Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
fırliyə  göndərdiyi  məktubda  vurğulanır  ki,  Mehriban 
xanım  Əliyeva  «Siyasət» jurnalının  təsis  olunmasının 
on  birinci  ili  ilə  əlaqədar  keçirilmiş  rəy  sorğusunun 
nəticələri  əsasında  və  Azərbaycan-Türkiyə  əməkdaş­
lığı  və  qardaşlığının  inkişafı,  milli-mədəni  dəyərlərin 
qorunması,  qadınların,  kimsəsiz  uşaqların  yaşayış  şəra­
itinin  yaxşılaşdırılması,  Azərbaycanda  və  beynəlxalq 
miqyasda  onların  problemlərinə  diqqət  yetirilməsi  sa­
həsində  səylərinə  görə  bu mükafata layiq görülmüşdür.
Bu  münasibətlə  kitabın  müəllifinin  çalışdığı  Azər­
baycan  Dövlət  İqtisad  Universiteti  də  Mehriban  xanı­
ma  təbrik  məktubu  göndərmişdir.  Mətbuatda  dərc 
olunan  həmin  məktubda  vurğulanır:  «Hörmətli  Mehri­
ban  xanım!  Universitetimizin  rektorluğu,  professor- 
müəllim  heyəti  geniş  xeyriyyəçilik  fəaliyyətinizə  gö­
rə  aldığınız  «İlin  qadını»  fəxri  adma,  «2004-cü  ilin ic­
timai  xadimi»  nominasiyası  üzrə  «Caspian  energy 
integration  Award-2005»  beynəlxalq  mükafata  layiq 
görülməyiniz  münasibətilə  Sizi  səmimi  qəlbdən  təbrik 
edirik.  Sizə  «Heydər  Əliyev  Fondu»nun  prezidenti  ki­
mi,  ümummilli  liderimizin  zəngin  irsinin  qorunması 
sahəsində,  Azərbaycan  mədəniyyətinin  daha  da  inki­
şaf  etdirilməsi  istiqamətində,  xoşməramlı,  məsuliy­
yətli  və  şərəfli  fəaliyyətinizdə  yeni-yeni  uğurlar arzu­
layırıq».
Bu  bir  daha  onu  sübut  edir  ki,  Mehriban  xanıma 
pedaqoji-müəllim  və  tələbə  kollektivləri  də  böyük 
hörmət  və  ehtiram  bəsləyirlər.
120
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Bu  da  çox  önəmlidir  ki,  2005-ci  ildə  13-14  və  15 
sentyabrda  Fransanın  Paris  şəhərində  Yusif Məmmə­
dəliyevin  100  illik  yubileyinin  YUNESKO-nun  xətti­
lə  beynəlxalq  səviyyədə  qeyd  olunması,  bir  daha  bu 
görkəmli  şəxsiyyətin  xatirəsini  yad  etdi.  Azərbaycan 
çox  böyük  qürur  hissi  keçirdi.  Bütün  bunlara  görədir 
ki,  Mehriban  xanım  az  bir  zaman  içərisində  öz  xalqı­
nın  istəklisinə,  hörmətlisinə  çevrilmişdir.
Mətbuat  səhifələrində  yazıldığına  görə,  fərəhli  hal­
dır  ki,  Türkiyə  ictimaiyyəti  və  mətbuatı  Heydər  Əli­
yev  Fondunun  prezidenti,  YUNESKO-nun  Xoşmə­
ramlı  Səfiri  Mehriban  xanım  Əliyevanın  2005-ci  ildə 
noyabrın  6-da  keçirilmiş  parlament  seçkilərində  rekord 
səslə  qalib  gəlməsini  böyük  rəğbətlə  qarşılamışdır. 
Türkiyədə  nəşr  olunan  “Hürriyyət”  qəzetinin  13  no-
121


Əbülfəz  Bərəkət  (Qasımov)
yabr  tarixli  nömrəsində  dərc  olunmuş  “Təmiz  bir  ö r ­
nək”  sərlövhəli  məqalədə  deyilir  ki,  Mehriban  x a n ım  
Heydər  Əliyev  Fondu  vasitəsilə  etdiyi  yardımlarla  v ə  
çox  yüksək  biliyə  və  mədəniyyətə  malik  olan  bir  h ə ­
kim,  nəcib  bir  qadm  kimi  ölkəsində  çox  sevilir.  Q a r­
daş ölkənin mətbuatı Azərbaycanın birinci  xanımı  M e h ­
riban  Əliyevanı  ABŞ-ın  keçmiş  birinci  xanımı  H illari 
Klinton,  Argentinanın  sabiq  birinci  xanımı  Eva  Peron 
kimi  görkəmli  ictimai-siyasi  xadimlərlə  m üqayisə 
edir.  Türkiyədəki  ictimai  rəydə  Mehriban  xanımın 
Azərbaycanda  hakim  Yeni  Azərbaycan  Partiyasında 
da  təmiz  bir  insan  kimi  böyük  nüfuza  malik  olduğu 
vurğulanır.
Türkiyə  qəzetləri  siyasi  şərhçi  Sergey  Markovun 
Mehriban  xanım  haqqında  dediyi  sözləri  sitat  gətir­
mişlər:  “Xalq  onu  çox  sevir.  Onun  gözəl  və  ağıllı  qadın 
kimi  çox müsbət  bir imici  var.  Hətta müxalifətçilər belə 
onun  barəsində  mənfi  fikirlər  söyləmirlər”.
Mətbuatda  geniş  yayılmış  belə  bir  fikir  də  diqqəti 
cəlb  edir.  Bu  xanımın  deputatlığa  layiq  olmasını  müxa­
lifət  nümayəndələri  də  alqışlayır  və  dəstəkləyir.
Müəllif əmindir  ki,  belə  intensiv  və  parlaq  zəka  ilə 
Mehriban  xanım  Əliyeva  cavan  yaşlarında  görkəmli 
dühaya  çevriləcək  və  Azərbaycan  xalqının  sarsılmaz 
dayağı  olacaqdır.  Həyat  yoldaşı,  respublikamızın 
hörmətli  Prezidenti  cənab  İlham  Əliyevin  fəaliyyəti 
barədə  cild-cild  əsərlər  yazılmasına,  xatirələrin  nəşr 
edilməsinə  müəllif olacaqdır.
122
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Mehriban  xanım  haqqında  oçerk  tamamlanıb  kitab 
halına  düşən  ərəfədə  mətbuat  səhifələrində  xalqımızı 
düşündürən,  ona  böyük  sevinc  bəxş  edən xəbərlər ya­
yıldı.  Bu  xəbəri  oxucularımıza  ərmağan  etmək  bizdə 
obyektiv  zəruriyyətə  çevrildi.  23  noyabr  2006-cı  ildə 
Mehriban  xanımın  57  ölkəni  birləşdirən,  24  il  fəaliy­
yətdə  olan  (İSESCO)  kimi  mötəbər təşkilatın  Xoşmə­
ramlı  Səfiri  seçilməsi  beynəlxalq  aləmdə  geniş  əks- 
səda  doğurdu.
Bu  təşkilatın  4  nəfər  Xoşməramlı  Səfirindən  biri­
nin  Azərbaycandan  olması,  özü  də  qadın  seçilməsi 
cəmiyyətimizdə  böyük  iftixar  hissi  doğurdu.  Bu, 
Azərbaycanın  İslam  və  Ərəb  ölkələri  ilə  elm,  mədə­
niyyət,  təhsil  və  digər  sahələrdə  əməkdaşlığının  sar­
sılmaz  təməlini  qoydu.
Mehriban  xanımın  kimsəsiz,  əlil  uşaqlara  göstərdi­
yi  tükənməz  qayğılar  buna  layiq  olmağa  tam  əsas  ve­
rir.  Bu  xanımın  misilsiz  qayğıları  sayəsində,  az  müd­
dət  ərzində  respublikamızda  730  məktəb  tikilmiş  və 
bir  o  qədər  də  məktəb  əsaslı  təmirdən  çıxarılaraq 
abadlaşdırılmışdır.  Bu  tükənməz  qayğının  reallaşdırıl- 
masında  Heydər  Əliyev  Fondu  xüsusi  rol  oynamışdır.
Biz  də  bu  münasibətlə  xalqımızın  qəlbən  sevdiyi 
Mehriban  xanımı  ürəkdən  təbrik  edir və  ona  Tanrıdan 
bütün  ailə  üzvləri  ilə  birgə  böyük  xoşbəxtlik  diləyi­
rik.
123


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə