Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
AKADEMİK  NADİR  SEYİDOV
Seyidov  Nadir  Mir-İbrahim  oğlu  28  aprel  1932-ci 
ildə  Naxçıvan  Muxtar  Respublikasının  Naxçıvan  ş ə ­
hərində  anadan  olmuşdur.  1955-ci  ildə  Azərbaycan 
Dövlət  Universitetinin  kimya  fakültəsini  bitirmişdir.
1968-ci  ildə  kimya  elmləri  doktoru,  1969-cu  ildə  p r o ­
fessor  elmi  dərəcəsini  almışdır.  1989-cu  ildə  Y ü k - 
səkmolekullu  birləşmələr  kimyası  ixtisası  üzrə  A z ə r­
baycan  EA-nm  müxbir  üzvü,  2001 -ci  ildə  isə  kim ya 
ixtisası  üzrə  Azərbaycan  MEA-nın  həqiqi  üzvü  seçil­
mişdir.
N.M.Seyidovun  elmi  fəaliyyəti  əsasən  polimer 
kimyası  və  neft-kimya  sintezi  problemlərinin  həllinə 
yönəlmişdir.  1962-ci  ildə  «Elastomerlər»  laboratoriya­
sının  rəhbəri  kimi  akademik  N.M.Seyidov  yüksək 
molekullu  birləşm ələr  kimyası  sahəsində  yeni  istiqa­
mət  sayılan  -   metal  üzvi  katalizatorların  iştirakı  ilə 
aşağı  molekullu  olefınlər  əsasında  yeni  sintetik  kau- 
çukların  alınması  sahəsində  fəaliyyət  göstərməyə  baş­
lamışdır.  Az  bir  vaxt  ərzində  N.M.Seyidovun  rəhbər­
liyi  ilə  etilen-propilen  və  digər  sintetik  kauçuklann 
prinsipial  olaraq  yeni  üsulla  alınması  təklif edildi.  Bu 
üsula  əsasən  reaksiyaya  cəlb  edilmiş  monomerlərdən 
biri  maye  halda  götürülür  və  sopolimerləşmə  prosesi 
maye  somonomer  mühitində  aparılır,  nəticədə  prose-
2 4 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
24 5


Əbülfəz  Bərəkət  (Qasımov)
sin  iqtisadi  göstəriciləri  xeyli  yüksəlir,  alınmış  məh­
sulun  keyfiyyəti  yaxşılaşır.  N.M.Seyidovun  rəhbərliyi 
ilə  etilenin  propilenlə,  butilenlərlə,  penten-1,  heksen- 
1  və  dienlərlə  metal  üzvi  katalizatorların  iştirakı  ilə 
birgə  polimerləşmə  prosesləri  hərtərəfli  öyrənilmiş­
dir.  Proses  iri  təcrübə  qurğusunda  sınaqdan  çıxarılmış 
və  sənaye  prosesinin  əsası  qoyulmuşdur.  N.  M.  Seyi- 
dovun  rəhbərliyi  ilə  aparılmış  işlərdən  biri  də  doyma­
mış  etilen-propilen-dien  kauçukları  üçün  tərkibində 
iki  ikiqat  rabitə  saxlayan  dienlərin  alınması  və  onla­
rın  texnologiyasının  yaradılması  olmuşdur.  Bu  kom­
ponentlərdən  etilidennorbornen  sənayedə  tətbiq  edil­
mişdir.
Akademik  N.M.  Seyidovun  rəhbərliyi  ilə  AMEA- 
nın  Neft-Kimya  Prosesləri  İnstitutu  ilə  birlikdə  yük­
sək  indeksli  motor  yağlarının  alınması  üçün  etilen- 
propilen  sopolimerinin  parçalanma  məhsulları  əsasın­
da  özüllük  aşqarının  yaradılması  istiqamətində  geniş 
elmi  tədqiqat  işləri  aparılmışdır.  Bunlardan  istifadə 
etməklə  M-8B,  M-20,  P-28,  P-40,  oktol-600,  kabel  və 
s.  yağları  alınmışdır.
N.M.Seyidovun  rəhbərliyi  ilə  dünya  praktikasında 
məlum  olmayan  yüksək  aktivliyə  və  stabilliyə  malik 
olan  yeni  növ  katalizatorların  alınma  üsulları  yaradıl­
mışdır,  göstərilən  katalizatorlar  iri  sənaye  qurğuların­
da  sınaqdan  çıxarılmış  və  bu  katalizatorların  sənaye­
də  işlədilən  katalizatorlardan  3-5  dəfə  səmərəli  o l­
2 4 6
duqları  müəyyən  edilmişdir.  Katalizatorlar  iri  sənaye 
miqyasında  Sumqayıt  SK,  Nijni-kamsk  zavodunda, 
Tolyatti  istehsal  birliyi  zavodunda  və  digər  zavodlar­
da  tətbiqini  tapmışdır.  Ancaq  bu  sahədə  aparılan  təd­
qiqat  işləri  nəticəsində  30-dan  çox  müəlliflik  şəha­
dətnaməsi  və  16  xarici  patent  (ABŞ,  Yaponiya,  Al­
maniya,  İtaliya  və  s.)  alınmışdır.
N.M.Seyidovun  rəhbərliyi  ilə  olefinlər əsasında  ye­
ni  tip  termoelastoplastlar,  o  cümlədən  «yaddaşa  malik 
polimerlər»  sintez  edilmiş  və  onların  xassələri  öyrə­
nilmişdir.
Mütəxəssislər  tərəfindən  verilən  rəylərə  əsasən 
N.M.  Seyidovun  apardığı  tədqiqatlar,  bu  sahədə  keç­
miş  Sovetlər  İttifaqında  aparılmış  fundamental  tədqi­
qatlardan  biridir.  O,  yüksək  molekullu  birləşmələr  sa­
həsində  özünəməxsus  istiqamət  yaratmaqla,  bu  mək­
təbin  əsasını  qoydu.
N.M.Scyidov  300-dən  çox  əsərin,  o  cümlədən  4 
monoqrafiya,  100-dən  çox  müəlliflik  şəhadətnaməsi, 
16  xarici  patentin  müəllifidir.  Nadir  müəllimin  dərc 
olunmuş  əsərləri  bu  sahədə  çalışan  xarici  alimlərin 
nəzər-diqqətini  özünə  cəlb  etmişdir.  Xarici  alimlərin 
onun  əsərlərinə  etdikləri  çox  sayda  istinadlar  buna 
sübutdur.
Akademik  N.M.Seyidovun  elmi  kadrlar  hazırlan­
masında  da  böyük  xidməti  var,  onun  rəhbərliyi  ilə  34 
nəfər  elmlər  namizədi  alimlik  dərəcəsi  almışdır.  O,
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
24 7


Əbiilfəz  Bərəkət  (Qasımov)
respublikamızın  elmini  müxtəlif  simpozium  və  kon­
franslarda,  o  cümlədən  Praqada,  Budapeştdə,  Milanda, 
Helsinkidə,  Ankarada,  Moskvada,  Krakovda,  Kiyevdə, 
Almatıda  və  digər  mötəbər  məclislərdə  təmsil  etmiş­
dir.
N.M.Seyidov  bu  illər  ərzində  Sosialist  Ölkələri 
Qarşılıqlı  Yardım  Şurasının  kauçuklar  üzrə  işçi  qru­
punun  üzvü,  SSRİ  EA-nın  yüksək  molekullu  birləş­
mələr  üzrə  Koordinasiya  Şurasının  üzvü  olmuşdur. 
Hal-hazırda  o,  AMEA  Kimya  bölməsinin  akademik- 
katibinin  müavinidir.  O,  həm  də  «Azərbaycan  kimya 
jurnalı»nm,  «Neft  kimyası  və  neft  emalı  prosesləri», 
«Sumqayıt  Dövlət  Universitetinin  xəbərləri» jurnalla­
rının  redaksiya  heyətinin  üzvü,  «Kimya  problemləri» 
jurnalının  baş  redaktorudur.
N.M.Seyidov  «Şərəf  nişanı»  ordeni  (1981-ci  il), 
Amerika  Bioqrafiya  İnstitutunun  «Cəmiyyətin  tərəq­
qisi  naminə»  təsis  edilmiş  qızıl  «Amerika  Şöhrət  me­
d a lın a   layiq  görülmüşdür  (2002-ci  il).  Azərbaycan 
Respublikasının  «Şöhrət»  ordeni  (2004-cü  il)  ilə  təl­
tif olunmuşdur.
Hal-hazırda  o,  akademik  Y.H.Məmmədəliyev  adı­
na  Neft-Kimya  Prosesləri  İnstitutunun  baş  elmi  işçisi­
dir.  Bakı  Dövlət  Universiteti,  Azərbaycan  Dövlət Neft 
Akademiyasında  pedaqoji  fəaliyyətlə  məşğul  olur.
2 4 8
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK  CƏMİL  ƏLİYEV
Cəmil  Əziz  oğlu  Əliyev  -   tibb  elmləri  doktoru 
(1978),  professor (1988),  AMEA-nın  akademiki  (2001), 
Rusiya  Təbiət  EA  və  Tibb  EA-nın  həqiqi  üzvü,  Lon­
don  Hammersmitt  Universitetinin  fəxri  professoru, 
Azərbaycan  Respublikasının  əməkdar  elm  xadimi 
(2000).  C.Ə.Əliyev  1946-cı  ildə  Bakı  şəhərində  ana­
dan  olub.  1968-ci  ildə  N.Nərimanov  adma  Azərbaycan 
Tibb  İnstitutunu  bitirdikdən  sonra  Ə.Əliyev  adma  Hə­
kimləri  Təkmilləşdirmə  İnstitutuna  təyinat  alaraq  on­
kologiya  kafedrasında  baş  elmi  laborant  vəzifəsində 
fəaliyyətə  başlayıb.
1972- 
73-cü  illərdə  onkologiya  kafedrasında  assis- 
tent  işləyib.  1971-ci  ildən  onkologiya  üzrə  xüsusi 
kurs  keçdiyindən  həkim-onkoloq  kimi  ixtisaslaşıb.
1973- 
76-cı  illərdə  elmi  iş  üzrə  həm  də  cərrah-onko- 
loq  işləyib.  1976-78-ci  illərdə  Ümumittifaq  Onkoloji 
Elmi  Mərkəzində  baş  elmi  işçi  kimi  fəaliyyət  göstərib.
1973-cü  ildə  C.Əliyev  onkologiya  üzrə  namizədlik, 
1978-ci  ildə  SSRİ  Tibb  Elmləri  Akademiyasında  dok­
torluq  dissertasiyası  müdafiə  etmişdir.
Azərbaycanda  elmi  kadrlar  hazırlığı  və  onkologiya 
üzrə  məktəb  yaratdığına  görə  1988-ci  ildə  C.Əliyevə 
professor  elmi  rütbəsi  verilib.
1978-ci  ildən  Respublika  Onkoloji  Elmi  Mərkəzin­
də  müxtəlif vəzifələrdə,  öncə  Ümumi  onkologiya  şö­
2 4 9


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə