Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

130
birinci  müavini  vəzifələrində  çalışmışdır.  Əsası  Azər­
baycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev 
tərəfindən  qoyulmuş  Yeni  Azərbaycan  Partiyasının 
yaranmasında  və  təşkilati  cəhətdən  formalaşmasında 
iştirak  etmiş,  YAP-ın Naxçıvan  MR  təşkilatının  1995-ci 
il  aprelin  8-də  keçirilən  konfransında  onun  sədri  seçil­
mişdir.  Cəmiyyətimizin  aparıcı  siyasi  qüvvəsi  olan  bu 
partiyanın  rəhbər  orqanında  fəaliyyət  göstərir.  1995-ci 
il  noyabrın  12-də  və  2000-ci  il  noyabnn  5-də  1-ci  və 
2-ci  çağırış  Azərbaycan  Respublikası  Milli  Məclisinin, 
1-ci  və  2-ci  çağınş  Naxçıvan  MR  Ali  Məclisinin  de­
putatı,  1-ci  və 2-ci  çağırış  Naxçıvan  MR  Ali  Məclisinin 
müvafiq  olaraq  1995-ci  il  dekabrın  16-da  və  2000-ci  il 
noyabrın  9-da  keçirilən  ilk  sessiyalarında  Naxçıvan 
MR  Ali  Məclisinin  sədri  seçilmişdir.  V.Talıbov  millət 
vəkili  və  Naxçıvan  MR  Ali  Məclisinin  sədri  kimi 
Azərbaycanda vətəndaş  cəmiyyətinin  və  hüquqi  dövlə­
tin  bərqərar  olmasına,  Naxçıvan  diyannın  iqtisadiyyat 
və  mədəniyyətinin  daha  da  tərəqqisinə,  xalqın 
rifahının  yaxşılaşdırılmasına  yönəldilən  tədbirlərin  hə­
yata  keçirilməsi  üçün  müvafiq  qanunların  qəbul  olun­
masında  iştirak  edir.
Son  illərdə  muxtar  respublikada  həyata  keçirilən 
quruculuq  işləri  Azərbaycanın  müdrik  rəhbəri  Heydər 
Əliyevin  və  onun  yaxın  silahdaşı  V.Talıbovun  adı  ilə 
sıx  bağlıdır.  Muxtar  respublikada  aqrar  islahatlar, 
əsasən,  başa  çatdırılmış,  heyvandarlıq  və  bitkiçilik  sa­
həsində  böyük  uğurlar  qazanılmışdır.  Naxçıvana  xa-
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
131


Əbülfəz  Bərəkət  (Qasımov)
rici  sərmayə  axını  davam  edir.  Əhalinin  sosial  prob­
lemlərinin  həlli  üçün  konkret  işlər  görülür,  təhsilin, 
səhiyyənin,  elm  və  mədəniyyətin  inkişafına,  tikinti- 
abadlaşdırma  və  bərpa  işlərinə  daim  böyük  qayğı  və 
diqqət  göstərilir.  Güclü  iqtisadiyyatın  yaradılması 
muxtar  respublikanı  yaxın  illərdə  məhsul  ixrac  edən 
bölgəyə  çevirməyə  imkan  verəcəkdir.
Dünya  Azərbaycanlılarının  I  Qurultayında  (Bakı  ş., 
9-10  noyabr,  2001)  Əlaqələndirmə  Şurasının  üzvü  se­
çilmişdir.
Cənab  V.  Talıbov  hazırda  Naxçıvan  regionunda 
hörmətli  Prezidentimiz  cənab  İlham  Əliyevin  regional 
siyasətini  uğurla  həyata  keçirərək  Şərqin  qapısında  bu 
diyarı  parlaq  mayaka  çevirmək  əzmindədir.
132
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
HÜSEYN  CAVİD
Şair  və  dramaturq  Hüseyn  Cavid  (Hüseyn  Abdulla 
oğlu  Rasizadə)  24  oktyabr  1882-ci  ildə  Naxçıvanda 
ruhani  ailəsində  dünyaya  göz  açmışdır.
5  dekabr  1941-ci  ildə  İrkutski  vilayətində  sürgündə 
olarkən  dünyasını  dəyişmişdir.
Azərbaycan  Ensiklopediyasının  verdiyi  məlumata  görə 
(bax:  X  cild,  səh.  281)  Hüseyn  Cavid  ibtidai  təhsilini 
Naxçıvanda  mollaxanada,  orta  təhsilini  isə  M.T.Sidqinin 
«Məktəbi-tərbiyyə»  adlı yeni  üsullu məktəbində almışdır.
1899-1903-cü  illərdə  Cənubi  Azərbaycanda  olmuş, 
Təbrizin  Talibiyyə  mədrəsəsində  təhsilini  davam  et­
dirmişdir.  1909-cu  ildə  İstanbul  universitetinin  ədə­
biyyat  şöbəsini  bitirdikdən  sonra  Naxçıvanda,  Gəncə 
və  Tbilisidə,  1915-ci  ildən  isə  Bakı  məktəblərində 
müəllimlik  etmişdir.
Hüseyn  Cavid  klassik  Azərbaycan  ədəbiyyatının  dəyərli 
ənənələrini  böyük  istedad  və  sənətkarlıqla  davam  etdir­
mişdir.  O,  sözün  həqiqi  mənasında  özünü  Azərbaycan 
mütərəqqi  romantizminin  ən  görkəmli  yaradıcısı,  banisi 
kimi  bütün  dünyanın  gözü  önündə  nümayiş  etdirmişdir.
Ensiklopediyada  vurğulanır ki,  Hüseyn  Cavid  sənə­
ti  bədii  növ,  janr  və  forma  cəhətdən  çox  zəngindir. 
O,  lirik  şeirlərin,  lirik-epik,  epik  poemaların  Azərbay­
can  ədəbiyyatında  ilk  mənzum  faciə  və  dramların 
müəllifidir.
133


Əbülfəz  Bərəkət  (Qasımov)
134
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
Hüseyn  Cavid  daha  çox  dramaturq  kimi  tanınmış­
dır.  Onun  fəlsəfi  və  tarixi  faciələri,  ailə-məişət  dram­
ları  üslub,  yazı  qaydası,  forma  yeniliyi  baxımından 
Azərbaycan  dramaturgiyasında  yeni  bir  mərhələ  ya­
ratdığı  kimi,  milli  teatr  mədəniyyətinin  inkişafına  da 
çox  mühüm  təsir  göstərmişdi.
Hüseyn  Cavid  poeziyası,  yüksək  bədii  sənətkarlığı, 
dərin  emosionallığı,  səmimiliyi  ilə  ciddi  surətdə  fərq­
lənir.
Bütün  bunlara  görə  xalqımız,  dövlətimiz  Hüseyn 
Cavidin  xatirəsini  əbədiləşdirmək  üçün  xüsusi  qayğı 
və  səy  göstərir.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  böyük  əm ə­
yi  və  diqqəti  sayəsində  Hüseyn  Cavidin  anadan  olma­
sının  100  illiyi  geniş  qeyd  edildi,  bu  böyük  insana  bəs­
lənən  hörmət  və  ehtiram  bir  daha  nümayiş  olundu.
Yubiley  ərəfəsində  Azərbaycanın  o  zamankı  rəhbə­
ri  Heydər  Əliyevin  misilsiz  səyləri,  ədəbiyyatımıza 
bəslədiyi  böyük  ehtiram  və  məhəbbəti  sayəsində  Sta­
lin  repressiyasının  qurbanı  olmuş,  qarlı-şaxtalı  Sibir 
meşələrində  qətlə  yetirilmiş,  köhnə  bir  adyala  bükü­
lüb  sidr  ağacının  dibində  torpağa  tapşırılmış  Hüseyn 
Cavidin  cəsədi  tapılaraq  doğulduğu  güllü-çiçəkli  Nax­
çıvana  gətirildi.  O,  öz  əzizləri  dünyadan  nakam  getmiş 
oğlu  Ərtoğrul,  vəfalı,  etibarlı  həyat  yoldaşı  Müşkinaz 
xanımla  bir  yerdə  əbədiyyətə  qovuşduruldu.
Naxçıvan  şəhərinə  yeni  bir  şöhrət  tacı  nəsib  oldu. 
Memar  Rasim  Həsən  oğlu  Əliyevin  mahir  sənətkar­
135


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə