdır.  Yusif Məm­
mədəliyevin  alimliyinin,  elmi  xidmətinin,  elmə  verdi­
yi  faydanın  mənası  bundan  ibarətdir.
Yusif  Məmmədəliyev  böyük  maarifçi  olubdur.  O, 
əmək  fəaliyyətinə  müəllimliklə  başlayıb.  Onun  mü­
hazirələri,  tələbələrə  verdiyi  biliklər,  göstərdiyi  qayğı 
Yusif  Məmmədəliyevin  həqiqi  mənada  müəllim  ol­
duğunu  nümayiş  etdiribdir.  Ona  görə  də  hafizəmizdə, 
xatirəmizdə  o,  böyük  müəllim  kimi  yaşayır  və  müəl­
174
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
lim  kimi  də,  yaşayacaqdır.  Qeyd  etmək  istəyirəm  ki, 
indi  artıq  əlli  yaşı  olan  Azərbaycan  Elmlər  Akade­
miyasının  Elmi  Tədqiqat  İnstitutlarının  əksəriyyəti 
məhz  Yusif  Məmmədəliyevin  Elmlər  Akademiyası­
nın  prezidenti  işlədiyi  zaman  təşkil  olunubdur.  Bax, 
elmin  təşkilatçısı  budur.  Buna  görə  də,  Yusif  Məm­
mədəliyev  çox  yüksək  qiymətə  layiq  bir  alimdir.
Elmlər  Akademiyasının  prezidenti,  Azərbaycan  el­
minin  ən  yüksək  zirvəsində  duran  bir  alim  kimi,  şəxs 
kimi  Yusif  Məmmədəliyev  respublika  elminin  bütün 
sahələrinin  inkişaf  etdirilməsində  xidmətlər  göstər­
mişdir.  Onun  bu  xidmətləri  unudulmur  və  bu  gün  də, 
gələcəkdə  də  yad  ediləcəkdir.  Yusif  Məmmədəliyev 
ilk  Azərbaycan  alimi  idi  ki,  SSRİ  Elmlər  Akademiya­
sının  müxbir  üzvü  seçildi.  Mən  heç  şübhə  etmirəm  ki, 
vaxtsız  ölüm  onu  bizim  əlimizdən  almasaydı,  o,  Aka­
demiyanın  mütləq  həqiqi  üzvü  də  olacaqdı».
1998-ci  il  sentyabrın  16-da  Bakıda,  Elmlər  Akade­
miyasının  Rəyasət  Heyətinin  binası  qarşısında  onun 
xatirəsini  əbədiləşdirən  abidənin  açılışı  oldu.
Ümummilli  liderimiz  Heydər  Əliyev  vaxtilə  demiş­
dir:  «Yusif  Məmmədəliyevin  həyatı,  yaradıcılığı, 
əsərləri  qoyduğu  böyük  elmi  irs  Azərbaycan  xalqının 
tarixinin  böyük  bir  fəslidir,  hissəsidir,  parçasıdır.  Bu 
insan  öz  zəkası,  biliyi,  istedadı,  fədakarlığı,  elmi  ixti­
raları  ilə,  elmi  əsərlər  yaratmaqla,  həm  də  ümumən 
Azərbaycan  elmini  təşkil  etmək,  inkişaf etdirmək  sa­
həsindəki  fəaliyyəti  ilə  Azərbaycan  xalqının  tarixinə
175


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə