LALƏ ġÖVKƏT.
Milli
ruhumuzun sahibi
I. ELÇĠBƏY MƏNĠM ÜÇÜN KĠMDĠR?
Mənim təbiətimə, ruhuma çox doğma bir insan.
Elçibəy ilə 1990-cı ildən yaxın olmuĢam. TanıĢlığım isə 1988-ci ildəndi. Yaxınlıqla tanıĢlığın
fərqi ondan ibarətdir ki, düĢündüyümüzü bir-birimizdən ehtiyat etmədən açıq müzakirə
edirdik.
Söhbətlərimiz bu 10 ildə çox olub...
Bizim söhbətlərimiz adətən nə siyasi strategiyadan, nə seçkilərdən, nə partiyalararası
münasibətlərdən gedib. Əsasən millətdən, onun dərdindən, ağrısından, ədalət və
ədalətsizlikdən, mənəviyyat və mənəviyyatsızlıqdan olub...
Siyasətdə bizim baxıĢlarımız bəzən fərqli olsa da bunu müzakirə etmirdik. Ona görə ki, bizi
yaxınlaĢdıran, bir-birimizə doğma edən əsas amil var idi - həyatımızın mənası olan
Azərbaycanın və millətin mənafeyini hər Ģeydən üstün tutmaq.
Elçibəy mənim üçün yeganə adam idi ki, biz onunla susaraq danıĢırdıq və bir-birimizi baxıĢla
baĢa düĢürdük.
Elçibəy böyük bir Ġnsan idi. Daxildə nə qədər mürəkkəb idisə zahirən o qədər sadə idi.
Böyük vəzifə sahibi, böyük var-dövlət sahibi olmaq asandır.
Böyük Ġnsan adına layiq olmaq müstəsna haldır.
Nədir Böyük Ġnsan?
Böyük məqsədi olan və ömrünü onun uğrunda qurban verən Ġnsan. Hər bir vasitəyə bəraət
qazandırmayan, yalnız mənəviyyat və əxlaq üzərində qurulan yolla gedən, ləyaqətini,
əqidəsini, məğrurluğunu üstün tutan. Əyilməyən, sınmayan, mərdanə yaĢamağı və ölməyi
bacaran Ġnsan. Budur Böyük Ġnsan!
Budur Böyük bəy!
Budur Elçibəy!
II. MƏNĠ HEYRƏTLƏNDĠRƏN CƏHƏTLƏR
Elçibəydə köhnə kiĢilərimizə xas olan (onların çoxunu 37-ci ildə məhv etdilər) ağırlıq,
daxildən
gələn yüksək mədəniyyət var idi. O, yüksək ədəb, mərifət, qanacaq sahibi idi.
Mən bir dəfə də olsun Elçibəy tərəfdən yüngüllük, yaxud mədəniyyətsiz bir hərəkət
görmədim. Və bu, zahiri görüntü deyildi - bu, onun içindən gələn xüsusiyyətləri ilə tamlıq
təĢkil edən davranıĢ tərzi idi.
Hətta onun rəqs etməyi də özünəməxsus ağır bir tərzdə idi və ona görə də cazibəli idi.
Bizim bəzi siyasilərimiz demokratiyanı sərbəstlik kimi qəbul edirlər, müasirliyi isə yüngüllük
kimi. DanıĢıqlarına sərhəd qoymayaraq dillərinə azadlıq verirlər.
ġərq kiĢisinin sərbəstliyi çox Ģit görünür. Olduğu kimi görünməyi, göründüyü kimi olmağı
bacarmırlar bəzi kiĢilərimiz. Elçibəy ġərq kiĢilərindən idi. Olduğu kimi də görünürdü.
Elçibəy heç vaxt özündən danıĢmaz, “mən” sözünü, demək olar ki, iĢlətməzdi.
Amerikalıların bir məsəli var: “Özündən danıĢan insan yalnız özünü düĢünür. Özünü düĢünən
insan isə mədəniyyətli ola bilməz”.
Elçibəy heç vaxt özünü düĢünmürdü, nə 60-70-ci illərdə müstəqillik mücadiləsinə çıxanda, nə
1992-ci
ildə prezident olanda, nə xəstələnəndə, nə də dünyasını dəyiĢəndə...
Mənim onunla axırıncı telefon danıĢığım vəfatına 10 gün qalmıĢ oldu. Dedim: “Bəy,
səhhətinizdən narahatam”. Cavabı bu oldu: “Mənim səhhətimdən narahat olmayın; bu, kiçik
məsələdir. Bizlər gəlib-gedəsiyik. Məmləkətin, millətin dərdini çəkin. Əsası odur”. Bu, mənim
Bəyin özündən eĢitdiyim son sözlər idi.
Bundan sonra mənim onunla əlaqəm yaxını Əli Mürsəloğlunun vasitəsilə son günədək davam
etdi.
Elçibəy həmiĢə mənəviyyatı siyasətdən üstün tuturdu.
Mənəviyyatsız siyasət abırsız millət tərbiyə edər. Bu isə fəlakətdir. Bəy bunu incəliklə dərk
edirdi.