Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Prezidentimiz  qeyd  edir  ki,  “Biz  gələcəyimizi  tək­
cə  neft  sənayesinə  bağlamamalıyıq,  orada  işlər  çox 
uğurla  davam  edir  və  bu  sahə  Azərbaycana  böyük 
həcmdə  valyuta  ehtiyatları  gətirəcəkdir.  Lakin  biz  öz 
siyasətimizi  elə  aparmalıyıq  ki,  sanki  Azərbaycanda 
neft  yoxdur.  İqtisadiyyatın  bütün  sahələri,  ilk  növbə­
də,  qeyri-neft  sektoru,  infrastruktur  inkişaf etməlidir. 
Ancaq  bu  yolla  biz  Azərbaycanı  hərtərəfli  inkişaf 
etmiş  ölkəyə  çevirə  bilərik”.
Azərbaycan  iqtisadiyyatını  kompleks  şəkildə  inki­
şaf etdirmək  üçün  Prezidentimiz  cənab  İlham  Əliyev 
sahibkarlığın  hərtərəfli  inkişafına  da  böyük  rəvac  ve­
rir.  O,  sahibkarlarla  tez-tez  görüşür,  onların  fəaliyyə­
ti  üçün  böyük  qayğılar  göstərir.  Sahibkarlıq  barədə 
qanunvericilik  get-gedə  daha  da  təkmilləşdirilir.  İcra 
strukturları  ilə  sahibkarların  işgüzar  əlaqələri  yaradı­
lır.  Regionlarda  biznes-forumların,  kredit yarmarkala­
84
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
rının,  sərgilərin  təşkilini,  ixrac  yönümlü  məhsullar 
istehsalının  artırılmasına,  daxili  bazarın  qorunmasına, 
vətənin  əmtəə  istehsalçılarının  milli  iqtisadiyyatın 
inkişafında  rolunun  artmasına  xidmət  edən  kompleks 
tədbirlər həyata  keçirir,  sahibkarlığı  milli  iqtisadiyya­
tımızın  strategiyası  kimi  dəyərləndirir.  Orta  sahibkar­
lığın  inkişafına  xüsusi  əhəmiyyət  verir.
Öncə  sahibkarlar  öz  fəaliyyətlərini  əsasən  ticarət, 
ictimai  iaşə sahələrinə yönəldirdilər.  İndi  isə  ixrac üçün 
sərfəli  sahələri  inkişaf etdirməyə  çalışırlar.  Axı,  bütün 
dünyada  informasiya  texnologiyalarına,  telekommuni­
kasiyalara,  intellektual  mülkiyyətə  maraq  get-gedə  ar­
tır.  Bu,  respublikamızda  dünya  standartlarına  uyğun 
müəssisələrin,  ofislərin,  binaların  fəaliyyət göstərməsi­
nə  zəruriyyəti  daha  da  gücləndirir.  Aqrar  sektorun 
sürətli  inkişafına  böyük  rəvac  verilir.
Prezidentimiz  öyrədir  ki:
1.  Fermer təsərrüfatlarına  aqroservis  xidmətini  yax­
şılaşdırmaq  lazımdır;
2.  Hər  bir  regionda  yerli  xammala  əsaslanan  emal 
sənayesini  inkişaf etdirmək  zəruridir;
3.  Səmərəli  bank,  maliyyə,  vergi  mexanizm­
lərindən  bacarıqla  istifadə  edilməlidir;
4.  Regionlarda  meliorasiya  və  irriqasiyanı  həyata 
keçirməklə  torpaq  sahələrini  yaxşılaşdırmaq  təxirəsa­
lınmazdır;
5.  Əkinçilik  və  heyvandarlıq  yeni  texnologiya  əsa­
sında  intensivləşdirilməlidir;
85


Əbülfəz  Bərəkət  (Qasımov)
6. 
Aqrar  sektorun  idarə  sistemi  təkmilləşdirilməli, 
daha  operativ  və  yığcam  olmalıdır.
Respublikamızın  Prezidenti  cənab  İlham  Əliyev  fəa­
liyyəti  dövründə  qaçqın  və  köçkünlərə  böyük  qayğı­
lar  göstərmişdir.
Erməni  təcavüzünə  məruz  qalmış  ərazilərdən  zorla 
köçürülmüş  soydaşlarımızın  ehtiyaclarını  ödəmək  üçün 
Neft Fondundan xeyli  miqdarda vəsait ayrılması  lazım 
bilinmişdir.  Bu  ümummilli  liderimiz  Heydər  Əliyevin 
arzu  və  səylərinin  çin  olmasını  təsdiqləyir.
Hörmətli  Prezidentimiz  İlham  Əliyevin  fəaliyyəti 
dövründə  ölkəmizdə  baş  verən  siyasi  əhəmiyyətli  ha­
disələrdən  biri  də  «Heydər  Əliyev  Fondu»nun  yara­
dılmasıdır.  Bu  fondun  yaradılması  respublikamızın 
həyatında  çox  böyük  hadisədir.  Bu  fond  ulu  liderimi­
zə  xalqımızın  tükənməz  ehtiramının  və  məhəbbəti­
nin,  sözün  həqiqi  mənasında,  simvoludur.
Fondu  yaratmaqda  məqsəd  Heydər  Əliyev  siyasəti­
nin  həmişə  yaşayacağına,  dövlətçilik  ideyalarının  gə­
ləcək  nəsillərə  daim  hərtərəfli  aşılanacağına  sübutdur. 
Böyük  liderimizin  zəngin  irisi  dərindən  öyrənilməli, 
milli -  mənəvi  dəyərlərimizi  qoruyub  saxlamağa möh­
kəm  təməl  qoyulmalıdır.  Başqa  sözlə  desək,  «Heydər 
Əliyev  Fondu»  müstəqil  Azərbaycan  Respublikasının 
iqtisadi  qüdrətini  daha  da  artıracaq  və  beynəlxalq 
aləmdə  onun  nüfuzunu  daha  da  möhkəmləndirəcəkdir.
Respublikamızın  Prezidenti  cənab  İlham  Əliyev  çox 
haqlı  olaraq  vurğulayır ki,  bu  gün  Heydər Əliyevin  fı-
86
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
ziki  yoxluğu  bizi  ruhdan  salmamalıdır.  Onun  ideyala­
rı  yaşayır,  onun  siyasəti  yaşayır,  onun  fəlsəfəsi,  azər- 
baycançılıq  fəlsəfəsi,  ideologiyası  yaşayır  və  onun 
qurduğu,  yaratdığı  müasir  Azərbaycan  yaşayır  və 
onun  yolu  ilə  inkişaf  edir.  Hamımızın  borcudur  ki, 
doğma  Vətənimizi  onun  yolu  ilə  irəliyə  aparaq.  Ha­
mımızın  borcudur  ki,  onun  siyasətini  yaşadaq,  Azər­
baycanı  gücləndirək  və  onun  istədiyi  kimi,  onun  yo­
lu  ilə  gələcəyə  aparaq.  Mən  əminəm  və  şübhə  etmi­
rəm  ki,  biz  bunu  edəcəyik.  Xalq  keçirilən  prezident 
seçkilərində  Heydər  Əliyevin  siyasətini  bir  daha  dəs­
təklədi.  Azərbaycanda  bu  siyasətə  alternativ  yoxdur. 
Bu  siyasət  Azərbaycana  böyük  uğurlar  gətiribdir  və 
əminəm  ki,  daha  yeni-yeni  uğurlar  gətirəcəkdir.
Regionlarda  sahibkarlığın  inkişaf imkanlarından  sə­
mərəli  istifadə  edilməsi  yolları  ətraflı  araşdırılmalı,
8 7


Əbülfəz  Bərəkət  (Qasımov)
faydalı  tədbirlər həyata  keçirilməlidir.  Yalnız  bu  yolla 
məşğulluq  problemi  uğurla  həll  oluna  bilər.  Preziden­
timiz  cənab  İlham  Əliyevin  böyük  səyləri  nəticəsin­
də  qəbul  edilmiş  Dövlət  Proqramında  irəli  sürülmüş 
siyasi  və  sosial-iqtisadi  problemlər  uğurla  həll  edilə 
bilər.  Bu  proqram  iqtisadiyyatımızın  dinamik  inkişafı­
nın  təməlini  qoymuşdur.
Ölkə  başçısı  xalqımıza vədlər verməklə  əsla kifayət­
lənmir.  O,  verdiyi  vədlərin vaxtında və  layiqincə  qey­
dinə  qalır.  Prezidentimiz  deyir:  “Yeni  iş  yerlərinin 
açılması  mənim  seçkiqabağı  proqramımın  əsas 
istiqamətlərindən  biri  idi.  Mən  bu  məsələ  ilə  əlaqə­
dar  öz  fikrimi  açıq  şəkildə  demişdim  və  çox  şadam 
ki,  nəzərdə  tutulmuş  bütün  məsələlər  öz  həllini  tapır. 
Çox  sevindirici  haldır  ki,  iş  yerlərinin  böyük  hissəsi 
məhz  bölgələrdə  açılıbdır...  Regionların  inkişafı  çox 
vacib  məsələdir”.
Hörmətli  prezidentimiz  vurğulayır  ki,  regionların 
tarazlı  inkişafını  təmin  etməklə,  məşğulluğu artırmaq­
la  biz  respublikamızın  kompleks  inkişafının,  iqtisadi 
təhlükəsizliyinin,  xalqın  keyfiyyətli  həyat  tərzinin  tə­
min  edilməsinə  nail  ola  bilərik.
İnsanların  sosial  durumunun  yaxşılaşması  ən  prio­
ritet  istiqamətdir.  Dünyanın  elə  bir  ölkəsi  yoxdur  ki, 
inkişaf səviyyəsindən  asılı  olmayaraq,  ölkə  başçısının 
sosial  siyasəti  diqqət  mərkəzində  olmasın.  Hətta ABŞ 
kimi  dövlətdə  belə  prezident  seçkiləri  zamanı  sosial 
problemlər  diqqət  mərkəzində  durmuşdur.  Fərəhli
88
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
haldır  ki,  prezidentimiz  seçkilərdən  sonra  keçən  müd­
dət  ərzində  verdiyi  vədlərə  əməl  etmiş,  əhalinin  so­
sial  vəziyyətinin  yaxşılaşdırılması,  əməkhaqlarının, 
pul  gəlirlərinin  artırılması  ilə  əlaqədar  bir  çox  dəyər­
li  fərmanlar  və  sərəncamlar  imzalamışdır.  Dövlət 
büdcəsinin  sosial  yönümlülüyünün  daha  da  güclənəcəyi­
nə  söz  vermişdir.  Bu  dəlillər  göstərir  ki,  prezidentlik 
fəaliyyətinin  bir  ili  ərzində  Azərbaycanda  sosial-iqti­
sadi  dinamik  inkişaf daha  da  güclənmiş  və  sürətlən­
mişdir.  Xalqımız  ötən  dövrü  ölkəmizin  dinamik  inki­
şafının  keyfiyyət  ili  adlandırır.
Xalq  İlham  Əliyevə  ona  görə  inanır  ki,  istər  seçki­
qabağı  platformasını,  istərsə  də  prezident  seçildikdən 
sonra  ölkənin  inkişafı  ilə  bağlı  proqramını  açıqlayar­
kən  o,  əhalinin  sosial  güzəranının  yaxşılaşdırılması 
məsələlərini  ön  plana  çəkir,  onları  dövlət  siyasətinin 
ən  prioritet  istiqamətlərindən biri  kimi  qiymətləndirir. 
İlham  Əliyevə  yaxşı  məlumdur  ki,  əldə  edilmiş  uğur­
lara  baxmayaraq,  əhalinin  müəyyən  hissəsi  yoxsul­
dur,  iş  tapa  bilmir,  sosial  müdafiə  məsələləri  istənilən 
səviyyədə  həll  edilmir.  Bütün  bu  reallıqları  obyektiv 
nəzərə  alan  dövlət  başçısı  il  ərzində  əməkhaqlarının, 
pensiyaların,  əhalinin  real  gəlirlərinin  artmasını  təmin 
edən  bir  çox  fərmanlar  imzalamışdır.  Dövlət  başçısı 
bu  işlərin  qarşıdakı  dövrdə  daha  geniş  vüsət  almasını 
vacib  vəzifə  kimi  müəyyənləşdirmişdir.
Biz  istərdik  ki,  hörmətli  Prezidentimiz  cənab  İlham 
Əliyev  haqqında  söhbətimizi,  onun  öz  sözləri  ilə  biti­
8 9


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə