Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

Əbülfəz Bərəkət  (Qasımov)
rək:  “Mən  prezident  seçkiləri  ərəfəsində  demişdim  ki, 
Azərbaycan  vətəndaşları  ildən-ilə  daha  yaxşı  yaşamalı­
dı  və  yaşayacaqlar.  Bunu  etmək  üçün  hər  cür  imkanı­
mız  vardır.  Ən  önəmlisi  isə,  dövlətin  düzgün  siyasəti 
vardır.  Bu  siyasət  Heydər  Əliyev  siyasətidir.  Mən  seç­
kilərdən əvvəl bəyan etmişdim və söz vermişdim ki,  bu 
siyasətə  sadiq  qalacağam  və  onu  öz  fəaliyyətimdə 
həyata  keçirəcəyəm.  Bu  gün  sizə  deyə  bilərəm  ki, 
Azərbaycanda  Heydər  Əliyev  siyasəti  yaşayır,  güclənir 
və  bundan  sonra  da  əbədi  olaraq  yaşayacaqdır”.
Qəlbimdən  keçənlərdən  biri  odur  ki,  cənab  İlham 
Əliyev  ölkə  prezidenti  seçilərkən  hər  ağızdan  bir  fi­
kir  söylənilirdi.  Bəzi  adamlar  belə  zənn  edirdilər  ki, 
o,  çox  cavandır.  Belə  adamlar  unudurdular  ki,  tarix 
çox  gənc,  müdrik  dövlət  başçılarını  görüb  və  onların 
qəhrəmanlıq  salnaməsini  yaradıbdır.  Bir  il  keçdikdən 
sonra  iqtidar  yönümlü  insanlar  da,  müxalifətin  nüma­
yəndələri  də  etiraf  edirlər  ki,  İlham  Əliyev  çox 
müdrik,  cəsarətli,  yüksək  mənəvi  keyfiyyətlərə  malik 
prezidentdir.  Çünki  bu  şəxsiyyətin  keçdiyi  məktəb 
dünyada  böyük  şöhrət  qazanmış,  ümummilli  liderimiz 
Heydər  Əliyevin  məktəbidir.
Bir  cəhəti  də  qətiyyən  unutmaq  olmaz  ki,  Prezi­
dentimiz  cənab  İlham  Əliyev  xalqımız  arasında  sözü­
nün  sahibi  kimi  tanınan  şəxsiyyətdir.  O,  ulu  liderimiz 
kimi  insanı  uzaqdan  dərk  edir,  yarı  kəlmədən  başa 
düşür  və  problemini  çox  vaxt  yerindəcə  həll  etməyə 
çalışır.
90
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Beləliklə,  ədalət  naminə  demək  istərdim  ki,  İlham 
Əliyevin  prezidentlik  dövrü  çox  məşəqqətli,  gərgin 
və  qeyri-adi  olmuşdur.  O,  bütün  nailiyyətləri  hüzrlü 
ola-ola  əldə  etmişdir.  Məlum  hadisə  onun  həyatında 
baş  verməsəydi  nailiyyətlər  daha  böyük  və  daha  çox 
olardı.
Respublikamızın  Prezidenti  cənab  İlham  Əliyevin 
İtaliya  Respublikasına  və  Vatikan  Dövlətinə  rəsmi 
səfəri  də  tarixdə  dərin  izlər buraxdı.  Burada  keçirilən 
Azərbaycan-İtaliya  biznes  forumunda  ölkə  başçımızın 
dərin  məzmunlu  nitqi  Avropanın  ən  nüfuzlu  mətbuat 
orqanlarında  geniş  əks-səda  doğurdu.
Forumda  açıqlanmışdır  ki,  iki  ölkə  arasında  əm ək­
daşlığımız  dəyərli  bəhrələr  verir.  Prezidentimizin  fo­
rumda  əməkdaşlığımızı  daha  da  dərinləşdirmək  barə­
də  verdiyi  tövsiyə  və  təkliflər  ictimaiyyətdə  çox 
böyük  maraq  doğurdu.
Ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  Çinə  səfəri 
də  beynəlxalq  aləmdə  geniş  əks-səda  verdi.  Azər­
baycan  və  Çin  əlaqələri  qədim  və  çoxşaxəlidir.  Çin 
sərmayəçiləri  tərəfindən  Azərbaycana  qoyulmuş  və­
saitin  ümumi  həcmi  təqribən  300  milyon  ABŞ  dolla­
rı,  2004-cü  ildə  isə  177,2  milyon  ABŞ  dolları  təşkil 
etmişdir.
1994-cü  ildə  Azərbaycan  Respublikasının  Preziden­
ti  Heydər  Əliyevin  Çinə  səfəri  əlaqələrimizin  müasir 
dövrdə  təməlini  qoymuşdur.
AzərTAcın  yaydığı  məlumatdan  aydın  olur  ki:
91


Əbülfəz  Bərəkət  (Qasımov)
-  Çin  rəhbərliyi  Ermənistan-Azərbaycan,  Dağlıq 
Qarabağ  məsələsi  ilə  bağlı  narahatlığını  başa  düşür;
-  Çin  Azərbaycanın  suverenliyini  və  ərazi  bütöv­
lüyünü  müdafiə  edir;
-  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqi­
şəsinin  BMT-nin  qətnamələri  və  Nizamnaməsi  əsa­
sında  həllinə  tərəfdardır;
-  BMT  Təhlükəsizlik  Şurasının  daimi  üzvü  kimi 
Çin  bu  münaqişənin  həll  edilməsi  işinə  konstruktiv 
töhfəsini  verməyə  hazırdır.
Cənab  Prezidentimiz  İlham  Əliyevin  səfəri  zamanı 
Azərbaycan  hökumətinə  Çin  hökuməti  15  milyon  yu­
an  məbləğində  əvəzsiz  yardım  etmişdir.
92
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Keçirilmiş  Çin-Azərbaycan  birgə  biznes  forumunda 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  çıxış  etdi.
Çin  Azərbaycanı  yaxın  gələcəkdə  Dünya  Ticarət 
Təşkilatına  (DTT)  qəbul  olunmasını  dəstəkləyir.
Səfərin  yekunları  bir  daha  təsdiqlədi  ki,  Çin  Azər­
baycan  Respublikasının  suverenliyini  və  ərazi  bütöv­
lüyünü  dəstəkləyir  və  Birləşmiş  Millətlər  Təşkilatı 
Təhlükəsizlik  Şurasının  Dağlıq  Qarabağ  münaqişəsi­
nə  dair  müvafiq  qətnamələrinə  əməl  edilməsinə  çağı­
rır,  bu  münaqişənin  sülh  yolu  ilə  həll  olunmasına  tə­
rəfdar  olduğunu  bildirir.  Buradan  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  ölkəmizin  Prezidenti  cənab  İlham 
Əliyevin  Çinə  səfəri  çox  uğurlu,  tarixi  və  yaddaqalan 
oldu.
2005-ci  ilin  yaz  günlərində  Yeni  Azərbaycan  Par­
tiyasının  III  qurultayı  keçirildi.  Həmin  qurultayda 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 
Əliyev  Yeni  Azərbaycan  Partiyasının  sədri  seçildi. 
Xatırladaq  ki,  qurultayın  ruh  yüksəkliyi  beynəlxalq 
aləmdə  geniş  əks-səda  doğurdu  və  burada  prezidenti­
mizin  söylədiyi  dəyərli  nitqi  milyonlar  insanları  riq­
qətə  gətirdi.  Qurultayın  sədri,  Prezidentimiz  cənab 
İlham  Əliyev  hesabat  ilində  respublikamızın  beynəl­
xalq  aləmdə  nüfuzunun  daha  da  artmasını  şərh  etdi. 
Ölkəmizdə  iqtisadiyyatın  dinamik  inkişafını,  əldə  edil­
miş  sosial-iqtisadi  nailiyyətlərimizi  vurğuladı.  Res­
publikamızın  qeyri-neft  sektorunun  sürətlə  inkişaf et­
diyini  və  bunun  çox  böyük  əhəmiyyəti  olduğunu  gös­
93


Əbülfəz  Bərəkət  (Qasımov)
tərdi.  Ölkəmizdə  gənclərlə  aparılan  kompleks  tədbirlə­
rin verdiyi  müsbət nəticələri  dəlillərlə göstərdi.  Bu  m ə­
nada  mən  deyərdim  ki,  Yeni  Azərbaycan  Partiyasının 
sədri  görülmüş  və  gələcəkdə  görüləcək  işlər  barədə 
verdiyi  məlumat  bütünlükdə  xalqımızı  məmnun  etdi.
Dünya  ictimaiyyəti  30  mart  2005-ci  ildə  növbəti 
xoş  xəbərin  şahidi  oldu.  Mətbuatımız  xəbər  verdi  ki, 
«Siyasət»  jurnalı  Azərbaycanın  Prezidenti  İlham 
Əliyevi  «2004-cü  ilin  dövlət  adamı»  elan  etmişdir. 
Ölkəmizin  Türkiyədəki  səfirliyindən  bildirmişlər  ki, 
nüfuzlu  «Siyasət»  jurnalının  idarə  heyəti  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevə  «2004-cü 
ilin  dövlət  adamı»  mükafatının  verilməsi  haqqında 
qərar  qəbul  etmişdir.
Nəşrin  idarə  heyətinin  sədri,  tanınmış jurnalist,  ic­
timai  xadim  və  iş  adamı  xanım  Gül  Kılıcaslanın  bu­
nunla  əlaqədar  səfirliyimizə  ünvanladığı  məktubda 
deyilir  ki,  «Siyasət»  jurnalının  çıxmasının  on  birinci 
ili  münasibətilə  oxucular  arasında  keçirilmiş  rəy  sor­
ğusunda  iştirak  edənlərin  əksəriyyəti  Prezident  İlham 
Əliyevi  dəstəkləmişdir.  Azərbaycan  Prezidenti  bu  mü­
kafata  ölkənin  güclənməsi  və  inkişafı  sahəsində  xid­
mətlərinə,  demokratiya  və  insan  hüquqlarının  təmin 
olunmasına  qayğısına,  Bakı-Tbilisi-Ceyhan  boru  kə­
mərinin  tikintisi  üçün  göstərdiyi  səylərə,  bölgədə  sa­
bitliyin  təmin  edilməsinə  və  Azərbaycan-Türkiyə 
əməkdaşlığının  inkişafına  verdiyi  töhfəyə  görə  layiq 
görülmüşdür.
94
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  ZƏRİFƏ  XANIM  ƏLİYEVA  -  
GÖZLƏRƏ  NUR  BƏXŞ  EDƏN  TƏBİB
Zərifə  xanım  saysız-hesabsız  insanların  gözünü 
nurlandırmış  və  onları  xoşbəxt  həyata  qaytarmışdır. 
İnsanın  taleyi  ağlasığmaz  dərəcədə  rəngarəng  və  qə­
ribədir.  Zərifə  xanım  haqqında  fikirləri  açıqlayarkən 
xəyal  məni  gənclik  illərinə  qaytardı.  Bakıda  Xalq  Tə­
sərrüfatı  İnstitutunda  Plan-İqtisad  fakültəsində  təhsil 
alırdım.  Sol  gözümün  görmədiyini  hiss  edən  kimi 
Göz  İnstitutuna  getdim.  O  zaman  bu  institutda  çoxlu 
alimlər  toplaşıb  mənim  gözümü  müayinə  edəndə  ay­
dın  oldu  ki,  mən  uşaq  ikən  həyətimizdə  çarpayıdan 
qızılgül  kollarının  üstünə  yıxılaraq  görmə  qabiliyyəti­
mi  itirmişəm.  Ağ  xalatlı  həkimlər  mənim  bu  diaqnoz­
dan  sarsıldığımı  açıq-aydın  hiss  etdilər.  Həmin  ağ  xa­
ladı  göz  həkimləri  içərisində  Zərifə  adlı  bir  həkim 
mənə  təsəlli  verərək  başa  saldı  ki:  «Sən  40  yaşından 
sonra  sol  gözünlə  də  görmə  qabiliyyətinə  malik  ola­
caqsan».  Əsl  həkim  nəvazişi  ilə  deyilən  bu  iki  kəlmə 
dərhal  məndə  sarsıntıları  götürdü  və  sanki  məni  yenə 
həyata  qaytardı.
İnstitutu  bitirdim.  Moskvaya  getdim,  SSRİ  Elmlər 
Akademiyasına  qəbul  olundum.  Gecə-gündüz  bir  gö­
zümlə  cilid-cilid  əsərlər  oxudum,  çox  tələbkar  və 
dünyada  ad-san  qazanmış  Vladimir  Venjerin  rəhbər­
liyi  altında  böyük  elmi  tədqiqatlar  apardım.
95


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə