ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

        Yurd yerində binəmiz
  
        Yox olub çadır-çadır.
  
        Yəqin mənim göz yaĢım
  
        Axıb yeri fırladır.
  
   
        Nə qəribə adamdı - 
 
        Deyirəm, külək əsir,
  
        Yaxın dur bu ocağa,
  
        Gəl qoruyaq bu odu.
  
        Pıçıldayır astadan:
  
        -Bu əsən külək deyil,
  
        Yurd boyunca dolaĢan
  
        Xətayinin ruhudur.
  
        Bu adam nə qəribə,
  
        Nə qəribə adamdı.
  
   
        Nə qəribə adamdı;
  
        Dərdinə bax, ay Allah, - 
 
        Niyə, niyə babası
  
        Astiyaq min il əvvəl
  
        Vaxtında öldürməyib
  
        Xəyanətkar Harpağı?..
  
        Dərdinə bax, ay Allah, -
  
        Hansı uzaq dağdasa
  
        Susuzluqdan saralıb
  
        Cır armudun yarpağı...
  
        Nə qəribə adamdı - 
 
        Dərdinə bax, ay Allah!
  
   
        Nə qəribə adamdı - 
 
        Dedim: - Sənin bəd günün?
  
        Dedi: - O gün ki özüm
  
        Özümə tələ quran.
  
        - Gülsüz qalan Gülüstan,
  
        Sivas, ġuĢa, Çaldıran. 
 
        Birmi, üçmü, ya beĢmi?
  
        Dedim: - QardaĢ, neyləyək,
  
        Bizimki bunsuz keçmir.
  
        Dedim: - Sənin oxĢarın?
  
        -Bir ləçəkdim nə vaxtsa
  
        Solmayan bir çiçəkdə.
  
        Dedim: - Ən gözəl günün?
  
        Dedi ki, gələcəkdə.
  
   
        Bu adam nə qəribə,
  


        Nə qəribə adamdı.
  
        Dedim: - Arzun, istəyin?!
  
        Bir ah çəkdi dərindən:
  
        -Təzə-təzə doğulan
  
        Qurd ağızlı körpələr
  
        Görək nə vaxt bu yurdu
  
        Tanrı kimi görk elər?!
  
        Bu adam nə qəribə, 
 
        Nə qəribə adamdı!
  
   
        Nə qəribə adamdı - 
 
        Bu adamın sevinci, 
 
        Bu adamın dərdi də
  
        Tamam özgə biçimdə.
  
        Bu, qəribə adamdı;
  
        Mənə elə gəlir ki,
  
        Bu adam ölən günü
  
        Özü qazıb qəbrini,
  
        Basdıracaq özünü
  
        Ürəyinin içində.
  
Əbədiyyət  və  sonsuzluq  deyilən  bir  Ģey  var.  Elçibəy  əbədiyyət  və  sonsuzluqdan  daha  çox 
sonrasızlığın adamıdı.  
Bəy!  Bir  də  bu  Ģəhərdə  darıxanda  -  hər  Ģeydən  əlim  üzüləndə  telefonu  qaldırıb  “Bəy, 
darıxıram” deməyə bir kimsə olmayacaq. Çünki, Bəy: 
        Söz qələmin baxtı deyil,
  
        Demək tale taxtı deyil.
  
        Vallah, ölmək vaxtı deyil -
  
        Mən bilirəm, ölüm bilmir.
 
 
 
 
 
 
 
 


SALEH MƏMMƏDOV. Ġqtisadi nəzəriyyələri özü kəĢf edirdi 
Ġnsanlar  tarixi  yaradanlara  və  yaĢayanlara  bölünür.  Tarixi  yaradanlar  vahidlərdir,  təklərdir, 
onu  yaĢayanlar  isə  milyardlardır.  Əbülfəz  Elçibəy  böyük  türk  tarixini  yaradan  Atilla,  Dədə 
Qorqud,  Bilgə  xaqan,  Əmir  Teymur,  ġah  Ġsmayıl,  Mövlana  Cəlaləddin,  Məmmədəmin 
Rəsulzadə, Atatürk, Alparslan TürkeĢ kimi Ģəxsiyyətlərin arasındadır.  
Dahilərin əksəri ya yazmıĢ, ya da ideyalar həyata keçirmiĢdir. Əbülfəz Elçibəysə həm böyük 
ideyaların istehsalçısı, həm də onları reallaĢdıra bilən, nəzəriyyə və təcrübəni birləĢdirə bilən 
bir  liderdir.  O,  böyük  planlarını  həm  də  ən  incə  insanlığa  məxsus  dərin  humanistliyini 
saxlamaqla həyata keçirə bilmiĢdir.  
Dövlət özü-özlüyündə bir əzmə alətidir. Kimi əzməsi baĢqa söhbətdir. Dövlətin baĢında durub 
millətin  heç  olmazsa  bir  qismini  əzmədən  idarə  etmək  çox  ağır  məsələdir.  Qəddarlığı  əldə 
silaha  çevirərək  humanizmin  sərhədlərini  aĢdıqdan  sonra  milləti  idarə  etmək  çox  asandır  - 
yetər ki, öz qəlbində insanlara rəhm duyğusunu öldürə biləsən. Ancaq bu qədər böyük ürəkli 
bir insanın - Elçibəyin ölkənin prezidenti olduğu dövrdə kimisə əzməsini heç kəs xəyalına da 
gətirə bilməz. Böyük və universal humanizmi dövlət idarəçiliyi ilə uzlaĢdırmağa yalnız Əbülfəz 
bəy nail ola bilmiĢdir.  
Görkəmli  Ģəxsiyyətlər  tarixdə  öz  əsərləri  ilə  əbədiləĢirlər.  Əbülfəz  bəyin  tarixi  abidə  kimi 
yaddaĢlarda  qala  biləcək  əsərləri  çoxdur.  Onlardan  biri  20-ci  əsrin  sonunda  Azərbaycan 
xalqına  azadlıq  və  müstəqillik  ideyalarını  dadızdırması  olmuĢdur.  Onun  öz  öyrətdiyi  kimi, 
qeyd-Ģərtsiz  azad  və  müstəqil  olmayan  millət  iflasa  məhkumdur.  Elçibəy  nəinki  müstəqillik 
ideyalarını  xalqa  çatdıra  bildi,  hətta  bir  müddət  onu  bu  millətə  bəxĢ  elədi,  özü  də,  elə  bir 
sistemlə  ki,  o  sistemi  artıq  heç  kim  geri  döndərə  bilməyəcək.  Azərbaycan  milləti  əbədi  və 
gerialınmaz müstəqilliyini qazandı. 
Əbülfəz Elçibəy humanistliyi ilə yanaĢı, bəĢəri bir Ģəxsiyyət olmuĢdur. O artıq bir Azərbaycan 
türkü olmaqdan çıxmıĢ, bütün türk dünyasının böyük dahisinə çevrilmiĢ, 21-ci əsr türkçülük 
nəzəriyyəsinin  yeni  meyllərinin  əsasını  qoymuĢdur.  O,  “bəĢəriyyətə  sülh  və  əmin-amanlıq, 
bütün  millətlərə  azadlıq  və  hürriyyət!”  Ģüarı  ilə  yaĢayan  bir  Ģəxsiyyət  idi.  Onun  bir  ifadəsi 
türkçülüyün  tarixi  bir  düĢüncəsini  yenidən  təsdiqləmiĢdir:  “Bizim  düĢmənlərimiz  insanlığa 
düĢmən olanlardır”.  
Elçibəyin  ən  böyük  xidmətlərindən  biri  də  bu  illərdə  əksəriyyətinin  mənəviyyatı  pozulmuĢ 
Azərbaycan  cəmiyyətinə  dövlət  rəhbəri  olaraq  təmiz  və  saf  qalmağın,  rüĢvətsiz  yaĢamaq 
imkanının  mümkünlüyünü  sübut  etməsi,  milləti  sanki  ayıltması,  millətin  düĢdüyü  çirkabın 
təmizlənməsinin  mümkün  olduğuna  adamları  inandırması,  xalqda  öz  gücünə  əminlk 
yaratmasıdır. Qısa  zaman  içində  də  olsa  o,  millətə  öz  sərvətlərinə  tam  yiyə  durmaq  imkanı 
yaratdı və bu sərvətlər üzərində xalqımızın yaxĢı yaĢamaq hüququnun olduğunu da göstərdi.  
Əbülfəz bəy iqtisadçı deyildi, ancaq iqtisadi nəzəriyyələrin əksəriyyətini onları oxumadan dərk 
edirdi. Biz iqtisadçılara böyük kəĢflər kimi görünən bu nəzəriyyələri onun özü hər dəfə kəĢf 
edirdi.  “Milli  iqtisadiyyatın  inkiĢafının,  istiqlalımızın  əsasında  iqtisadi  müstəqillik  durur”, 
“millətin  azad  olması  üçün  fərdlər  azad  olmalıdır”,  “hər  kəsin  iqtisadi  azadlığı,  iqtisadi 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə