1055) 12 faizli eufillinin steril məhlulu hansı üsulla hazırlanır?
A) Fiziki-kimyəvi üsulla
B) Kimyəvi üsulla
C) Fiziki üsulla
D) Aseptik üsulla
E) Mexaniki üsulla
Eufillinin qatı məhlulları yüksək temperatur təsirindən hidrolizə uğrayır. Ona görə də 12 faizli məhlul sterilizə edilmədən aseptik üsulla hazırlanır.
Государственная Фармакопея жятая издание «Медицина» Москва 1968 səh 276
1056) Zəhərli maddənin dozası normadan çox olduqda həkim resepti necə tərtib etməlidir?
A) Dozanın miqdarını sözlə yazıb, vurğu işarəsi qoymalıdır
B) Şəxsi möhürü ilə təsdiq etməlidir
C) İmza ilə təsdiq etməlidir
D) Vurğu işarəsi qoymalıdır
E) “Cito” və ya “Statim” sözlərini qeyd etməlidir
X DF göstərişinə əsasən həkim zəhərli maddənin dozasını normadan çox yazarsa onun miqdarını mötərizədə sözlə yazıb nida işarəsi qoymalıdır.
X DF səh 1036, Moskva 1968
1057) Ampullar zavodlarda daha çox hansı üsulla yuyulur?
A) Qabyuyan aparatla
B) Yuyulmur
C) Vakuum üsullu ilə
D) Fırça vasitəsilə
E) Xüsusi şpristlər vasitəsilə
Vakuum üsulu daha əlverişli olduğu üçün zavod şəraitində bu üsuldan istifadə edilir.
А.И. Тенцова. Руководство к лабораторным занятиям по заводской технологии лекарственных форм. Səh 126
1058) 0,1 N natrium hidroksid məhlulu ilə hansı maddənin məhlulları sabitləşdirilir?
A) Skopolamin hidroxlorid
B) Analgin
C) Atropin- sulfat
D) Strixnin -nitrat
E) Kofein- natrium benzoat
X DF göstərişinə əsasən kofein natrium benzoat məhlulunu sabitləşdirmək üçün 0,1 N natrium hidroksid məhlulundan istifadə edilir.
И.А.Муравьев. Технологии лекарственных форм. «Медицина», Москва 1988 səh 201
1059) Orqanopreparatlardan nə vaxt istifadə edilmir?
A) Hiperfunksiyaların müalicəsində
B) Hormonların funksiyasının pozulması zamanı
C) Ferment sisteminin pozulmasında istifadə edilmir
D) Hipofunksiyaların müalicəsi üçün
E) Stimullaşdırıcı maddə kimi
Orqanopreparatlar ferment sisteminin pozulmasında istifadə edilmir.
И.А.Муравьев. Технологии лекарственных форм. «Медицина», Москва 1988
Dostları ilə paylaş: |