Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
ƏZİZ  ƏLİYEV
Əziz  Məmmədkərim  oğlu  Əliyev  1  yanvar  1897-ci  il­
də İrəvanda anadan olmuşdur.  Lakin tale onu qırılmaz tel­
lərlə  Naxçıvan  diyarı,  sonra  isə  bütünlükdə  Azərbaycan­
la  bağlamışdır.
Tibb  elmləri  doktoru,  professor,  səhiyyənin  ən  b ö ­
yük  və  cəfakeş  təşkilatçısı  kimi  həyatda dərin  izlər b u ­
raxmışdır.  Ona  respublikanın  “Əməkdar  həkimi”  kimi 
yüksək  fəxri  ad  verilmişdir.  Azərbaycan  Klinik İnstitu­
tunun  direktoru,  Azərbaycan  Xalq  Səhiyyə  Komissan, 
Nəriman  Nərimanov  adma  Azərbaycan  Dövlət  Tibb 
İnstitutunun  və  Azərbaycan  Dövlət Universitetinin  rek­
toru,  Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin  katibi 
və  Azərbaycan  KP  MK-nın  katibi  vəzifələrində  çalış­
mış  və  xalqımızın  taleyüklü  problemlərinin  həllində 
fəal  iştirak  etmişdir.
İkinci  Dünya  müharibəsinin  ağır  günlərində  Əziz 
Əliyev Dağıstan xalqlarının  imdadına çatmışdır.  Dağıstan 
Muxtar Respublikasının birinci katibi  (1942-1948-ci illər­
də)  işlərkən  bu  diyarda  yaşayan  xalqlann  böyük  hörmə­
tini  qazanmışdır.  İndi  də  Dağıstan  xalqı  onu  çox  böyük 
ehtiramla  yad  edir,  xatirəsini  əziz  tutur.  Mərhumun  adını 
əbədiləşdirən  çoxlu  abidələr  və  müəssisələr vardır.
124
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
RAMİZ  ƏNVƏR  OĞLU  MEHDİYEV
Professor,  fəlsəfə  elmləri  doktoru  Ramiz  Ənvər 
oğlu  Mehdiyev  1938-ci  il  aprel  ayının  17-də  Bakı  şə­
hərində  anadan  olmuşdur.
1957-ci  ildə  Bakı  Dənizçilik  Məktəbini  bitirdikdən 
sonra  1961-ci  ilədək  "Xəzərdənizneftqazsənaye" 
Ümumittifaq  İstehsalat  Birliyinin  "Xəzəmeftdonan- 
ma"  İdarəsində  çalışmışdır.  1961-ci  ildə  Azərbaycan 
Dövlət  Universitetinin  tarix  fakültəsinə  daxil  olmuş­
dur.  1965-ci  ildə,  V  kurs  tələbəsi  olarkən  Azərbaycan 
LKGİ  MK-nın  tələbə  şöbəsinin  təlimatçısı  vəzifəsinə 
irəli  çəkilmiş,  1967-68-ci  illərdə  Naxçıvan  Vilayət 
Komsomol  Komitəsinin  ikinci  katibi  işləmişdir.  1968- 
ci  ildə  M.V.Lomonosov  adına  MDU-nun  fəlsəfə  fa­
kültəsinin  aspiranturasına  daxil  olmuşdur.  1972-ci  ilin 
mayında  Moskva  Dövlət  Universiteti  Elmi  Şurasının 
iclasında  fəlsəfə  elmləri  namizədi  alimlik  dərəcəsi  al­
maq  üçün  dissertasiya  müdafiə  etmişdir.  1972-ci  ildən 
Azərbaycan  Dövlət  Universitetinin  “Elmi  kommu­
nizm”  kafedrasında  müəllim,  sonra  baş  müəllim  işlə­
mişdir.  1974-cü  ilin  mayında  Azərbaycan  KP  MK-nın 
aparatında  “Təbliğat  və  təşviqat”  şöbəsinin  mühazirə­
çisi  vəzifəsinə  irəli  çəkilmişdir.  1976-cı  ilin  iyunun­
da  Azərbaycan  KP  MK-nın  “Elm  və  təhsil”  şöbəsinin 
müdirinin  müavini  vəzifəsinə  təsdiq  edilmişdir.  1978-
125


Əbülfəz  Bərəkət  (Qasımov)
126
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
ci  ilin  oktyabrında  Azərbaycan  KP  26  Bakı  komissarı 
adına  Rayon  Komitəsinin  birinci  katibi  seçilmişdir. 
1980-ci  ilin  iyununda  Azərbaycan  KP  MK-nın  “Elm 
və  təhsil”  müəssisələri  şöbəsinin  müdiri,  1981 -ci  ilin 
yanvarında  isə  “Təşkilat-partiya  işi”  şöbəsinin  müdiri 
vəzifəsinə  təsdiq  olunmuşdur.  1983-cü  ildə  Azər­
baycan  KP  MK-nın  katibi  seçilmişdir.  1988-ci  ilin 
mayında  MK  plenumunda  Ə.Vəzirovun  təkidi  ilə 
Azərbaycan  KP  MK-nın  katibi  vəzifəsindən  azad 
edilmişdir.  1988-ci  ilin  iyununda  Azərbaycan  Elmlər 
Akademiyasının  İctimai-Siyasi  Tədqiqatlar və  İnforma­
siya  İnstitutunun  şöbə  müdiri  təyin  olunmuşdur.  1993- 
cü  ildə  fəlsəfə  elmləri  doktoru  alimlik  dərəcəsi  almaq 
üçün  dissertasiya  müdafiə  etmişdir.  1994-cü  ilin  fev­
ralında  Azərbaycan  Respublikasının  Prezidenti  tərə­
findən  Prezident  Aparatının  şöbə  müdiri,  1995-ci  ilin 
fevralında  isə  Azərbaycan  Respublikası  Prezidentinin 
İcra  Aparatının  rəhbəri  təyin  olunmuşdur.
1980-1990-cı  illərdə  iki  çağırış  Azərbaycan  Ali  So­
vetinin  deputatı  olmuş,  1995-ci  ildə  isə  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  deputatı  seçilmişdir.  İki 
dəfə  “Qırmızı  Əmək  Bayrağı”  ordeni  ilə  təltif  edil­
mişdir.  2001-ci  ilin  aprelində  Nyu-York  Elmlər  Aka­
demiyasının  üzvü  seçilmişdir.
Ailəlidir,  iki  övladı  və  dörd  nəvəsi  var.
Kitabları:  “ XX  əsrin  sonlarında  millətlərarası 
münasibətlər”  (rus  dilində);  “Azərbaycanlılara  qarşı
127


Əbülfəz  Bərəkət  (Qasımov)
soyqırımı  gerçəklikləri”  (Azərbaycan,  ingilis,  rus  d i l ­
lərində);  “Azərbaycanın  inkişaf  dialektikası”;  “A z ə r ­
baycan:  tarixi  irs  və  müstəqillik  fəlsəfəsi”;  “A z ə r ­
baycan:  qloballaşmanın  tələbləri”  (Azərbaycan,  r u s , 
türk  dillərində);  “Fəlsəfə”  (rus  dilində);  “2005-ci  il 
parlament  seçkiləri:  ilkin  təhlil”  (Azərbaycan  və  r u s  
dillərində).
128
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
VASİF  TALIBOV  -   DÖVLƏT  XADİMİ
V asif  Yusif  oğlu  Talibov  Naxçıvan  MR  Ali  M əc­
lisinin  sədridir.  1960-cı  ildə  Şərur  rayonunun  Aşağı 
Aralıq  kəndində  anadan  olmuşdur.  1981-ci  ildə 
Naxçıvan  Dövlət  Pedaqoji  İnstitutunun  (indiki  Nax­
çivan  Dövlət  Universiteti)  tarix-filologiya  fakültəsini, 
1998-ci  ildə  isə  Bakı  Dövlət  Universitetinin  hüquq  fa­
kültəsini  bitirmişdir.
Əmək fəaliyyətinə  1976-cı  ildə  Şərur rayonunun  Xalq 
maarif şöbəsində  başlamışdır.  Sonra  əmək  fəaliyyətini 
Naxçıvan  alt  trikotaj  fabrikində  kadrlar  üzrə  inspektor, 
xüsusi  şöbənin  rəisi  vəzifələrində  çalışmışdır.  İşlədiyi 
və  təhsil  aldığı  illərdə  doğma  torpağına  və  xalqına 
qırılmaz  tellərlə  bağlı  bir  ziyalı  kimi  daim  fəal  həyat 
mövqeyində  dayanmışdır.  Azərbaycanda  müstəqil  döv­
lətçiliyin  qurulması  və  möhkəmləndirilməsi,  vətənimi­
zin  ərazi  bütövlüyünün  qorunması,  ölkədə  demokratik 
dəyərlərin  bərqərar olması  kimi  ali  məqsədlərə  çatmaq 
üçün  xalqın  ümummilli  lideri  Heydər  Əliyevin  res­
publika  rəhbərliyinə  qayıdışı  uğrunda  mübarizənin  ön­
cüllərindən  olmuş  və  müdrik  rəhbərin  yanında  olmaq­
la  əsl  mənada  onun  məktəbini  keçmişdir.  V.Talıbov 
1991-ci  ilin  sentyabrından  1994-cü  ilin  aprelinədək 
Naxçıvan  MR  Ali  Məclisi  sədrinin  baş  köməkçisi, 
1994-cü  ilin  aprelindən  1995-ci  ilin  dekabrınadək 
Naxçıvan MR baş  nazirinin xarici  iqtisadi  əlaqələr üzrə
129


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə