Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Apteklərdə aromatik nanə suyu hansı nisbətdə hazırlanır?



Yüklə 311,29 Kb.
səhifə231/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   227   228   229   230   231   232   233   234   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

984) Apteklərdə aromatik nanə suyu hansı nisbətdə hazırlanır?

A) 1:100
B) 1:1000


C) 1:200
D) 1:500
E) 1:2000

IX DF –na əsasən aromatik nanə suyu 1:1000 hazırlanır.


И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 472




985) Arzu edilən nəticəni verən doza necə adlanır?

A) Zəhərləyici doza


B) Yüksək doza
C) Minimal doza
D) Müalicəvi terapevtik doza
E) Toksiki doza

Arzu edilən nəticəni verən doza müalicəvi terapevtik doza adlanır.


F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” 1989 səh 45




986) Kiçik çəki daşları neçə qrama qədər olur?
A) 0,01-1,0 qrama qədər
B) 0,001-1,0 qrama qədər
C) 0,1-1,0 qrama qədər
D) 0,001-0,1 qrama qədər
E) 0,2 -1,0 qrama qədər

Kiçik çəki daşları 0,01-1,0 qrama qədər olur və alüminiumdan hazırlanır.


F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 27


987) Çətinliklə poroşok halına gələn dərman maddəsi hansılardır?

A) Analgin, atropin sulfat


B) Riboflavin, akrixin
C) Camfora, mentol
D) Streptosid, natrium bromid
E) Furaçilin, kalium bromid

Kamfora, mentol çətinliklə poroşok halına gəlir, narın poroşok halına salmaq üçün spirtdən istifadə edilir.


F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005 səh 36


988) Göstərilən mərhələlərdən hansı poroşokların texnologiyasına aid deyil?

A) Dozalama


B) Xırdalama
C) Qarışdırma
D) Həlletmə
E) Bükmə

Poroşoklar bərk və səpilə bilən dərman formasıdır. Həlletmə poroşokların texnologiyasına aid deyil.


F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı 2005 səh 33



Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə