Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Məmməd  Cəfər  Cəfərov  yaradıcılığında  «Klassiklə­
rimiz  haqqında»,  «M.F.Axundovun  ədəbi-tənqidi  g ö rü ş­
ləri»,  «Ədəbi  düşüncələr»,  «Füzuli  düşünür»,  « A zə r­
baycan  ədəbiyyatında  romantizm»,  «Hüseyn  C avid», 
«Nizaminin  fikir  dünyası»,  «Estetik  zövq  haqqında», 
«Mütəfəkkirin  şəxsiyyəti»,  «Həmişə  bizimlə»,  «S əm əd 
Vurğun»  əsərləri  parlaq  ulduz  kimi  işıq  saçır.
«Seçilmiş  əsərləri»ndə  özünün  inikasını  tap m ış 
dəyərli  əsərlər  bəşəriyyətin  incilər  xəzinəsinə  ə v ə z ­
siz  töhfələrdir.
Alimin  ədəbi-tənqidi  və  publisistik  əsərləri  bir  s ı ­
ra  dillərdə  nəşr  edilmişdi.
«Mirzə  Ələkbər  Sabir»  və  «Cəlil  Məmmədquluza­
də»  adlı  kitabları  isə türk,  rus,  ingilis,  fransız,  ərəb,  fars, 
ispan  və  digər  dillərdə  oxuculara  təqdim  edilmişdir.
Hərtərəfli  erudisiyaya  və  ensiklopedik  təfəkkürə 
malik  olan  Məmməd  Cəfər  Cəfərovun  tədqiqat  diapa­
zonu  Azərbaycan  ədəbiyyatı  ilə  məhdudlaşmır.  O,  rus 
və  Avropa  ədəbiyyatının  ciddi  tədqiqatçısıdır.  Onun  ü ç 
cilddə  nəşr  edilmiş  «Rus  ədəbiyyatı  tarixi»  məhz  b elə 
bir  tədqiqatın  bəhrəsidir.
Pedaqoji  fəaliyyəti dövründə Məmməd Cəfər Cəfərov 
uzun  illər ali  məktəblərimizdə  Azərbaycan,  rus və xarici 
ölkələrin  ədəbiyyatı  tarixindən  maraqlı  mühazirələr oxu­
muş,  kafedra  müdiri  və  dekan  vəzifələrində  çalışmışdı.
1950-ci  illərin  ortalarından  etibarən  isə  alim  öz 
həyatını  Elmlər  Akademiyasının  Nizami  adma  Ə də­
biyyat  İnstitutu  ilə  bağlamış,  burada  şöbə  müdiri,  d i­
rektor  vəzifələrində  çalışmış,  ömrünün  son  illərinə
2 1 8
qədər  Milli  Akademiyamızın  ədəbiyyat,  dil  və  incə­
sənət  bölmələrinə  rəhbərlik  etmişdir.
Akademik  M.C.Cəfərovun  elmi  rəhbərliyi  altında 
ədəbiyyatşünaslarımızın  bir  neçə  nəsli  namizədlik  və 
doktorluq  dissertasiyaları  yazıb  müdafiə  etmiş,  Azər­
baycan  elminin  ön  sıralarına  çıxmışdır.
Məmməd  Cəfər  Cəfərovun  ictimai  fəaliyyəti  də 
böyük  idi.  O,  bir  sıra  ictimai-elmi  qurumların,  elmi 
şuraların,  redaksiya  heyətlərinin,  eləcə  də  Azərbaycan 
Yazıçılar  Birliyi  idarə  heyətinin  üzvü  idi.
Azərbaycan  ədəbiyyatı  və  ədəbiyyatşünaslığı  qar­
şısındakı  xidmətlərinə  görə,  akademik  M.C.Cəfərov 
əməkdar  elm  xadimi  adı  almış,  Dövlət  mükafatına 
layiq  görülmüş,  «Şərəf nişanı»  ordeni,  Qırmızı  Əmək 
Bayrağı  ordeni  və  medallarla  təltif olunmuşdur.
Təvazökarlıq  nümunəsi,  nəcabət  və  xeyirxahlıq  da­
şıyıcısı,  sözün  həqiqi  mənasında,  ziyalılıq  örnəyi  olan 
Məmməd  Cəfər  Cəfərov  cismən  dünyasını  dəyişsə  də, 
ruhən  Azərbaycan  elminin  müstəqillik  dövrü  ilə  yaşayır. 
Onun  ədəbi  fikir  tarixində  açdığı  cığır  bu  gün  də  tədqi­
qatçı  alimlərimizin,  gənc  ədəbiyyatçılarımızın  elmin  zir­
vələrinə  qalxmasına  xidmət  edir  və  işıqlı  yol  göstərir.
Bu  böyük  elm  korifeyi  barədə  söz  deməyə  hazırla­
şarkən  biz onun  uzun  illər çalışdığı  Nizami  adma  Ədə­
biyyat  İnstitutuna  üz  tutduq.  İnstitutun  rəhbərliyi  baş­
da  olmaqla,  burada  çalışan  elm  fədailərinin  Məmməd 
Cəfər  Cəfərovun  ruhuna  bəslədikləri  hörmət  və  ehti­
ram  bizi  bir  ziyalı  kimi,  tədqiqatçı  kimi  çox  məmnun 
etdi,  göstərdikləri  kömək  bizə  böyük  qol-qanad  verdi.
_________________________ ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
2 1 9


Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  İSMAYIL  İBRAHİMOV
Akademik,  əməkdar  elm  xadimi,  texnika  elmləri 
doktoru,  professor,  Sosialist  Əməyi  Qəhrəmanı  İbra­
himov  İsmayıl  Əli  oğlu  1915-ci  ildə  Ordubad  şəhə­
rində  anadan  olmuşdur.  Yerli  milli  məktəbdə  dör­
düncü  sinfi  bitirdikdən  sonra,  İ.İbrahimov  Bakıya gə­
lir  və  böyük  qardaşının  himayəsində  yaşayır.  Ümum- 
təhsil  məktəbində  altı  il  oxuduqdan  sonra,  N.Nərima- 
nov  adma  Sənaye  Texnikumunun  «Mexanika»  fakültə­
sinə  daxil  olur.
Akademik  İ.İbrahimov  1935-ci  ildə  texnikumu biti­
rərək,  M.Əzizbəyov  adma  Azərbaycan  Sənaye  İnsti­
tutunda  təhsilini  davam  etdirir.  Nəzarət-ölçü  cihazları 
sahəsində  ixtisaslaşan  İ.İbrahimov  gələcəkdə  bu  sa­
hənin  görkəmli  mütəxəssisinə  çevrilir.
İkinci  Dünya  müharibəsinin  başlanması  xəbərini 
eşidən  kimi,  Vətəni  müdafiə  etmək  üçün  ordu  sırala­
rına  daxil  olur.  Cəbhədə  döyüş  şəraitində,  onun  avto­
matika  sahəsində  qazandığı  təcrübə  gələcək  elmi  fə­
aliyyətində  köməyinə  çatır.
Müharibə  qurtardıqdan  sonra,  1946-cı  ildə  rabitə 
batalyonunun komandiri  kimi  Azərbaycan  Sənaye  İnsti­
tutuna  qayıdır.  Öncə  nəzarət-ölçü  cihazları  kafedra­
sında  baş  laborant,  bir  ildən  sonra  həmin  kafedranın 
assistenti,  nəzarət-ölçü  cihazları  və  avtomatika  üzrə 
ilk  azərbaycanlı  müəllim  kimi  fəaliyyətə  başlayır.
2 2 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Neftçıxarma,  neft-emalı  və  neft-kimya  və  kimya  sə­
nayesində  böyük  axtarışlar  aparır.
1952-ci  ildə  «Elektron-potensiometrlərin  tədqiqi» 
mövzusunda  dissertasiya  yazıb  uğurla  müdafiə  edir.
1960-cı  ildə  o,  M.Əzizbəyov  adına Azərbaycan  Neft 
və  Kimya  İnstitutunun  rektoru  təyin  olunur.
1968-ci  ildə  o  özünün  doktorluq  dissertasiyasını 
müdafiə  edib,  həmin  ili  Azərbaycan  Elmlər  Akade­
miyasının  müxbir  üzvü  seçilir.
1970-ci  ildə  İ.İbrahimov  Azərbaycan  SSR  Nazirlər 
Sovetinin  I  müavini  vəzifəsinə  irəli  çəkilir.
1978-ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasının 
həqiqi  üzvü  seçilir.  Elmi  sahədə  xidmətlərinə  görə, 
1983-cü  ildə  SSRİ  Dövlət  mükafatına  layiq  görülür. 
O,  Azərbaycan  Ali  Sovetinin  və  SSRİ  Ali  Sovetinin 
deputatı  olmuşdur.
İkinci  Dünya  müharibəsi  illərində  göstərdiyi  fəda­
kar  əməyə  görə,  I  və  II  dərəcəli  Böyük  Vətən  müha­
ribəsi,  Qırmızı  Bayraq  ordenləri  ilə,  “İgidliyə  görə” 
medalı,  3  Qırmızı  Əmək  Bayrağı  və  digər  ordenlərlə 
təltif  olunmuşdur.  Son  vəzifəsi  Azərbaycan  Uşaq 
Fonduna  başçılıq  etmək  olmuşdur.
221


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə