Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  RƏHİM  RƏHİMOV
Akademik,  əməkdar  elm  xadimi,  tibb  elmləri  dokto­
ru,  professor  Rəhimov  Rəhim  Nurməmməd  oğlu  18 
mart  1923-cü ildə  Ordubad  şəhərində anadan olmuşdur.
1941-ci  ildə  Pedaqoji  Texnikumu  bitirdikdən  sonra, 
Ordubad  rayon  məktəblərində  müəllimlik  etmişdir.
1945-ci  ildə  R.Rəhimov  Azərbaycan  Tibb  İnstitu­
tuna  daxil  olur.  1950-ci  ildə  Tibb  İnstitutunun  müa­
licə-profilaktika  fakültəsini  bitirdikdən  sonra  əvvəlcə 
Şahbuz  rayonunda  cərrah,  sonra  isə  Ordubad  şəhər 
xəstəxanasında  rentgenoloq  işləyir.
1953-cü  ildə  hazırkı  Milli  Onkoloji  Mərkəzin  aspiran­
turasına  daxil  olmuşdu.  1957-ci  ildə  «Mədə  xərçəngi  və 
mədə  xorasının  diaqnostikası»  mövzusunda  namizədlik, 
1968-ci  ildə  isə  «Yoğun  bağırsaq  xəstəliklərinin  diaqno­
stikası  üzrə  materiallar  (kliniki-rentgenoloji  tədqiqatlar)» 
mövzusunda doktorluq dissertasiyalarını  müdafiə etmişdi.
Akademik  R.Rəhimov  yüksək  rentgenoloq,  elm  və 
səhiyyə  sahəsində  gözəl  təşkilatçıdır.  Onun  böyük 
köməyi  sayəsində  biokimya,  endoskopiya,  sitologiya, 
patomorfologiya,  radio-izotop,  qastroenterologiya, 
dərmanla  müalicə,  poliklinika,  şüa-müalicə  şöbələri 
yaradılmış  və  müasir  avadanlıqlarla  təchiz  edilmişdir.
Akademik  R.Rəhimov  ömrünün  45  ilini  rentgeno- 
morfoloji  tədqiqatlar  sahəsində  həzm  orqanlarının  xəs­
təlikləri  ilə  bağlı  əsaslı  tədqiqatların  aparılmasına  həsr 
etmişdir.  Onun  «Yoğun  bağırsağın  divarlarını  üçlü
2 2 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
konstrastlaşdırma»  metodu  iki  elmin  -   rentgenologi- 
yanın  və  onkologiyanın  inkişafına  böyük  töhfədir.  Bu 
sahədə çalışan  alimlər onu yüksək  qiymətləndirmişlər.
Bu  görkəmli  alim  115  elmi  əsərin,  iki  kəşfin  müəl­
lifidir.  Onun  əsərləri  Yaponiya,  Almaniya,  İtaliya,  Tür­
kiyə  və  digər  ölkələrdə  nəşr  edilmişdi.
Akademik  R.Rəhimov  respublikada  rentgenoloqlar 
məktəbinin  banisidir.  Onun  yetişdirdiyi  elmi  kadrlar, 
təkcə  respublikamızda deyil,  Almaniya,  İsrail,  Rusiya və 
digər  xarici  ölkələrin  tibb  mərkəzlərində  də  çalışırlar.
Uzun  illər  namizədlik  və  doktorluq  dissertasiyaları­
nın  müdafiəsi  üzrə  İxtisaslaşdırılmış  Şuranın,  Respub­
lika  Rentgenologiya  və  Radiologiya  Elmi  Cəmiyyəti­
nin sədri,  SSRİ  Rentgenoloqlann,  Radioloqların və On- 
koloqların  Elmi  Cəmiyyətinin  Plenum  üzvü  olmuşdur. 
«Rentgenologiya  və  radiologiya  xəbərləri»  (Moskva) 
və  «Onkologiya  məsələləri»  (Rusiya,  Sankt-Peterburq) 
jurnalları  redaksiya  heyətinin  üzvüdür.
1983-cü  ildə Azərbaycan EA-nın  müxbir üzvü,  1989- 
cu  ildə Azərbaycan  EA-nın həqiqi  üzvü  seçilmişdir.  Sə­
mərəli  fəaliyyətinə  görə,  «Azərbaycan  Respublikasının 
əməkdar  elm  xadimi»  fəxri  adma  layiq  görülmüşdür.
Elm  sahəsində  qazandığı  nailiyyətlərə  görə,  Ameri­
ka  Bioqrafiya  İnstitutu  tərəfindən  «1997-ci  ilin  adamı» 
kimi  yüksək  ada  layiq  görülmüş,  1998-ci  ildə  isə  hə­
min  institutun  qızıl  medalı  ilə  təltif edilmişdir.  Fərəhli 
hal  həm  də  budur  ki,  dünya  şöhrətli  bu  akademik  öz 
ailəsində  də  çox  görkəmli  alimlər  yetişdirmişdir.
2 2 3


Əbiilfəz  Bərəkət  (Qasımov)
2 2 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  ƏHMƏD  MAHMUDOV
Akademik  Əhməd  Ələkbər  oğlu  Mahmudov  1923- 
cü  ildə mayın  25-də  Şərur rayonunun  Şahtaxtı  kəndin­
də  anadan  olmuşdur.  Orta  təhsilini  kənd  məktəbində 
almışdır.  1942-1945-ci  illərdə  hərbi  xidmətdə  olmuş­
dur.
1946-1950-ci  illərdə  K.Marks  adına  Azərbaycan 
Dövlət  Xalq  Təsərrüfatı  İnstitutunda  ali  təhsil  almış­
dır.
1950-1954-cü  illərdə  Azərbaycan  Elmlər  Akade­
miyasının  İqtisadiyyat  bölməsinin  aspirantı  olmuş, 
Moskvada  SSRİ  EA  İqtisadiyyat  İnstitutuna  ezam 
edilmişdir.  Burada  1955-ci  ildə  namizədlik  disserta­
siyasını  müdafiə  etmişdir.
1955-1956-cı  illərdə  Azərbaycan  Elmlər  Akade­
miyasının  İqtisadiyyat  bölməsində  kiçik  elmi  işçi,  baş 
elmi  işçi,  şöbə  müdiri  və  1958-1964-cü  illərdə  İqtisa­
diyyat  İnstitutunun  direktor  müavini,  1964-cii  ildən 
ömrünün  axırınadək  bu  institutun  direktoru  vəzifəsin­
də  işləmişdir.
İşlədiyi  müddət  ərzində  bir  sıra  elmi  şuraların  səd­
ri  olmuşdur.  Onun  rəhbərliyi  altında  çoxlu  namizəd­
lik  və  doktorluq  dissertasiyaları  müdafiə  edilmişdir.
1989-cu  ildə  mayın  8-də  dünyasını  dəyişmişdir.
22 5


Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  HƏBİBULLA  ŞAHTAXTİNSKİ
Akademik  Şahtaxtinski  Həbibulla Baxşəli  oğlu  1900- 
cü  il  sentyabrın  9-da  Şərur  rayonunun  Şahtaxtı  k ə n ­
dində  anadan  olmuşdur.
1920-ci  ildə  Bakıda  gimnaziyanı  bitirmişdir.  1926- 
cı  ildə  BDU-nun  tibb  fakültəsini,  1930-cu  ildə  isə  in ­
diki  ADNA-nm  kimya-texnologiya  fakültəsini  b itir­
mişdir.
1923-30-cu  illərdə  eyni  zamanda  orta  məktəbdə, 
fəhlə  fakültəsində,  texnikumda  müəllimlik  etmişdir. 
1924-59-cu  illərdə  ADNA-da  «Analitik  kimya»  kafed­
rasında  laborant  vəzifəsindən  kafedra  müdiri  vəzifə­
sinə  qədər  yüksəlmişdir.
1940-cı  ildə  namizədlik,  1949-cu  ildə  isə  doktorluq 
dissertasiyasını  müdafiə  etmişdir.  1950-ci  ildə  ona 
professor  adı  verilmişdir.  1967-ci  ildə  isə  Azərbaycan 
EA-nın  həqiqi  üzvü  seçilmişdir.
1969-cu  ildən  ömrünün  axırına  kimi  Azərbaycan 
EA  QÜFKİ-də  «Mineral  maddələr  texnologiyası»  la­
boratoriyasının  rəhbəri  olmuşdur.
H.B.Şahtaxtinski  380-dən  çox  elmi  əsərin,  o cümlə­
dən  7  monoqrafiyanın  müəllifidir.  «Miqdari  kimyəvi 
analiz»  kitabı  ən  qiymətli  dərslikdir.  Onun  rəhbərliyi 
ilə  3  elmlər  doktoru,  35  elmlər  namizədi  yetişmişdir. 
Əməkdar  elm  xadimidir.  Çoxlu  orden  və  medalları 
vardır.  H.B.Şahtaxtinski  1986-cı  ildə  vəfat  etmişdir.
2 2 6
ŞƏRQİN  QAPISI  NAXÇIVAN DİYARI
AKADEMİK  ASƏF  NADİROV
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi 
üzvü,  iqtisad  elmləri  doktoru,  professor,  Azərbaycan 
Respublikasının  əməkdar  elm  xadimi  A.  A.  Nadiro­
vun  əmək  fəaliyyətinin  50  ildən  artığı  fasiləsiz  olaraq 
akademiyanın  həyatı  ilə  bağlıdır.  SSRİ  Elmlər  Aka­
demiyasında  1956-cı  ildə  vaxtından  əvvəl  namizədlik 
dissertasiyasını  uğurla  müdafiə  edən  gənc  alim  özü­
nün  sonrakı  tədqiqat  maraqlarında  Azərbaycanın  sosi­
al-iqtisadi  inkişafının  ən  köklü  və  önəmli  problemlə­
ri  ilə  məşğul  olmağı  elmi  araşdırmalarının  əsas  məq­
sədi  kimi  müəyyən  etdi.  Azərbaycan  iqtisadiyyatının 
ixtisaslaşması  və  kompleksi  sahəsində  A.Nadirovun 
hazırladığı  mükəmməl  konsepsiyanın  mahiyyətində 
zəngin  yerli  sərvətlərdən  və  başqa  əlverişli  imkanlar­
dan  səmərəli  istifadə  edilməsi  əsasında  zəruri  sahələ­
rin  qarşılıqlı  əlaqəli  inkişaf  yolu  ilə  respublikada 
məhsuldar  qüvvələrin  böyük  yüksəlişinin,  onun  regi­
onlarında  ərazi-istehsal  komplekslərinin  təşəkkülü­
nün,  səmərəli  şəhərlər  sisteminin  əm ələ  gəlməsinin 
və  onların  sırasında  məhəlli  mədəni-iqtisadi  mərkəz­
lərinin  yaranmasının,  əhalinin  məskunlaşmasının,  tək­
milləşməsinin  mühüm  sosial-iqtisadi  üstünlüklərinin 
elmi  cəhətdən  dərin  əsaslandırılması  məsələləri  əsas 
yer  tutur.  Uzun  müddət  respublika  iqtisadiyyatında 
hökm  sürən  birtərəfli  inkişaf meyillərinə  son  qoymaq
2 2 7


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə