Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Bunu  da  etiraf  etməliyəm  ki,  Həsən  müəllim 
dünyasını  dəyişdikdən  sonra,  onun  təbiətində  amala 
çevrilmiş  xeyirxahlıq,  insanpərvərlik,  onun  Əlirza  ki­
şinin  digər  ailə  üzvlərində  davam  etdirilir.  Budur, 
qırx  ildən  çoxdur  ki,  mən  mərhum  Həsən  müəllimin 
qardaşı  Aqil  Əliyevlə  elmi  əməkdaşlıq  edirəm.  A zər­
baycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü, 
əməkdar  elm  xadimi,  iqtisad  elmləri  doktoru,  böyük 
xeyriyyəçi,  həddən  artıq  təvazökar  professor  Aqil 
Əlirza  oğlu  Əliyev  mübaliğəsiz  deyərdim  ki,  mənim 
elmi  yaradıcılığımda  çox  böyük  mənəvi  dayaq  olmuş­
dur.  İxtisaslarımız  kimi,  elmi  düşüncələrimiz,  fikirlə­
rimiz  də  üst-üstə  düşür.  Dəyərli,  elmi  cəhətdən  ma­
raqlı  mübahisələrimiz  də  az  olmur.  Bütün  bunların 
nəticəsində  orijinal  monoqrafiyalar  nəşr  olunur,  m e­
todik  dərs  vəsaitləri  hazırlanır.  Eyni  xeyirxahlıq 
duyğularını  Əliyevlər  ailəsinin  başqa  üzvlərindən  də 
mən  daim  hiss  edirəm.  Ona  görə  cəsarətlə  deyirəm: 
Əlirza  kişinin  bütün  ailə  üzvlərinin  qanı,  canı  xeyir­
xahlıq  duyğuları  ilə  cilalanıb.  Elmin,  xalqın,  vətəni­
mizin  fədakar bir şəxsiyyəti  olan  Həsən  müəllim  haq­
qında  bəzi  xatirələrimi  söylədim.  Bu  kövrək  duyğu­
ları  qələmə  alarkən  aşağıdakı  ifadələr  mənə  hakim 
kəsildi:  «Çay  quruyar,  məcrası  qalar,  çəmən  solu­
xar,  rişələr yaşar,  insan  vidalaşar,  xatirələr  qalar». 
Həsən  müəllim  bizi  tərk  etsə  də,  o,  daima  bizim  qəl- 
bimizdədir.
190
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  CƏLAL  ƏLİYEV  -  
SELEKSİONER  ALİM
Seleksioner  alim,  əməkdar  elm  xadimi,  Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  akademiki  Cəlal  Əliyev 
Əlirza  kişinin  ailəsində  dünyaya  göz  açmışdır.  Onun 
rəhbərliyi  ilə  yaradılmış  bir  çox  taxıl  sortlarında  qə­
dim  yerli  xalq  seleksiyasının  keyfiyyətləri  saxlanıl­
mışdır.  Alim  öz  ömrünün  yarım  əsrdən  çoxunu  elmə, 
bitkilərin  genetik  ehtiyatlarının,  həyat  fəaliyyətinin 
öyrənilməsinə,  seleksiyaya  həsr  etmişdir.  Hazırda  o, 
Azərbaycan  Respublikası  Milli  Elmlər  Akademiyası 
Botanika  İnstitutunun  Məhsuldarlıq  proseslərinin  mo- 
lekulyar-gcnctik  əsasları  şöbəsinin  və  Kənd  Təsərrü­
fatı  Nazirliyi  Elmi  Tədqiqat  Əkinçilik  İnstitutunun  Fi­
ziologiya  şöbəsinin  müdiridir.
1970-ci  illərə  qədər respublikada  yaradılan  və  rayon­
laşdırılan  sortlar  ekstensiv  tipli  olduqlarından,  yüksək 
məhsul  alınmasını  təmin  etməmiş  və  məhsuldarlıq 
0,3-0,4  tha-dan  artıq  olmamışdır.  Ona  görə  də  hər  bir 
bölgənin  yerli  ekoloji  şəraitinə  uyğun  yeni,  daha 
məhsuldar  və  keyfiyyətli  sortların  yaradılması  ol­
duqca  vacib  idi.  Bunun  üçün,  ilk  növbədə,  dənli  taxıl 
bitkilərinin  yeni  intensiv  tipli  məhsuldar  sortlarının 
yaradılmasının  dərin  elmi,  nəzəri  və  metodiki  əsasla­
rının  işlənib  hazırlanması  tələb  olunurdu.
191


Əbülfəz  Bərəkət  (Qasımov)
192
1970-ci  illərdən  sonra  akademik  C.Ə.Əliyevin 
rəhbərliyi  və  bilavasitə  iştirakı  ilə  bu  sahədə  kəskin 
dönüş  yaranmışdır.  İnstitutda  ilk  növbədə  geriliyin 
aradan  qaldırılması  üçün  uzun  bir  dövrü  əhatə  edən 
hərtərəfli,  elmi  əsaslı  kompleks  seleksiya  proqramı 
hazırlanmışdır.  Bu  proqramın  əsas  məqsədi  Azər­
baycan  Respublikasının  m üxtəlif aqroekoloji  şəraiti­
nə  uyğun,  quraqlığa,  duza,  yüksək  temperatura,  so­
yuğa,  şaxtaya,  xəstəlik  və  zərərvericilərə  və  yatmaya 
kompleks  davamlı,  kənd  təsərrüfatı  istehsalatının  tə­
ləblərini  ödəyən  intensiv  tipli,  daha  yüksək  məhsul­
dar  və  keyfiyyətli  dənli  taxıl  sərdarının  yaradılması­
nın  nəzəri  əsaslarının  və  təcrübi  yollarının  işlənib 
hazırlanmasından  ibarət  idi.  Onun  rəhbərliyi  ilə  bu 
işə  bitki  fiziologiyası,  biokimya,  texnologiya,  gene­
tika,  seleksiya,  entomologiya  və  fıtopatologiya  sahə­
sində  çalışan  mütəxəssislər  yaxından  cəlb  edilmiş­
lər.
Alim  tərəfindən  Qaraqılçıq-2,  Mirbəşir-50,  Vüqar, 
Şiraslan-23,  Tərtər,  Bərəkətli-95,  Əlincə-84  və  başqa 
yeni  intensiv  tipli  bərk  buğda  sortlarının  yaradılma­
sında  yüksək  nəticələr  əldə  edilmişdir.  Bu  sortların 
məhsuldarlığı  7  tha  və  yüksək  dən  keyfiyyəti  olmaq­
la,  respublikanın  geniş  əkin  sahələrində  yayılmış, 
Türkmənistan  və  Özbəkistan  respublikalarında  da  ol­
duqca  yaxşı  nəticələr  göstərmişdir.  Yeni  Qiymətli 
217  yumşaq  buğda  sortunu  beynəlxalq  mərkəzlərdən
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
193


Əbülfəz  Bərəkət  (Qasımov)
gələn  alimlər  yüksək  məhsuldarlığına  (10  tha),  əla 
çörək  keyfiyyəti,  güclü  şaxtaya  və  xəstəliklərə  da­
vamlılığına  görə  «möcüzəli  sərt»  adlandırmışlar.  Bun­
lar  heç  də  son  hədd  olmayıb,  bir  çox  göstəricilərinə 
görə  onlardan  üstün  olan  yeni,  daha  yüksək  məhsul­
dar  buğda  sortlarının  yaradılması  istiqamətində  işlər 
davam  etdirilir.
Beynəlxalq  mərkəzlərdən,  ayrı-ayrı  ölkələrin  elmi 
araşdırma  mərkəzlərindən  gələn  görkəmli  alimlər 
Əkinçilik  İnstitutunda  yerinə  yetirilən  elmi  işlərlə  ya­
xından  tanış  olarkən,  xüsusilə  akademik  C.Ə.Əliyevin 
rəhbərliyi  ilə  aparılan  elmi  əsaslı  seleksiya  işlərini, 
genofondu,  yaradılan  yeni  sortları,  onların  ekoloji  sı­
nağını,  toxumçuluğun  təşkilini  və  istehsalata  tətbiqini 
yüksək  qiymətləndirmişlər.
Azərbaycan  Respublikası  üzrə «Bitkilərin  genetik  eh­
tiyatları»  və  «Seleksiya»  proqramlarının  rəhbəri  aka­
demik  C.Ə.Əliyevin  Azərbaycan  Milli  Elmlər  Akade­
miyası  Botanika  İnstitutunda  və  Kənd  Təsərrüfatı  Na­
zirliyinin  Əkinçilik  İnstitutunda  öz  geniş  əhatəli  fəa­
liyyətini  cəmləşdirməsi,  genetik  ehtiyatların  toplan­
ması,  öyrənilməsi,  saxlanılması  və  seleksiyada  səmə­
rəli  istifadə  olunması  ilə  məşğul  olan  tədqiqatçılar 
arasında  daha  sıx  əlaqələrin  yaradılmasına  imkan  ya­
ratmışdır.  Məhz  onun  gərgin  əməyi  sayəsində  respub­
likanın  institutları  ilə  Rusiya,  Ukrayna,  Belarus,  Mol­
dova,  Gürcüstan,  Qazaxıstan,  Özbəkistan  və  başqa  öl­
194
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
kələrin  müvafiq  institutları  arasında  bu  sahədə  əlaqə­
lər  hazırda  da  davam  etdirilir.
Akademik  C.Ə.Əliyevin  rəhbərliyi  ilə  həyata  keçi­
rilən  qarşılıqlı  faydalı  əməkdaşlıq  institutda  yerinə 
yetirilən  tədqiqat  işlərinin  daha  da  sürətləndirilməsi­
nə  və  respublikanın  özünün  daxili  imkanları  hesabına 
çörəklə  təmin  olunması  probleminin  həllinə  sanballı 
töhfədir.
Alimin  bu  sahədə  gərgin,  məhsuldar  fəaliyyəti 
beynəlxalq  elmi  ictimaiyyət  tərəfindən  yüksək  qiy­
mətləndirilmiş,  o,  Rusiya  Kənd  Təsərrüfatı  Elmləri 
Akademiyasının  həqiqi  üzvü,  Ukrayna  və  Belarus  Aq­
rar  Elmləri  Akademiyalarının  üzvü  seçilmiş,  Beynəl­
xalq  Fotosintez,  Beynəlxalq  Molekulyar  Biologiya, 
Beynəlxalq  Stress,  Amerika  və  Yaponiya  Bitki  Fizio­
logiyası  cəmiyyətlərinin  üzvü  olmaqla,  Biologiya  El­
minin  Yeni  Sahələrinin  İnkişafı  Fondunun  və  Res­
publika  Biokimyaçılar  və  Molekulyar  Bioloqlar  Cə­
miyyətinin  prezidentidir.
195


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə