ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   35   36   37   38   39   40   41   42   43

Elçibəyin yanında  adam özünü,  öz  dərdini,  öz  qayğılarını,  ağrılarını unudurdu.  Müsahibədən 
çıxanda həmkarlarım: “Elçibəylə müsahibədən sonra səni tanımaq olmur”, - deyirdilər. Azı bir 
ay o görüĢün təsirində olurdum. Bir rahatlıq tapırdım ondan. Ruhumu oxĢayırdı Əbülfəz bəy. 
Mən  onu  nə  siyasətçi,  nə  prezident,  nə  partiya  sədri  kimi  qəbul  edirdim.  O,  Ruh  idi.  Onu 
ruhum kimi duyurdum. Özümü onun müridi sayırdım. 
Bu  ilin  yazında  dövlət  himnimizin  dəyiĢdirilməsi  ilə  bağlı  söhbətlər  baĢlamıĢdı.  YaĢlı 
Ģairlərimizdən  biri  himnin  mətnini  redaktə  etmək  iddiasında  bulundu.  Kimisi  də  musiqisinə 
irad tutdu. Məlum məsələ idi - Demokratik Respublikadan qalan, Elçibəyin yenidən yaratdığı, 
yaĢatdığı  bir  para  Ģeyləri  də  yavaĢ-yavaĢ  sıradan  çıxarmaq  istəyirdilər.  Yəqin  bir  azdan 
“bayrağımızda rənglər çoxdu” deyib onu da bir rəngə salmaq iddiasında olanlar tapılacaqdı. 
Axı indi bu məmləkətdə yadlar, rusbaĢlar ağadır!.. 
Həmin  Ģairə  cavab  vermək,  bu məsələyə son  qoymaq  gərəkdi.  Elçibəy bircə  kəlmə  “getsin, 
Ģerini  yazsın.  Himnlə-zadla  iĢi  olmasın”  dedi.  Bu  bir  kəlmə  ilə  də  müzakirəyə  son  verildi. 
Sözünün ağası kiĢi idi. Heç bir sözünü danmazdı. 
Bir  dəfə  ondan  soruĢduq  ki,  Əbülfəz  bəy,  inanırsınızmı  ki,  Əliyevin  komandasında  da  Sizə 
pərəstiĢ  edənlər  var?  Cavabı  olduğu  kimi  yazıram:  “Siyasi  fəaliyyətimə  görə  yox,  milli 
məfkurəmə görə mənə pərəstiĢ edənlər ola bilər. Nə olsun ki, YAP-çıdır? Onun da ürəyində 
bir Təbriz,  bir Dərbənd,  bir Qarabağ yanğısı var. Görürlər ki,  mənim  də  yanğım siyasətdən 
irəli  gəlmir  -  daxilən,  səmimi  olaraq  deyirəm  bu  məsələləri.  Ona  görə  də  mənə  rəğbətləri 
olur”. 
Düz  demirdimi?  Üstündən  altı  ay  keçəndən  sonra  ölümü  ilə  dediklərini  təsdiq  etmədimi?  O 
dəfn günü bunun Ģahidi olmadıqmı? Elçibəy böyüklüyünü bir daha dərk etmədikmi? Avqustun 
23-də  Əbülfəz  bəyin  cismi  ilə  vidalaĢırdıq,  ancaq  onu  yenidən  tapmıĢdıq.  Onun  ruhu 
qəlbimizə,  düĢüncəmizə  hopmuĢdu.  Həmin  mərasimdə  universitet  auditoriyasında  Bəyin 
əleyhinə  danıĢan  müəllimləri  ağlayan  gördüm  -  təsəlli  tapdım.  Ona  baĢ  əydilər  -  təsəlli 
tapdım. Ġzdiham gördüm - təsəlli tapdım. Ġnsanların Haqq yoluna gəlmələri, Haqqı tapmaları 
mənə təsəlli verdi.  
Bəy birlik etalonu idi. Ölümü ilə də bunu bir daha təsdiqlədi.  
Amalı millətin, xalqın azadlığı, firavanlığı idi. “Azərbaycanda insan resursu baĢqa keçmiĢ sovet 
respublikalarından  qat-qat  çoxdur,  daha  artıq  inkiĢaf  edib.  Azərbaycan  xalqı  mənim  ona 
vermək istədiyim azadlığa, demokratiyaya, ondan da artığına layiqdir. Bu demokratiyanı, bu 
azadlığı qazanmasaydıq indi Türkmənistanın günündə olardıq”, - deyirdi.  
Hər təhqirə dözürdü, təki xalqı inkiĢaf etsin. Özü belə istəyirdi. Özünü xalqının əsgəri sayırdı. 
Özünü onun əsgəri sayanlara isə deyərdi: “Mənim yox, xalqın əsgəri olmaq lazımdır”. 
Əbülfəz  bəydən  yazdıqca  yazmaq  istəyirsən,  çünki  bu  adamı  sonadək  dərk  etmədiyin  kimi, 
onun  haqqında  sona  qədər  də  yaza  bilmirsən.  Hər  kəlməsi  bir  ümmandı  Böyük  Bəyin. 
Allahıma  Ģükür  ki,  onunla  təmasda  ola  bilmiĢəm.  Bu  xoĢbəxtlik  mənə  də  nəsib  olub. 
Həyatımda  iki  adama:  tərbiyəmə,  əxlaqıma  görə  atama,  dünyagörüĢümə,  Vətəni,  xalqı  bir 


vətəndaĢ  kimi  necə  sevməyi  anladığıma,  öyrəndiyimə  görə  isə  Əbülfəz  bəyə  minnətdaram. 
Tanrı onların ikisini də tez apardı, məni yesyetim qoydu... 
Bu  gün  Elçibəyin  məzarı  ziyarət  yerimizdir.  Tanıdığım  iki  gənclə  orada  rastlaĢdım.  Bəyin 
yoxluğuna  dözə  bilməyiblər.  Sonrasını  öz  dillərindən  eĢidək:  “  Ġntihar  edəcəyimizə  and 
içmiĢdik.  Bir-birimizlə  sonuncu  dəfə  Bəyin  məzarını  ziyarət  edərkən  görüĢməyi  qərara 
almıĢdıq.  Sübh  tezdən  Fəxri  xiyabana  gəldik.  Aman  Allah,  analar  körpə  uĢaqlarını  qəbrin 
ətrafına  düzmüĢdülər.  Gördüklərimiz  bizi  sarsıtdı.  Bizə  inam  verdi.  Fikrimizdən  daĢınmalı 
olduq.  Elçibəy  sevgisini  bizdən  sonrakı  nəslə  ötürmək  üçün  birinci  andımızı  geri  götürərək 
yaĢamağa - Elçibəy ideyalarını yaĢatmaq üçün yaĢamağa yeni and içdik”. 
Bu gün yurddaĢlarımız Bəyin məzarına Məkkə deyib uzaq rayonlarımızdan pay-piyada Bakıya 
ziyarətə gəlirlər. Ölümü ilə ölməzlik qazanan insana eĢq olsun!  
Üzü iĢığa, üzü Elçibəyə doğru! Haydı, soydaĢlarım! Haydı, yurdsevərlərim! Haydı elsevərlərim! 
Haydı elçibəysevərlərim! 
31.08.2000 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


VAQĠF BAYATLI ÖNƏR. Elə bilirsiniz Bəy rahat olacaqdı? 
Tanrım, bu məmləkətin elə bir günü gələcəkmi Elçibəy tam rahat ola bilsin?!  
Mən  30  ildən  artıqdır  ki,  həmiĢə  Bəyin  heç  olmazsa  bir  az  rahat  olması  haqqında 
düĢünmüĢəm. Quzey Azərbaycan müstəqil oldu, Bəy yenə rahat olmadı. Elə bilirsiniz Güney 
Azərbaycan  da  azad  olub  müstəqil  türk  dövlətlərinin  sayını  artırsaydı,  və  ya  qüzeylə 
birləĢsəydi  Bəy  rahat  olacaqdı?  Yox,  Bəy  daha  böyük  cəsarətlə,  yorulmazlıqla  yenə  də 
uyğurun,  altayın,  saxanın  və baĢqa  türk  ellərinin  azadlığa  qovuĢması uğrunda gecə-gündüz 
düĢünəcəkdi, çalıĢacaqdı. Onların da tam azad və gözəl dövlətlər qurmasından sonra da Bəy 
yenə  tam  rahat  ola  bilməyəcəkdi,  bütün  bu  dövlətləri  birləĢdirməyə,  bir-birini  sevdirməyə 
çalıĢacaqdı.  
Beləcə,  Bəyin  tam  rahat  olması  çox  asandır.  Bunun  üçün  biz  çox  asan  bir  iĢi  eləməliyik: 
Sadəcə, dünyanı düzəltməliyik - bir-birimizi sevməliyik.  
AĢağıdakı  hər  iki  Ģeri  mən,  sadəcə,  Bəyin  -  sevgili  dostumun  rahat  olması  üçün  yazmıĢam. 
Birinci Ģeri silsilə Ģəklində “Azadlıq” qəzetində vermək üçün Ģair Mahir Mehdi ilə danıĢmıĢdım, 
hətta  bu  barədə  “Azadlıq”da  mənə  “Xatırlatma”  məktubu  da  çap  olunmuĢdu.  Mən  isə 
gözləyirdim Bəy müalicədən qayıdıb gəlsin, sonra çapa verim. 
Bəy qayıdıb gəldi. Əvvəlkindən daha güclü, daha sevimli!  
Savalan dağı haqqında olan ikinci Ģeri isə biz Bəylə ikimiz bir yerdə yazmalıydıq. Bəy mənə 
Savalan haqqında Ģerin necə olacağı barədə xeyli danıĢmıĢdı və bir neçə ay öncə biz bu Ģeri 
Bəyin istədiyi Ģəkildə, Tanrıya, Ġlahiyə qovuĢan və bizi də qovuĢduran bir dağ, bir ilahi sevgi 
Ģəklində yazacaqdıq... Və yazdıq da! Həm də Ģerdəki kimi Bəy Savalana və Tanrıya qo vuĢdu. 
Mən bu Ģeri yazarkən əlimin üstündə Bəyin əlini, ürəyimin üstündə Bəyin ürəyini hiss edirdim. 
Gün  aydın,  Bəy!  Sənin  tam  rahat  olacağın,  sənin  istədiyin  Ģəkildə gözəlləĢəcək  bu dünyada 
bir daha görüĢənədək gün aydın! 
        AZƏRBAYCAN - ANAKÜNC  
        Bəy ən tez əriyən Ģamdan da tez əritmədə canını
  
        Azərbaycan - göyüzündə
  
        Çiçək kimi qoxlamağa
  
        Ataqılınc, Atabilək,
  
        Atatunc, Atakürək.
  
        Yadlara qoxlatmadan
  
        Allaha saxlamağa
  
        Anagül, Anaçiçək.
  
        Hər an yuvalar üstə
  
        Yuvalar bağlamağa
  
        Anaçöp, Anadirək.
  
        Hər an dualar üstə
  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə