ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

NƏRĠMAN QASIMOĞLU. Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Ġlahi,  qəbul  buyur  Ģükranlığımı!  Hərdən  olur  unuduruq  Səni,  ancaq  yenə  lütfünü  bizlərdən 
əsirgəyən  deyilsən.  YaxĢılıqları,  gözəllikləri  niĢan  verən  yazılar  göndərirsən  bizlərdən  ötrü. 
Hərflərə  dönməyən,  vərəqlərə  düzülməyən  göndəriĢlərin  də  olur.  Bunlardan  biri  yazılmamıĢ 
Törə, yazılmamıĢ Ġncil, yazılmamıĢ Qur’an - öndərimiz Əbülfəz Elçibəy. 
Ġlahi,  qəbul  buyur  Ģükranlığımı!  Doğru  yola  yönəlt  bizi  -  nemət  verdiyin  kimsələrin  yoluna, 
Əbülfəz Elçibəyin yoluna! 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Cənnət meyvəli ağacmıydın bir əl uzadımında? Dərərdik, yeyərdik, bir də bar gətirərdin, bir 
də  dərərdik,  bir  də  yeyərdik  meyvələrini.  Axırı  da  bu  ki,  faĢ  oldu  eyiblərimiz,  olduq  suç 
yiyələri. Səni bizdən aldı, bizi Səndən sürdü Rəbbimiz. Cəhənnəm əzablarıyla qaldıq baĢ-baĢa. 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Ġnnən  belə  Sənisevərlər  sözlərini  ruhuna  deyəcək,  ürəklərini  ruhuna  boĢaldacaqlar.  Mənim 
buna ehtiyacım yox, bilirsən. Ürəyimdə bir sözüm qalmamıĢ ki, bilməyəsən. Sən hələ bu fani 
dünyada  olduğunda  bir-birimizin  ürəyindən  nələr  keçirdi  bilirdik.  Bu  sətirləri  ona  görə 
yazıram, bu hal dilli söhbəti ona görə edirəm ki, Səni - yazılmamıĢ müqəddəs Kitabı oxumaq 
istəyənlərin bəlkə karına gələ. 
... Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Sən bir Tanrı ayəsi, ilahidən aĢkar dəlil, qüdrət niĢanəsi, doğru yol bələdçisi. Rəbbimizin öz 
dediyidir,  Sən  bilirsən,  dinləsin  bilməyənlər:  “Elçilərin  arxasınca  gedin.  Sizdən  bir  qarĢılıq 
ummayanların arxasınca gedin. Doğru yoldadır onlar”.  
Peyğəmbərlərdən  sonra  Tanrı  Sənin  kimilərini  lider  seçməyi  tövsiyə  edir.  SoydaĢlarına 
elədikləri xidmətlərinə görə qarĢılıq umacaqları yox. Eynən peyğəmbərsayağı ömür sürürlər. 
Sən də bunlardan biri. 
O  Ġlahi  deyim  Yəsin  surəsinin  20-21-ci  ayələrindədi,  Səni  anım  anlarında  ərəbcəsini  təkrar-
təkrar  eĢidirik.  Çoxları  anlamasa  da  bu  günlər  səsləniĢi  olduqca  rəmzidir.  Ġndilikdə  elliklə 
anlaĢılan  və  hüznlü  bir  etirafla  dilə  gətirilən  bu  ki,  Sən  millət  yolunda  elədiklərinə  görə 
kimsədən, bütövlükdə xalqımızdan hansısa bir qarĢılıq ummadın. 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Doxsan ikinin mayı idi. Görkəmli Ģairimiz, professor, məĢhur bir bəy nəvəsi Qasım Qasımzadə 
mənə dedi ki, Əbülfəz bəyin arxasınca milyonlar gedir, ola bilsin bir gün bunlar seyrələr və 
bunlardan meydanda tək bircəsi qalarsa o zaman o tək nəfər mən olacağam. Doxsan üçün 
iyun qiyamı ərəfəsində ağır bir xəstəliyi üzə çıxdı. Türkiyədə müalicəsi üçün sərəncam verdin. 
Çarəsizdi. Dedi milli azadlıq günümüzü gördüm, bəsimdi, rahat gedirəm. 


...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Sən  hakimiyyətdən  gedəni  nələr  oldu  və  nələr  olmadı!  Gözəl-gözəl  bölgələrimiĢ  düĢdü 
düĢmən əlinə, yüz minlərlə qaçqın qaçqın dalınca... Faciələrimiz artdıqca namərdlərin ayaqları 
yer  aldı,  yağmaladılar  ölkəmizi.  Qur’an  açıram,  baxıram,  belə  də  olmalıymıĢ.  Çünki  Sənin 
peyğəmbər  xislətli  bir  Ģəxsiyyət  olaraq  iqtidara  gəliĢin,  imperiya  sıxıntılarından  qurtulan 
xalqımıza öndərliyin Tanrı lütfüydü, o gözəl günlər Onun ayələriydi ki, bizlərə göstərmiĢdi və 
çoxlarımız bu ilahi lütfə, Onun bu ayələrinə saymazyana, nankorcasına, xıltlı-xıltlı davrandıq. 
Əvəzində Tanrı öz nurunu yurdumuzdan çəkdi. Ġndi də zülmətlə, zülmlə sınağa çəkilmiĢik.  
Onun  dediyi  haqdır,  olur.  Bu  ayədəki  kimi: 
“Bir  sıxıntı  üz  verəndən  sonra  mərhəmətindən 
dadızdıran  zaman  insanlara  Allah  ayələrimizə  qarĢı  məkrli-məkrli  davranırlar.  Allah  hər  Ģeyi 
önləyəndir, Onun məkri daha tez iĢləyəndir”
 (Yunus surəsi, 21). 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Yüz  minlərcə  camaat  axın-axın  gəlirdi  Səninlə  vidalaĢmağa.  Məndən  ötrü  bü,  Sənə  təkcə 
sevgininmi,  hörmətinmi  ifadəsiylə  bağlı  bir  aksiya  deyildi.  Daha  böyük  hadisəydi  -  kütləvi 
tövbə aksiyası. Elliklə qılınan möhtəĢəm bir ibadətdi, Allah qəbul buyursun! 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Kələkidən ismarıĢ yolladın ki, dinimizin elmi təbliği ilə ilgili ardıcıl yazılar yazım. Yazdım. Özün 
yazdırdın, Özün də maliyyəsini tapıb bu yazıları ayrıca kitab  Ģəklində çap elətdirdin. Savabı, 
mükafatı Sənindi. 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Tanrısevərliyin  ayrı  bir  mövzu.  Dindarlığın  xalis  türk  dindarlığı,  iddiasız,  boyasız,  riyasız, 
dərrakəli,  qarıĢıqsız,  saf  dindarlıq.  “Xalqını  sevəni  Xaliq  sevər”  deyərdin.  Sən  də  Tanrı 
sevimlisi. Sənin tək iman yiyələri daim bir hicrət  - köç halında və əhvalında olur. Bu, məhz 
belələrinə  aid  bir  tale  yazısı.  Yamanlıqdan  yaxĢılığa,  eybəcərlikdən  gözəlliyə,  rəzalətdən 
ucalığa,  cəhalətdən  elmə,  murdarlıqdan  təmiz  mühitə,  parçalanmalardan  bütövlüyə  doğru 
ruhi və cismani bir köç havasını yaĢadın. Tanrı yolunda bir köç dərsi verdin bizlərə. Bu gediĢin 
də Səni sevən Xaliqə ulu bir köç. Ancaq yenə də əlçatmaz deyilsən, lap yaxında, bu ayə nin 
içindəsən: 
“Kim köçərsə evindən Allaha, elçiyə və sonra ölüm haqlarsa onu, Allaha bir borcdu 
verə əcrini. BağıĢlayandır, Rəhimdir Allah”
 (Qadınlar surəsi, 100). 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 
Bu  ulu  köçünü  bir  neçə  saat  öncəsində  sanki  duymuĢdum.  O  gecə  Tanrıya  yalvarırdım  nə 
suçun  varsa  bağıĢlasın.  Səhəri  qəfil  məlumatı  dəqiqləĢdirməkdən  ötrü  mənə  telefon  açan 
Türkiyə səfirliyinin bir əməkdaĢı peĢmançılıq çəkdi ki, hüznlü xəbəri mənə ilk çatdıran o oldu. 
Dəstəyi asıb gecəki duamı xatırladım. Onsuz da, gözləyirmiĢəm bu olacağı. 
...Salam olsun Sənin o pak ruhuna, Bəy! 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə