197) Yerli anesteziyaedici maddələrin selikli qişadan sorulmasının qarşısını almaq üçün hansı preparat istifadə edilir?
A) Validol
B) Lidokain
C) Baralgin
D) Epinefrin (Adrenalin-hidroxloriD)
E) Atropin
Epinefrin damardaraldıcı xüsusiyyətə malik olduğu üçün yerli anesteziyaedici maddələrinin selikli qişadan sorulmasını ləngidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
198) Yerli anesteziyaedici dərman maddələrinin təsir mexanizminə aşağıdakılardan hansı aiddir?
A) İltihabı aradan qaldırır
B) Zulalları koagulyasıya edir
C) Na+ kanallarını blokadaya alır
D) Damarları genişləndirir
E) K+ kanallarını blokadaya alır
Yerli anesteziyaedici dərman maddələri sinir hüceyrələrin daxilinə nüfuz edərək bir tərəfdən hüceyrə membranının Na ionları kanallarını bağlayır və bu mühitdən hüceyrə daxilinə keçməsinə imkan vermir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 74
199) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün bu maddələrdən hansı istifadə edilir?
A) Tannin məhlulu
B) Etil spirti
C) Fenilefrin (Mezaton)
D) Benzilpenisillin
E) Hidrogen- peroksid
Yerli anesteziyaedici maddənin qana sorulmasının qarşısını almaq və təsirini uzatmaq üçün yerli anestiklərin məhlullarına damardaraldıcı maddə Fenilefrin (Mezaton) əlavə edilir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
200) Parçalanma məhsulu para-aminobenzoy turşusu olan yerli anesteziyaedici maddənin adı nədir?
A) Prokain-hidroxlorid (Novokain)
B) Kokain
C) Trimekain-hidroxlorid
D) Lidokain
E) Benzokain (Anestezin)
Prokain orqanizmdə parçalanaraq sulfanilamid preparatlarının antaqonisti olan para-aminobenzoy turşusu əmələ gətirir. Ona görə də Prokaini sulfanilamid preparatları ilə müalicə olunan xəstələrə təyin etmək olmaz.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005səh 78
Dostları ilə paylaş: |