Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
96
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
97


Əbülfəz Bərəkət  (Qasımov)
Bütün  ömrüm  boyu  gərgin  işləyərkən  həm işə  Z ə ­
rifə  xanımın  mənə  verdiyi  dəyərli  m əsləhətlərindən 
təskinlik  tapır  və  öz  yaradıcılıq  fəaliyyətimi  intensiv 
surətdə  davam  etdirirdim.  Sonralar  da  gözüm  m ə n i 
ağır  vəziyyətdə  qoymadı.  Tam  bir  sərgilik  kitablar 
yazdım  (mənə  elə  gəlir  ki,  ədalət  naminə  oxucula­
rımız  məni  qeyri-təvazökar  hesab  etməzlər).  G ö z lə ­
rimə  şəfa  verən,  m əsləhətləri  ilə  mənim  dünya  işı­
ğına  həsrət  qalacağımı  unutdurmağa  çalışan  Z ərifə 
xanım  həm işə  mənim  xəyalımda  gözlərə  nur  bəxş 
edən  bir  insan  kimi  yadımda  qalıb.  Bu  sətirləri  y a ­
zarkən  məni  düşündürən  həm  də  budur  ki,  gör  bu 
həkim  bacımın  adı  nə  qədər  də  gözəl,  ülvi  və  incə 
səslənir.
İndi  Zərifə  xanım  haqqında  bu  kitabda  xatirələrimi 
qələmə  alarkən  Zərifə  xanım  haqqında  yazılmış  tər­
cümeyi-hal  mənə  çox  xoş  təsir  bağışladı  və  mən  bu 
geniş  məlumatdan  bəhrələnərək  öz  xatirələrimə  yeni- 
yeni  məlumatlar  əlavə  etdim.
Dünya  şöhrətli  oftalmoloq  akademik  Zərifə  xanım 
Əliyeva  1923-cü  il  aprelin  28-də  Naxçıvan  diyarında 
görkəmli  ictimai  xadim  Əziz  Əliyevin  ailəsində 
dünyaya  göz  açmışdır.
1947-ci  ildə  Azərbaycan  Dövlət  Tibb  İnstitutunu 
bitirib,  bir  müddət  həkimlik  etmişdi.  Göz  xəstəlikləri 
üzərində  apardığı  tədqiqatlar  1959-cu  ildə  ona  nami­
zədlik  dissertasiyasını  uğurla  müdafiə  etməyə  əsas 
vermişdi.
98
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
9 9


Əbülfəz  Bərəkət  (Qasımov)
Zərifə  xanımın  o  zaman  apardığı  tədqiqatlar  və  of­
talmologiya  sahəsində  qazandığı  müvəffəqiyyətlər 
onun  elmi  məktəbinin  təməlini  qoymuşdu.
Kimyəvi  amillərin  təsiri  nəticəsində  insanın  görmə 
qabiliyyətinin  zəifləməsi,  gözdə  baş  verən  patoloji 
dəyişiklik  alimi  bir vətəndaş  kimi  çox  narahat  edir və 
onun  ləğvi  yollarını  araşdırırdı.  Onun  çıxardığı  elmi 
nəticələr  1976-cı  ildə  müvəffəqiyyətlə  müdafiə  etdiyi 
doktorluq  dissertasiyasında  öz  əksini  tapdı.
Xeyirxah  insan,  dünya  şöhrətli  alim  Zərifə  xanım 
haqqında  çox  yazılmış,  çox  dəyərli,  qiymətli  sözlər 
deyilmişdir.
Dünya  oftalmologiyasında  Zərifə  xanımın  unikal 
tədqiqatları  çox  böyük  nəzəri  və  praktik  əhəmiyyətə 
malikdir.
Bu  tədqiqatçı  alimin  əsərləri  dünya  tibb  elminə  də­
yərli  töhfədir.
Ölkəmizdə  və  xaricdə  Zərifə  xanımın  nəşr etdirdiyi 
dəyərli  əsərlər  ona  böyük  şöhrət  qazandırmışdır.  La­
kin  Zərifə  xanım  əldə  olunmuş  nailiyyətlərlə  kifayət­
lənən  tədqiqatçı  deyildi.  Həkimlik  təcrübəsini  elmi  fə­
aliyyətlə  heyrətamiz  dərəcədə  uzlaşdıraraq,  bir  sistem 
halına  gətirmişdi.  Akademik  Z.Ə.Əliyevanın uzunmüd­
dətli  gərgin  əməyi  nəticəsində  işləyib-hazırladığı  «Göz 
yaşı  nöqtələrinin ətrafında cərrahi  müalicə  üsulları»  mü­
təxəssislər  tərəfindən  yüksək  qiymətləndirilmiş,  SSRİ 
Nazirlər Sovetinin Dövlət  Komitəsində  13  noyabr  1984- 
cü  ildə  kəşf kimi  qeydə  alınmışdır.  Gözün  professio­
100
nal  zədələnmələri  və  onun  müasir  müalicə  üsullarının 
yaradılması  ilə  bağlı  Zərifə  xanımın  gördüyü  nəhəng 
işlər  isə  SSRİ  Tibb  Elmləri  Akademiyasının  akademik 
Averbax  adma  mükafatına  layiq  görülmüşdür.  Onun 
elmi-pedaqoji  və  ictimai  fəaliyyəti  bütövlükdə  dövlət 
tərəfindən  yüksək  qiymətləndirilərək  «Qırmızı  Əmək 
Bayrağı»  ordeni  ilə  təltif edilmişdir.
O,  öz  sahəsində  elmi  məktəb  yaratmış  dünya  şöh­
rətli  bir  alim  idi.  Azərbaycan  Elmlər  Akademiyasının 
A.İ.Qarayev  adına  Fiziologiya  İnstitutunda  yaratdığı 
«Göz  xəstəliklərinin  professional  patologiyası  və  fizi­
ologiyası»  laboratoriyası  bu  elmi  məktəbin  mərkəzi 
idi.
Zərifə  xanım  sadəcə  faktları  toplayan,  sistemləşdi­
rən,  ümumiləşdirən,  onlardan  elmi  nəticə  çıxaran  və 
bu  nəticələri  həyata  tətbiq  edən  alim  deyildi.  O  həm 
də  nəzəriyyəçi  alim,  elmi  metodologiyası  olan  bir 
professor,  akademik  idi.  Öz  tədqiqat  prinsipləri  ilə  bir 
çoxlarından  fərqlənirdi.
Akademik  Zərifə  Əliyeva  dünya  tibb  elmini  bir çox 
yeniliklərlə  zənginləşdirmişdir.  Onun  işləyib  hazırla­
dığı  və  istiqamətləndirdiyi  kompleks  tədqiqat  proqra­
mının  yerinə  yetirilməsi  nəticəsində  şüa  enerjisi,  üzvi 
birləşmələr,  qaynaq  və  metal  tozları,  turşu  və  qələvi 
buxarlarının  qıcıqlandırıcı  təsirinə  məruz  qalmış  fəh­
lə  və  qulluqçuların  görmə  orqanlarının  tədqiqi  sahə­
sində  çox dəyərli  elmi  nəticələr əldə  etmişdir.  Alimin 
titanik  səyi  ilə  toplanmış,  külli  miqdarda  elmi  dəlillə-
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
ıoı


Əbülfəz  Bərəkət  (Qasımov)
ri  təhlil  edilib  araşdırılmışdır.  Zərifə  xanım  Əliyeva 
dünya  tibb  elmində  ilk  dəfə  olaraq,  azqatılıqlı  tetrax- 
loretilen  və  stirol  buxarlarının  xroniki  təsirindən  ya­
ranmış  patoloji  dəyişikliklərə  diqqət  yetirmiş  və  bu 
faktorların  orqanizmdə  xroniki  intoksikasiya  zamanı 
ilkin  diaqnostik  əhəmiyyətini  göstərmişdir.  Onun  irə­
li  sürdüyü,  əsaslandırdığı  elastotonometriya  metodu,
102
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
qlaukomalı  xəstələri  aşkar  etməkdə  çox  böyük  effek­
tə  malikdir.
Akademik  Z.Ə.Əliyeva  elmi  məktəbinin  çoxsaylı 
nümayəndələri,  ardıcılları  indi  də  bu  məktəbin  ənə­
nələrini  davam  etdirirlər.  Zərifə  xanımın  bilavasitə 
rəhbərliyi  altında  qısa  müddətdə  10-dan  artıq  disser­
tasiya  müdafiə  edilmişdir.  Onun  yaratdığı  elmi  mək­
təb  təkcə  Azərbaycanda,  Sovet  İttifaqında  deyil, 
bütün  dünyada  tanınmış,  müxtəlif  ölkələrin  oftalmo­
loqları  yanında  hörmət  və  nüfuza  malik  olmuş,  Azər­
baycan  elminin  səsini  uzaqlara  yaymışdır.
Z.Ə.Əliyeva  görkəmli  həkim,  alim  olmaqla  yanaşı, 
atasının  ənənələrini  davam  etdirərək,  həm  də  ictimai 
fəaliyyətlə  məşğul  olurdu.  O,  Sovet  Sülhü  Müdafiə 
Komitəsinin  sədr  müavini,  «Oftalmologiya  xəbərləri» 
ümumittifaq  jurnalının  redaksiya  heyətinin  üzvü  ol­
muşdur.  O,  ictimai  fəaliyyətində  sanki  peşəsini  da­
vam  etdirmiş,  öz  mövqe  və  hörmətindən  xalqın  gözü­
nü  açmaq,  onun  gözünə  nur  vermək  üçün  istifadə  et­
mişdir.  Hətta  Vətəndən  uzaqlarda  yaşayıb,  fəaliyyət 
göstərdiyi  illərdə  də  eli-obanı  bir  an  belə  unutmamış, 
xalqın  fiziki  və  mənəvi  sağlamlığına  göstərdiyi  qayğı 
yükünü  çiyinlərindən  yerə  qoymağı  ağlına  belə  gətir­
məmişdir.
Çoxsaylı  elmi  məqalələri,  altı  monoqrafiyası  dünya 
oftalmologiyasında  ona  hörmət  və  ehtiram  gətirmiş­
dir.  Lakin  onun  ən  böyük  şöhrəti  el  anası  olmasında 
idi.
103


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə