ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   35   36   37   38   39   40   41   42   43

VAQĠF SULTANLI.
 
Tanrı elçisi (esse-elegiya) 
“Elçibəy həkimin qarĢısında bir türk kimi kimsəyə yaslanmadan, kimsədən yardım diləmədən, 
ayaqda  məğrurcasına  duraraq  sağlıq  durumu  haqqında  son  məlumatı  ona  açıq  söyləməsini 
xahiĢ etdi.
 
Gülhanə Əsgəri Tibb Akademiyasında, Elçibəyin çarəsiz olan ağrısına dərman tapmağa çalıĢan 
həkim  çox  əsgəri  müalicə  edib  sağaltmıĢdı.  Amma  belə  bir  xəstə  yaralı  türk  kiĢisi  ilə 
rastlaĢmamıĢdı.  Həkim  özünü  topladı.  Bir  əsgər  və  bir  həkim  olduğunu  xatırladı.  Həqiqəti 
söyləməliydi.  Gözlərini  Elçibəydən  qaçırtmağa  çalıĢırdı.  Elçibəy:  “Üzümə,  gözlərimə  baxaraq 
söylə”,  -  dedi.  Həkim  bütün  gücünü  toplayıb  boğazını  arıtladı.  Özünə  güc  verərək  neçə 
Sibirlər, zindanlar keçmiĢ, Aral, Baykal, Ġssıkgöl və Xəzəri görmüĢ Elçibəyin gözlərinə baxdı: 
“VidalaĢmağımıza çox az bir zaman qaldı, Bəy...” - deyə bildi.
 
Otaqda  oturan  həkimlər  düĢüncələri  ilə  döyüĢən  bir  insana  son  dəfə  böyük  bir  hörmət  və 
hüznlə  baxdılar.  Atatürk  əsgəri  olduğunu  qürurla  söyləyən,  rusları  diĢiylə-dırnağıyla 
Azərbaycandan  çıxaran  bu  düĢüncə  insanının  heç  bir  reaksiya  vermədən  köks  ötürərək 
söylədiyi son kəlmələr həmin vaxt otaqda olanların həyat boyu yaddaĢlarından silinməyəcək 
bir cümlədə birləĢdi: “Bəs mənim millətimin taleyi nə olacaq?”.
 
(Doktor Qərib Qafqazlının söylədiklərindən) 
Vətənə  nicat  vermək  istəyənlərin  hakimiyyətə  gəliĢi  bizim  yüzilin  baĢlanğıcında  bir  dəfə 
mümkün  olmuĢdu  -  yoxdan  “Azərbaycan”  adlı  dövlətin  memarlığını  yapmıĢ  Məmmədəmin 
bəyin timsalında. Tanrı Azərbaycan xalqına bu Ģansı əsrin sonlarında ikinci dəfə verdi - ölkəni 
müstəmləkə  buxovlarından  qurtaran  Elçibəyin  timsalında.  Ancaq  nə  yazıqlar  ki,  əsrin 
baĢlanğıcında  olduğu  kimi,  sonunda  da  xalq  ona  nicat  vermək  istəyənin  kimliyinin  fərqində 
olmadı. 
Məmmədəmin bəy də, Elçibəy də taxtdan salındı, hakimiyyətdən uzaqlaĢdırıldı, biri qürbətə, o 
biri  sürgünə  getməyə  məcbur  edildi.  Bununla  da  hakimiyyət  yenidən  Ģərə,  Ģeytana  qulluq 
eləyənlərin əlinə keçdi, millətin nicat və qurtuluĢ yolu, taleyi, gələcəyi dumanlara qərq edildi. 
Məmmədəmin  bəy  də  dünyaya  gözlərini  Ankarada  yumdu,  Elçibəy  də.  Hər  ikisinin 
dodaqlarından qopan son kəlmə “Azərbaycan” oldu. 
Nə qəribə taledir bu?.. 
Tarix Azərbaycan sevgisini daĢıyan övladlarına nədən eyni taleyi, eyni ağrıları yaĢatdırır?.. 
Azərbaycan gəncliyi Məmmədəmin bəyi kitablardan oxuyub sevdi, Elçibəyi isə tanıyıb, müasiri 
olub sevdi. 
Sağlığında  Elçibəyin  əzəmətini  görməmək  üçün  özünü  korluğa  vuranların  gözləri  indi 
bərəlməkdədir.  Onlar  insan  dənizinin  intəhasızlığından,  ağlaĢ və  hönkürtü  nidalarından,  göz 
yaĢları  selindən,  məzar  üstə  gecələyənlərin  sevgisindən  heyrətlənirlər.  Bu  böyük  sevgiyə 


hədəf  olmaq  üçün  onlar  Elçibəyi  tabutda,  məzarda  belə  əvəzləməyə  hazırdılar!  Onlar  hələ 
kimi itirdiklərinin o qədər də fərqində deyillər, ancaq olacaqlar. Ġqtidardan düĢəndə, ədalətsiz 
məhkəmə  qapılarında  göz  yaĢları  tökəndə,  haqq  üzülənəcən  naziləndə...  kimi  itirdiklərinin 
fərqində olacaqlar. 
Tarix  Elçibəy  kimi  böyük  Ģəxsiyyətləri  xəsisliklə  yetirir.  Belə  əvəzolunmaz  Ģəxsiyyətlərin 
itirilməsi  cəmiyyətdə  yeri  uzun  zaman  doldurula  bilməyən  boĢluq,  böhran  və  umudsuzluq 
yaradır. 
Elçibəy  adi  bir  insan,  Ģəxsiyyət  deyildi.  O,  Tanrının  bizlərə  göndərdiyi  elçi,  peyğəmbər  idi. 
Tanrı onu  yer  üzünə  göndərmiĢdi ki,  mənəviyyatı  talanmıĢ,  özünü,  kimliyini  unutmuĢ,  tarixi 
qürurunu  itirmiĢ,  ikiyə  parçalanaraq  xırdalanmıĢ  xalqımıza  yol  göstərsin.  Ancaq  çox  sevdiyi 
bizlər Vətənin nicatının Elçibəydə olduğunu anlamadıq. 
Elçibəy  Azərbaycan  Cümhuriyyətinin  çöküĢü  ilə  yetmiĢ  il  səsi batırılan  millətin  dərdini  siyasi 
müstəviyə  çıxardı,  onun  dərdlərinə,  yaralarına  məlhəm  aradı  və  bu  məlhəmin  azadlıq, 
müstəqillik və bütövlük olduğunu dərk və aĢkar elədi. 
Elçibəy  iki  əsrə  yaxın  Azərbaycan  türk  yurdunda  meydan  sulayan,  millətin  mənliyini, 
heysiyyətini tapdalayan, alçaldan iĢğalçı rus ordusunu birdəfəlik bu torpaqdan çıxardı. 
Elçibəy türk dünyasına heç bir rüzgarın uçurub-dağıda bilməyəcəyi körpü saldı; Sakit okean 
hövzəsindən  Aralıq  dənizinəcən  çeĢidli  adlar  altında  yaĢayan  xalqların  türk  kimliyinin 
qaytarılması, dilinin və əlifbasının ortaqlaĢdırılması ideyasını irəli sürdü. 
Elçibəy  idarəçiliyin  əxlaqını  dəyiĢdi,  siyasətdə  humanizmin,  insansevərliyin,  səmimiyyətin, 
doğruluğun əsasını qoydu. 
Elçibəy saf, dərviĢsayağı, sufi bir ömür yaĢadı, dünyanın maddi dəyərlərindən imtina etməklə 
mənəvi-ruhani ömrün ucalığını və təntənəsini nümayiĢ etdirdi. 
Elçibəy  özü  üçün,  doğmaları  üçün  yaĢamadı,  Vətən  üçün,  millət  üçün  yaĢadı,  bəĢər  övladı 
nəyə qadirdisə, nəyi etməyi bacarardısa onu elədi. 
Elçibəy Vətəni, milləti sevməyin, yurdun azadlığı uğrunda Ģəhid olmağın örnəyini qoyub getdi. 
Elçibəy heç kəsdən incimədi, onu aldadanları, yarıda qoyub qaçanları, xəyanət yolu tutanları, 
kürəyinə bıçaq saplayanları belə bağıĢladı və dostlarının, silahdaĢlarının günahlarını öz üzərinə 
almaqla hamıdan ucada durduğunu bir daha göstərdi. 
Elçibəyin ölümü onun taleyidi. Bu, dünyanın ən uca, ən heyrətamiz, ən gözəl, ən müqəddəs 
ölümüdü.  O,  Vətənin  bağrını  qanadan  ölümüylə  ölüm  xofunu  içimizdən  çıxardı,  ölümü 
doğmalaĢdırdı,  məhrəmləĢdirdi.  Elçibəy  ölümüylə  yuxu  və  xəyal  içərisində  olan  milləti 
silkələyib oyatdı, onu bugünü və gələcəyi barədə düĢüncələrə səfərbər etdi. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə