ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Teatrının  tikintisinin  baĢa  çatdırılması  üçün  tələb  olunan  məbləğdə  əlavə  pul  vəsaiti  ayrıldı. 
Ədəbiyyat,  musiqi,  rəssamlıq,  folklor,  kino  və  teatrın  azad  inkiĢafına  Ģərait  yaradıldı.  Keçid 
dövründə  mədəniyyət  və  incəsənət  sahələrində  yaranmıĢ  çətinlikləri  aradan  qaldırmaq 
məqsədi güdən tədbirlər haqqında prezident sərəncamı imzalandı. 
Tarixi  abidə  və  əsərlərin  qorunması  və  bərpasına  qayğı  göstərildi.  Bu  məqsədlə  yaradılmıĢ 
Dövlət komitəsi xeyli iĢlər görməyə baĢladı. 
Təhsil,  elm,  səhiyyə  və  mədəniyyət  sahəsində  çalıĢan  kadrlara  dövlət  qayğısı  və  himayəsi 
gücləndirildi.  Əmək  haqlarının  artırılması,  xarici  ölkələrdə  iĢləyən  azərbaycanlı  kadrların 
Vətənə  dəvət  edilməsi,  onların  iĢlə  təmin  edilməsi,  layiqli  xadimlərə  fəxri  adların  verilməsi, 
yubileylərin keçirilməsi... bu qəbildən olan iĢlərdəndir. 
Mədəni  irsimizin  əxlaq  ünsürlərindən  biri  kimi  islamın  mənəvi  və  mədəni  dəyərlərinin 
öyrənilməsi və təbliğinə xüsusi fikir verildi. Dini etiqad azadlığı haqqında qanun qəbul edildi 
(20.VIII.1992).  Həmin  qanun  ölkədə  fəaliyyət  göstərən  dini  icma  və  birliklərin  hüquqlarının 
təsbit  edilməsi  və  qorunması  baxımından  çox  ciddi  sənəd  idi.  Bakı  Dövlət  Universitetinin 
nəzdində  Ġlahiyyat  fakültəsi  açıldı.  Ġslam  Universiteti  binasının  tikintisinin  baĢa  çatdırılması 
üçün,  Bakdakı  pravoslav  kilsəsinin,  Avropa  və  dağ  yəhudilərinin  sinaqoqlarının  ehtiyacları 
üçün Prezident Fondundan böyük məbləğdə pul vəsaiti ayrıldı. Ġslam Universiteti tələbələrinə 
dövlət hesabına təqaüd verilməyə baĢlandı. Dini savadsızlığı aradan qaldırmaq üçün Türkiyə 
Diyanət Vəqfinin yardımı və vəsaiti hesabına bir neçə imam-xətib məktəbləri yaradıldı. 
Bu sadalanan faktlar görülən iĢlərin hamısı yox, müəyyən hissəsidir. Humanitar sahənin bu və 
ya baĢqa sahəsinə baĢçılıq edən həmkarlarımız, təbii ki, daha geniĢ və konkret məlumat verə 
bilərlər.  Ancaq  elə  bu  sadaladıqlarımı  da,  fikrimizcə,  belə  söyləməyə  əsas  verir  ki,  çox  qısa 
zaman kəsiyində arzuladığımız bütün iĢləri görə bilməsək də xeyli yeniliklər etdik. Sübut edə 
bildik ki, Azərbaycan insanı bəĢəri və milli dəyərlərə yiyələnmək iqtidarındadır, yeni cəmiyyət 
qura bilər, azadlığını qoruya bilər. 
Sonda bunu xüsusi qeyd etmək istəyirəm ki, bu görülmüĢ iĢlərin böyük əksərinin təĢəbbüskarı 
Ģəxsən prezident Əbülfəz Elçibəyin özü olmuĢ və onların həyata keçirilməsinə hər cür qayğı, 
maddi və mənəvi yardım göstərmiĢdir. 
 
 
 
 
 
 


RƏSUL QULUYEV.
 
Azərbaycan siyasətinin qeyrət simvolu 
Əbülfəz Elçibəy haqqında keçmiĢ zamanda danıĢmaq mənim üçün ağırdır. Mən onun cismani 
yoxluğuna heç cür inanmaq istəmirəm. Amma təəssüf ki, biz bu acı həqiqətlə barıĢmalıyıq: XX 
əsrin  Azərbaycan  tarixinə  bəxĢ  etdiyi  ən  böyük  simalardan  biri  artıq  həyatda  yoxdur. 
Vəfatından  bir  neçə  ay  əvvəl  onunla  Amerikadakı  görüĢümüz,  Azərbaycan  xalqının  gələcəyi 
barədəki geniĢ söhbətimiz indi mənim üçün müəyyən mənada bir təsəllidir.  
Əbülfəz  Elçibəylə  yaxından  tanıĢlığım  Azərbaycanda  Milli  Azadlıq  Hərəkatının  ilk  dövrlərinə 
təsadüf edib. Bü böyük Ģəxsiyyətlə dostluq əlaqələrimiz isə 1990-cı ildən baĢlayıb. Elçibəy öz 
mövqeyi olan və baĢqalarının fikrinə hörmətlə yanaĢan çox təmkinli, ağıllı bir siyasi lider idi. 
Ona  Ģəxsi intiqam,  kin-küdurət,  qisasçılıq  kimi hisslər tamamilə  yad  idi. Azərbaycanın  siyasi 
həyatına  gətirdiyi  “əxlaqlı  siyasət”  anlayıĢı  ilə  Əbülfəz  Elçibəy  düzlük,  təmizlik,  xeyirxahlıq, 
qeyrət simvolu kimi tanınmıĢ, vicdanlı siyasətçi imici qazanmıĢdır. Əbülfəz bəyi baĢqalarından 
fərqləndirən  cəhətlərdən  biri  də  onun  qeyri-standart  və  bəzən  çoxlarına  qəribə  görünən 
düĢüncə tərzi idi. 
Əbülfəz  Elçibəy  Azərbaycanda  demokratik  hərəkatın  yaradıcısı  və  lideridir.Əbülfəz  bəy 
Azərbaycanın  azadlığı  və  istiqlalı  uğrunda  mübarizədə  hər  zaman  canını  qurban  verməyə 
hazır olan əsl millət fədaisi idi. 
Əbülfəz Elçibəy bütün türk dünyasında tanınan, adı hörmət və ehtiramla çəkilən Ģəxsiyyətdir.  
Birillik prezidentliyi dövründə Azərbaycanda türk dilinin dövlət dili elan edilməsi, 1918-1920-ci 
illərdə  mövcud  olmuĢ  ilk  demokratik  dövlətimizin  atributlarınının  bərpası,  əlifbamızda  latın 
qrafikasının tətbiqi məhz Elçibəyin iradəsi və əzmi ilə mümkün olmuĢdur. 
Elçibəyin vəfatı çox böyük itkidir. Xalqımız onu öz canından artıq sevən qeyrətli, mərd oğlunu 
namərd adamların iftira, böhtan və Ģərlərindən qoruya bilmədi. 
Vaxtsız ölüm Əbülfəz bəyə xalqımızın xoĢ gününü, Azərbaycanın bütövlüyünü görməyə imkan 
vermədi.  Namərdlərlə,  Ģarlatanlarla,  öz  çirkin  məqsədlərini  xalqın  maraqlandıran  üstün 
tutanlarla  güzəĢtsiz  mübarizədə  Ģam  kimi  yanaraq  əbədi  məĢələ  dönmək  nümunəsi  qoyub 
getdi bu dünyadan Elçibəy! 
Öz  həyatı,  fəaliyyəti  ilə  xalqa,  vətənə  təmənnasız  və  fədakar  xidmətin  nümunəsini  göstərdi 
Elçibəy! 
Azərbaycan  xalqının  özünə  inamını  qaytardı,  cəmiyyətə  demokratiyanın  fundamental 
nəzəriyyəsi və praktik əhəmiyyəti barədə gözəl fikirlər, ideyalar bəxĢ etdi Elçibəy! 
Amalı  millətə  xidmət  olan,  bundan  böyük  vəzifə  tanımayan  əqidə,  ideya,  siyasət  məktəbi 
yaratdı Elçibəy!.Elçibəy adı, Elçibəy Ģəxsiyyəti Azərbaycan tarixinə əbədi həkk olundu! 
Nyu-York, 26.08.2000 


RÜSTƏM BEHRUDĠ. Mən bilirəm, ölüm bilmir 
Xəyalımdan  min  illərin  o  baĢında  Tanrı  dağlarında,  Ötükəndə  dünyanı  tutacaq  bir  göytürk 
çadırına ölüm sükutu çöküb. Türk soyu Oğuzumu, Metenimi, Atillanımı, Bilgə xaqanımı itirib 
yoxsa?  Ortada  bütün  çadırı  tutacaq  bir  cənazə...  Oğuzun  belə  üstündə  yas  tutacağı  bir 
cənazə...  Bu,  yas  məclisi  deyil.  Əbədiyyətə,  sonsuzluğa  və  sonrasızlığa  çevrilmiĢ  bir  türkün 
ehtiĢamı önündə türk soyunun vida mərasimidir. 
Bu vida mərasimi bu il 4200 il yaĢı tamam olacaq ilk türk dövlətinin minilliyinin sonunda türk 
dünyasına verdiyi ən böyük övladının vida mərasimidir.  
Minilliyin sonuncu yüzillərinin zülmətinə mavi iĢıq tək enmiĢ adam öldü.  
Xirqəsiz, kəĢkülsüz, əbasız, “yahu”suz dərviĢ bizi buraxıb getdi. DüĢmənlərinin sevdiyi adam, 
ölən anında belə düĢmənlərinə sevgini miras qoyaraq dünyanı tərk elədi.  
QıĢda  çiçək  açan,  avqustda  üstünə  qar  yağan,  olumla  ölümün,  olmamaqla  olmağın  fərqinə 
varmadan bizi əbədiyyət yolçusu olmağa çağıran kiĢi öldü. 
Prezidentliyi dövründə qəzetlərin hansındasa “bu Ģəhərdə qalmaq üçün salam verməyə, çıxıb 
getmək  üçün  vidalaĢmağa kimsə  yox”  sözlərimi oxuyub məni yanına  dəvət  eləmiĢdi.  Sevda 
yolçuluğundan, ədəbiyyatdan, Ģerdən uzun-uzadı danıĢdıq. “Bizim hökumətdə iĢləmək istəyin 
varmı?” deyə soruĢdu. Dedim ki, Bəy, bilirsən ki, mən söz adamıyam. Hansı vəzifədə iĢləsəm 
sizi yarıtmayacağam. YaxĢı olar ki, bir yüz dollar verəsən, sənin hesabına dostlarla bir məclis 
qurum.  
Gözləri gülürdü - vəzifədən imtina eləyib onu yüz dollara dəyiĢməyim Bəyə ləzzət eləmiĢdi.  
Prezident Aparatında saat yarımdan sonra kimlərdənsə yüz dollar tapıldı.  
Yola  salanda:  “Sən  ilk  adamsan,  dostsan  ki,  vəzifədən  imtina  elədin.  Get  Ģerini  yaz.  Sənin 
“ġaman duaları”n istənilən nazir postundan yuxarıdadır”, - dedi. 
Mənim sevdiyim Elçibəy qəribə adamdı, çox qəribə. 
        Bu, qəribə adamdı - 
 
        OxĢarı yox kimə;
  
        Əli, saçı, gözləri.
  
        Dil açıb danıĢanda,
  
        Dilində çiçək açan
  
        Dəli-dəli sözləri - 
 
        Nə qəribə adamdı.
  
   
        Nə qəribə adamdı - 
 
        Deyirəm, yer fırlanır.
  
        Pıçıldayır astadan:
  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə