Ut fiat sup. rectalae № 20
D. S. 1 şam gündə 2 dəfə
A) 50,0
B) 60,0
C) 30,0
D) 65,0
E) 45,0
Reseptdə şam əsasının miqdarı göstərilmədikdə 1 şamın çəkisi 3 qram ağırlığında hazırlanır (3,0x20=60,0)
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 212
Rp: Extracti Belladonnae 0,02
Xeroformii 0,1
Olei Cacao 2,0
Ut fiat sup. vaginalae № 6
D.S. gecə 1 kürəcik
A) 0,6 q kseroform + 0,24 q quru xanımotu ekstarktı + 12,0 q xırdalanmış kakao yağı
B) 15,0 kakao yağı + 0,6 q kseroform + 0,26 xanımotu ekstraktı
C) 12,0 kakao yağı + 0,24 xanımotu ekstraktı + 0,6 kseroform
D) 0,1 kseroform + 0,02 xanımotu ekstraktı + 2,0 kakao yağı
E) 0, 24 xanımotu ekstarktı + 12,0 kakao yağı + 0,6 kseroform
Kseroform 0,12x2=0,24 quru ekstrakt, 12,0 kakao yağı götürülür.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 206
1045) Pastalar hansı məlhəm formasına aiddir?
A) Sulu
B) Duru
C) Qatı
D) Sabunlu
E) Sulu – spirtli
Suspenzion məlhəmlərdə bərk dərman maddəsinin miqdarı 25%-dən çox olduğu üçün pastalar qatı məlhəm formasına aiddir.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 191
1046) Göz məlhəmləri aptekdə hansı şəraitdə hazırlanır?
A) Aseptik şəraitdə, məlhəm əsası steril olmalıdır
B) Adi şəraitdə məlhəm əsası steril olmalıdır
C) İstifadə olunan əşyalar steril olmalıdır
D) Ancaq məlhəm əsası steril olmalıdır
E) Adi şəraitdə hazırlanır
Göz məlhəmlərinin hazırlanmasında istifadə olunan köməkçi maddələr, əşyalar steril olmalıdır. Aseptik şəraitdə hazırlanır
F. Ə. Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 247
Dostları ilə paylaş: |