Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
2 1 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
mi  fəaliyyəti  dövründə  riyaziyyatın  və  mexanikanın 
bir  sıra  sahələrində  əldə  etdiyi  fundamental  nəticələr 
Fəraməz  Maqsudovu  təkcə  keçmiş  Sovet  İttifaqında 
deyil,  xarici  ölkələrdə  də  tanıtmışdır.
Dörddə  bir  əsrdən  çox  müddət  ərzində  Azərbaycan 
EA  Riyaziyyat  və  Mexanika  İnstitutuna  rəhbərlik 
edən  akademik  F.Maqsudov  bu  illər  ərzində  institut­
da  yerinə  yetirilmiş  bir  sıra  fundamental  işlərin  ya  iş­
tirakçısı  olmuş,  ya  da  onlara  başçılıq  etmişdir.  Azər­
baycan  riyaziyyat  elminin  ənənəvi  tədqiqat  istiqamət­
lərindən  olan  funksional  analiz,  diferensial  tənliklər 
və  funksiyalar  nəzəriyyəsi  sahəsində  alınmış  bir  sıra 
sanballı  elmi  nəticələrin  əldə  edilməsində  F.Maqsu- 
dovun  bir alim  və  təşkilatçı  kimi  böyük  xidmətləri  ol­
muşdur.
Bütöv  mühit  mexanikası  sahəsində  institutun  əldə 
etdiyi  nailiyyətlər  isə  hətta  ən  optimist  riyaziyyatçılar 
üçün  də  gözlənilməz  olmuşdur:  nisbətən  az  müddət 
ərzində  F.Maqsudovun  rəhbərliyi  altında  institutda 
mexaniklərdən  ibarət  güclü  kollektiv  yaranmış  və  bu 
kollektiv  mexanikanın  bir  sıra  nəzəri  və  tətbiqi  sahə­
lərində  öz  dəyərli  sözünü  demişdir.  Mexaniklərdən 
bir  qrupuna  1983-cü  ildə  Fəraməz  Maqsudovun  bila­
vasitə  başçılığı  ilə  nəhəng  energetika  sistemlərinin 
dözümlülüyünün  hesablanması  üçün  işləyib  hazırla­
dıqları  metoda  görə,  SSRİ  Nazirlər  Sovetinin  mükafa­
tı  verilmişdi.
21 3


On  beş  il  ərzində  EA-nm  fızika-mexanika  və  riya­
ziyyat  bölməsinə  rəhbərlik  etmiş  akademik  F.Q.Maq- 
sudov  özünü  istedadlı  elm  təşkilatçısı  kimi  göstərmiş, 
bölməyə  daxil  olan  elmi  qurumlar  ilə  keçmiş  İttifaqın 
və  xarici  ölkələrin  bir  çox  elmi  mərkəzləri  arasında 
çoxşaxəli  əlaqələrin  yaradılmasında,  institutların  tə d ­
qiqatlarla  yanaşı,  xalq  təsərrüfatı  əhəmiyyətli  prob­
lemlərin  işlənib  hazırlanmasında  da  böyük  rol  oyna­
mışdır.
F.Maqsudov  1997-ci  ilin  fevralından  Azərbaycan 
Elmlər  Akademiyasına  başçılıq  edir.  Bu  qısa  müddət 
ərzində  Azərbaycan  elminin  beynəlxalq  əlaqələrinin 
genişlənməsi,  nüfuzunun  artırılması  yolunda  çox  fay­
dalı  işlər  görülmüşdür.  Bütün  bunların  nəticəsidir  ki, 
F.Maqsudov  Nyu-Yorkun  İnsan  İnstitutu  tərəfindən
1999-cu  ilin  adamı  elan  edilmişdir.
F.Maqsudovun  fəaliyyətinin  böyük  bir  hissəsi  təd­
qiqatçılarla  bağlıdır.  Onun  rəhbərliyi  altında  70-dən 
çox  dissertasiya  müdafiə  edilmişdir.  O,  300-dən  çox 
elmi  əsərin,  bir sıra  monoqrafiya  və  dərsliklərin  müəl­
lifidir.  Fəraməz  müəllimin  yetişdirmələrindən  bir  ço­
xu  Azərbaycanın,  MDB  ölkələrinin,  xarici  ölkələrin 
institut  və  universitetlərində  öz  ustadlarının  yolunu 
böyük  həvəslə  davam  etdirirlər.
Azərbaycan  riyaziyyat  elminin  bütün  dünyada  tanı­
dılmasında  və  qiymətləndirilməsində  F.Maqsudovun 
əllinci  illərdən  başlayaraq  bu  günə  qədər  keçmiş
Əbülfəz  Bərəkət  (Qasımov)
2 1 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
SSRİ-nin  müttəfiq  respublikalarında,  Polşada,  Rumı­
niyada,  Hindistanda,  Macarıstanda,  Yuqoslaviyada, 
Bolqarıstanda,  ABŞ-da,  Türkiyədə,  İranda,  Yaponiya­
da  və  b.  ölkələrdə  keçirilən  elmi  konfranslarda  etdiyi 
dolğun  məruzələrin  böyük  rolu  olmuşdur.
F.Maqsudov  böyük  riyaziyyatçı  olmaqla  yanaşı, 
həm  də  ədəbiyyatımızın,  musiqimizin  vurğunu  və  bi­
licisi,  görkəmli  ictimai  xadim  idi.  O,  həmçinin  Milli 
Məclisin  deputatı  olmuşdur.  O,  gözəl  alim,  sadə,  sə­
mimi,  xeyirxah  insan  kimi  xalqın  böyük  hörmət  və 
ehtiramını  qazanmışdı.  30  iyul  2000-ci  ildə  vəfat  et­
mişdir.
2 1 5


Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  MƏMMƏD  CƏFƏR  CƏFƏROV
Akademik,  əməkdar  elm  xadimi,  Dövlət  mükafatı 
laureatı,  görkəmli  ədəbiyyatşünas,  tənqidçi  Məmməd 
Cəfər  Zeynalabdin  oğlu  Cəfərov  1909-cu  il  mayın 
9-unda Naxçıvan  şəhərində  anadan  olmuşdur.  O,  Nax­
çıvan  Pedaqoji  Texnikumunda,  Bakı  Ali  Pedaqoji  İns­
titutunda  təhsil  almışdır.  Bu  institutda  aspiranturada 
saxlanılmış,  təhsilini  davam  etdirmişdir.
M.C.Cəfərov  «Gənc  işçi»  qəzetində  ədəbi  işçi  və­
zifəsindən  Azərbaycan  Elmlər  Akademiyasının  ədə­
biyyat,  dil  və  incəsənət  bölməsinin  akademik  katib­
liyinə  qədər  şərəfli  və  mənalı  həyat  yolu  keçmişdir.
Akademik  Məmməd  Cəfər  Cəfərov  ədəbi  fəaliyyə­
tə  1937-1938-ci  illərdə  «Kommunist»,  «Yeni  yol»  və 
«Ədəbiyyat  qəzeti»ndə  dərc  etdirdiyi  məqalələrlə 
başlamışdır.  Dövri  mətbuatda  vaxtaşırı  nəşr  etdirdiyi 
elmi,  ədəbi-tənqidi,  publisistik  və  bədii  əsərləri  onu 
geniş  oxucu  kütləsinə  ədəbi  fikrimizin  istedadlı  nü­
mayəndəsi  kimi  tanıtmış,  1939-cu  ildə  Azərbaycan 
Yazıçılar  İttifaqına  üzv  qəbul  edilmişdir.
1944-cü  ildə  «M.F.Axundovun  ədəbi-tənqidi  görüşlə­
ri»  mövzusunda  dissertasiya  müdafiə  edərək  fıloloji 
elmlər  namizədi,  1961-ci  ildə  isə  «Hüseyn  Cavid  və 
Azərbaycan  ədəbiyyatında  mütərəqqi  romantizm» 
mövzusunda  yazdığı  dissertasiya  üçün  fıloloji  elmlər 
doktoru  alimlik  dərəcəsi  almışdır.
2 1 6
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
Akademik  Məmməd  Cəfər  Cəfərovun  yaradıcılığı 
çoxcəhətli  və  geniş  əhatəlidir.  Müasir  ədəbi  proses, 
Azərbaycan  ədəbiyyatı  tarixi  və  nəzəriyyəsinin  prob­
lemləri,  ədəbiyyatların  qarşılıqlı  əlaqəsi  və  onların 
qarşılıqlı  təsiri,  rus  və  Avropa  ədəbiyyatı  tarixi  alimin 
əsas  tədqiqat  istiqamətlərini  təşkil  edir.
Müasir  Azərbaycan  estetik  fikri  və  ədəbi  tənqidinin 
görkəmli  nümayəndəsi  olan  akademik  Məmməd  Cəfər 
Cəfərovun yanm əsrə yaxın bir müddətdə yaratdığı əsər­
lər  cildlərə  sığmır.  Onlann  mövzu  dairəsi,  tədqiqat  ob­
yekti,  fikir-estetik  təsir  qüvvəsi  həqiqətən  hüdudsuzdur.
Alim  ədəbiyyatşünaslığın  fundamental  problemləri­
nin  tədqiqi  ilə  yorulmaq  bilmədən  məşğul  olmuşdur. 
Əllinci  illərdə  «Azərbaycan  ədəbiyyatı  tarixi»  kitab­
larının  işıq  üzü  görməsində  onun  böyük  əməyi  vardır.
Onun  əsərlərində  Azərbaycan  ədəbiyyatı  klassiklə­
rinin  əksəriyyətinin  həyat  və  yaradıcılığı,  fəlsəfi  və 
humanist  ideyalar  aləmi,  vətəndaşlıq  mövqeyi  hərtə­
rəfli  tədqiq  edilmişdir.  O,  ədəbiyyatımızın  qədim 
dövrlərindən  başlayaraq,  son  dövrə  qədər,  Nizamidən 
tutmuş  C.Cabbarlıya  qədər  böyük  sənət  korifeyləri- 
miz  haqqında  mükəmməl  əsərlər  yaratmışdır.
Alimin  Azərbaycan  ədəbiyyatında  romantizm  prob­
lemlərinin  tədqiqi  sahəsində  xidmətləri  xüsusilə 
böyükdür.  O,  ilk  dəfə  olaraq XX  əsr ədəbiyyatında  re­
alizmlə  yanaşı,  romantizmin  də  xüsusi  bir  yaradıcılıq 
məktəbi  olduğunu  sübut  etmiş,  bu  romantizmin  mütə­
rəqqi  ideya-estetik  məziyyətlərini  işıqlandırmışdır.
2 1 7


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə