ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

Bəs ayrı-ayrı sahələr üzrə nələr edildi? 
Təhsil  sahəsindən  baĢlayaq.  Bu  sahədəki  fəaliyyətin  əsasında  millətin  və  cəmiyyətin 
inkiĢafının fərdin əqli-intellektual və mədəni-mənəvi dəyərlərə yiyələnməsindən asılılıq prinsipi 
dayanır. Biz çalıĢırdıq ki, təhsil sistemi azad olsun, o, sağlam düĢüncəli və müstəqil fəaliyyət 
üçün  lazımi  bilik  və  bacarıq  əldə  etmiĢ  vətəndaĢ  yetiĢdirsin.  Bunun  yeganə  yolu  istər  orta, 
istərsə  də  ali  təhsil  sitemini  dəyiĢən  dövrün  tələblərinə  uyğun  olaraq  dünya  standartlarına 
uyğunlaĢdırmaqdır. Bu iĢ bir neçə istiqamətdə aparılırdı: 1) mövcud məktəblərin fəaliyyətinin 
yenidən  qurulması;  2)  yeni  tipli  təhsil  müəssisələrinin  (litsey,  kollec,  gimnaziya  tipli) 
yaradılması; 3) xarici dövlətlərin təcrübəsinin tətbiqi. Bu baxımdan Türkiyənin mütəxəssisləri 
və vəsaiti hesabına “Qafqaz” Universitetinin, Bakıda Anadolu və Atatürk türk litseylərinin və 
bir sıra rayonlarda onların filiallarının yaradılmasını qeyd etmək istərdim.  
Biz onu da nəzərə alırdıq ki, Azərbaycan vətəndaĢı haqlarının nədən ibarət olduğunu bilməli, 
mənsub  olduğu  xalqın  tarixinə,  dilinə,  ədəbiyyatına  bələd  olmalı,  onlara  sahiblik  Ģüuruna 
yiyələnməlidir. Bu baxımdan humanitar elmlərin  tədrisinin milli konsepsiyasının hazırlanması 
məqsədi  ilə  mütəxəssislərin  geniĢ  təmsil  olunduğu  bir  neçə  müĢavirənin  keçirilməsini  qeyd 
etmək  istərdim.  Bunun  davamı  kimi  istər  orta,  istərsə  də  ali  məktəblərdə  tədris  olunan 
humanitar  fənlərin  proqramlarının  hazırlanması  ciddi  hadisədir.  Xüsusilə  Azərbaycan  tarixi, 
ədəbiyyatı,  türk  dili  və  coğrafiya  üzrə  proqramların  tamamilə  yenidən  hazırlanmasını  qeyd 
etmək istərdim. 
Yeri gəlmiĢkən, dilimizin tarixi “türk” adının bərpası bizim milli özünüdərkin göstəricisi idi. 
Orta məktəblər üçün çox qısa vaxtda hazırlanmıĢ 7 tamamilə yeni proqrama uyğun yeni dərs 
kitabları (onların ümumi sayı 80-dən artıqdır) görünməmiĢ sürətlə yazdırıldı və tezliklə onların 
nəĢrinə baĢlanıldı. Bu iĢ prezident Elçibəyin Ģəxsi nəzarətində idi və məhz onun vaxtlı-vaxtıda 
vəsait ayırması nəticəsində gerçəkləĢdirilə bildi. 
Yeni  cəmiyyət  quruculuğu  üçün  kadrlar  hazırlanmasının  bir  yolu  da  xarici  ölkələrə  tələbə 
göndərilməsidir.  Bizim  dövrümüzdə  təkcə  Türkiyəyə  2500  gənc  oxumuğa  göndərildi  ki, 
onların bütün məsrəflərini Türkiyə dövləti ödəyirdi. Türkiyəyə oxumağa göndərilən gənclərin 
seçilməsi  üçün  imtahan  ilk  dəfə  olaraq  test  üsulu  ilə  aparıldı.  Bu,  bizim  fəaliyyətimizdə  ilk 
təcrübə idi. Ədalət naminə, bu təcrübədən üzüağ çıxa bildik. Bunun da nəticəsi o oldu ki, öz 
ali  və  orta  ixtisas  məktəblərimizdə  də  qəbul  imtahanlarının  test  üsulu  ilə  aparılmasını  qəti 
qərarlaĢdırdıq.  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  yaradıldı.  Böyük  çətinliklərlə  də  olsa 
(bu çətinliklər lazımi texnikanın və təcrübənin yoxluğu ilə bağlı idi) iĢin öhdəsindən layiqincə 
gələ bildik.  
Ġlk  dəfə  olaraq  bilikli  gənclərimiz  ali  və  orta  ixtisas  məktəblərinə  seçdikləri  ixtisaslara 
yiyələnmək  haqqını  gerçəkləĢdirdilər.  Çoxları  bu  tədbiri  təhsil  sistemində  rüĢvətin  qarĢısını 
alan  bir  hadisə  kimi  qiymətləndirir.  Bu,  doğrudur,  ancaq  əsas  deyildir.  Əsas  odur  ki, 
Azərbaycanın son tarixində onun vətəndaĢı öz gücünə inandı. Ġnandı ki, insan məhz öz gücü 
sayəsində  gücü  çatdığını  əldə  edə  bilər!  Ġlk  dəfə  olaraq  Azərbaycan  gənci  həyata  kriminal 
qapıdan  yox,  haqq-ədalət  qapısından  qədəm  qoydu.  Ali  məktəblərin  qapıları  bilikli 
gənclərimizin üzünə açıldı. Bir ali məktəb müəllimi kimi bu gün də təsdiq edə bilərəm ki, son 


illərdə  qəbulda  mənfi  hallar  xeyli  artsa  da  bilikli  övladlarımızın  təhsil  alması  davam 
etməkdədir. 
Bununla  bərabər,  ali  və  orta  ixtisas  məktəblərinə  tələbə  qəbulu  kəmiyyətcə  tənzim  edildi. 
Ehtiyac  olmadan  ayrı-ayrı  ixtisaslar  üzrə  qəbulun  miqdarının  Ģübhəli  məqsədlərə  görə 
artırılmasına və qondarma ixtisaslar üzrə qəbula son qoyuldu. Ġmtahanlar zamanı o da məlum 
oldu  ki,  orta  məktəb  məzunlarının  bilik  səviyyəsi  xeyli  aĢağıdır.  Ġmtahanda  lazımi  miqdarda 
bal toplayanların sayı qəbul planından xeyli az oldu. Bu, o deməkdi ki, illər boyu ĢiĢirdilmiĢ 
qəbul planı savadsız məzunlar hesabına yerinə yetirilirmiĢ. 
Təhsil  sistemində  fəaliyyətimizin  əsas  istiqamətlərindən  birisi  də  Bakı  ilə  yanaĢı  digər 
Ģəhərlərdə də ali təhsil mərkəzlərinin yaradılması idi. Məqsədimiz Bakının yükünü azaltmaq və 
onun  elmi-texniki  yardımı  hesabına  Azərbaycanın  müxtəlif  zonalarında  da  yeni  ali  təhsil 
ocaqlarının yaradılması idi. Lənkəranda universitet təsis olundu. Birinci mərhələdə Qubada və 
Qazaxda universitetlər açılması planlaĢdırıldı, ikinci mərhələdə isə ġəki-Mingəçevirdə, ġamaxı-
Göyçayda, ġuĢa-Qarabağda uni versitetlər açılması nəzərdə tutulurdu. 
Təhsil  sahəsində  ən  mühüm  hadisə  isə  7  oktyabr  1992-ci  ildə  “Təhsil  haqqında  qanun”un 
qəbul edilməsi oldu. 
Azərbaycanda  elmi  fəaliyyətin  təĢkili,  heç  Ģübhəsiz  ki,  mövcüd  dünya  təcrübəsinə 
əsaslanmalıdır. Bu iĢ çox zəhmət və iradə, həm də zaman tələb edir. Elmlər Akademiyasının 
bu  Ģəkildə qalması,  təbii  ki,  mümkün  deyil,  ən  azı  ona  görə  ki,  bu  müəssisənin  səmərəli  iĢ 
əmsalı  orada  (xüsusilə  humanitar  elmlər  sahəsində)  çalıĢanların  sayı  ilə  müqayisədə  elə  də 
yuxarı deyil. Məsələn, neçə ildir Tarix Ġnstitutu var, lakin mükəmməl “Azərbaycan tarixi” kitabı 
yoxdur.  Tarix  elmi  üzrə  neçə  akademik  var  (və  ya  var  idi),  bir-iki  nəfər  çıxılmaqla  o 
akademiklərin  əsərləri  hələ  müəlliflərinin  sağlığında  yararsızlaĢırdı.  Çox  təəssüf  ki,  elm 
adamları bu sistemin optimal və səmərəli variantda təĢkilinə heç bir təĢəbbüs göstərmədilər 
və bu gün də göstərmirlər. 
Bu  gün  bir  sıra  ağlınaqislərin  söylədiyindən  fərqli  olaraq  Elçibəy  dövründə  elmə,  Elmlər 
Akademiyasına  və  digər  elmi  müəssisələrə  ciddi  diqqət  göstərilirdi.  EA-da  Aerokosmik 
Tədqiqatlar Mərkəzinin, Arxeologiya və Etnoqrafiya Ġnstitutunun yaradılması, sahə elmlərinin 
təĢkili üzrə Dövlət Elm və Texnika Komitəsinin yaradılması məhz bu məqsədlə edilmiĢdi. 
Əhaliyə  tibbi  xidmətin  yaxĢılaĢdırılması  üzrə  bir  sıra  iĢlər  görüldü.  Bu  sahədə  yeni  tipli 
qurumların  yaradılması  üzrə  hazırlıq  iĢlərinə  baĢlanıldı.  Əhalinin  dərmana  ehtiyacının 
ödənilməsi  30%-dən  70%-ə  qaldırıldı.  Ailə  poliklinikasının  texniki  təchizatı  və  tikintisi  baĢa 
çatdırıldı. Ailənin sağlamlığı və əhali artımının tənzimlənməsi üzrə mərkəz yaradıldı. Sanitar-
epidemioloji salamatlıq haqqında qanun qəbul edildi (10.XI.1992). 
Ətraf  mühitin  təmizliyinə,  insanların  sağlamlığına,  ekoloji  maraqlara  üstünlük  verilməsinə 
yönəldilən bir sıra cari tədbirlər görüldü. 
Mədəniyyətin  inkiĢafına,  bu  sahədə  milli  dəyərlərin  qorunması  və  inkiĢafına  xüsusi  maraq 
göstərildi.  Prezident  Fondu  hesabına  Milli  Teatr  binasının  təmirinin  və  Musiqili  Komediya 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə