ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

olaraq  görəvləndirirəm.  Bu  vəsiqəni  qızıldan  bir  Ģərəf  medalı  olaraq  qəbul  et”,  -  dedi. 
Beləliklə, həyatda uĢaqlarıma qoyub gedəcəyim ən böyük Ģərəf vəsiqəsinin sahibi oldum. 
Bugünə  qədər  bu  vəsiqəni  Ģərəflə  daĢımıĢam.  Gərəkən  yerlərdə  iĢlətmiĢəm.  Səmimi  olaraq 
etiraf  etmək  istəyirəm  ki,  bu  vəsiqəni  göstərdiyim  hər  yerdə  etibar  gördü.  Etibar  görənsə 
vəsiqə  deyil,  onun  üzərində  yer  alan  Əbülfəz  Elçibəyin  imzasıydı.  Bu  təmsilçilik  bəlgəsiylə 
Amerikada  Senata,  Nümayəndələr  Palatasına,  Xarici  ĠĢlər  Nazirliyinə  və  müxtəlif  siyasi 
məqamlara Elçibəyi təmsil edərək getdim. 
Ankaraya  müalicə  olunmaq  üçün  gəldiyində  yanına  kimsəni  buraxmırdılar.  Ana  giriĢ 
qapısında, qatlarda və yatdığı qatda təhlükəsizlik əməkdaĢları və polislər vardı. Bu nöqtələrin 
hamısıdan Bəyin etibarlı imzasını daĢıyan bu təmsilçilik bəlgəsiylə keçdim. 
Böyük  Bəyin  Ankarada  yatdığı  günlərdən  biriydi.  BaĢbakanlıq  Ġdarəni  GəliĢdirmə  baĢkanı, 
ömürlük ülküdaĢım - Biləcikdə dövlət qurmuĢ yörüklərdən olan prof. Gürol Banger ilə önəmli 
bir  layihəni  təqdim  etmək  üçün  BaĢ  nazir  müstəĢarının  (birinci  müavininin  -red.)  yanına 
gedirdik. Normal olaraq, təhlükəsizlikdən keçməmiz gərəkirdi və keçdik. Ana qatdakı nəzarət 
məntəqəsinə  gəldiyimizdə  prof.  Banger  əlini  pencəyinin  yaylıq  cibinə  atdı  və  oradan  ay-
ulduzlu  görkəmli  BaĢbakanlıq  kimlik  kartını  çıxarıb  göstərdi.  Məsul  təhlükəsizlik  əməkdaĢı 
“buyurun  keçin,  əfəndim”  dedi.  Sıra  mənə  gəldi.  Prof.  Banger  məni  gözləyirdi.  Böyük  bir 
inamla mən də onun kimi əlimi pencəyimin yaylıq cibinə atdım və oradan eynən onun etdiyi 
kimi,  türk  mavisi,  üzərində  AXC  hərfləri  yazılmıĢ  Azərbaycan  Xalq  Cəbhəsinin  təmsilçilik 
bəlgəsini çıxardım və əməkdaĢa uzatdım. Açdı, baxdı, incələdi. Sonra bəlgəni sol əliylə mənə 
uzadarkən salama durdu və “buyurun keçin, əfəndim” dedi. Prof. Banger bu hərəkəti görüncə 
polisin yanına gəldi və “nələr olur, nədən salama durdun?” deyə soruĢdu. Polis çox sakit bir 
Ģəkildə  “o  bəlgədə  bulunan  Əbülfəz  Elçibəyin  imzasının  eĢqinə  salama  durdum,  əfəndim” 
dedi. 
MüstəĢarın otağına gedən koridorda prof. Bangerlə gedərkən savaĢ cəbhəsindən dönmüĢ bir 
qurtuluĢ  savaĢçısının  ədasıyla  -  baĢım  dik  və  yalnız  Elçibəy  kimi  irəliyə  baxaraq  yeridim. 
BaĢımı dik tutaraq yeriməyimə səbəb olan Ģeyin verdiyi zövqlə məst oldum. 
Bəy  çox  diriydi.  Diri  sözlüydü.  Qıvraqdı,  qıvraq  bir  zəkası  vardı.  Abdal  kimi,  baĢına  gün 
vurmuĢ  ərəb  kimi  miskin,  əzgin  yeriyən,  mızmızı,  hər  Ģeydən  Ģikayət  edən  insanlardan 
xoĢlanmazdı. O, problemlərdən deyil, problemlər ondan qorxardı. Sözünü əsirgəməz, anında 
oğuzcasına və aĢıqca söylərdi. Qeybət etməzdi. Buna təĢəbbüs edənləri susdurardı.  
Elçibəy  kimsəyə  qarĢı  kin  saxlamazdı.  Onun  yanlıĢlıqlarını,  yaxud  doğruluqlarını  araĢdırmaq 
mənə  düĢməz.  Amma  bildiyim  bir  Ģey  var  -  o,  dostuna  da  dost,  düĢmanına  da  dost  idi. 
Səbəbini  soruĢanda  “bəlkə  onu  bu  Ģəkildə  hərəkət  etməyə  zorlayan  zahiri  qüvvələr  və  ya 
səbəblər vardır” deyib keçərdi. 
Ayağından  tutub  dartanları  vecinə  almaz,  onlarla  ağız-ağıza  verməzdi.  “Bəy,  müdaxilə 
etsənizə, nədən çəkinirsiniz?” deyənlərə “ġair Sədi ilə quduz it” hekayəsini anladardı. 


Tarixi  həm  yaradır,  həm  də  yaĢardı.  Onun  xəmiri  xasdı  və  mənsub  olduğu  millətin 
torpağından  yoğrulmuĢdu.  Elinə,  dilinə,  belinə  sahib  çıxan  və  bunları  yaĢayan  bir  Türk 
Atasıydı. 
CümhurbaĢqanı  seçildikdən  sonra  Elçibəyi  Bakıda  iqamətgahında  ziyarət  etdik.  Türkiyədən 
gedən 100 adamlıq bir “dəlilər” qrupuydu. Kimlər yoxdu ki! Mustafa və Sevgi Kafalı xocalar, 
Turan Yazqan, Rıfat və Sevinc Çokum, rəhmətlik Nəjdət Səncərin yoldaĢı, Əsliyuca Ərdoğan 
və  Yağmur  Tunalı.  Hər  kəsimdən  təmsilçilər  vardı  qrupumuzda.  AxĢam  Etibar  Məmmədov 
bizim  qrupun  Ģərəfinə  bir  axĢam  yeməyi  verdi.  Elçibəy  yeməkdə  “masabəyi”  seçildi  və 
sırasıyla  söz  verirdi.  Sonra  mənə  döndü,  “indi  Qərib  Qafqazlını  dinləyəcəyik.  Bizə  ürək 
sözlərini söyləyəcək” dedi.  
Ürəyimdə  dağlar  qədər  söz  vardı.  Haradan  baĢlayım  deyə  düĢünürdüm.  Bilmirəm  hansı 
Ģeytan ağlımı aldı, qeyri-ixtiyari olaraq ağzımdan bunlar çıxdı: 
-Əfəndim,  qərbli  alimlər  Azərbaycanla  bağlı  yazdıqları  əsərlərdə  “Azərbaycan  ġərqin 
Fransasıdır,  aydın  və  qabaqcıl  fikirlər  bütün  ġərqdə  Azərbaycan  torpaqlarından 
qaynaqlanmıĢdır...”.  
Elçibəy cümləmin ardını gözləmədən sözümü kəsdi: 
-Orada  saxla...  Azərbaycanın  Qərbi  təqlid  etdiyini  kim  söyləməyə  cəsarət  edə  bilər? 
Azərbaycan  türkünün  gözəl  fikirlər  irəli  sürməyə  və  yaradıcı  olmağa  qüdrəti  yoxdurmu?  - 
dedi.  
Daha  sonra  bütün  dəvətlilərin  hüzurunda  mənə:  “Sənin  Qərib  Qafqazlı  adının  sonundakı 
Qafqazlı  qisimini  geri  aldım,  qal  indi  Qərib...  Ġstərsən  bundan  sonra  sənə  Qərib  Fransalı 
desinlər”,  -  deyərək  məni  ağzımı  açmağıma  peĢman  etdi.  Bəyin  bu  sözləri  sağlı-sollu 
ciyərlərimə  gedən  iki  top  gülləsi  kimi  nəfəsimi  kəsdi.  YavaĢca  yerimə  oturdum.  BoĢqabdakı 
yemək  mənə  yeddi baĢlı  əcdaha  kimi görünməyə baĢladı.  Özümü  zorladım,  yeyə  bilmədim. 
Loxmalarım ağzımda böyüdü, uda bilmədim. 
Bu  qədər  nüfuzlu  bir  türk  dünyası  aydınları  qrupu  qarĢısında  ürəyimdəki  sözümü  söyləmə 
haqqımı heç tanımadığım bir “Qərb”li elm adamının sözlərinin ucbatından itirmiĢdim. Ən acısı 
- bir ömür boyu Ģərəflə, etinayla, diqqətlə tozdan, ləkədən, çirkablardan qoruduğum, Qərib 
Qafqazlı  olaraq  bilinən  adamın  ən  xas  və  görkəmli  qismi  olan  “Qafqazlı”  tərəfini  itirmiĢdim. 
Dərdlərimlə  türk  ellərində  bir  “abdal”  kimi  gəzən  qəriblərdən  biri  olmuĢdum.  Nə  tərəfdən 
baxsanız  “pəriĢanlıq”,  “yalnızlıq”,  “itilmiĢlik”,  “qaxılmıĢlıq”,  “zəlillik”  və  “zəbunluq”  ərz  edən 
“Qərib” adıyla ortada yalqız qalmıĢdım. 
Aradan altı ay keçdi. Bəyin “yasaqlama”sıyla adımın yarısını itirmiĢdim. Dəngəm pozulmuĢdu. 
Yaza  bilmırdım.  Cıza  bilmirdim.  Dostlara  Amerikadan  telefon  edərkən  əskidən  olduğu  kimi 
“Mən Qərib Qafqazlı...” deyə bilmirdim. Zəng edərkən “Mən Əhməd Əli...” deməyə baĢladım. 
QarĢı tərəfdəki səsin “Kim?.. BağıĢlayınız, seçə bilmədim...” sözünü dostlarımdan eĢitməyim 
məni ağrıtmağa baĢlamıĢdı. Quyruğu dibindən kəsilmiĢ yarıĢ atına bənzəyirdim.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə