ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

təĢəbbüsü qorunmalıdır”, “iqtisadiyyatın idarə edilməsində hamı iĢtirak etməlidir” kimi Elçibəy 
prinsipləri  yalnız  indiki  dövr  üçün  deyil,  Azərbaycan  iqtisadiyyatının  inkiĢafının  əbədi  əsasını 
təĢkil edir. 
Azərbaycan  millətinin  Əbülfəz  Elçibəyi  dərk  etməsi  müasir  dövrdə  xeyli  ağırdır. 
SoydaĢlarımızın bir bölümü onu keçmiĢin adamı, ikincilər gələcəyin dövlət və siyasət xadimi, 
üçüncü  qrupsa  yalnız  ideya  adamı  kimi  dəyərləndirir.  Ancaq  ümumi  inkiĢaf  səviyyəmiz  onu 
tam qavramağa hələ imkan vermir. O, doğrudan da, millətin tarixini çox gözəl bilən və tarixi 
təcrübədən  məntiqlə  istiyadə  etməyi  bacaran  bir  mütəfəkkir,  bunun  əsasında  gələcəyi 
görərək gələcəklə iĢləyə bilən bir dövlət xadimi idi. O eləcə də öz ideyasını irəli sürərək ona 
tələb  və  Ģarait  yaratmaqla  həyata  keçirə  bilən  siyasi  xadim  və  inqilabı  gerçəkləĢdirməyi 
bacaran bir sərkərdəydi.  
Hər  bir  tarixi  Ģəxsiyyətin  cəmiyyətə  təsiri  onun  dünyasını  dəyiĢməsindən  sonra  yolunun  və 
ideyalarının davam etdirilməsi səviyyəsi ilə də müəyyənləĢdirilir. Ġnsanları hakimiyyət və güclə 
iradəyə  tabe  etdirmək  çox  da  çətin  iĢ  deyil.  Əbülfəz  Elçibəyin  böyüklüyü  onun  ideyalarının 
ölümündən sonra daha geniĢ miqyasda yayılması və yaĢamasında, eyni zamanda bu ideyaları 
həyata keçirən Ģəxsiyətləri vaxtında yetiĢdirib cəmiyyətə buraxmasındadır. Türkiyə türklərinin 
bir atalar sözü var: “Dahi böyük iĢlər görənlər yox, dahiləri üzə çıxarıb yetiĢdirənlərdir”. Bəzən 
deyirlər ki, Əbülfəz bəyi əvəz edən tapılmayacaq. Təbii ki, cismani baxımdan heç bir insanın 
təkrarı  yoxdur.  Heç  olmazsa  özü  səviyyəsində  bir  neçə  öncül  insan  yetiĢdirərək  cəmiyyətə 
verə bilməyən lider (beləsini lider saymaq mümkündürsə) bədbəxtdir. Ancaq Əbülfəz Elçibəy 
onlarca  dəyərli  lider  yetiĢdirərək  Azərbaycan  xalqına  bəxĢ  edib.  Bundan  sonra  yollarını  aza 
bilərlərsə bunun günahı onların özlərinin boynunda qalacaq. 
Böyük türk milləti fəxr eləməlidir ki, Əbülfəz Elçibəy kimi övladları var. Bizsə Azərbaycan xalqı 
olaraq qürur duymalıyıq ki, Əbülfəz Elçibəy kimi dahilər məhz bizim içimizdən yetiĢib! 
05.09.2000 
 
 
 
 
 
 
 
 
 


SEYFƏDDĠN ALTAYLI.
 
Gözlərinin içi güldü 
Elçibəyin adını 1980-ci illərin əvvəlindən eĢitmiĢəm. Mübarizəsiylə tanıĢ olsam da onunla Ģəxsi 
tanıĢlığım  1991-ci  ildə  AXC  qurultayında  oldu.  Bundan  sonra  onunla  sıx-sıx  görüĢdük. 
Müsahibələr  götürdüm,  mübahisələr  etdim.  Fikirləriylə  razılaĢdım  da,  razılaĢmadığım 
zamanlar da oldu, ancaq bütün bunlar aramızda sərinlik yaratmadı; əksinə, bizi  bir-birimizə 
daha sıx bağladı. 
AXC-nin  1991-ci  ildə  keçirilən  birinci  qurultayına  minbir  əziyyətlə  özümü  çatdırmıĢdım  və 
çatan  kimi  də  çıxıĢ  etmiĢ,  Vahid  Azərbaycan  məsələsini  dilə  gətirmiĢdim.  Qurultayın  birinci 
gününün günorta fasiləsində Bəylə ilk dəfə görüĢdük. 
Elçibəylə  görüĢümün  Bakı  təəssüratını  evdə  ailə  üzvləriylə  də  bölüĢdürmüĢdüm.  Evimizə 
Azərbaycandan  da,  Türkiyədən  də  gələn  dostlarım,  qohumlarım  arasında  söhbətlər  əsasən 
türk dünyasının durumu, Elçibəyin bu yöndə gördüyü iĢlərdən olardı. 
1992-ci il fevral ayının 28-i günü evdə tək oturub televiziyada xəbərlərə baxırdım. Ermənilər 
Xocalıda  qırğın  törətmiĢdilər,  onların  vəhĢiliyi  televiziya  ekranında  göstərilirdi.  Həddən  artıq 
əsəbi və gərgindim. Tarix boyu millət olaraq üzləĢdiyimiz bu cür hadisələr bir anın içində gəlib 
gözümün  qabağında  dayanmıĢ  və  çarəsizliyin,  heç  bir  Ģey  eləyə  bilməməyin  hissi  ürəyimdə 
üsyan dalğaları yaratmıĢdı. O anda bir səs eĢitdim. Döndüm ki, dördüncü oğlum Eldar AvĢin 
astanada dayanıb ağlayır. Ona sarı döndüyümü görən kimi dedi: 
- Baba, ermənilər onları niyə qırır? Bizimkilər niyə özlərini qoruya bilmir? 
-  Silahları  yoxdur,  silah  almağa  maddi  gücləri  çatmır  və  onlar  sadə  insanlardır.  Qadınlar, 
uĢaqlar,  qocalar  silah  iĢlətməyi  bilməzlər.  Erməni  terrorçuları  isə  rus  əsgərləriylə  əlbir  olub 
qırğınlar törədirlər. Görmürsənmi qırılanların hamısı dinc əhalidəndir? 
- Azərbaycanın ordusu harada qalıb bəs? 
- A bala, Azərbaycanın ordusu yoxdur, hələ qurulmayıbdır. 
-  Biz  onlara  niyə  yardımçı  olmuruq?  Türk  əsgərləri  gedib  öz  adamlarımıza  niyə  arxa 
durmurlar? 
On  dörd  yaĢlı  oğlumun  sualları  qarĢısında  çıxılmaz  vəziyyətdə  qaldım.  Çağırıb  yanımda 
oturtdum, boynunu qucaqlayıb üzündən öpdüm. O isə səssizcə ağlamağını davam etdirdi... 
Həmin  günlərdə  mən  1991-ci  il  iyun  ayında  yaratdığımız  Azərbaycanı  Tanıtma  Dərnəyinə 
sədrlik  edirdim.  Səhəri  günü  dərnəyin  idarə  heyətinin  üzvlərini  yığdım.  Türkiyədən  və 
Avropadan  dava-dərman  yığıb  Azərbaycana  aparmaq  qərarına  gəldik.  Qısa  müddət  ərzində 
420.000  dollarlıq  dava-dərman  və  tibbi  ləvazimat  topladıq.  Onları  aparmaq  məsələsi 
reallaĢmıĢdı  və  axĢam  evdə  yol  hazırlığımı  görurdüm.  Çamadanımı  hazırlayarkən 
oğlanlarımdan Eldar AvĢin və ən kiçik oğlum, 12 yaĢlı Elçin AraĢ gəldilər. Əllərində bir məktub 
vardı. Eldar dedi:  


-Baba, bu məktubu Əbülfəz əmimizə çatdır. 
Mən  də  məktubu  alıb  əĢyalarımın  içinə  qoydum  və  səhərisi  Bakıya  yola  düĢdüm.  Bakıya 
çatandan bir gün sonra Bəyin görüĢünə getdim. O, Yasamalda qardaĢının evində məni qəbul 
etdi. Taxtadan düzəldilmiĢ divanın üstündə əyləĢmiĢdi. Atatürkün divardan asılmıĢ portreti o 
saat diqqətimi çəkdi. Kitabxanasında maraqlı əsərlər vardı. Çay gətirdilər, içərkən səsyazma 
aparatımı hazırlamağa baĢladım. Bunu görən kimi dedi:  
-Bir dayan görək, söhbət eləyək. 
-Bəy,  əvvəl  iĢimizi  görək,  sonra  söhbət  edək.  Gəlib-gedəniniz  çoxdur.  Onların  hüququna 
toxunmağa ürəyim icazə vermir, - dedim. 
Güldü və:  
-YaxĢı, iĢimizi görək, - dedi. 
“Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyası üçün müsahibə götürdüm. Sonra yarım 
saata  qədər  söhbət  elədik.  Əsas  mövzumuz  Güney  Azərbaycanın  azadlığı  və  AXC-nin  bu 
yöndə mövqeyi məsələsi oldu. Arada mən oğullarımın ona yolladığı məktubu təqdim elədim. 
Zərfi açdı, içindən məktub və iki dənə əlli min lirəlik pul çıxdı. 
-  Bəy,  bu  nədir?  -  deyə  sual  verdikdə  iĢin  nə  yerdə  olduğunu  baĢa  düĢdüm.  Məktəbdə 
xərcləmək  üçün  hərəsinə  o  vaxt  ayda  əlli  min  xərclik  verirdim.  Deməli,  iki  qardaĢ  o  aylıq 
pullarını  xərcləməyib  və  mənimlə  məsləhətləĢmədən  məktubun  içinə  qoyaraq  Elçibəyə 
yollayıb. Düzünü deyim, çox xəcalət çəkdim, çünki belə hərəkət yatsam yuxuma da girməzdi. 
Odur ki dedim: 
-Bəy,  uĢaqların  belə  iĢ  görəcəyini  ağlıma  da  gətirməzdim.  Onların  verdiyi  məktubu  açıb 
oxumağı və yoxlamağı özümə sığıĢdırmadım. 
Bəy  bu  məktubu  oxuyub  baĢa  çatdıqda  gözləri  yaĢardı.  Dodaqlarından  astadan  bu  sözlər 
qopdu: 
-Oğulların  mənə  yazırlar  ki,  Əbülfəz  əmi,  babam  deyir  ki,  sizin  ermənilərlə  döyüĢməyə 
silahınız yoxdur. Bu paraları yollayırıq ki, silah alasınız, ermənilərə divan tutasınız, törətdikləri 
qanın da əvəzini çıxasınız. 
Bəy üzünü mənə tutaraq əlavə etdi:  
-Sağ ol, bəy. Bu cür oğullarımız yetiĢməyə baĢlayıbsa, deməli, arzularımız və xəyallarımız çin 
olacaqdır. Deməli, Vətənimiz daha yad tapdağında getməyəcək, ulu babalarımızın ruhu əzab-
əziyyətdən qurtulacaqdır. Əsas məsələ insanlarda milli Ģüur yaratmaqdır; o mənzilə çatdıqda 
problemlər çox  asan  həll  edilir. Bu  düĢüncədəki övladlarımızın  sayını  artırmalıyıq,  millətimizi 
ayıq salmalıyıq. Bu məktub məni kövrəltsə də artıq yüz faiz əminəm ki, Azərbaycan sözün əsl 
mənasında  azad  və  müstəqil  olacaqdır.  Güney  Azərbaycan  da  fars  caynağından  xilas 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə