Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Mehriban  xanımın  beynəlxalq  aləmdə  göstərdiyi 
fəaliyyət  bir  daha  təsdiqləyir  ki,  müstəqil  dövlət  q u ­
ruculuğunda  qadınlarımızın  rolu  həqiqətən  böyükdür. 
Onlar  öz  uğurlu  fəaliyyətləri  ilə  dövlətçiliyimizə  d ə ­
yərli  töhfələr  verirlər.  Ulu  öndərimiz  Heydər  Əliyev 
deyirdi  ki:  «Qadınları  qiymətləndirin,  qadınları  sevin, 
heç  yerdə,  heç  bir  ölkədə,  heç  bir  millətdə  Azərbay­
can  qadını  kimi  gözəl  qadın  tapa bilmiyəcəksiniz.  Q a­
dınlar  dövlətimizin,  müstəqilliyimizin,  bu  günümüzün 
dayağıdırlar».
YUNESKO-nun  Xoşməramlı  Səfiri,  Heydər Əliyev 
Fondunun  və  Azərbaycan  Mədəniyyətinin  Dostları 
Fondunun  prezidenti  Mehriban  xanım  Əliyevanın  fə­
aliyyəti  bu  baxımdan  diqqətəlayiqdir.  Azərbaycanla 
YUNESKO  arasında  əlaqələrimizin  inkişaf etdirilmə­
sində  Mehriban  xanımın  çox  böyük  rolu  vardır.  Azər­
baycanda  muğamın  inkişafı  üçün  proqramlann  həyata 
keçirilməsi,  muğamın  mədəni  irs  siyahısına  daxil  edil­
məsi  buna  canlı  misaldır.  Azərbaycanın  işğal  olunmuş 
ərazilərində  mədəni  abidələrimizin  dağıdılması  mə­
sələsinin  YUNESKO-da  müzakirə  edilməsi  də  böyük 
tarixi  və  bəşəri  əhəmiyyətə  malikdir.
Bu  da  çox  önəmli  haldır  ki,  Heydər  Əliyev  Fondu 
«Uşaq  evləri  və  internat  məktəblərin  inkişafı»  proqra­
mının  həyata  keçirilməsində  Mehriban  xanım  Əliye­
vanın  böyük  rolu  vardır.
Fondun  prezidenti,  YUNESKO-nun  Xoşməramlı 
Səfiri  Mehriban  xanım  Əliyeva  deyir  ki,  fondun  fəa-
114
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Ш
 UNESCO
liyyətinin  əsas  istiqamətlərindən  biri  Azərbaycan  cə­
miyyətinin  müdafiəyə  ən  çox  ehtiyacı  olan  üzvlərinə
-   uşaq  evləri  və  internatdakı  uşaqlara  və  yeniyetmə­
lərə,  qaçqın  və  məcburi  köçkün  uşaqlarına,  habelə 
müxtəlif  xəstəliklərə  mübtəla  olan  uşaqlara  yardım 
göstərilməsi  ilə  bağlıdır.  Fondun  fəaliyyət  göstərdiyi 
qısa  müddət  ərzində  bu  sahədə  çox  işlər  görülmüşdür
-   uşaq  evləri  və  internat  məktəblərin  şağirdləri  ara­
sında  «Mən  uşaqları  sevirəm»  mövzusunda  rəsm 
müsabiqəsi  keçirilmiş,  Bilik Günü  ilə  əlaqədar qaçqın- 
köçkün  uşaqlarına  məktəb  ləvazimatı  verilmiş,  fon­
dun,  Azərbaycan  Diabet  Cəmiyyətinin  və  Danimarka­
nın  «Novo  Nordisk»  şirkətinin  təşkilatçılığı  ilə  «Dia­
betlə  xəstələnmiş  uşaqlara  daha  çox  qayğı»  layihəsi 
gerçəkləşdirilmiş,  qaçqın-köçkün  uşaqları,  uşaq  evlə­
ri  və  internat  məktəblərinin  şagirdləri  üçün  «Gülüs­
115


Əbülfəz  Bərəkət  (Qasımov)
tan»  sarayında  yeni  il  şənlikləri  keçirilmiş,  «Talasse­
miyasız  həyat  naminə»  layihəsi  yerinə  yetirilmiş  və 
bu  layihə  çərçivəsində  ixtisaslaşdırılmış  mərkəz,  qan 
bankı  yaradılmışdır.  AzərTAcın  verdiyi  məlumata  gö­
rə  fondun  prezidenti  bəyan  edir  ki,  «Uşaq  evləri  və 
internat  məktəblərin  inkişafı»  layihəsinin  birinci  mər­
hələsinə  yekun  vurularaq,  bu  proqramın  perspektivi­
nə  dair yeni  təkliflər müzakirə  olunur.  Birinci  mərhə­
lənin  gedişində  Bakının  25  uşaq  evinə  və  internat 
məktəbinə  baxış  keçirilmişdir.  Bu  tədris  ocaqlarında- 
kı  mövcud  şərait  hərtərəfli  öyrənilmişdir.  Növbəti 
mərhələdə  respublikanın  qalan  bölgələrindəki  uşaq 
evləri  və  internat  məktəblərdə  monitorinq  keçirilmə­
si  nəzərdə  tutulmuşdur.  Bütün  bunlar  əyani  surətdə 
bir  daha  təsdiqləyir  ki,  respublikamızın  Prezidenti  cə­
nab  İlham  Əliyevin  xanımı  Mehriban  Əliyeva  ölkəmi­
zin  ictimai  həyatında  çox  böyük  rol  oynayır.  Bu  xa­
nımın  xeyirhaq  və  bəşəri  fəaliyyəti  bütün  qadınları­
mız  üçün  dəyərli  örnəkdir.
Fərəhlə  vurğulamaq  istərdik  ki,  İtaliya  Respublika­
sına  və  Vatikan  Dövlətinə  Prezidentimiz  cənab  İlham 
Əliyevin  rəsmi  səfəri  zamanı  Heydər  Əliyev  Fondu­
nun  prezidenti,  YUNESKO-nun  Xoşməramlı  Səfiri 
Mehriban  xanım  Əliyeva  da  geniş  və  dəyərli  proq­
ramla  fəaliyyət  göstərmişdir.  İtaliyanın  incəsənət  alə­
mi  ilə  Romanın  uşaq  xəstəxanasının  fəaliyyəti  ilə  ya­
xından  tanış  olmuşdur.  Bu  da  məlumdur  ki,  bu  tibb 
ocağının video  çəkilişinə  icazə  verilmir.  Mehriban xa-
116
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
nım  Əliyeva  Romanın  nadir  incəsənət  muzeyləri  ilə 
də  yaxından  tanış  olmuşdur.
Bergeze  qalereyasında  17-18-ci  əsrlərə  aid  təsfıri  sə­
nət  əsərlərindəki  real  məişət  lövhələri,  mənzərələrdəki 
təbiilik,  romantika,  təbiətin  canlı  boyaları,  zahiri  təmtə­
raq  və  təntənə  ruhunun  üstünlük  təşkil  etdiyi  realizm 
elementləri  istər-istəməz  insanlarda  xoş  ovqat  yaradır.
Məşhur  İtaliya  memarı  və  heykəltəraşı  Berinin 
heykəllərində,  manumental  kompozisiyalarda  güclü 
dinamika  elə  ilk  baxışdan  diqqəti  cəlb  edir.  İtaliyada 
həssaslıqla  qorunan  və  böyük  səxavətlə  qonaqlara  nü­
mayiş  etdirilən  hər  bir  mədəniyyət  abidəsi,  incəsənət 
nümunəsi  istər-istəməz  onu  müşahidə  edənlərdə  bu 
ölkəyə  rəğbət  və  xoş  duyğular  oyadır.
Azərbaycan  Prezidentinin  xanımı  Mehriban  Əliye­
va  tanışlıqdan  məmnun  qaldığını  bildirmişdir.
117


Əbülfəz  Bərəkət  (Qasımov)
Önəmli  haldır  ki,  Bakıda  bu  günlər  Heydər  Ə liyev 
Fondunun  veb-saytı  açılmışdır.  Mehriban  xanımın  p re ­
zident  olduğu  bu  Fondun  Heydər  Əliyev  İrsinin  b ey ­
nəlxalq  aləmdə  öyrənilməsində,  bu  şəxsiyyətin  m alik 
olduğu  zəngin  həyat  təcrübəsindən  istifadə  edilm əsin­
də  onun  böyük  rolu  vardır.
Azərbaycan,  rus  və  ingilis  dillərində  nəfis  tərtibat­
la,  yüksək  zövqlə  hazırlanmış  saytın  ilk  səhifəsində 
ümummilli  liderimiz,  dünya  şöhrətli  siyasi  xadim , 
müstəqil  Azərbaycan  dövlətinin  qurucusu  və  m em arı 
Heydər  Əliyevin  rəngli  fotosu  yerləşdirilmiş,  xüsusi 
bölümdə  isə  dahi  şəxsiyyətin  tərcümeyi-halı,  siyasi 
portreti,  aforizmləri,  müsahibə  və  çıxışları,  haqqında 
məşhur  siyasi  xadimlərin  fikirləri  toplanmışdır.
Heydər Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun 
Xoşməramlı  Səfiri  Mehriban  xanım  Əliyevanın  həyat
118
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
yolu  barədə  verilmiş  məlumatlar,  onun  çoxşaxəli  fəa­
liyyəti,  keçirdiyi görüşlər «Fondun Prezidenti» bölümün­
də  geniş  əks  olunmuşdur.
Uzunmüddətli  gərgin  əməyin  səmərəli  nəticəsi  olan 
belə  bir  saytın  açılması  Fondun  xaricdə  yaşayan  həm- 
vətənlərimizlə,  beynəlxalq  qurumlarla,  ictimaiyyətlə, 
kütləvi  informasiya  vasitələri  ilə  əlaqələrin  genişlən­
dirilməsində  də  dəyərli  töhfədir.
Heydər  Əliyev  Fondunun  əməkdaşları  və  yerli  di­
zaynerlər  bu  sahədə  respublikamızda  formalaşmış 
müsbət  təcrübədən  istifadə  edirlər.  Veb-sayt  Fondun 
bundan  sonrakı  fəaliyyəti  barədə  yenilikləri  də  mütə- 
madi  izləməyə  imkan  yaradacaq,  yeni  məlumat  və 
faktlarla  daha  da  zənginləşəcəkdir.
2005-ci  il  mart  ayının  30-da  Respublikanın  mətbuat 
orqanları  xalqın ürəyindən olan belə bir xəbəri  yaydı  ki, 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun 
Xoşməramlı  Səfiri  Mehriban  xanım  Əliyeva  «Siyasət» 
jurnalının  «2004-cü  ilin  birinci  xanımı»  mükafatına  la­
yiq  görülmüşdür.
Respublikamızın  Ankaradakı  səfirliyindən  Azər­
TAca  daxil  olmuş  məlumatda  bildirilir  ki,  Türkiyə­
nin  nüfuzlu  «Siyasət»  jurnalının  idarə  heyəti  Heydər 
Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun  Xoşmə­
ramlı  Səfiri  Mehriban  xanım  Əliyevaya  «2004-cü  ilin 
birinci  xanımı»  mükafatının verilməsini  qərara almışdır.
Nəşrin  idarə  heyətinin  sədri,  tanınmış jurnalist,  ic­
timai  xadim  və  iş  adamı  xanım  Gül  Kılıcaslanın  sə-
119


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə