Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  HƏSƏN  ƏLİYEV  -  
TƏBİƏT  VURĞUNU
Akademik,  əməkdar  elm  xadimi,  Dövlət  mükafatı 
laureatı  Əliyev  Həsən  Əlirza  oğlu  15  dekabr  1907-ci 
ildə  Ermənistan  Respublikasının  indiki  Sisyan  rayo­
nunun  Comərdli  kəndində  anadan  olmuşdur.  Əmək 
fəaliyyətinə  Naxçıvanda  başlamışdır.
Kənd  təsərrüfatı  elmləri  doktoru,  professor  Həsən 
Əliyev  torpaqşünas  kimi  respublikamızda  ümumi 
əkinçilik  və  təbiəti  mühafizə  üzrə  böyük  fəaliyyət 
göstərmişdir.
İkinci  Dünya  müharibəsinin  iştirakçısı  olmuşdur. 
Azərbaycan  Respublikası  EA-nın  Torpaqşünaslıq  və 
Aqronomiya  İnstitutunun  elmi  hissə  üzrə  direktor 
müavini,  Azərbaycan  Pedaqoji  İnstitutunun  baş  müəl­
limi,  sonralar  isə  Azərbaycan  Respublikası  Elmlər 
Akademiyasının  Botanika  İnstitutunun  direktoru, 
Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  nazirinin 
birinci  müavini,  Azərbaycan  KP  MK  katibi  vəzifələ­
rində  çalışmışdır.
1968-ci  ildən  Azərbaycan  Elmlər  Akademiyasının 
Coğrafiya  İnstitutunun  direktoru  olmuşdur.  Beynəl­
xalq  Bioloji  Proqramın  hazırlanmasına,  ətraf  mühitin 
qorunmasına,  torpaq  və  su  ehtiyatlarından  səm ərəli 
istifadə  edilməsinə  həsr  etdiyi  əsərlər  böyük  əks-sə­
da  doğurmuşdur.
180
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
181


Əbülfəz  Bərəkət  (Qasımov)
«Azərbaycan  təbiəti»  məcmuəsinin  baş  redaktoru, 
Azərbaycan  Respublikasının  Təbiəti  Mühafizə  Cə­
miyyətinin  sədri  və  Respublika  Coğrafiya  Cəmiyyəti­
nin  prezidenti  olmuşdur.
Yunanıstan,  Polşa,  ABŞ,  Rumıniya,  İsveçrə  və  di­
gər  ölkələrdə  keçirilən  Beynəlxalq  Konqreslərdə  ma­
raqlı  mövzularda  m əruzələr  etmişdir.
Naxçıvan  diyarının  yetirməsi  olan  görkəmli  akade­
mik  Həsən  Əliyev  təbiət  vurğunu,  böyük  meşəşünas, 
torpaqşünas,  coğrafiya  elminin  bilicisi  idi.  Bir  yaşıl 
ağacın  kəsildiyini  və  ya  quruduğunu  görəndə  həmin 
an  həyəcan  təbili  çalar,  baş  vermiş  hadisənin  qarşısı­
nı  alardı.
Soltanbud,  Cəngi,  Topxana,  Tuqay,  bir sözlə,  Azər­
baycan  meşələrini  bir-bir  gəzib  dolaşar,  dəyərli  məs­
ləhətlər  verərdi.  İstər  Şamaxı,  İsmayıllı,  Qəbələ,  Oğuz 
meşələri  olsun,  istərsə  də  başı  qarlı  Zaqatala  meşələ­
ri,  fərqi  yoxdur,  hara  ayağı  dəysəydi  orada  gül-çiçək 
bitər,  yaşıllıq,  gözəllik  bərqərar  olardı.
Akademik  Həsən  Əliyevin  misilsiz  qayğıları  sayə­
sində  saysız-hesabsız  coğrafiyaşünaslar,  alimlər  yetiş­
mişdir.  Onun  son  illər  yazdığı  «Həyəcan  Təbili»  əsə­
ri  minlərlə  oxucunun  stolüstü  kitabına  çevrilmişdir. 
Onun  yazdığı  əsərlərin,  elmi  məqalələrin  Azərbay­
canda meşəçiliyin  inkişafında,  şəhərlərimizin  yaşıllaş- 
dırılmasında  böyük  rolu  olmuşdur.
Dövlətimiz  və  xalqımız  bu  böyük  vətənpərvər  elm 
xadiminin  çoxillik  əməyini  yüksək  qiymətləndirmiş­
182
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
dir.  Dəfələrlə  o,  Azərbaycan  Ali  Sovetinə  deputat  se­
çilmiş,  orden  və  medallarla  təltif  edilmişdir.  Azər­
baycan  Elmlər  Akademiyasının  Elmi-Tədqiqat  Coğra­
fiya  İnstitutu  mərhum  akademik  Həsən  Əliyevin  adı­
nı  daşıyır.
Bu  böyük  alim  haqqında  söhbət  açarkən  vaxtilə 
onun  mənə  göstərdiyi  böyük  qayğılar  qəlbimə  hakim 
kəsildi.  Bu  böyük  şəxsiyyət  barədə  zəngin  xatirələ­
rimdən  bəzilərini  yada  salmağı  özümə  borc  bildim.
Böyük  şəxsiyyət,  təbiət  vurğunu,  elmin  cəfakeşi, 
Vətən  fədaisi,  görkəmli  akademik  Həsən  Əlirza  oğlu 
Əliyev  dünyasını  dəyişsə  də  o  mənim  üçün  sağdır, 
məsləhət  verəndir,  əziz  və  nurlu  bir  ziyalı  kimi  daim 
xəyalımda  yaşayandır.  Bu  böyük  insan  haqqında  təəs­
süratlarımı  qələmə  alarkən  xəyal  məni  qanadlarına 
alıb  gənclik  illərinə  apardı  və  bu  nurani  şəxs  olan 
söhbətlərimi  yada  saldı.
Heç  yadımdan  çıxmır  -  Azərbaycan  Dövlət  Xalq 
Təsərrüfatı  İnstitutunda  oxuyurdum.  Maddi  cəhətdən 
vəziyyətim  çətin  olsa  da,  dərslərimi  əla  qiymətlərlə 
oxuyur  və  əlaçılıq  təqaüdü  alırdım.  Tələbələrin  elmi 
cəmiyyətində  məruzə  edəsi  oldum.  Məruzə  institutu’ 
mərhum  direktoru  Xurşud  Məmmədovun  çox  xoşuna 
gəldi.  Həmin  gün  o,  məni  iş  otağına  dəvət  etdi  və  de­
di:  “Məruzən  xoşuma  gəldi.  Şura  üzvləri  ilə  belə  qə­
rara  gəldik  ki,  sizi  Moskvaya  göndərək,  SSRİ  Elmlər 
Akademiyasının  İqtisad  İnstitutunun  aspiranturasında 
oxuyasınız.  Müdafiə  edib  gələrsiniz  institutumuza
183


Əbülfəz  Bərəkət  (Qasımov)
dərs  deyərsiniz.  Sizdən  yaxşı  müəllim  çıxar.  Biz  si­
zin  fikrinizi  bilmək  istərdik.  Vaxt  yaxınlaşır,  nami­
zədliyinizi  irəli  sürməliyik”.
Mən  məmnuniyyətlə  razı  olduğumu  bildirdim.  Əla­
çı  olmağım,  rektorun  mənə  olan  bu  gözəl  münasibəti 
istər-istəməz  bəzi  adamlarda  qısqanclıq  doğurdu.  Mə­
nə  mane  olanlar da  tapıldı.  Bir  sözlə,  münaqişələr ya­
randı.  Mən  çox  ağır  günlər  keçirdim  və  kimə  müraci­
ət  edəcəyimi,  kimdən  məsləhət  alacağımı  bilmirdim.
Məsləhət  oldu  ki,  akademik  Həsən  Əliyevin  yanı­
na  gedim.  O  zaman  Həsən  Əliyev  Milli  Akademiya­
mızın  Baş  elmi  katibi  olsa  da,  Akademiyanın  prezi­
dentini  əvəz  edir  və  onun  iş  otağında  əyləşirdi.  O, 
məni  böyük  doğmalıqla  qəbul  etdi.  Həyəcanlarımı 
hiss  edib  bir  qədər  həmyerlilərindən:  böyük  kimya 
alimi  Yusif  Məmmədəliyevdən,  tanınmış  yazıçı 
Məmməd  Səid  Ordubadidən  şirin  söhbət  açdı.
Mən  bir  qədər  sakitləşdim  və  ətrafımda  yaranmış 
qısqanclığın  mənə  vurduğu  mənəvi  zərbələri  şərh  et­
dim.
O,  mənim  söylədiklərimə  qətiyyən  şübhə  etmədi. 
Telefonun  dəstəyini  götürüb  institutun  rektoru  Xurşud 
Məmmədovla  söhbət  etdi.  Telefonun  dəstəyini  yerinə 
qoyduqdan  sonra,  məni  səmimiyyətlə  süzüb  dedi: 
“Hər  şey  öz  qaydasındadır.  Rektor  səni  Moskvaya 
göndərməyə  etiraz  etmir,  əksinə  alqışlayır.  Şuranın 
qərarını  da  mənə  verəcəyinə  söz  verdi.  Lakin  sən  in­
di  getməlisən  Naxçıvana.  Orada  Muxtar  Respublika­
184
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
nın  Nazirlər  Soveti  sənə  məktub  verməlidir ki,  Mosk­
vaya  oxumağa  getməyinə  etiraz  etmirlər.  Çünki  təyi­
nat  üzrə  sən  Naxçıvanda  işləməlisən  ”.
Mən  səhərisi  günü  Naxçıvana  getdim.  Mehmanxa­
nada  yer  almaq  istədikdə,  mənə  dedilər  ki,  Naxçıvan 
Muxtar  Respublikası  Nazirlər  Sovetinin  sədri  Neymət 
Novruzov  sizi  yanma  çağırtdırıb.  Mən  qəbula  getdim. 
Novruzov  məni  böyük  hörmətlə  qəbul  etdi,  xoş  gəl­
misiniz  dedi  və  mətləbə  keçdi:  “Siz  akademik  Həsən 
Əliyevi  tanıyırsınızmı?”  -   deyə  soruşdu.
Mən  etiraf etdim  ki,  iki  gün  bundan  əvvəl  tanış  ol­
muşam.  Neymət  Novruzov  gülümsəyərək  dedi  ki,  o 
sənin  barəndə  çox  qayğılı  danışdı  və  xahiş  etdi  ki, 
mümkün  qədər  sənə  biz  kömək  edək,  gedəsiniz  oxu­
mağa.  Biz  səni  bir  iqtisadçı  kimi  Muxtar  Respublika­
nın  Plan  Komitəsinə  məsul  işçi  təyin  etmək  istəyir­
dik.  Nə  etmək  olar?  Moskvaya  təhsili  davam  etdir­
məyə  getmək  özü  də  şərəfli  bir  işdir.
Həsən  Əliyevin  sözü  də  bizim  üçün  qanundur.  Ma­
dam  ki,  o,  sənin  Moskvaya  getməyini  istəyir,  bu  ax­
şam  biz  səni  Bakıya  yola  salarıq.  Bir  qədər  pauza 
verdikdən  sonra  dedi:  “Tapşırıq  verilibdir.  Sənin  bile­
tin  də  alınacaqdır”.
Mən  təşəkkürümü  bildirib  sədrin  iş  otağından  çı­
xanda  bir  cavan  oğlan  mənə  yaxınlaşıb  dedi:  ’’Mənə 
tapşırılıb  ki,  sizinlə  məşğul  olum.”  Mənə  lazım  olan 
arayışlar verildi,  qonaqpərvərlik  göstərildi,  axşam  Ye­
revan-Bakı  qatarı  ilə  yola  salındım.
185


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə