ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

olacaqdır.  Təbriz  əbədi  paytaxtımız  olacaqdır.  Mənim  ağzımla  o  gül  balalarının  üzündən 
öpərsən. 
SağollaĢıb oradan ayrıldım. 
Bəy  Ankara  xəstəxanasında  müalicə  olunurdu.  Əliyə  (Bəyin  köməkçisinə)  zəng  etdim,  BəĢir 
götürdü.  Bəylə  görüĢmək,  danıĢmaq  istədiyimi  bildirdim.  Cəmi  iki  ay  qabaq  -  2000-ci  ilin 
aprel-may aylarında Bakıda olanda Bəylə geniĢ söhbətlərimiz olmuĢdu. Buna baxmayaraq, bu 
söhbətlərdən doğan bəzi məsələləri təcili müzakirə etməyə ehtiyac duyurdum. BəĢir dedi ki, 
Mirmahmud ağa gəlir. Həftənin ikinci günü gəl, həm Bəylə, həm də onunla görüĢ.  
25 iyulda xəstəxanaya getdim. Bir müddət sonra Mirmahmud ağa da gəldi və birlikdə Bəyin 
yanına  getdik.  Çarpayıda  yatmıĢdı,  içəri  girən  kimi  qalxmaq  istədi,  mən  cəld  tərpənib 
qoymadım və üzündən öpdüm. Hal-əhval tutduqdan sonra gözümün içinə baxıb dedi:  
-O iĢ necə oldu? 
Güney  Azərbaycanla  bağlı  məsələ  üstündə  iĢləyirdim.  Onun  reallaĢmasını  gözləyirdi. 
Cavabında dedim: 
-Bəy, narahat olma, məsələni ən gözəl Ģəkildə həll etdim.  
Gözlərinin içi güldü. Əlimi tutub dedi: 
-Bəy, çox sağ ol. Sən həmiĢə təmənnasız, səssiz-küysüz çox gözəl iĢlər görürsən. Yenə səssiz 
bir  gediĢlə  əla  bir  iĢ  gördün,  çox  sağ  ol.  Çox  ciddi  iĢləmək  lazımdı.  Çox  ciddi  və  gərgin 
iĢləməliyik, ayrı cürə yolumuz yoxdur. 
Dedim: 
-A  Bəy,  tez  sağal,  Bakıya  qayıt.  Sən  bizim  rəhbərimizsən.  Tanrı  səni  baĢımızdan  əsgik 
etməsin.  Mən  bir  həftə  çəkməz  Bakıya  gedirəm  və  səni  gözləyəcəyəm.  Orada  daha  geniĢ 
söhbət eləyərik. Ġndi dincəl və tezliklə sağal, Allah yastığını yüngül eləsin. 
Durub  üstünə  təkrar  əyildim,  öpüĢdük  və  ayrıldım.  Ancaq  ürəyimə  sanki  düyün  atmıĢdılar. 
Qəribə bir duyğu məni bərk narahat edirdi. Atam ölüm ayağında olarkən sifətində gördüyüm 
qubarı Bəyin üzündə hiss etmiĢdim. Ancaq bunu kiməsə deməyə dilim gəlmədi. Özüm-özümü 
də inandırmağa çalıĢdım ki, yanılıram. 
Təəssüf ki, yanılmadım... 
06.09. 2000 
 
 


Müəllif haqqında 
1950-ci  ildə  Ġğdır  vilayətinin  Dizə  kəndində  anadan  olub.  1980-ci  ildə  Ġstanbul  Universiteti 
ədəbiyyat  fakültəsini  qurtarıb.  1985-ci  ildə  TRT  DıĢ  Yayınlar  Dairəsi  bünyəsində  fəaliyyət 
göstərən “Türkiyənin səsi” radiosunün Azərbaycan veriliĢləri redaksiyasına qəbul olunub. 8 ay 
sonra radionun rəhbərliyinə təyin edilib. Hələ də orada iĢləyir. 
 
Ailəlidir. KürĢad, Alpərtunqa, Gökbörü, Eldar AvĢin, Elçin Aras adlı beĢ oğlu var. Azərbaycanla 
bağlı 12 əsəri və iki cildlik “Azərbaycan türkcəsi sözlüyü” çapdan çıxıb. BAB Mərkəzi ġurasının 
və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 
 
SƏMƏD QARAÇÖP. Öldürənlər (Ģer) 
Böyük Əbülfəz Elçibəyin ölümünə
 
  
        Ölür öz içindən sənin millətin,  
        Öldürür - içində uca nə varsa.  
        Eh, öz iĢindədi bu ÖLDÜRƏNLƏR,  
        Alır - bu millətin nə canı varsa.  
                        
        SƏNiydin bu boyda UCAlığınla  
        Bu boyda ÖLÜMün önündə duran...  
        ...Dirildə bilmədin bu ÖLƏNLƏRi,  
        Bilirəm, bu dərddi səni öldürən.  
                         
        ÖLÜM havasıdı - hamı oynayır,  
        TƏKləndin önündə bu oyunların...  
        Hələ ayaqları yer tutur elə  
        Əlləri ölümlə oynayanların.  
   
        TƏKləndin bu boyda ÖLÜMə qarĢı,  
        Nələr çəkdiyini gördü görənlər...  
        Görək SƏNdən sonra bu məmləkətdə  
        Kimi öldürəcək bu ÖLDÜRƏNLƏR?!.  
        22.08.2000 
 
 
 


ġEYDA NƏSĠBLĠ.
 
Üzü Elçibəyə doğru 
Mart ayı idi. “Yaz gəlsin, Cıdırda at sürəcəyəm. Həkim belə məsləhət bilib” demiĢdi.  
Yalnız  bizə  demiĢdi  -  publika  üçün  deyildi.  Biz  də  bunu  məhrəm  sirr  kimi  saxlamıĢdıq  ki, 
baĢqa  qəzetlər  xəbər  tutmasın.  Fotoaparatlarımızı  elə  həmin  gündən  saz  saxlamıĢdıq  ki, 
gizlincə  də  olsa  Bəyin  at  belində  Ģəklini  çəkək.  Sonra  isə  “Elçibəy  at  belində.  Yalnız  “Yeni 
Müsavat”da” yazıb Ģəkli qəzetin manĢetinə çıxaraq.  
Arzumuz arzu olaraq da qaldı... 
Yadımdadır, 1997-ci ilin oktyabrı idi. Bəy Kələkidən qayıdırdı. QarĢılamağa çıxmıĢdıq. Onu ilk 
dəfə  belə  yaxından  görürdüm.  Elə  o  ərəfələrdə  jurnalistlər  üçün  mətbuat  konfransı  keçirdi. 
Mən  də  umudları  qırılmıĢ  minlərcə  gəncdən  biri  kimi  Bəydən  acıqlı  idim.  Əlimə  fürsət 
düĢmüĢdü. Sancıb heyfimi çıxmalıydım. Bizi bu rejimin umuduna buraxıb getdiyi üçün içimdə 
olan  sevgini  boğub  (boğa  bildimsə)  suala  “Əbülfəz  bəy,  Kələkiyə  prezident  kimi  gedib  eks-
prezident kimi qayıtmısınız” sözləri ilə baĢladım. Heç bir irad tutmadı. Yəqin məni gəncliyimə 
bağıĢladı. Bilmirəm, bəlkə də ürəyində “bu çocuğun sözünə bax” dedi. Sualıma acıqlanmadı 
da... Axı mən də Elçibəyi o qədər yaxından tanımırdım. Heç bir təmasımız olmamıĢdı. Etiraf 
edim ki, dediyim o söz neçə illərdir ki, bar daĢ kimi ürəyimdən asılıb.  
Sonralar Bəylə tez-tez görüĢlərimiz olduqca, onu daha yaxından tanıdıqca, onu kəĢf etdikcə 
xəcalətim bir az da artdı. BaĢa düĢdüm ki, yanılmıĢam. Bütün ömrünü, həyatını, varlığını bu 
xalqa, türk millətinə, türk gəncliyinə sərf edən bir mürĢidi bu cür sancmaq günah imiĢ!  
Məni bağıĢla, Bəy! Qınama bizi. Ərk yerimiz idin, sirr yerimiz, iman yerimiz idin. Səndən sonra 
kimin  üstünə  gedəcəyik?  Ürəyimizi  göynədən  suallara  ən  düzgün,  ən  səmimi,  ən  sərt,  ən 
mülayim cavabı kimdən alacağıq?.. 
O  nə  prezidentliyə,  nə  də  ki  eks-prezidentliyə  sığırdı.  Peyğəmbər  xislətli  bir  insan  idi.  Türk 
kağanlarının  nəslindən  idi.  Bilgə  kağanın,  oğuz  bəylərinin  qanı  axırdı  damarlarında.  Hər 
kəsdən ucada dayanırdı Əbülfəz bəy. Partiya sədrlərindən biri mənimlə söhbətində: “Elə bil, 
içim  boĢ  qalıb.  Bəyin  ölümündən  bu  qədər  sarsılacağımı  təsəvvür  etməzdim.  Baxıram,  heç 
ona oxĢayan yoxdur. Elə bil, Allah onu tək göndərmiĢdi yer üzünə. Zirehimiz idi, dayağımız idi 
Bəy. Bundan sonra nə olacaq - bilmirəm”, - dedi... 
Bu  il  onunla  iki  dəfə  görüĢüb  yeddi  səhifəlik  müsahibə  hazırlamıĢıq.  Mart  ayı  idi.  Hələ 
Novruzun  gəliĢinə  xeyli  qalırdı.  Evinə  getmiĢik.  Stolun  üsünə  löyün-löyün  çərəz  yığdılar. 
Çərəzlərin  düzümü,  seçimi  diqqətimdən  qaçmadı.  Hər  Ģey:  beĢmərtəbəli  evin  birinci 
mərtəbəsində  yerləĢən  mənzil  də,  mənzildəki  əĢyalar  da,  əĢyaların  qarmaqarıĢıqlığı  da,  elə 
çərəzlər  də,  elə  Elçibəyin  özü  də  Elçibəyin  sadəliyindən,  təbiiliyindən,  milliliyindən,  deməli, 
ucalığından,  yüksəkliyindən  xəbər  verirdi.  Hər  dəfə  görüĢdən  çıxanda  özüm-özümü  tanıya 
bilmirdim. Qəzet sualları idi verdiyimiz suallar. Ancaq cavablar o qədər geniĢ, ətraflı, o qədər 
ağıllı,  düĢündürücü  idi  ki,  onu  nəinki  bir  qəzetə,  heç  min  qəzetə  də  sığıĢdırmaq  mümkün 
deyildi.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə