ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə31/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
94 
raq  üç  boyda  görünməsi  faktını  ayrıca  qeyd  ediblər.  Dastanda 
hansı  boylarda  həm  də  Uruzdan  bəhs  edilir?  Bunlar  aşağıdakı 
boylardır: 
ikinci boy: “Salur Qazanın evinin yağmalanması boyu”; 
dördüncü  boy:  “Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq 
olduğu boy”; 
on  birinci  boy:  “Salur  Qazanın  dustaq  olduğu  və  oğlu 
Uruzun onu xilas etdiyi boy”. 
İndiyədək  Uruzdan  bəhs  edilərkən  tədqiqatçılar  onun 
“Salur  Qazanın  dustaq  olduğu  və  oğlu  Uruzun  onu  xilas  etdiyi 
boy”unda  daha  geniş  planda  olduğu  qənaətində  olmuşlar.  Təd-
qiqatçı  Kamran  Əliyev  Uruz  obrazının  Eposun  strukturunda 
tutduğu yeri xarakterizə etmək məqsədilə məsələyə bir balaca da 
geniş  aspektdən  yanaşmış  və  Uruzla  bağlı  olan  faktların  bədii 
inikasına bütövlükdə “Kitabi-Dədə Qorqud” Eposunun poetikası 
ilə birbaşa  əlaqədar” olan  məzmun və  ideya strukturundan, das-
tan  poetikası  ənənələrindən  və  xalq  bədii  ruhunun  gerçək  priz-
maları görünümündən yanaşmışdır. Hər hala dastan tipizmindən 
təsvir  verən  tədqiqatçı  obrazların  mətndaxili  görünümlərini  çö-
zələyir.  Uruz  çoxəlamətli  qəhrəman  tipindədir.  Lakin  tədqiqat-
çılar  ona  məhdud  dairədən  yanaşmış,  onu  necə  deyərlər  ümumi 
məzmunda  təqdim  etmişlər.  Uruzda  nə  qədər  ümumi  (Oğuz 
mənsubluğu  üzrə)  məzmuna  malikdirsə,  ondan  (ümumi  məz-
mundan)  daha  artıq  xüsusi  məzmun  əlamətləri  vardır.  Kamran 
Əliyev Uruz obrazına həm ümumi və xüsusi məzmun koordinat-
larından yanaşmış və obrazın ən tipik əlamətlərini incələmişdir.  
Bütün  yanaşmalarda  Kamran  mətnə  üz  tutmuş  və  mətnin 
bədii  məzmun  və  ifadə  poetikasına  əsaslanmışdır.  Kamranın 
yanaşma  özəlliyinin  bir  poetika  stili  də  bununla  bağlıdır  ki,  o, 
mətn  məzmunu  üzrə  təhlilləri  zamanı  Epos  poetikası  struktu-
runda  qəhrəmanların  yeri  və  mövqeyi  məsələsinə  xüsusi  önəm 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
95 
verir, qəhrəmanların Oğuz  mənsubluğuna, habelə  onların  həyati 
mövqelərinə mətndaxili və mətnüstü inikas və ifadə məzmunları 
daxilindən səciyyəvi açıqlamalar verir.  
Kamran  Əliyev  bütün  təhlilləri  boyunca  Epos  poetikasını 
konkret  olaraq,  obrazların  xarakter  cəhətlərinin-məzmun  və 
mənşə  problemlərinin  mətndaxili  və  mətnüstü  inikası  işığından 
incələyir və məsələlərə, ümilikdə dastan janrının ölçüləri və nor-
maları dairəsindən yanaşmağa xüsusi önəm verir.  
Təkcə  Dədə  Qorqud  dastanları  üzrə  tədqiqlərində  deyil, 
bütün araşdırma və təhlillərində, məsələn, Romantizmin poetika 
özəlliklərinin açımlarında da Kamran  bütün  əlamət və nişanlara 
mətn  strukturu  daxilindən  təfsir  verir.  Bu,  təsadüfi  deyil.  Bədii 
yaradıcılıq prosesi həmişə hərəkətdə olan bədii ifadə dramatizmi 
üzrə hərəkət edir. Kamran da bədii poetika  məzmunlarına  yara-
dıcılıq prosesinin  inikas xüsusiyyətləri  ilə  bağlı sintezlərdən  ya-
naşır. Məlum olur ki, qorqudşünaslıqda hələ nə qədər açılası mə-
sələlər var. Hər şeydən əvvəl, tədqiqatçıların təhlil-analizlərində 
bir  sıra  vacib  əsas  meyarlar  vardır  və  bu  meyarlar  ilkin  olaraq 
bununla bağlıdır ki, Eposdakı obrazlara həm fərdi, həm də ümu-
metnos əlaqələri sintezindən diqqət yetirilməli idi. 
Bu  anlamda,  Kamranın  təhlil  stilistikasında  bədii  ifadənin 
struktur  poetikasına  yanaşma  istiqamətləri  də  diqqətəlayiqdir. 
Tədqiqatçının  bu  tip  yanaşma  poetikası  aşağıdakı  strukturoloji 
məsələləri əhatə edir:  
1) dastan poetikası ənənələri;  
2) mətn məzmunu-əhvalat, təsvir və tərənnüm konteksti;  
3)  qəhrəmanın  bədii  portretinin  təsvirində  tipik  səciyyələr 
üzrə təhlil konteksti;  
4) qiymətvermədə təhlil və təsnif elementlərinin xarakterik 
məqamlarının təsbiti.  
Kamran  Əliyev  “Kitabi-Dədə  Qorqud”  Eposunun  qəhrə-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
96 
manlarına  “epik  ənənə”  və  yeni  motivlər  müstəvilərindən  xarak-
teristika  verir.  Məsələn,  diqqəti  belə  bir  məzmuna  yönəldir  ki, 
“Salur Qazanın evinin yağmalanması” boyunda ev, yurd-yuva “üç 
yüz  yigidlən”  Uruza  tapşırılır.  Bu  faktla  bağlı  olaraq,  tədqiqatçı 
qəhrəmanın xarakterik açımında məsələyə ümumdastan poetikası 
ənənələri  etimadından  yanaşır  və  bu  zaman  qəhrəmanlıq  anlayı-
şının başqa bir qatlarını təqdim edir: bu halda dastanda gözlənilən 
süjet və məzmun xronikasının görünmədiyinə də diqqəti yönəldir. 
Tədqiqatçı  bununla  bağlı  yazır  ki,  “folklor  mətnləri,  konkret  an-
lamda  isə  Oğuznamələr üçün tipik  səciyyə  daşıyan  epik  ənənəyə 
görə, əgər bu zaman yurda qəfil basqın olsa, Uruz kiçik bir dəstə 
ilə  düşmənin  son  dərəcə  böyük  qüvvəsinə  qalib  gəlməli,  onu 
darmadağın  etməli,  hətta  Dədə  Qorqud  bu  igidin  qəhrəmanlığı 
müqabilində ona ad verməlidir” (*Əliyev K., səh.51).  
Lakin burada faktiki olaraq, Uruzun qəhrəmanlığından da-
nışmaq  olmur,  çünki  onu  məğlub  edir,  əsir  aparırlar:  “Uruz  ka-
firlərin yurda hücumuna sinə gərmək, onlara müqavimət göstər-
mək,  nəhayət,  qələbə  çalmaq  əvəzinə,  ciddi  şəkildə  məğlubiy-
yətə uğrayır. Anası Burla xatun yesir olur, nənəsi dəvə boynunda 
asılı gedir, Uruzun özünü isə kafirlər əli-qolu bağlı aparırlar”.  
Deməli,  ənənəvi  gözləniş  olmur,  yəni  süjet  xəttində  əsas 
məzmun  başqa  bir  şəkil  alır,  yəni  “Uruzun  məğlubiyyəti  həm 
epos  strukturunda,  həm  də  Oğuz  elində  görünməmiş  və  gözlə-
nilməz  hadisəyə  çevirilir”:  beləliklə,  məsələyə  yeni  məsələ  qo-
şulur: bu cür gediş “eposun strukturu” və Oğuz elinin yaşamı və 
həyatı üçün xarakterik olmayan başqa proses yaranır.  
Bu məsələnin təqdimində Kamran Əliyevin yanaşma təzə-
liyi  nədədir?  Təhlil  prosesinde  tədqiqatçının  yanaşma  poeti-
kasına xas  əlamətlərdən daha bir  maddə zahir olur:  əsas  məsələ 
obrazın “şəxsiyyət” çəkisindədir.  
Ümumiyyətlə, təhlillərində  konkret  situasiyalara  söykənən 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə