Əczaçılıq (ali) ixtisası üzrə yeni nümunəvi test sualları 1) Sadə topdansatış ticarətin yayım kanalının tipini xarakterizə edən variant hansıdır?


) Göstərilən dərman vasitələrindən hansı metabolik xəstəliklərdən olan



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə33/46
tarix20.05.2023
ölçüsü1,27 Mb.
#111602
1   ...   29   30   31   32   33   34   35   36   ...   46
2018-07-02 13-14-50 (1)

137) Göstərilən dərman vasitələrindən hansı metabolik xəstəliklərdən olan 
osteoporozun müalicəsində istifadə olunur? 
A) Eskuzan 
B) İbuprofen 
C) Pantenol 
D) Osteogenon 
E) Klaritin 
Ədəbiyyat: Машковский М.Д. Лекарственные средства. М., 2005, 1050 с. 
138) Sadalananlardan hansı tibbi təyinatlı məmulatlara aid deyil? 
A) Tibbi texnika ləvazimatları. 
B) Rezin məmulatları; 
C) İnyeksion dərman vasitələri; 
D) Plastmasdan hazırlanan məmulatlar; 
E) Sarğı materialları; 
Ədəbiyyat: Vəliyeva M. Dərmanların texnologiyası. Bakı , 2014, 350 s 
139) Variantlardan hansı topdansatış ticarət təşkilatların funksiyalarına aid 
deyil? 
A) Dərman vasitələrinin nomenklaturasının öyrənilməsi; 
B) Təchizatçı və alıcı arasında ticarət əməliyyatının razılaşdırılması. 
C) Dərman vasitələrinin qiymətlərinin dəqiqləşdirilməsi; 
D) Dərman vasitələrinin istehsalı; 
E) Dərman vasitələrinin keyfiyyəti üzrə tələb olunan sənədlərin əldə edilməsi; 
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. 
Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s. 
140) Anbara daxil olan aptek çeşidi əmtəələrinin qəbulu üçün hansı normativ-
texniki sənədlər tələb olunur? 
A) Mal cavabdehliyi haqqında və pərakəndə satış qaydaları. 
B) Tara haqqında və dərman vasitələrinin saxlanması şəraiti haqqında qaydalar
C) Mal cavabdehliyi haqqında və maddi-texniki təchizat haqqında qaydalar; 
D) Müqavilə, mal cavabdehliyi haqqında və tara haqqında qaydalar; 
E) Müqavilə, nəqliyyat vasitəsi haqqında və mühasibat balansı haqqında qaydalar; 
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. 
Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s. 
141) GDP beynəlxalq standartının funksiyası nədən ibarətdir? 


A) Maddənin klinik yoxlamaya qədər farmakoloji sınaqdan keçirilmə qaydalarını 
əhatə edir 
B) Farmakoloji maddənin klinik sınaqlarının planlaşdırılmasını və yerinə 
yetirilməsini əhatə edir. 
C) Tibbdə tətbiqinə icazə verilmiş dərman vasitələrinin tam nəzarət altında 
istehsalının təşkil edir; 
D) Dərman vasitələrinin topdansatış qaydalarına aid standartları cəmləşdirilməsini 
həyata keçirir; 
E) Dərman vəsaitlərinin saxlanma rejiminə və markalanmasına qoyulan tələbləri 
əhatə edir; 
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. 
Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s. 

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə