Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
xüsusi  komandanlığın  tərkibində  ABŞ-a  getmək  tap­
şırığı  alır.  H.Qasımbəyov  qatarla  Vladivostoka,  sonra 
isə  hərbi  nəqliyyat  ilə  Alyaskaya  gedib  çıxır.  Kold- 
bey  limanında  müdavimlərlə  hərbi  dərslər  keçir,  yeni 
silahlarla,  texnika  ilə  tanış  olurlar.
Bu  müddət  ərzində  H.Qasımbəyovun  xidmət  etdiyi 
gəmi  Kuril  adalarına,  Saxalin,  Oxot  dənizi  sahillərinə 
üzməli  olur.
1949-cu  ildə  H.Qasımbəyov  desant  gəmiləri  dəstə­
sinə  komandirlik  edir.
1956-cı  ildə  H.Qasımbəyov  sərhəd  rayonlarında  Su 
Mühafizə  Briqadasına  Ştat  rəisi  təyin  olunur.
Kapitan-leytenant  Həmid  Qasımbəyov  1957-ci  ildə 
Leninqrad  Dənizçilik  Akademiyasım  müvəffəqiyyətlə 
bitirir.
1970-ci  ildə  H.Qasımbəyov  Hərbi  Dəniz  Bazasına 
Qərargah  rəisi,  sonra  isə  Hərbi  Dəniz  Bazasının  ko­
mandiri  olur.
H.Qasımbəyovun  xidmətləri  dövlət  tərəfindən 
yüksək  qiymətləndirilmişdir.
1976-  cı  ildə  ona  vitse-admiral  rütbəsi  verilmişdir.
1977- 
ci  ildə  Qırmızı  Bayraqlı  Xəzər  Dəniz  Donan­
masının  komandiri  təyin  edilmişdir.  İndi  onun  döşünü 
Qırmızı  Əmək  Bayrağı,  iki  Qırmızı  Ulduz  və  digər 
ordenlər  bəzəyir.  Bundan  başqa,  o,  Polşa  dövlətinin 
hərbi  ordeninə  və  çoxlu  medallara  layiq  görülmüşdür.
Hazırda  o,  xidməti  istirahətdədir.
160
Naxçıvan  diyarı  özünün  qəhrəmanları  ilə  də  haqlı 
olaraq  fəxr edir.  İkinci  Dünya  müharibəsi  illərində  si­
laha  sarılıb  Vətəni  faşizmdən  qorumaq  üçün  cəbhəyə 
yola  düşmüş  Naxçıvan  diyarının  oğulları  Sovet  İttifa­
qı  qəhrəmanları  səviyyəsinə  qalxıb,  döşlərində  qızıl 
ulduz  Vətənə  qayıtmışlar.
Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüş  həm­
yerlilərimizdən  Quliyev  Abbas  Şahbaz  oğlunu,  Əkbə­
rov  Qəzənfər Qulam  oğlunu  və  Mahmudov  Mehdi  Ab­
dulla  oğlunu  buna  misal  göstərmək  olar.  İndi  xalqımız 
onların  adlarını  böyük  iftixar  hissi  ilə  yad  edir.
Ölkəmizin  bütövlüyünü  təmin  etmək,  erməni 
qəsbkarları  tərəfindən  zəbt  edilmiş  torpaqlarımızı  ge­
ri  qaytarmaq  naminə  silaha  sarılmış  Naxçıvan  diyarı­
nın  oğulları  Milli  Qəhrəman  səviyyəsinədək  yüksəl­
mişlər.  Bu  cəhətdən  Daxili  İşlər  Nazirliyi  sistemində 
çalışan  Vətən  oğulları  xüsusilə  fərqlənmişlər.  Ümum­
milli  liderimiz  Heydər  Əliyev  1993-cü  il  sentyabrın 
20-də  DİN-də  keçirilmiş  müşavirədə  bu  barədə  söh­
bət  edərkən  belə  demişdir:
-  Biz  yaxşı  bilirik  ki,  beş  ildən  artıq  davam  edən 
müharibədə  Daxili  İşlər  Nazirliyinin  yüzlərlə  əm ək­
daşı  zabitlər,  polis  nəfərləri  torpağımızı  qoruyarkən 
şəhid  olmuşlar,  qəhrəmanlıq  göstərmişlər,  Azərbaycan 
Respublikasının  tarixinə  Milli  Qəhrəman  kimi  daxil 
olmuşlar.  Bunlann  hamısı  yüksək  qiymətləndirilir.  İndi 
də  torpaqlarımızı  qorumaqda,  Ermənistanın  təcavüzü-
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
161


Əbülfəz  Bərəkət  (Qasımov)
nün  qarşısını  almaqda  Daxili  İşlər  Nazirliyi  əməkdaş­
larının,  zabitlərinin  fəaliyyəti  gözümüzün  qabağında­
dır.  Biz  həm  qoşun  hissələrinin,  həm  də  sahələrdə  iş­
ləyən  əməkdaşlarımızın  fəaliyyətini  yüksək  qiymət­
ləndiririk.  Əmin  ola  bilərsiniz  ki,  əhali  də,  vətəndaş­
lar  da,  bütün  Azərbaycan  ictimaiyyəti  də  bundan  son­
ra  da  bunu  daha  yüksək  qiymətləndirəcəkdir.
162
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
PEYĞƏMBƏRİMİZ,  ALİMLƏRİMİZ  BARƏDƏ
Peyğəmbərimiz  elmə,  elm  fədailərinə  çox  yüksək 
qiymət  vermişlər.  Həzrəti  Məhəmməd  əleyhissalam 
deyir:
-  Üləmaya  hörmət  qoyun,  onlar  peyğəmbərlərin 
varisləridir.  Allaha  və  onun  Rəsuluna  (ə.)  hörmət,  on­
lara  hörmət  deməkdir;
-  Alimləri  eşidin,  çünki  onlar  dünyanın  çırağı,  axi­
rətin  nurudurlar;
-  Elmi  beşikdən  qəbrədək  öyrənin;
-  Elmin  fəziləti,  ibadətin  fəzilətindən  əfzəldir;
-  Qiyamət  günü  şəhidlərin  qanı  alimlərin  mürəkkə­
bi  ilə  bərabər  tərəziyə  qoyular və  alimlərin  mürəkkə­
bi  şəhidlərin  qanından  ağır  gələr;
-  İnsanlar  elə  bir  sədəqə  verə  bilməzlər  ki,  öyrəni­
lən,  yayılan  elmdən  üstün  ola;
-  Uşaqlıqda  öyrənilən  elm  -  daş  üstündə  yazıya, 
ahıllıqda  öyrənilən  isə,  su  üstündə  yazıya  bənzər;
-  Alim  öldü,  aləm  öldü;
-  Bir  saat  elm  öyrənmək,  altmış  illik  ibadətdən 
xeyirlidir;
-  Elm  öyrənən  zaman  birisini  ölüm  haqlayarsa,  o, 
şəhid  sayılar;
-  Elm  hər  bir  müsəlmana,  istər  kişi  olsun,  istər  qa­
dın  vacibdir;
163


Əbülfəz  Bərəkət  (Qasımov)
-  Elm  Çində  də  olsa,  onun  dalınca  gedin;
-  Ən  xeyirli  sədəqə  odur  ki,  bir  müsəlman  elm  öy­
rənə  və  sonra  onu  öz  müsəlman  qardaşına  öyrədə;
-  Mən  elmin  şəhəri,  Əli  isə  onun  qapısıdır.
Həzrət  Əli əleyhissalam  isə  elm  və  elm fədailəri  ba­
rədə  öz  mülahizələrini  belə  ifadə  edir:
-  Elm  -  qorxulu  hallarda  munis,  yalqızlıqda  dost, 
düşmən  əleyhinə  silah,  dostlar  arasında  mehribanlıq­
dır.
-  Elm  barəsində  danışmaq  təsbihdir,  elmi  axtarmaq 
cihad,  onu  bilməyənlərə  öyrətmək  sədəqədir.
-  Elm  gizli  olmayan  gözəllikdir.
-  Elm  insanı  pisliklərdən  qoruyar.
-  Elm  ən  gözəl  rəhbərdir.
-  Elm  insanda  mərhəmət  doğurur.
-  Elm  dünyanın  ən  zəngin  xəzinəsindən  olduğu 
halda,  havayı  satılır  və  havayı  alınır.
-  Elmlə  dirilən  ölməz.
-  Elmi  insan  olmayana  öyrədən,  elmə  zülm  edər.
-  Elm  tükənməyən  bir  xəzinədir;  ağıl  əskilməyən, 
köhnəlməyən  bir  libas.
-  Alimlərin  düz  sözü  dərmandır,  səhv  sözü  isə 
dərd.
-  Elm  qəlblərin  həyatı,  süstlük  qarşısında  qüvvət 
mənbəyidir.
164
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİKLƏR
Naxçıvan  diyarında  dünyaya  göz  açmış,  misilsiz  şöh­
rət  tapmış,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
həqiqi  və  müxbir  üzvlərinin  yaradıcılığına  nəzər  sal­
dıq,  elmi  kəşfləri  ilə  tanış  olduq.  Etiraf etməliyik  ki, 
elmin yüksək zirvəsinə  qalxmış  korifeylərin yalnız bir 
neçəsi  barədə  az-çox  söz  deyə  bildik.  Müəllif əmin­
dir  ki,  bu  sahədə  gələcək  tədqiqatları  daha  geniş,  da­
ha  dərin,  daha  sanballı  olacaqdır.
Yaradıcılığı  ilə  tanış  olduğumuz:  SSRİ  EA-nın  müx­
bir  üzvü,  Azərbaycan  EA-nın  akademiki,  kimya  sə­
nayesinin  flaqmanı,  Azərbaycan  Elmlər Akademiyası­
nın  keçmiş  prezidenti  Yusif Hacı  Heydər  oğlu  Məm­
mədəliyev;  Həsən  Əlirza  oğlu  Əliyev;  Azərbaycan 
EA-nın  akademiki  Zərifə  Əziz  qızı  Əliyeva;  Azər­
baycan  EA-nın  akademiki  Cəlal  Əlirza  oğlu  Əliyev, 
Azərbaycan  EA-nın  sabiq  prezidenti,  akademiki  Fəra- 
məz  Qəzənfər  oğlu  Maqsudov,  SSRİ  EA-nın  müxbir 
üzvü,  akademik,  Azərbaycan  EA-nın  keçmiş  prezi­
denti  Həsən  Məmmədbağır  oğlu  Abdullayev;  akade­
mik,  Milli  Akademiyamızın  sabiq  prezidenti  Eldar  Sa­
layev,  Azərbaycan  EA-nın  akademiki  Müzəffər  Hey­
dər  oğlu  Abutalıbov;  Azərbaycan  EA-nın  akademiki 
Əhməd  Əkbər  oğlu  Mahmudov,  Azərbaycan  EA-nın 
akademiki  Məmməd  Cəfər  (Cəfərov  Məmməd  Zey­
nalabdin  oğlu);  Azərbaycan  MEA-nın  hazırkı  prezi­
165


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə