ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

Amerikada - Virciniyadakı evimizdə yoldaĢım MüĢərrəf, qızım Aybikə və oğlum Murad Xan ilə 
axĢam  yeməyindəydik.  Telefon  çaldı.  YoldaĢım  qaldırdı  və  mənə:  “Qərib,  telefon  sənədir. 
Kələkidən axtarırlar”, - dedi. Telefondakı Oqtay Qasımovdu. “Bəy sizinlə danıĢmaq istəyir”, - 
dedi.  Bəy  telefonda:  “Ġlk  öncə  adının  Qafqazlı  hissəsini  sənə  geri  qaytardığımı  bildirmək 
istəyirəm.  Ġkincisi,  sənə  fakslayacağım  məktubu  tərcümə  et  və  xarici  iĢlər  naziri  Olbrayta 
mənim adımdan çatdır”, - dedi.  
Bəyin  səsini  yenidən  eĢitmək  və  adımın  bütövünə  yenidən  qovuĢmağım  məni  hədsiz 
sevindirdi. 
Elçibəyin  gerçək  dostlarından  ona  zərər  gəlmədi.  Onun  mərhəmət  etdiyi  və  bağıĢladığı 
insanlardan zərər görməsi ağlasığmaz tarixi bir hadisə olaraq gələcək nəsillərə qalacaqdır. 
Elçibəyi arxadan vuranlar, öz çıxarları, dünyəvi ləzzətləri üçün gerçək mənada Azərbaycanın 
qədərini  və  gələcəyini  qətlə  yetirənlər  bu  gün  olmasa  belə  sabah  tarix  önündə  hesab 
verəcəklər.  Bunu  yetiĢməkdə  olan,  Elçibəy  fikirləriylə  silahlnmıĢ  gənc  Azərbaycan  alimləri 
dəlilləri  ilə  tapıb  ortaya  çıxaracaqlar.  “Mənə  bir  vəzifə  də  tapĢırmadı...  Mən  onun  ġəkidə 
yüksək səs top lamasına kömək etdim” deyən ucuz “milli qəhrəman”lar bu sözlərinin altında 
əbədiyyətə qədər acı və iztirab çəkəcəklər. 
Elçibəy,  hər  zaman  “içimizdən  xainlər  çıxmasa  düĢmən  bizə  qalib  gəlməz”  deyərdi.  Bəyə 
qarĢıdan  gələn  mərd  düĢmən  zərər  verə  bilmədi.  Ruslar  buna  bir  dəfə  təĢəbbüs  etdilər  və 
Elçibəy zamanında Azərbaycandan əbədi olaraq sökülüb atıldılar. 
Əgər  Tanrı  nəsib  etsəydi,  Türk  Dünyası  bir  Bayraq  altında  birləĢə  bilsəydi  və  Böyük  Turan 
Elini qurmuĢ olsaydı, demokratik yolla Turan xaqanını seçmək üçün sandıq baĢına gedilsəydi 
Elçibəy o sandıqdan Turan xaqanı olaraq çıxardı. 
O,  Elçibəydi.  Bəyimiz,  Böyük  Bəyimizdi.  Azərbaycanın  mütləq  bağımsızlığı  üçün  göndərilmiĢ 
bağımsızlıq elçisiydi. GƏLDĠ, XĠLAS ETDĠ VƏ GETDĠ. 
 
 
 
 
 
 
 
 


LALƏ ġÖVKƏT.
 
Milli ruhumuzun sahibi 
I. ELÇĠBƏY MƏNĠM ÜÇÜN KĠMDĠR? 
Mənim təbiətimə, ruhuma çox doğma bir insan. 
Elçibəy  ilə  1990-cı  ildən  yaxın  olmuĢam.  TanıĢlığım  isə  1988-ci  ildəndi.  Yaxınlıqla  tanıĢlığın 
fərqi  ondan  ibarətdir  ki,  düĢündüyümüzü  bir-birimizdən  ehtiyat  etmədən  açıq  müzakirə 
edirdik. 
Söhbətlərimiz bu 10 ildə çox olub... 
Bizim  söhbətlərimiz  adətən  nə  siyasi  strategiyadan,  nə  seçkilərdən,  nə  partiyalararası 
münasibətlərdən  gedib.  Əsasən  millətdən,  onun  dərdindən,  ağrısından,  ədalət  və 
ədalətsizlikdən, mənəviyyat və mənəviyyatsızlıqdan olub...  
Siyasətdə  bizim baxıĢlarımız  bəzən  fərqli olsa  da  bunu  müzakirə  etmirdik.  Ona  görə  ki,  bizi 
yaxınlaĢdıran,  bir-birimizə  doğma  edən  əsas  amil  var  idi  -  həyatımızın  mənası  olan 
Azərbaycanın və millətin mənafeyini hər Ģeydən üstün tutmaq.  
Elçibəy mənim üçün yeganə adam idi ki, biz onunla susaraq danıĢırdıq və bir-birimizi baxıĢla 
baĢa düĢürdük.  
Elçibəy böyük bir Ġnsan idi. Daxildə nə qədər mürəkkəb idisə zahirən o qədər sadə idi.  
Böyük vəzifə sahibi, böyük var-dövlət sahibi olmaq asandır.  
Böyük Ġnsan adına layiq olmaq müstəsna haldır.  
Nədir Böyük Ġnsan?  
Böyük məqsədi olan və ömrünü onun uğrunda qurban verən Ġnsan. Hər bir vasitəyə bəraət 
qazandırmayan,  yalnız  mənəviyyat  və  əxlaq  üzərində  qurulan  yolla  gedən,  ləyaqətini, 
əqidəsini,  məğrurluğunu  üstün  tutan.  Əyilməyən,  sınmayan,  mərdanə  yaĢamağı  və  ölməyi 
bacaran Ġnsan. Budur Böyük Ġnsan! 
Budur Böyük bəy! 
Budur Elçibəy!  
  
 
 
 


II. MƏNĠ HEYRƏTLƏNDĠRƏN CƏHƏTLƏR  
Elçibəydə köhnə kiĢilərimizə xas olan (onların çoxunu 37-ci ildə məhv etdilər) ağırlıq, daxildən 
gələn yüksək mədəniyyət var idi. O, yüksək ədəb, mərifət, qanacaq sahibi idi.  
Mən  bir  dəfə  də  olsun  Elçibəy  tərəfdən  yüngüllük,  yaxud  mədəniyyətsiz  bir  hərəkət 
görmədim.  Və  bu,  zahiri  görüntü  deyildi  -  bu,  onun  içindən  gələn  xüsusiyyətləri  ilə  tamlıq 
təĢkil edən davranıĢ tərzi idi.  
Hətta onun rəqs etməyi də özünəməxsus ağır bir tərzdə idi və ona görə də cazibəli idi.  
Bizim  bəzi  siyasilərimiz  demokratiyanı  sərbəstlik  kimi  qəbul  edirlər,  müasirliyi  isə  yüngüllük 
kimi. DanıĢıqlarına sərhəd qoymayaraq dillərinə azadlıq verirlər.  
ġərq  kiĢisinin  sərbəstliyi  çox  Ģit  görünür.  Olduğu  kimi  görünməyi,  göründüyü  kimi  olmağı 
bacarmırlar bəzi kiĢilərimiz. Elçibəy ġərq kiĢilərindən idi. Olduğu kimi də görünürdü.  
Elçibəy heç vaxt özündən danıĢmaz, “mən” sözünü, demək olar ki, iĢlətməzdi.  
Amerikalıların bir məsəli var: “Özündən danıĢan insan yalnız özünü düĢünür. Özünü düĢünən 
insan isə mədəniyyətli ola bilməz”.  
Elçibəy heç vaxt özünü düĢünmürdü, nə 60-70-ci illərdə müstəqillik mücadiləsinə çıxanda, nə 
1992-ci ildə prezident olanda, nə xəstələnəndə, nə də dünyasını dəyiĢəndə... 
Mənim  onunla  axırıncı  telefon  danıĢığım  vəfatına  10  gün  qalmıĢ  oldu.  Dedim:  “Bəy, 
səhhətinizdən narahatam”. Cavabı bu oldu: “Mənim səhhətimdən narahat olmayın; bu, kiçik 
məsələdir. Bizlər gəlib-gedəsiyik. Məmləkətin, millətin dərdini çəkin. Əsası odur”. Bu, mənim 
Bəyin özündən eĢitdiyim son sözlər idi.  
Bundan sonra mənim onunla əlaqəm yaxını Əli Mürsəloğlunun vasitəsilə son günədək davam 
etdi. 
Elçibəy həmiĢə mənəviyyatı siyasətdən üstün tuturdu.  
Mənəviyyatsız  siyasət  abırsız  millət  tərbiyə  edər.  Bu  isə  fəlakətdir.  Bəy  bunu  incəliklə  dərk 
edirdi.  
  
 
 
 
 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə