Əbülfəz Bərəkət (Qasımov)
ma daxil edilmişdir. O, həmçinin 2000-ci illərdə
Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi-
nin inkişaf sxeminin işlənib tərtib olunmasının müəl
liflərindən biri olmuşdur.
Aqil Əliyev yarım əsrdir ki, Azərbaycan Dövlət
Tibb Universitetində gələcək həkimlərə iqtisadi nə
zəriyyə fənnini aşılayır.
Beləliklə, o, gələcək tibb işçilərinin dünyagörü
şünün formalaşmasında, ixtisasından asılı olmayaraq,
hər bir Azərbaycan vətəndaşının milli-mənəvi dəyər
lərə sadiq qalmasında, dünyada gedən bir çox obyek
tiv prosesləri nəzərə almaqla milli mənafelərin qo
runmasının zəruriliyini də çox cəsarətlə vurğulamış-
dır. Aqil Əliyev yaradıcı pedaqoq kimi həmişə fərq
lənmişdir. Onun mühazirələrində daim real həyat,
xalqımızın sosial-iqtisadi həyatı ilə bağlı faktlar, ümu-
miləşdirmələr xüsusi yer tutmuşdur.
A.Əliyev 50 ildən çoxdur ki, elmi-pedaqoji sahədə
geniş fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq
«Şəxsi istehlakın iqtisadiyyatı», «Aqrar iqtisadiyyatın
aktual problemləri», «Tibbin iqtisadiyyatı», «Xalq is
tehlakı» və digər sanballı monoqrafıyalann müəllifidir.
Bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda, Çe
xiyada və digər xarici ölkələrdə çap olunmuşdur.
A.Əliyev ölkəmizdə ötən illər ərzində həyata keçiri
lən demokratik proseslərə ictimai xadim, əsl ziyalı və
vətəndaş məsuliyyəti ilə öz münasibətini bildirmiş və
2 0 2
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
həmin proseslərin fəal iştirakçısı olmuşdur. Bu, təkcə
onun oxuduğu mühazirələrdə, mətbuat səhifələrində
ki məqalələrdə deyil, sanballı monoqrafiyalarında da
özünün parlaq əksini tapmışdır. Yalnız respublikamı
zın bazar iqtisadiyyatına keçid şəraitində Aqil Əliye
vin bu problemlərə həsr olunmuş 65 elmi əsəri və
məqaləsi çap olunmuşdur.
Orijinallığı və faydalılığı ilə böyük maraq doğuran
«Azərbaycanın sosial inkişafında islahatların rolu»
(Bakı, ABU nəşriyyatı, 1998) Azərbaycan Respubli
kasının Təhsil Nazirliyi tərəfindən dəyərli bir dərs
vəsaiti kimi təsdiq edilmişdir. Eyni sözləri həmin il
də onun nəşr etdirdiyi «Azərbaycanda bazar münasi
bətləri şəraitində əhalinin sosial problemləri» əsəri
barədə də demək olar.
Son dövr ərzində yazdığı və geniş əks-səda doğur
muş kitablarından olan «Azərbaycanın sosial-iqtisadi
inkişafında islahatların rolu» adlı monoqrafiyası çox
dəyərlidir. Heydər Əliyevin dərin zəkası sayəsində
həyata keçirilən islahatların verdiyi bəhrələr ümumi
ləşdirilmiş və elmi-praktik əhəmiyyətli nəticələr çı
xarılmışdır. Belə bir sanballı monoqrafiya dərin iqti
sadi təfəkkürdən və böyük novatorluqdan xəbər verir.
Digər bir dəyərli monoqrafiya «İpək yolunun bərpası
- bəşəriyyətin tərəqqi yoludur» (1999-cu il) mövzu
suna həsr edilmişdir. Monoqrafiyada müəllif şərqdən-
qərbə, qərbdən-şərqə axışan maddi və mənəvi dəyər
2 0 3
Əbülfəz Bərəkət (Qasımov)
lərimizi aşkarlayır, onun beynəlxalq əhəmiyyətini vurğu-
layır. Obrazlı desək, Çindən başlayan bu qədim tari
xi yola ipək çəkir, onun işığında bu yolun siyasi, iq
tisadi, sosial və bəşəri əhəmiyyətini açıqlayır. Alim
bu çətin və şərəfli tədqiqatın öhdəsindən layiqincə
gəlmişdir. Bu dəyərli əsər bir çox jurnal və qəzetlər
də yüksək qiymət almışdır.
Oxucuların stolüstü kitabına çevrilən ikicildli «Nax
çıvan Muxtar Respublikası - nailiyyətlər və problem
lər» (2001-ci il) adlı Naxçıvana həsr edilmiş ensiklo
pedik əsər mətbuat səhifələrində dönə-dönə dəyərli
bir tədqiqat kimi qiymətləndirilmiş və müəllifə tə
şəkkürlər bildirilmişdir. Bu kitabı yazmaq üçün müəl
lif Naxçıvan diyarının tarixini, coğrafiyasını, iqtisa
diyyatını, sosial həyatını, mədəni məişətini, səhiyyə
sini, maarifini, mədəniyyətini hərtərəfli öyrənmişdir.
Burada dünyaya göz açmış şairlərin, yazıçıların, ədib
lərin, generalların, admiralların, ictimai-siyasi və döv
lət xadimlərinin, akademiklərin, saysız-hesabsız incə
sənət işçilərinin həyat və fəaliyyətini öyrənmişdir. Bu
isə tədqiqatçıdan çox böyük səbir, akademik mədəniy
yəti, böyük səriştə və qüdrətli qələm tələb edir. İcti
maiyyətin rəyinə əsaslanaraq deyə bilərik ki, A.Əliyev
bu nəhəng işin öhdəsindən layiqincə gəlmiş və də
yərli bir ensiklopedik əsəri oxuculara təqdim etmişdir.
Monumental əsər oxucunu riqqətə gətirir, onu fərəh
ləndirir, sabaha, işıqlı gələcəyə ümidlərini artırır.
2 0 4
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
Alimin «Azərbaycanda əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin aktual problemləri» (2000-ci il) adlı
monoqrafiyası da çox mənalı və zəngindir. AMEA-nın
müxbir üzvü kimi də müəllifin yazdığı bir sıra mono
qrafiyalar diqqəti cəlb edir. Onun qələmindən çıxan
digər əsərləri çoxdur. Bunlardan aşağıdakıları göstər
mək olar: «Azərbaycanın bazar iqtisadiyyatına keçid
şəraitində vergi sistemi» (Bakı, SBS, 2002); «Bələ
diyyələrə elmi-metodik kömək» (Bakı, BDU, 2002);
«Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasə
ti» (Bakı, İqtisad Universiteti, 2002); «Фармацевтиче
ский маркетинг» (Bakı, «Elm», 2002); «Dünya iqti
sadiyyatı: müasir dövrün problemləri» (Bakı, İqtisad
Universiteti, 2003); «Müstəqil Azərbaycan iqtisadiy
yatının aktual problemləri» (Bakı, «Ozan», 2003);
«Менеджмент развития. Вопросы теории и практи
ки управления в странах с переходной экономи
кой» (Москва, «Экономика», 2003).
Alimin Moskvada nəşr edilmiş bu tədqiqat əsəri iq
tisad elminə dəyərli töhfədir. Monoqrafiyanın əsas
qayəsi budur ki, təbii-iqtisadi sərvətə malik olmaq az
dır. Ən başlıcası həm də budur ki, həmin sərvətdən
məqsədyönlü, səmərəli istifadə etməyi gərək bacara
san. Misal üçün götürək Azərbaycanın neft sərvətini.
Bu sərvət tarixən respublikamızda var idi. Lakin onu
necə istifadə etmək, kimləri bu işin reallaşdırılmasına
dəvət etmək, müxtəlif ölkələri, həmin ölkələrin sahib
2 0 5
Dostları ilə paylaş: |